Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə35/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

 
101 
6. ORQANİZMLӘRDӘ MADDӘLӘRİN DAŞINMASI,  
İFRAZAT, ÇOXALMA VӘ İNKİŞAF 
 
Dərs 41 / Mövzu 36:
 BİTKİLƏRİN SU BUXARLANDIRMASI. XƏZAN 
 
 
 
 
Paraqrafın  əvvəlindəki mətnin müzakirəsinə keçməzdən qabaq şagirdlərlə 
bitkilərin vegetativ orqanlarının funksiyalarını müzakirə etmək mümkündür. Bunu 
yerinə yetirmək üçün orqanların funksiyalarını əks etdirən sxemi doldurmaq təklif 
oluna bilər.  
 
Artıq şagirdlər kökün, gövdənin, yarpağın quruluşu ilə tanışdırlar və suyun bitkiyə 
necə daxil olduğunu da öyrənmişlər. Bu dərs həmin biliklərin təkrar olunmasına və 
möhkəmləndirilməsinə imkan verir. Yarpağın funksiyalarını xatırlamaq üçün belə 
sual verilə bilər:  
  Yarpaq hansı funksiyaları yerinə yetirir? (tənəffüs və fotosintez)  
  Su yarpağa haradan daxil olur? (kökdən əvvəlcə gövdəyə, sonra yarpağa
  Niyə hətta isti günlərdə yarpaqların səthi sərin olur? (buxarlanma prosesi gedir
Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir. 
Dərsə hazırlıq zamanı əsas yer şagirdlərin tədqiqat fəaliyyətinə verilir.
  
 
Təcrübə bütün siniflə birlikdə də aparıla bilər. Dərsə bir həftə qalmış şagirdlər 
təcrübəni yerinə yetirir və dərs zamanı müşahidələrini danışır, nəticələr çıxarır
:  
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.3. Bioloji proseslərə dair sadə  təcrübələr və hesablamalar 
aparır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bitkilərdə buxarlanma prosesini təsvir edir. 
  Xəzanın əhəmiyyətini izah edir. 
  Bitkilərdə buxarlanma prosesinə dair sadə təcrübə aparır.
 
Funksiyaları: 
Bitkinin vegetativ 
orqanları 


?
Funksiyaları: 
Funksiyaları: 


 
102
 Bitkilərdə buxarlanma prosesinin getməsinin sübutu kolbanın divarlarında 
əmələ  gələn su damcıları  və içərisində bitki olan sınaq  şüşəsində suyun 
azalmasıdır. 
 Suyun buxarlanması yarpaqlar vasitəsilə gedir. 
 
 Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin seçdiyi forma və üsulla 
aparıla bilər. Bunlar müəllimin izahatı, müstəqil təhlil, kiçik qruplarla iş formala-
rından biri ola bilər. Məlumatın öyrənilməsi və müzakirəsini aşağıdakı suallar əsa-
sında aparmaq olar:  
  Suyu bitkinin hansı orqanı buxarlandırır? 
  Bitkilərin buxarlandırdığı suyu görmək mümkündürmü? 
  Bitkilərin həyatında buxarlanmanın nə əhəmiyyəti var? 
  Müxtəlif bitkilər nə qədər su buxarlandırır? Bu, nədən asılı ola bilər?  
  Su yarpağın hansı səthindən buxarlanır? 
  Bitkilərin həyatında xəzan hadisəsinin əhəmiyyəti nədədir?  
Tədqiqatın nəticələri cədvəl formasında təqdim oluna bilər. 
 
 
Proses Bitkilərin su buxarlandırması 
1 Prosesin 
əhəmiyyəti  
2 Prosesdə iştirak edən bitki orqanı 
 
3 Prosesdə iştirak edən bitki toxuması 
 
4 Prosesdə iştirak edən hüceyrələr  
5 Prosesin 
orqanizmə təsiri  

Ətraf mühitin prosesə təsiri  
Tapşırığın yerinə yetirilməsi zamanı  şagirdlər mətnin son hissəsindəki 
məlumatları sxem şəklində tərtib edirlər. 
 Yerinə yetirilən tapşırıqların növbəti dərsdə müzakirəsi tövsiyə olunur.
 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
İzahetmə 
Təcrübə aparma 
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərdə buxarlanma 
prosesini ətraflı təsvir edir. 
 
Bitkilərdə buxarlanma pro-
sesini əsasən düzgün təsvir 
edir. 
Bitkilərdə buxarlanma 
prosesini ətraflı təsvir edir. 
 
Xəzanın əhəmiyyətini müəl-
limin və yoldaşlarının ver-
diyi sualların köməyi ilə 
izah edir. 
Xəzanın əhəmiyyətini izah 
edərkən kiçik qeyri-dəqiqli-
yə yol verir. 
 
Xəzanın əhəmiyyətini 
düzgün izah edir. 
 
Bitkilərdə buxarlanma prose-
sinə dair təcrübəni müəlli-
min köməyi ilə aparır.
 
Bitkilərdə buxarlanma prose-
sinə dair təcrübə apararkən 
yardım üçün müəllimə çox 
az müraciət edir. 
 
Bitkilərdə buxarlanma prose-
sinə dair sadə təcrübələri 
müstəqil aparır.
 
 
 


 
103 
Dərs 42 / Mövzu 37:
 HEYVANLARDA DAŞIYICI SİSTEM 
 
 
 
 
 Mətnlə tanış olmazdan qabaq şagirdlərin  əvvəl mənimsədikləri biliklərini 
nəzərə alaraq bitkilərdə maddələrin daşınması haqqında müzakirələr aparmaq olar. 
Müəllim bunun üçün istiqamətləndirici suallar verə bilər. Məsələn,  
  Su, mineral və üzvi maddələr bitkilərdə necə hərəkət edir?  
  Heyvan orqanizmlərində maddələrin daşınması necə baş verir? Bu maddələr 
hansılardır?  
  Bu maddələrin daşınmasında hansı orqanlar sistemi iştirak edir? 
  Bu orqanlar sistemi quruluşuna görə müxtəlif heyvanlarda necə fərqlənir?  
Şagirdlər dərslikdəki mətnlə tanış olur. Bu, praktik işin yerinə yetirilməsinə zəmin 
yaradır. 
Tapşırığa aid sualların müzakirəsi zamanı  şagirdlər aşağı siniflərdən “Həyat 
bilgisi” fənnindən əldə etdikləri biliklərdən faydalanırlar. 
1) Nəticələrin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərə istinad edərək 
nəzəri materialı şərh edir.  
2) Dərslikdəki məlumat  şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
olunur. Bu zaman əyaniliyi təmin etmək üçün mətnlə yanaşı, müvafiq şəkillərin 
paylanması mümkündür.  
Bu dərsin  şərhi zamanı müəllimin  əyani vəsaitlərdən – videomateriallardan və 
təqdimatlardan fəal istifadə etməsi tövsiyə olunur.  
Məlumatın öyrənilməsi və müzakirəsi aşağıdakı suallar əsasında aparıla bilər:  
  Onurğalı heyvanların qan-damar sistemini hansı orqanlar təşkil edir? 
  Qan-damar sisteminə hansı damarlar daxildir?  
  Hansı damarı arteriya (vena) adlandırırlar? 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin  xüsusiyyətlərini sadalayır.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Qan dövranının xüsusiyyətlərini təsvir edir. 
 
Məməlilərdə qan-damar  sisteminin quruluşunu sadə şəkildə 
təsvir edir.
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə