Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   2   3   4   5   6   7   8   9   ...   34

13 
 
istismarı  dənizin  normadan  artıq  çirklənməsinə  səbəb  olur.  Bu  isə  suda  üzən 
quşların məhvilə nəticələnir. Belə ki, 1998-ci ildə Abşeron rayonunda Qel adasında 
minlərlə quş məhv olmuşdur. Dənizin neftlə çirklənməsi balıqçılıq təsərrüfatına da 
böyük ziyan vurur. Nərə balığının əsas bazası olan şimali Xəzərdə 1980-cı illərin 
axırına  qədər  neftlə  çirklənmə  nisbətən  aşağı  səviyyədə  idi.  Lakin  Astraxan  qaz 
kondensator kompleksinin işə düşməsi ilə əlaqədar olaraq vəziyyət dəyişdi. Tengiz 
yataqlarının  kəşfi  və  istismarı,  daha  sonra  Kaşaqan  yataqlarının  istismarı  bu 
vəziyyəti  daha  da  dərinləşdirdi.  Belə  ki,  ekoloji  baxımdan  dənizin  çirklənməsi 
prosesi sürətləndi. Dənizin çirklənməsi öz növbəsində balıq ehtiyatlarının məhvinə 
səbəb  olur,  son  vaxtlarda  icazəsiz  balıq  ovunun  (brakonyorluq)  artması  Xəzər 
hövzəsində  nərə  balığının  kəskin  azalmasına  səbəb  olmuşdur.  Buna  görə  də 
sahilyanı  dövlətlərə  nərə  balığının  ovlanması  üçün  xüsusi  kvota  müəyyən 
edilmişdir. Bütün bunlar onu göstərir ki, Xəzərin statusu problemi özlüyündə onun 
bütün problemlərinin açarıdır. [13, s. 34]  
 
90-cı  illərdə  baş  vermiş  ictimai-siyasi  proseslər  Xəzərin  tarixində  əsaslı 
dönüş  yaradaraq  əvvəllər  keçmiş  SSR -nin  ranla bağladığı 10-dan  artıq  müxtəlif 
müqavilələr əsasında istismar praktikasını kölgədə qoymuşdur. Artıq regionda beş 
müstəqil  dövlətin  mövcudluğu  onların  xarici  siyasətində  “Xəzərdən  yeni 
istifadəni”  meydana  çıxarmış,  bu  beynəlxalq  əhəmiyyətli  mövzuya  çevrilmişdir. 
Elə buna görə də Xəzərin müasir tarixindəki ictimai-siyasi proseslərin öyrənilməsi 
mürəkkəb olduğu qədər də maraqlıdır.  
 
XIX  əsrin  II  yarısınadək  Xəzəri  öyrənməklə  məşğul  olmuş,  onu 
səciyyələndirən, müxtəlif fərziyyələr irəli sürmüş alim və səyahətçilərin əsərlərində 
bu  hövzə  haqqında  müxtəlif  maraqlı  və  zəngin  məlumatlar  vardır.  Lakin,  demək 
olar ki, həmin məlumatlarda Xəzərdən istifadə rejimi və onun beynəlxalq hüquqi 
statusu  haqqında  müzakirələr  elmi  araşdırma  mövzusuna  çevrilməmişdir.  Bu 
barədə  müvafiq  elmi  mülahizələr  əsasən  XIX  əsrin  sonunda  meydana  çıxmış, 
Rusiya  və  ran  arasında  cüzi  müqavilə  praktikası  isə  1917-ci  il  oktyabr 
hadisələrinədək  Xəzərin  statusunu  hüquqi  cəhətdən  sənədləşdirməmişdir.  SSR  
dağılanadək  Xəzərdən  istifadəni  Rusiya- ran  və  Sovet- ran  müqavilələri 


14 
 
tənzimləyirdi.  Lakin,  həmin  sənədlərdə  də  hüquqi  baxımdan  “status”  anlayışı 
olmamışdır.  Əsas  diqqəti  bu  iki  dövlət  su  sərhəddini  Astara-Həsənqulu  xətti  ilə 
müəyyənləşdirərək  (1881)  tranzit  məsələlərinə,  iqtisadi  –  texniki  əməkdaşlığa  və 
istifadə  rejiminə  yönəltmişdir.  Beynəlxalq  hüquq  normalarının  inkişafı  ilə  bağlı 
dənizlər, göllər haqqında dövlətlərin yekdil qərarı, hüquqşünas alimlərin məsələ ilə 
bağlı  fikirləri  XX  əsrdə  meydana  çıxmışdır.  Lakin  Xəzərin  statusu  yenə  də 
müzakirə obyekti olmadı [8, s. 33]. Xəzər dənizinin SSR -yə məxsus hissəsinin ilk 
dəfə  olaraq  sektorlara  bölünməsi  məsələsi  1960-cı  illərin  sonunda  müzakirə 
edilməyə başlandı. 
XX  əsrin  90-cı  illərində  isə  keçmiş  SSR   məkanında  baş  vermiş  siyasi 
proseslər  nəticəsində  meydana  çıxmış  müstəqil  dövlətlər  beynəlxalq  birliyin 
tamhüquqlu  üzvü  kimi  sərbəst  siyasət  yeritmək  hüququ  qazandı.  Xəzərətrafı 
regionda  müstəqil  dövlətlərin  yaranması  ilə  həmin  dövlətlərin  su  sərhədlərinin 
müəyyən edilməsi, Xəzərin hüquqi statusunun dəqiqləşdirilməsi zərurəti meydana 
çıxdı. 
 Xəzər  90-cı  illərdən  sonra  da  Azərbaycanın  siyasi-iqtisadi  həyatında 
ə
vvəllər  olduğu  kimi  xüsusi  mövqeyə  malik  olmuşdur.  20  sentyabr  1994-cü  ildə 
gənc Azərbaycan Respublikasının beynəlxalq aləmdə gələcək özünütəsdiqinin çox 
mühüm  amili  olan  bir  gün  idi.  Çünki  dünyanın  13  böyük  neft  şirkətləri  ilə 
Azərbaycan hökumətinin imzaladığı “Əsrin müqaviləsi” Xəzər və quru sahədə neft 
ehtiyatlarının istismarında ilk və ən böyük dönüş oldu. Məhz bundan sonra “status” 
məsələsi  meydana  çıxdı  və  getdikcə  sahilyanı  dövlətlərin  (Rusiya,  Qazaxıstan, 
Türkmənistan,  Azərbaycan  və  ran)  Xəzərlə  bağlı  kəskin  maraqlarının  meydana 
çıxmasına səbəb oldu.  mperiya təxəyyüllü dövlətlər Xəzərə müxtəlif qeyri-normal 
status  verməyi  təkid  etməyə  başladı.  Ümumiyyətlə,  SSR   dağıldıqdan  sonra 
meydana çıxmış problemlər içərisində Xəzərin statusu və onunla bağlı məsələləri 
sahilyanı ölkələr qarşısında mürəkkəblik dərəcəsinə görə daha önəmli hesab etmək 
olar.  Ona  görə  ki,  burada  dünyanın  ən  böyük  qapalı  sututarının  statusunun 
müəyyənləşdirilməsi  bir  neçə  respublika  qarşısında  ilk  dəfə  məsuliyyətli  məsələ 
kimi  qoyulurdu.  “Əsrin  müqaviləsi”ndən  sonrakı  proseslər  göstərdi  ki,  öz 


15 
 
kəskinliyi  ilə  meydana  çıxmış  Xəzərin  statusunun  illərlə  davam  edən  problemli 
müzakirəsi  qonşu  Rusiya  dövlətinin,  onunla  həmfikir  ran  və  Türkmənistan 
dövlətlərinin  Xəzər  nefti  uğrundakı  mübarizəsinin  tarixi  davamı  idi.  Bu  üçlük 
ə
sassız ideyalarla çıxış edərək Azərbaycanın Xəzər neftinin istismarına dair Qərb 
ş
irkətləri ilə həyata keçirdiyi mühüm əhəmiyyətə malik neft diplomatiyasına ciddi 
maneələr  törətməyə  çalışırdı.  Axı,  əsrlərlə  Xəzərdə  hegemonluq  iddiasında  olub, 
bunu  zaman-zaman  bəzən  siyasi,  bəzən  hərbi  vasitələrlə  həyata  keçirən  Rusiya 
artıq burada tarixi nüfuzunu demək olar ki, itimişdir. Beləliklə, Xəzərin statusunun 
meydana çıxması ilə 3 sahilyanı dövlətin Rusiya,  ran və Türkmənistanın mövqeyi 
Azərbaycan və Qazaxıstanın mövqeyinə qarşı birləşmişdir [8, s. 34, 35]. Bu barədə 
növbəti paraqraflarda ətraflı məlumat veriləcəkdir. 
Bütün deyilənləri ümumiləşdirərək, SSR -nin süqutundan sonra Xəzərətrafı 
regionda  yeni  müstəqil  dövlətlərin  yaranması  səbəbindən  həmin  dövlətlərin  su 
sərhədlərinin müəyyən edilməsi, Xəzərin enerji ehtiyatlarının və digər resurslarının 
bölüşdürülməsi zərurəti, müasir dövrdə Xəzərdən istifadənin müxtəlif aspektlərini 
ə
hatə  edən  məsələlərin  SSR - ran  müqavilələri  əsasında  həllinin  mümkünsüzlüyü 
və  bu  baxımdan  yeni  normaların  tətbiq  edilməsinin  vacibliyini  Xəzərin  hüquqi 
statusu probleminin yaranmasını şərtləndirən amillər kimi xarakterizə edə bilərik. 
 
          
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə