Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

47 
 
hər  bir  ölkənin  müstəqil  şəkildə  özünə  aid  olan  sektorunda  fəaliyyətinin  təmin 
ediməsi dururdu [ 12, s. 86]. 
             Bir  daha  qeyd  etmək  lazımdır  ki,  son  iki  onillikdə  Xəzər  regionu  Qərb 
dünyası, əsasən də onun əvəzolunmaz lideri ABŞ üçün böyük geosiyasi əhəmiyyət 
daşımağa  başladı.  90-cı  illərin  ortalarından  Rusiya  ilə  ümumi  dil  tapa  bilməyən 
ABŞ  Qafqazda  və  Xəzər  bölgəsində  nəzarət  əldə  etmək  üçün  əsas  diqqəti  xəzər 
neftinə  yönəltdi.  Bu  dövrdə  ABŞ,  post-sovet  məkanına  aktiv  müdaxilə  etmək 
imkanına  malik  olmadığından,  üç  favorit  ölkə  müəyyənləşdirdi:  Ukrayna, 
Azərbaycan və Qazaxıstan. Bununla da Rusiyanın nüfuzunun üç əsas istiqamətdə: 
Balkanlar (Ukrayna), Cənubi Qafqaz (Azərbaycan) və Mərkəzi Asiya (Qazaxıstan) 
genişlənməsinin  sərhədlərinin  müəyyənləşdirilməsini  qarşısına  geosiyasi  vəzifə  
kimi qoydu. 
            Son onilliklər ərzində ABŞ-ın neft istehlakının və idxal neftindən asılığının 
artması Vaşinqtonun Xəzərin enerji ehtiyatlarına diqqət yetirməsinin səbəblərindən 
biri  idi.  Amerikanların  regiona  gəlişi  ilə  yeni  müstəqil dövlətlər  ABŞ  tərəfdarları 
və  əleyhdarları  arasında  mübarizə  meydanına  çevrildi.  Enerji  resurslarına  və 
onların  daşınması  yollarına  nəzarət  uğrunda  mübarizə  1990-cı  illərin  əvvələrində 
başladı.  Boris  Yeltsinin  rəhbərliyi  altında  Rusiya  hökumətinin  zəifliyi  Amerika 
üçün regionda nüfuzunu gücləndirmək üçün əlverişli fürsət yaratmış oldu [ 23, s. 
69]. 
           Bu  baxımdan  qeyd  etmək  lazımdır  ki,  ABŞ  hökuməti  öz  strateji  xəttinə 
uyğun  olaraq,  əsas  neft  kəməri  məsələsində  Bakı-Tbilisi-Ceyhan  layihəsini 
dəstəkləyir, Xəzərin hüquqi statusu məsələsində isə onun beş sahil dövləti arasında 
orta  xətt  üzrə  milli  sektorlara  bölünməsi  ideyasını  müdafiə  edirdi.  1995-ci  ildən 
başlayaraq,  ABŞ  hökuməti  bölgəyə  yönəldilmiş  siyasətində  aktivlik  və  ardıcıllıq 
nümayiş etdirir
 
[ 41]. 
           Xəzərin hüquqi statusu ilə bağlı neytral mövqedə olduğunu bildirməsindən 
iki  il  sonra  1996-cı  il  noyabr  ayında  ABŞ  sektoral  bölgüyə  tərəfdar  olduğunu 
bildirdi.  Rusiyanın  Xəzəri  məhdud  şəkildə  sektorlara  bölməklə  bağlı  təklifinə 
cavab  olaraq  ABŞ-ın  yeni  müstəqil  dövlətlər  üzrə  xüsusi  elçisi  Ceyms  Kollinz 


48 
 
Prezident  H.Əliyevə  ünvanladığı  məktubda  bildirmişdir  ki,  Vaşinqton  “bizim 
investisiya şirkətlərini və Xəzər dənizinin sektoral bölgüsü ideyasını dəstəkləyir”. 
ABŞ-ın  Rusiyanın  mövqeyinə  -  Xəzərdə  birgə  suverenliyin  yaradılmasına  qarşı 
yanaşması  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Nəticədə  siyasətdə  dəyişikliklər  baş 
verdi və ABŞ-ın regionda əhəmiyyəti artmağa başladı [ 2, s. 319-320]. 
             Dövlət  Departamenti  "Xəzər  hövzəsinin  Enerji  nkişafı"  adlı  hesabatında 
(1997) ABŞ-ın bu bölgədəki siyasətinin əsas dörd istiqamətini müəyyən edir: 
1.  "Regional  konfliktlərin  həlli".  Bu  bənd  Azərbaycan-Ermənistan  münaqişəsinin 
həlli,  Qafqazda  etnik  gərginliklərin  aradan  qaldırılması,  eləcə  də  Tacikistanda 
vətəndaş müharibəsinin dayandırılması haqqındadır. Sənəd müəlliflərinin fikrincə, 
bu  konfliktlər  ran  kimi  xarici  qüvvələrin  işə  qarışmasına  şərait  yaradır.  Üstəgəl, 
konfliktlərin  uzanması  dağıdıcı  islamçı  hərəkatların  inkişafı  üçün  münasib  mühit 
formalaşdırır; 
2.  "Dünya  enerji  təminatının  artımı  və  genişləndirilməsi"  bəndi  ran  körfəzinə 
ə
lavə və alternativ kimi, eləcə də Qərbin buradakı enerji maraqlarını sığortalamaq 
məqsədilə Xəzər hövzəsinin enerji ehtiyatlarının istismarını nəzərdə tutur; 
3.  "Xəzər  hövzəsi  ölkələrinin  müstəqilliyi  və  suverenliyi".  Hesabatın  müəllifləri 
hesab  edirlər  ki,  burada  əsas  problem  Rusiya  ərazisindən  keçən  neft  kəmərindən 
asılılığın  aradan qaldırılmasıdır.  Siyasi problemlərdən başqa,  bu  asılılıq  Rusiyaya 
kəmərlərdən  istifadə  haqqını  fövqəladə  dərəcədə  yüksəltmək  imkam  verir. 
Məsələnin həlli üçün fərqli və alternativ enerji-ixrac yollarının olması zəruridir. Bu 
məntiqə  uyğun  olaraq  randan  keçəcək  neft  kəmərinə  etibar  məsələsi  ortaya 
çıxdığından Bakı-Tbilisi-Ceyhan ideyası dəstəklənir. 
4.  " ranın  izolyasiyası".  Bunun  üçün  bu  ölkənin  gəlirlərinin  məhdudlaşdırılması 
tələb  olunur.  Həmin  gəlirlər  kütləvi  qırğın  silahlarının  əldə  edilməsinə,  dağıdıcı 
silahlar  arsenalının  artımına,  terrorizmi  dəstəkləməyə  sərf  edilir.  Hesabatın 
müəllifləri  bu  məqsədə  nail  olmağın  ən  yaxşı  yolunu  Xəzərdə  enerji  istismarı 
sahəsində  ranın hər hansı iştirakının qarşısını almaqda görürlər [ 7, s. 670]. 


49 
 
             ABŞ  Dövlət  Departamentinin  1997-ci  il  tarixli  bu  hesabatını  diqqətlə 
nəzərdən keçirdikdə əslində ikinci Klinton administrasiyasının Xəzər mərkəzli yeni 
dünya düzəninin yaradılmasını hədəfə aldığını görə bilərik [ 31]. 
             Artıq  ötən  əsrin  90-cı  illərinin  sonlarından  etibarən  Qərb  regionda  hərbi-
siyasi  nüfuzunu  möhkəmləndirmək  uğrunda  fəaliyyətini  gücləndirdi.  Bu  onunla 
ə
laqədar  idi  ki,  hərbi-strateji  baxımdan  bu  regiondan  istifadə  etməklə  hərbi 
qüvvələrin Mərkəzi Asiya, Aralıq dənizi, Yaxın Şərq və Fars körfəzi kimi mühüm 
geostrateji əhəmiyyətə malik bölgələrdən qısa müddətdə dislokasiyası mümkün ola 
bilər.  
            ABŞ-ın Qafqaz və bütövlükdə Xəzər regionuna olan münasibətinə gəlincə 
qeyd  etmək  lazımdır  ki,  bu  ölkə  regionda  aparıcı  geosiyasi  aktora  çevrilməyə 
çalışır.    Artıq  1997-ci  ildən  region  ABŞ-ın  milli  maraqları  dairəsinə  aid  edilmiş, 
1998-ci il 1 oktyabr tarixindən isə, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, 
Belarus  və  Moldova  ABŞ  Hərbi  Qüvvələrinin  Avropa  komandanlığının 
(USEUCOM)  məsuliyyət  dairəsinə  aid  edilmişdir.  1999-cu  ildə  Pentaqon  Xəzər 
regionunun artan geostrateji əhəmiyyətini nəzərə alaraq Mərkəzi Asiyada yerləşən 
hərbi  qüvvələrini  Sakit  okean  komandanlığının  tərkibindən  çıxarıb,  Birləşmiş 
Mərkəzi  Komandanlığın  sərəncamına  verdi.  Bu  addım  amerikan  analitiki  Maykl 
Kler  tərəfindən  “hərbi  coğrafiyanın  dəyişdirilməsində  nadir  nümunə”  kimi 
xarakterizə edildi [ 4, s. 176]. 
            2002-ci  il  1  oktyabr  tarixindən  isə,  ABŞ  Hərbi  Qüvvələrinin  Avropa 
komandanlığının  (USEUCOM)  nüfuz  dairəsinə  Şimali  Atlantikanın  böyük  bir 
hissəsi, Xəzər dənizi və Rusiya da daxil edildi.  
            2001-ci  il  yanvar  ayında  Davos 
qtisadi  Forumunda  amerikan 
nümayəndələri  bir  daha  təsdiq  etdilər  ki,  Xəzər  bölgəsi  onların  həyati  maraqlar 
zonasına  daxildir  və  Fars  körfəzinə  münasibətdə  alternativ  neft  mənbəyi  hesab 
edilir.  Bununla  bağlı  hələ  90-cı  illərin  ortalarında  Pentaqon  tərəfindən  bölgədəki 
amerikan  maraqlarının  təhlükəyə  məruz  qalacağı  halda  “Xəzər  üzərində  fırtına” 
adlı əməliyyatı planı da hazırlanmışdı [ 4, s. 176]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə