Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

50 
 
            Analitik-informasiya  mərkəzinin  direktoru  .Barniçin  fikrincə,  “Rusiya  və 
ABŞ  arasında  Cənubi  Qafqaz  regionunda  nüfuz  uğrunda  mübarizə  təkcə 
Azərbaycanın  strateji  əhəmiyyətli  neft  yataqlarına  yaxınlıqla  müəyyənləşmir”. 
Ə
sas səbəb-  Qafqazın  Rusiya,  Türkiyə  və  Şərq  ölkələrinin  maraqlarının  kəsişdiyi 
strateji düyün hesab edilməsidir. “Wall street journal” öz növbəsində bildirirdi ki, 
Qərbin  qarşısında  dayanan  əsas  vəzifə  A   və  NATO-nun  birbaşa  həmsərhəd 
olmadığı  ölkələri  bu  və  ya  digər  formada  öz  orbitinə  daxil  etməklə 
genişlənməsindən  ibarətdir.  Amerikan  nəşrində  qeyd  edilirdi  ki,  bu  ölkələr 
Ukrayna,  Belarus,  Moldova,  Gürcüstan  və  Azərbaycandır  ki,  Qərb  bu  ölkələr 
vasitəsilə Xəzər nefti və qazına çıxış imkanını təmin edə bilər [ 4, s. 176-177]. 
             NATO-nun  2004-cü  il  iyun  ayında  stanbulda  keçirilən  sammitində 
təşkilatın  Mərkəzi  Asiya  və  Qafqaz  ölkələrinin  “təhlükəsizliyinin  təminatçısı” 
olmaq  barədə  planları  rəsmi  şəkildə  müəyyənləşdirilmiş,  həmçinin  bütövlükdə 
Xəzər regionu alyans üçün strateji əhəmiyyətli bölgə elan edilmişdir.  
             Xəzər  regionu  ABŞ  üçün  o  qədər  böyük  əhəmiyyət  daşımağa  başlamışdı 
ki, bu regionun problemlərinə ölkə administrasiyasının xarici siyasətində ayrıca bir 
istiqamət  ayrılmışdır:    region  üzər  xüsusi  şöbə,  prezident  yanında  təhlükəsizlik 
ş
urasının  tərkibində  xüsusi  işçi  qrupu  yaradılmış,  prezident  və  dövlət  katibinin 
Xəzər regionun enerji məsələləri üzrə xüsusi müşaviri vəzifəsi təsis edilmişdir.  
            Mərkəzi  Asiya  və  Xəzər  regioununda  neft  resursları  ilə  bağlı  amerikan 
maraqları  daha  çox  ABŞ-ın  öz  müttəfiqləri,  xüsuslilə  də  Qərbi  Avropa  və 
Yaponiya üzərində təsirini saxlamaq cəhdləri ilə xarakterizə olunur. ABŞ Mərkəzi 
Asiya  dövlətlərini  Rusiya  təsir  dairəsindən  uzaqlaşdırmaqla  bu  ölkənin  nə  vaxtsa 
ABŞ-ın  geosiyasi  planlarına  mane  olmaq  imkanlarını  zəiflətməkdə  maraqlıdır. 
ABŞ-ın  Mərkəzi  Asiyada  nüfuzunun  11  sentyabr  2001-ci  il  hadisələrindən  sonra 
Ə
fqanıstanda hərbi əməliyyatlara başlamasından sonra daha da artması onun nəinki 
Rusiya,  o  cümlədən  Çin,  ran,  cənub-qərbi  Asiya,  cənubi  Asiya  ölkələrinə 
münasibətdə  geosiyasi  üstünlük  qazandırmış  oldu.  Bundan  əlavə,  Amerikanın 
Avrasiya  strategiyasında  rəsmi  Vaşinqtonun  “islam  fundamentalizmi  və 
ekstremizmi”  faktorundan  istifadə  etməklə  Mərkəzi  Asiya  regionunu  Türkiyə, 


51 
 
Səudiyyə  Ərəbistanı  və  Pakistanın  daxil  olduğu  “coğrafi  kəmərə”  birləşdirmək 
cəhdləri  öz  əksini  tapmışdır.  Lakin,  Xəzər  regionunu,  hər  şeydən  əvvəl 
Azərbaycan,  Qazaxıstan  və  Türkmənistanı  bu  prosesə  cəlb  etmədən  adıçəkilən 
geostrateji vəzifənin həlli sual altında qala bilər [ 4, s 177-178]. 
            11  sentyabr  2001-ci  il  terror  hadisələrindən  sonra  ABŞ-ın  Orta  Şərq,  o 
cümlədən, Azərbaycan və Mərkəzi Asiya ilə sıx münasibətləri fonunda formalaşan 
yeni  siyasi  durum  müşahidə  olunmaqdadır.  Region  ölkələrinin  GUAM  bloku 
çərçivəsində əməkdaşlığı da ABŞ-ın prinsiplərinə və maraqlarına uyğun qurularaq, 
müasir şəraitdə aktuallığını daha da artırmaqdadır. 
            Bundan  əlavə,  2001-ci  il  11  sentyabr  hadisələrindən  sonra  terrorizmlə 
mübarizə çərçivəsində Vaşinqton ənənəvi olaraq Rusiyanın nüfuz dairəsində olmuş 
regionda qoşun saxlamaq və hərbi bazalar yerləşdirmək haqqında bəzi dövlətlərlə 
hərbi paktlar bağladı. Lakin, regionda onun hərbi qüvvəsi Rusiya ilə müqayisədə o 
qədər də güclü deyil. ABŞ-ın Xəzər regionunda əsas məqsədləri aşağıdakılardır: 
-
  Çin,  ran və Rusiyanı çəkindirmək və izolyasiya etmək. 
-
  Enerji  resursları  və  onların  beynəlxalq  bazarlara  çatdırılması  yollarına 
nəzarət etmək. 
-
  Azərbaycan və Türkiyə kimi müttəfiqlərlə əməkdaşlıq etmək. 
-
  Rusiya ərazisindən yan keçən Xəzər enerji ixrac kəmərlərinin Bakı-Tbilisi-
Cehyan (BTC- Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə doğru uzanan 
multimilyardlıq  neft  boru  kəməri)  və  Nabukko  (regiondan  Avropayadoğru 
uzanan qaz kəməri) kimi kəmərlər vasitəsilə  diversifikasiyası. (Hal-hazırda 
isə TANAP və TAP layihələri  - N.M.) 
-
  Liberal islahatları və rejim dəyişikliklərini dəstəkləmək. 
-
  Hərbi və təhlükəsizlik sahəsində mövcudluğunu gücləndirmək. [ 23, s. 69-
70].
 
 
          Bundan  başqa,  ABŞ-ın  regionla  bağlı  siyasətinə  amerikan  şirkətlərinin 
həyata  keçirdiyi  investisiyaların  təhlükəsizliyini  təmin  etmək,  sabitliyi, 
demokratiyaya  keçidi  sürətləndirmək,  bazar  iqtisadiyyatının  səmərəli  fəaliyyət 
göstərməyini  təmin  etmək,  kommersiya  fəaliyyətini  gücləndirmək,  kütləvi  qırğın 


52 
 
silahları  ilə  bağlı  yarana  biləcək  problemləri  aradan  qaldırmaq  və  insan  haqları 
standartlarını yüksəltmək də daxildir.  
            ABŞ-ın  Mərkəzi  Asiya  ilə  bağlı  əsas  qayğılarından  biri  Qazaxıstanda 
toplanmış  kütləvi  qırğın  silahlarının  daşınması  və  regionda  nüvə  silahının 
yaradılması  ilə  bağlı  fəlaiyyətə  nəzarət  edilməsidir.  Qazaxıstan  ərazisində  SSR  
dövründən  qalmış  nüvə  silahlarına  sahib  olmaq  və  ölkənin  nüvə  gücü  olan  bir 
dövlət kimi qalmağını arzulayan qruplar var. 1995-ci ilin aprel ayınadək 1040 ədəd 
SS-18  nüvə  başlığı  Rusiyaya  verilmişdir.  Silahların  Rusiyaya  təhlükəsiz  şəkildə 
ötürülməsinin  qarşılığında  ABŞ  Qazaxıstana göstərdiyi  dəstəyi  artırdı.  ABŞ nüvə 
silahlarının  radikal  xarakterli  üçüncü  dünya  ölkələrinə  və  ya  terrorist  qruplara 
satılması təhlükəsindən ehtiyat edir [ 14, s. 20]. 
             Eyni  zamanda  Qazaxıstan  Rusiya  ilə  uzun  sərhədlərinin  olması  və 
ə
razisindəki  rus  əhalisinin  sayına  görə  də  ABŞ-ın  yaxından  izlədiyi  bir  ölkədir. 
Bölgə ölkələri arasında ən çox iqtisadi yardımın Qazaxıstanın payına düşməsi bu 
diqqətin  göstəricisidir.  Amerika    Qazaxıstandakı  investisiyaların  təhlükəsizliyini 
təmin  etmək,  enerji  kəmərlərinin  rus  monopoliyasına  keçməsinin  qarşısını  almaq 
üçün qazax neftinin BTC boru kəməri vasitəsilə daşınması layihələrini dəstəkləyir. 
Qazaxıstanın Rusiyadan yan keçən alternativ boru xətləri vasitəsilə dünya bazarına 
çıxması  üzərindəki  rus  təsirindən  də  ciddi  mənada  azad  olması  deməkdir.  Lakin 
Nazarbayev  hökuməti  Amerika  ilə  iqtisadi,  Rusiya  ilə  siyasi  və  strateji  sahədə 
siyasət yürüdərək iki güc arasında balanslaşdırılmış siyasət həyata keçirir [ 30, s. 
18]. 
            ABŞ-ın digər təhlükəsizlik qayğısı isə radikal islamçı hərəkatların Mərkəzi 
Asiyaya  yayılması  təhlükəsidir.  ran  slam  Respublikası  isə  nüvə  silahlarının  və 
radikal  slamçılığın yayılması təhlükəsinin kəsişdiyi nöqtədə yerləşir. Amerikanın 
ə
n mühüm təhlükəsizlik məqsədlərindən biri də  ranı çevrələmək və onun rejimini 
bölgəyə ixrac etməyinə mane olmaqdır [ 14, s. 20]. 
           Beləliklə,  XX  əsrin  sonlarında  baş  vermiş  siyasi  hadisələr  nəticəsində 
karbohidrogen ehtiyatları ilə zəngin Xəzər regionu ABŞ-ın diqqətini yenidən cəlb 
etməyə başladı. Regionu öz həyati maraqlar zonasına daxil etməsi Xəzər regionuna 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə