Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

22 
 
arasındakı  müzakirələr  və  müxtəlif  alim-tədqiqatçılar  arasındakı  mövcud  fikir 
ayrılığının  nəticəsidir.  Lakin,  Xəzərin  beynəlxalq  hüquqi  vəziyyətinin  qeyri-
müəyyənliyi  daha  çox  Sovet- ran  müqavilə  praktikasının  xüsusiyyətlərindən, 
bağlanmış 
sazişlərdən 
irəli 
gəlir. 
Elə 
Xəzərin 
hüquqi 
statusunun 
müəyyənləşməsindəki  maneələrdən  biri  də  bununla  bağlıdır  desək,  yəqin  ki  səhv 
etmərik [ 8, s. 126]. 
           Xəzəryanı regionun problemləri və sosial-iqtisadi inkişafının perspektivləri 
də  bilavasitə  Xəzər  dənizilə  əlaqədardır.  Bu  isə  öz  növbəsində  sair  faktorlarla 
bəarabər, Xəzərin ekoloji təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Avropa 
və  Asiyanın  qovşağında  yerləşən  Xəzər  dənizini  birmənalı  şəkildə  göl  və  yaxud 
dəniz  adlandırmaq  mümkün  deyil.  Bu  isə  Xəzərin  hüquqi  rejiminin  müəyyən 
edilməsində  xüsusi  rol  oynayır.  Xəzər  hövzəsinin  dünya  ölkələri  ilə  əlaqəsi 
olmadığı  və  hövzənin  qapalı  olması  onu  göl  adlandırmağa  imkan  verir.  Bununla 
belə, onun göl olaraq sahəsinin dünyada ən böyük olması (398100 km.), cənubda 
dərinliyinin 1025 m. olması onu göstərir ki, Xəzəri dəniz adlandırmaq olar [ 13, s. 
34]. 
          Qara dəniz və Baltik dənizləri ilə bir sıra kanallar vasitəsilə əlaqəsi olmasına 
baxmayaraq  bütün  ətrafı  quru  sahələri  ilə  əhatə  olunmuş  Xəzər  1982-ci  il 
Beynəlxalq  Dəniz  Hüququ  Konvensiyasında  qeyd  edilmiş  qapalı  dəniz  və 
yarımqapalı dəniz anlayışının tələblərinə heç cür uyğun gəlmir [ 11, s. 49]. Belə ki, 
1982-ci  il  Konvensiyasına  görə  yarımqapalı  və  qapalı  dəniz  “iki  və  ya  daha  çox 
dövlətlə  əhatə  olunmuş,  bir  okeana  çıxışı  olan  və  ya  əsas  etibarilə  dövlətlərin 
torpaq sularından ibarət olan bir göl, körfəzdir”. Dənizi göldən açıq dənizlərə çıxış, 
duzluluk, həcm, yaş, kontinental şelf kimi fərqli xüsusiyyətlər ayırır. Xəzər göldür 
deyənlər,  dəniz  olmağın  əsas  xüsusiyyətinin  açıq  dənizlərə  çıxışının  olduğunu, 
Xəzərin isə bu cür çıxışa sahib olmadığını bildirirlər. Xəzər dənizdir deyənlər isə, 
Xəzərin  ənənəvi  adını,  həcmini  və  duzluluğunu  əsas  kimi  göstərirlər  [  19,  s.  72, 
73]. Xəzərin dəniz yoxsa göl olmasının qeyri-müəyyənliyi isə hələ də davam edir. 
Rusiyanın  suverenliyi  altında  olan  kanallardan  digər  dövlətlərin  keçməyinə  icazə 
verməməyi Xəzərin göl hesab olunmasına səbəb ola bilər. Belə vəziyyətdə Xəzər 


23 
 
iki  və  ya  daha  artıq  dövlət  arasında  sərhəd  təşkil  etdiyindən  beynəlxalq  hüquqa 
görə  “beynəlxalq  su yolları”nın  statusuna  tabe ola  bilər.  Beynəlxalq  hüquqa görə 
bir  neçə  ölkə  ilə  əhatə  olunmuş  göllər  həmin  dövlətlər  arasında  delimitasiya  və 
kənd  təsərrüfatı  məqsədləri  ilə  istifadə  edilmə  və  ətraf  mühitin  qorunması 
məsələsində beynəlxalq hüququn əsas normalarına bağlıdır [ 11, s. 49]. 
          Xəzərin  dəniz  kimi  tanınması  onun  beynəlxalq  dəniz  hüququ  normalarına 
uyğun delimitasiyasına imkan verir (ilk növbədə BMT-nin dəniz hüququ haqqında 
1982-ci il Konvensiyasına uyğun olaraq). Yada salmaq gərəkdir ki, “Xəzər gölü” 
konsepsiyasının tərəfdarları Xəzər hövzəsinin qapalı olduğuna istinad edərək, ona 
beynəlxalq hüquq normalarının tətbiqinin mümkünsüz olduğunu deyir və Xəzərdə 
hansısa bir xüsusi rejim yaradılmalı olduğunu hesab edirlər.  
Xəzəryanı dövlətlər yaxşı başa düşürlər ki, bu problemin həlli beş sahilyanı 
dövlətin  hər  birinin  işidir.  Onlar  Xəzər  hövzəsinin  həm  coğrafi,  həm  də  xarici-
siyasi cəhətdən unikallığını öz çıxışlarında təsdiq etmişlər.  
Bununla  bərabər  Xəzər  dənizi  çay  və  kanallar  sistemi  vasitəsilə  Baltik  və 
Qara  dənizlə  birləşir.  Konvensiyada  buna  “keçid”  deyilir,  lakin  bu  keçidin  tam, 
yaxud qismən olması haqda heç nə deyilmir.  
Ə
gər  razılaşsaq  ki,  Xəzər  dənizi  başqa  bir  dənizlə  birləşmir,  onda 
Konvensiyanın  122-ci  maddəsi  tam  şəkildə  qapalı  dənizlərə  aiddir  və onların hər 
sahilyanı dövlətin ərazi suları, müstəsna iqtisadi zona və kontinental şelf zonasına 
bölünməsini  nəzərdə  tutur.  Delimitasiyanın  metodikası  isə  Konvensiyanın  15,  74 
və 83-cü maddələrində göstərilib [ 9, s. 193]. 
Qeyd etmək lazımdır ki, beynəlxalq praktika və beynəlxalq hüquq bölünmə 
problemi ilə qarşılaşmış, yəni bu yolu keçmişdir (həm göl-hadisəsi, həm də dəniz-
hadisəsi zamanı). 
Burada  Konstans  gölünü  (sovet  ensiklopediyasında  Boden  gölü)  misal 
göstərmək  olar.  1867-ci  ildə  Baden,  Bavariya,  sveçrə  və  Vürtenberq  tərəfindən 
imzalanan  Berpens  müqaviləsi  hüquqi  statusun  yenidən  baxılmasını  əks  etdirirdi. 
Lakin alman gəmiləri kondominium quran bu müqaviləni rədd etmişdilər.  


24 
 
Tarix  boyu  “daxili  dənizin  hüquqi  rejimi”  fərqli  ölkələr  tərəfindən  onların 
yaşadığı  regiondan  asılı  olaraq  fərqli  başa  düşülmüşdür.  “Daxili  dəniz” 
adlandırılan  su  hövzələrinin  çoxu  ensiz  boğazlar  vasitəsilə  dünya  okeanı  ilə 
birləşən  daxili dənizlərdir.  Siyasi  coğrafiyada  belə  dənizlər,  məsələn  Karib  və  ya 
Baltik dənizi tez-tez iki və ya daha artıq ölkələrin dövlət sərhədlərinin toqquşduğu 
yer olur.  
Bu baxımdan diqqət cəlb edən məsələ odur ki, BMT 1982-ci il dəniz hüququ 
haqqında  Konvensiyanı  dənizlərin  rejimi  məsələləri  üçün  universal  və  ümumi 
sənəd  kimi  qəbul  edir.  Digər  beynəlxalq  hüquqi  aktlar  Konvensiyaya  zidd 
olmadıqda  istifadə  oluna  bilərlər.  “Xəzər  dənizi”  konsepsiyasının  tərəfdarları 
beynəlxalq  dəniz  hüququnun  Xəzərə  aid  olmadığı  iddialarını  (hüquqi  əsas  olsa 
belə) rədd edirlər. Eyni zamanda Xəzərin su səthi (ilk növbədə söhbət dənizçilik, 
balıqçılıq  və  ekoloji  aspektlərdən  gedir)  ümumi  istifadə  obyekti  olmalıdır  və 
Xəzəryanı dövlətlərin konsensusuna tabedir [ 9, s. 194]. 
Xəzərin mövcud hüquqi rejiminə (1921-ci ildə RSFSR və  ran, 1940-cı ildə 
SSR  və  ran arasında müqavilələrlə müəyyən olunmuş) gəldikdə isə, onlar sadəcə 
ə
n  ümumi  halda  ticarət  dənizçiliyi  və  balıqçılıq  məsələlərini  tənzimləyir,  lakin 
Xəzərin hüquqi statusunu ümumi həcmdə əhatə etmir.  
Hava  məkanından  istifadə  rejimi,  dəniz  dibindən  istifadə  rejimi,  ekologiya 
rejimi məsələləri, həmçinin ərazi dənizi, müstəsna iqtisadi zona, kontinental şelflə 
bağlı  məsələlər  yuxarıda  göstərilən  müqavilələrdə  əsk  olunmayıb.  Çünki  bu 
məsələlər ilk dəfə  1958-ci il Cenevrə Konvensiyası və 1982-ci il BMT-nin Dəniz 
hüququ  haqqında  Konvensiyasında  baxılmış  və  “kontinental  şelf”,  “müstəsna 
iqtisadi  zona”  terminlərinin  hüquqi  mənası  verilişdir.  Buradan  belə  çıxır  ki, 
Xəzərin  hüquqi  statusu  yenidən  yazılmalıdır,  çünki  1940-cı  ildən  sonra  qapalı 
(daxili)  su  hövzələri ilə bağlı  praktika dəyişilmiş,  irəli  addımlamış  və beynəlxalq 
hüquq bəşəriyyətə yeni fikirlər gətirdiyinə görə köhnələrlə yaşamaq olmaz. [ 9, s. 
194-195] 
Xəzərin  ətrafında  ekoloji  vəziyyət  isə  dövlətlərin  birgə  səyləri  və 
ə
məkdaşlığı sayəsində həll edilə bilər. Əlbəttə ki, Xəzər dəniz kimi tanınsa, BMT-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə