Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

34 
 
            ranın  Xəzərin  dənizinin  statusu  və  karbohidrogen  ehtiyatlarının  işlənməsi 
ilə bağlı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi tədqiqatçılar bir neçə səbəblə 
izah edirlər: 
           Əvvəla,  ranı qıcıqlandıran əsas məsələ Xəzərin milli sektor bölgüsündə bu 
ölkəyə  düşən  payın  onun  iddia  etdiyi  kimi  20% deyil,  14% olmasıdır.  Orta  xətt 
üzrə aparılan bölgü ilə (bu beynəlxalq bölgü prinsipidir)  rana heç bir halda 20% 
pay  vermək  mümkün  deyil.  ran  isə  hesab  edir  ki,  Xəzər  beş  bərabər  hissəyə 
bölünməli,  hər  dövlətə  20 %  -lik  pay  verilməlidir.  Bu  ölkəni  qətiyyən 
maraqlandırmır ki, bölgü hansı prinsiplə aparılsın, 20% -lik bölgü əsasında  ranın 
sərhədləri kimin ərazisinə düşür və s. 
             kincisi, 
ran  Azərbaycanın  bölgədə  və  dünya  enerji  bazarında 
güclənməsini, qlobal enerji layihələrinin mərkəzinə çevrilməsini, Qərb şirkətlərinin 
bu  ölkə  vasitəsilə  Xəzər  bölgəsinə  gəlməsini  özü  üçün  ciddi  təhlükə  sayır.  Bunu 
tədqiqatçılar,  bir  tərəfdən,  randa  yaşayan  azərbaycanlılar  üçün  Azərbaycanın 
populyarlığının  artması  təhlükəsi  ilə,  digər  tərəfdən  Azərbaycanın  güclənərək 
ranın  təsiri  altından  tam  çıxa  bilməsi  faktı  ilə  izah  edirlər.  Onların  fikrinə  görə, 
ə
gər Azərbaycan bütün bu işləri  ranla aparmağı qərarlaşdırsa idi, onda bu ölkənin 
tərəfindən heç bir maneçiliklə rastlaşmayacaqdı [ 7, s. 677-678]. 
            Rusiya  və  ranın  mövqeyini  iki  amil  şərtləndirirdi.  Birincisi,  onlar 
çalışırdılar ki, sektorlarda kəşfiyyat işləri ya heç aparılmasın, ya da aparılan işlər 
nəticə  verməsin.  kincisi,  ran  və  Rusiya  Xəzərdə  neft  biznesində  Qərb 
korporasiyaları ilə rəqabətdə uduzacaqlarını görüb kəşfiyyat işlərinə mane olmağa 
çalışırdılar. Bu zaman Rusiyanın başlıca məqsədi Azərbaycana təzyiq etmək idisə, 
Qərb dövlətləri əksinə, Azərbaycanı və Qazaxıstanı müdafiə edirdilər [ 12, s. 74]. 
            Ümumiyyətlə,  Xəzərin  hüquqi  statusu  məsələsində  ilk  vaxtlar  iki  əsas 
mövqe  var  idi:  Azərbaycan  və  Qazaxıstan  beynəlxalq  hüquqa  uyğun  olaraq 
Xəzərin akvatoriyasını milli sektorlara bölmək, Rusiya və  ran isə 12 və ya 45 mil 
ə
razi  zonasından  kənarda  təbii  ehtiyatlardan  birgə  istifadə  etmək  təklifini  irəli 
sürürdülər.  Türkmənistanın  mövqeyi  qeyri-ardıcıl  və  ziddiyyətli  idi.  Bir  tərəfdən, 
Azərbaycanın  “Kəpəz”  yatağına  iddialı  olan  Türkmənistan  Rusiya  və  ranın 


35 
 
mövqeyi  ilə  həmrəylik  nümayiş  etdirirdi,  digər  tərəfdən  o,  Qazaxıstanla 
bəyannamə imzalayaraq spektr prinsipini müdafiə edirdi.                        
            Qazaxıstan  isə,  Xəzərin  dibinin  bölünməsinə  tərəfdar  olması  ilə  yanaşı 
ə
vvəllər  olduğu  kimi  Xəzər  dənizinin  orta  xətt  üzrə  xüsusi  iqtisadi  zonalara 
bölünməsi  metodikasının  qəbul  olunması  üzərində  israr  edir,  öz  diplomatik 
fəaliyyətində bu prinsipi əsas götürürdü. 
            Qazaxıstan Xəzərin hüquqi statusu məsələsində 1998-ci ilin fevral ayınadək 
Azərbaycanın  mövqeyinə  oxşar  mövqedən  çıxış  etmişdir.  Bu  ölkənin  mövqeyi 
Beynəlxalq Dəniz Hüququ Konvensiyasının dəniz qanunları çərçivəsində Xəzərin 
qapalı  dəniz  (daxili  dəniz)  kimi  dəyərləndirilməsindən  ibarətdir.  Bu  yanaşmaya 
görə,  dövlət  sərhədləri  ərazi  sularının  eni  ilə  müəyyənləşdirilir  və  eyni  zamanda 
hər bir dövlətin iqtisadi zonasının sərhədləri çəkilir [15, s. 16,17 ]. 
             Xəzərin statusu ilə keçirilən görüşlərdən dəqiq bir nəticə əldə edilməsə də, 
bu  müddətdə  bəzi  irəliləyişlər  də  olmuşdur.  Xəzərin  bölüşdürülməsi  ilə  bağlı  ilk 
irəliləyiş  1996-cı  ildə  baş  verdi.  12  noyabr  1996-cı  ildə  Aşqabad  görüşündə 
Qazaxıstan  Xəzərin  beynəlxalq  hüquq  normalarına  uyğun  olaraq  məsuliyyət 
dairəsinin və balıqçılıq bölgələrinin sərhədlərinin müəyyənləşdirilməsini və dəniz 
dibinin  milli  sektorlara  ayrılmasını  istədi.  Rusiya,  ran  və  Türkmənistan  isə  öz 
aralarında  mineral  resursların  istifadəsi  ilə  bağlı  əməkdaşlıq  haqqında 
memorandum  imzaladılar.  Qazaxıstan  və  Azərbaycan  isə  bu  memoranduma 
qoşulmadı [ 15, s. 17]. 
            Qərblə  inteqrasiyanın  qarşısıalınmaz  proses  olduğuna  görə  artıq  Rusiya 
Xəzərin  istifadə  rejimində  hakim  mövqeyə  deyil,  bərabər  hüquqlu  tərəfdaşa 
çevrilməsi  Rusiyanın  mövqeyində  özünü  göstərməyə  başlamışdır.  Bununla  da, 
Xəzərin  sektorlara  bölünməsi  məsələsi  yalnız  tərəflərin  qarşılıqlı  kompromis 
varianta  gəlmələri  ilə  həll  olunmalı  idi.  Belə  mövqe  ilk  dəfə  olaraq  Rusiya  və 
Qazaxıstan  dövlətlərinin  problemə  baxışında  öz  əksini  tapdı.  1998-ci  ildə  Rusiya 
və  Qazaxıstan  arasında  Xəzər  dənizinin  şimal  hissəsinin  dibinin  bölünməsi 
haqqında  sazişin  imzalanmasından  sonra  sektoral  bölgünün  regional 
təhlükəsizlikdə və gələcək inkişafda əhəmiyyətini şərh edən Qazaxıstan Prezidenti 


36 
 
N.Nazarbayev bildirmişdir ki, “Xəzərin dibinin milli sektorlara bölünməsi məsələsi 
artıq daha çox siyasi çalara malikdir. Bu sazişlə Şimali Qafqaz Balkanlaşmayacaq. 
Adətən ya var-dövlətə, ya da qana səbəb olan neftin çıxarılması və onun nəqli üçün 
təkcə  boru  kəmərləri  yox,  həm  də  siyasi  qərarlar  lazımdır”.  Demək  olar  ki, 
Rusiyanın  Xəzərin  sektoral  bölgüsü  prinsipini  tanıması  Xəzəryanı  dövlətlərin 
mövqe yaxınlığının əsasını qoydu [ 12, s. 87]. 
           2003-cü  il  14  may  tarixində  Almatıda  Azərbaycan,  Rusiya  və  Qazaxıstan 
Xəzərin  dənizinin  dibinin  bölünməsi  ilə  bağlı  bir  protokol  imzaladılar.  Bu 
müqaviləyə  əsasən  Xəzərin  19  faizinin  Rusiyaya,  29  faizinin  Qazaxıstana, 
təxminən 18-19 faizlik hissəsinin isə Azərbaycana məxsus olduğu bildirilirdi.Qalan 
hissə  isə  Türkmənistan  və  ranın  bu  bölgüyə  qarşı  çıxması  səbəbindən  qeyri-
müəyyən olaraq qalmaqda davam edir.  
           Artıq  Qazaxıstan  Xəzərin  statusunun  müəyyən  edilməsində  1982-ci  il 
Beynəlxalq  Dəniz  Hüququ  Konvensiyasının  tətbiqinin  vacibliyini;  naviqasiya, 
balıqçılıq və ətraf mühit məsələsində müsbət təsir göstərə biləcəyini, dəniz dibinin 
orta  xətt  əsasında  bölüşdürülməsinin  vacibliyini,  Xəzərin  sularının  isə  müəyyən 
müstəsna  iqtisadi  zona  istisna  olmaqla  ortaq  istifadə  edilə  biləcəyini,  hər  bir 
sahilyanı dövlətin ərazi sularının və balıqçılıq bölgələrindən kənarda qalan hissənin 
sərhədyanı  dövlətlər  üçün  sərbəst  naviqasiyaya  açıq  olmasının  vacibliyini,  hər 
sahilyanı  dövlətin  Xəzərə  açılan  və  RF  ərazilərində  qalan  su  yollarını  RF  ilə 
ikitərəfli  razılaşmalar  çərçivəsində  istifadə  edilməli  olduğunu  dəstəkləyir  [  15,  s. 
17]. 
            Xəzərin 
statusu 
məsələsi 
ilə 
bağlı 
mövqeyini 
tam 
şə
kildə 
müəyyənləşdirməyən  Türkmənistan  başlanğıcda  Rusiya  və  ranın  ortaq  istifadə 
fikrini  dəstəkləmişdir.  Bu  məqsədlə  Türkmənistan  12  noyabr  1996-cı  ildə 
Xəzərsahili dövlətlərin  xarici işlər  nazirlərinin  Aşqabad  görüşündə  bu üç ölkə ilə 
memorandum  imzalamışdır.  Lakin  daha  sonra  1998-ci  ilin  dekabr  ayında 
Moskvada  Xəzərsahili  dövlətlərin  zirvə  görüşündə  daha  fərqli  mövqe  nümayiş 
etdirərək  Xəzərin  bölünməsini  və  Azərbaycanla  aralarındakı  sərhəddin  orta  xətt 
prinsipinə görə müəyyənləşdirilməsini qəbul etdiyini bildirdi. Ümumi prinsiplərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə