Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə36/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

 
104
  Arteriyalarla venalar arasında hansı damarlar yerləşir? 
  Qanın tərkibi nədən ibarətdir? Qan hansı funksiyaları yerinə yetirir? 
 blokunda verilmiş sxem dərs boyu tədricən də doldurula bilər.  
 
 

Təqdim olunan tapşırıqlar qan-damar sistemində baş verən proseslərin xü-
susiyyət və əhəmiyyətini əks etdirir, dərsdə mənimsənilən biliklərin ümumiləşdiril-
məsi və  dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan 
yaradır. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Qan dövranının xüsusiyyət-
lərini müəllimin köməyi ilə 
təsvir edir. 
Qan dövranının xüsusiyyət-
lərini əsasən düzgün təsvir 
edir. 
Qan dövranının xüsusiyyət-
lərini düzgün təsvir edir. 
Məməlilərdə qan-damar  
sisteminin quruluşunu sadə 
şəkildə təsvir etməkdə çətin-
lik çəkir.  
Məməlilərdə qan-damar  
sisteminin quruluşunu sadə 
şəkildə təsvir edərkən kiçik 
qeyri-dəqiqliyə yol verir. 
Məməlilərdə qan-damar  
sisteminin quruluşunu sadə 
şəkildə ətraflı təsvir edir.  
 
 
Qan-damar sistemi 
Ürək 
Damarlar
Arteriyalar Kapillyarlar
Venalar 
Qan
Plazma 
Qanın formalı elementləri 
Eritrositlər
Oksigen 
daşıyırlar
Leykositlər 
Mikrobları 
məhv edirlər
Trombositlər 
Qanın 
laxtalanmasında 
iştirak edirlər 


 
105 
Dərs 43 / Mövzu 38:
 İFRAZAT 
 
 
 
 
 Mövzunun əvvəlindəki mətnlə tanışlıqdan əvvəl şagirdlərin maddələr mübadi-
ləsinin mahiyyətini yada salmaq üçün müvafiq suallar vermək məqsədəuyğundur. 
Ətraf mühitdən orqanizmə maddələrin daxil olması  və parçalanma məhsullarının 
bədəndən xaricə  çıxarılması  maddələr mübadiləsi adlanır.  Maddələr mübadiləsi 
canlının əsas xüsusiyyətlərindən biridir. 
Şagirdlərin qidalanma, tənəffüs və orqanizmdə maddələrin daşınması barədə bilik-
ləri əsasında növbəti məsələlər müzakirə oluna bilər:  
  bitki, göbələk, heyvan orqanizmlərinin həyat fəaliyyəti nəticəsində maddə-
lər mübadiləsinin son məhsullarının əmələ gəlməsi, xarici mühitə ifrazı;       
  bitki orqanizmindən maddələr mübadiləsi məhsullarının köklər, tökülən 
yarpaqlar, ağızcıqlar və s. vasitəsilə xaric olunması. 
Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir. 
 Dərslikdəki məlumat  şagirdlər tərəfindən müstəqil öyrənilə bilər. Bu zaman 
müəllim əyaniliyi təmin etmək üçün müvafiq şəkil, sxem və modelləri  şagirdlərə 
təqdim  edə bilər. Məlumatın öyrənilməsi və müzakirəsini aşağıdakı planla həyata 
keçirmək məqsədəuyğundur:  
  ifrazat prosesinin bioloji mahiyyəti;  
  ibtidailərdə ifrazat prosesi; 
  soxulcanın ifrazat orqanları; 
  həşəratların ifrazat orqanları; 
  onurğalıların ifrazat orqanları. 
İş zamanı əldə edilən məlumatlar cədvəldə qeyd oluna bilər.  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir 
2.1.1. Bioloji proseslərin  
xüsusiyyətlərini sadalayır
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Müxtəlif sistematik qruplara aid olan heyvanların ifrazat 
sisteminin quruluşunu təsvir edir. 
  Bitkilərdə və heyvanlarda  ifrazat prosesinin xüsusiyyətlərini 
təsvir edir. 
  Maddələr mübadiləsinin mahiyyətini şərh edir.
 
 
 


 
106
 
Heyvanlar İfrazat prosesində iştirak edən strukturlar 
 
İbtidailər
 
İfrazat qovuqcuqları
 
 
 
 Bu hissədə bitki və heyvanlarda ifrazat prosesinin müqayisəsini Venn diaqramı 
vasitəsilə aparmaq faydalı olardı.  
 Dərslikdəki mətnlə tanışlıqdan qabaq şagirdlərin maddələr mübadiləsinin canlı 
orqanizm üçün mahiyyəti və  əhəmiyyəti haqqında müzakirə  təşkil edilə bilər. Öz 
ehtimallarını  və mülahizələrini yoxlamaq üçün dərsin sonunda şagirdlər dərsliyə 
müraciət edə bilərlər.  
Maddələr mübadiləsi zamanı  əmələ  gələn birləşmələrin orqanizmdən xaric 
edilməsi ifrazat prosesidir. İfrazat maddələr mübadiləsinin vacib və ayrılmaz 
hissəsidir. Orqanizmdən suyun artığını, maddələr mübadiləsinin son məhsullarını, 
duzları, orqanizmə daxil olan və orada əmələ gələn zəhərli maddələri xaric edən 
orqanlar ifrazat sistemini təşkil edir. 
Verilmiş şəkillər müstəqil tədqiqat zamanı da istifadə oluna bilər. 
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki 1-ci tapşırıq onurğalı heyvanlarda ifrazat 
sisteminə daxil olan orqanları və ifrazat prosesinin ardıcıllığını əks etdirir.  
2-ci tapşırıq dərsin məqsədində qeyd olunmuş bacarıqların müvəffəqiyyətlə 
formalaşmasına xidmət edir.  
 
Qiymətləndirmə meyarları:  
Təsviretmə 
Şərhetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Müxtəlif sistematik qruplara 
aid olan heyvanların ifrazat 
sisteminin quruluşunu müəl-
limin köməyi ilə təsvir edir.
 
Müxtəlif sistematik qruplara 
aid olan heyvanların ifrazat 
sisteminin quruluşunu əsasən 
düzgün təsvir edir.
 
Müxtəlif sistematik qruplara 
aid olan heyvanların ifrazat 
sisteminin quruluşunu nümu-
nələr əsasında təsvir edir. 
Bitkilərdə və heyvanlarda  
ifrazat prosesinin xüsusiy-
yətlərini təsvir etməkdə 
çətinlik çəkir.  
Bitkilərdə və heyvanlarda  
ifrazat prosesinin xüsusiy-
yətlərini əsasən düzgün 
təsvir edir. 
Bitkilərdə və heyvanlarda  
ifrazat prosesinin xüsusiy-
yətlərini düzgün təsvir edir. 
Maddələr mübadiləsinin ma-
hiyyətini şərh edərkən tez-
tez səhvlərə yol verir. 
 
Maddələr mübadiləsinin ma-
hiyyətini kiçik qüsurlarla 
şərh edir.
 
Maddələr mübadiləsinin ma-
hiyyətini düzgün şərh edir.
 
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə