Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   2   3   4   5   6   7   8   9   ...   34


 
25,2 m. (1882) – 29,0 m. (1997) arasında tərəddüd etmiş, səviyyənin enməsi 3,8 m, 
son 100 ildə isə 3,2 m. olmuşdur [8, s. 14, 15]. 
 
 
Cənub-şərqi  Avropa  ilə  Asiyanın  birləşdiyi  bölgədə  yerləşən  Xəzərin  su 
həcmi  76,700  kub  km,  orta  dərinliyi  184  metrdir.  Suyun  ən  dərin  nöqtəsi 
Azərbaycana  aid  Lənkəran  bölgəsində  1200  m.,  ən  dayaz  nöqtəsi  isə,  şimalda 
Volqa ( dil) çayının töküldüyü hissədə 5 m. həcmindədir. Xəzərin ən geniş hissəsi 
554  km,  ən  dar  hissəsi  200  km-dir.  Sahillərinin  ümumi  uzunluğu  7010  km-dir.  
Qazaxıstanın  Xəzər  sahilləri  2340  km,  Rusiya  Federasiyasının  1930  km, 
Türkmənistanın  1200  km,  Azərbaycanın  800  km,  ranın  isə  740  km 
uzunluğundadır.  Bundan  əlavə,  Don  və  Volqa  çayları  arasındakı  bağlantı  kanalı 
vasitəsilə Xəzər Qara dənizə bağlanır [ 16, s. 145]. 
 
Müasir  Xəzərin  formalaşması  müxtəlif  mərhələlərdən  keçməyinə 
baxmayaraq,  milyon  il  bundan  qabaq  iqlimin  kəskin  dəyişməsi  onun  ərazisinin 
dövrü  olaraq  dəyişməsinə  təsir  göstərmişdir.  Antik  dövrün  Xəzər  dənizini 
öyrənməklə  məşğul  olmuş  alim,  səyahətçilərinin  maraqlı  fikir  və  fərziyyələri 
ə
sasında  demək  olar  ki,  özünün  çoxəsrlik  tarixi  ərzində  Xəzərin  çoxlu  adları 
olmuşdur. Bəzi mənbələrdə bu adların sayı 40-dək, bəzilərində 70-dək, bəzilərində 
isə 100-dək göstərilib. Həmin adlar adətən onun sahilində məskunlaşmış əhalinin, 
böyük  tayfa  birliklərinin  adına  görə,  ya  da  sahilyanı  zolaqda  yerləşən  şəhər, 
vilayət,  ölkələrin  adlarına  görə  verilirdi.  Bu  baxımdan  Xəzərin  Hirkan,  Abeskun, 
Xəzər,  Xvalınsk,  Kaspi,  Pontik,  Kimmerik,  Sarmat,  Xorasan,  Tabasaran, 
Mazandaran,  Göy,  Ağ  dəniz,  Rus, Bakı, Dərbənd və s. kimi  adları bununla  bağlı 
olmuşdur.  Adlar  içərisində  yalnız  Xəzər  və  Kaspi  tarixi  və  coğrafi  hüquq 
qazanaraq indiyə kimi qalmışdır [8,  s. 10, 11]. 
 
Dənizin  (Xəzərin  –  N.M.)  ən  qədim  adı  isə  Şərq  dənizidir.  Bu  ada  raqda 
aparılmış arxeoloji qazıntılar zamanı tapılmış gil kitabələrdəki “Aşşur Yazılarında” 
rast gəlinmişdir[ 11, s.27]. 
 
Qədim yunan coğrafiyaşünası və tarixçisi Hekatey Miletli (e.ə. V -V əsrlər) 
ilk dəfə olaraq Xəzərdən bəhs etmiş, onu okean körfəzi və Hirkan (Girkan) dənizi 
kimi  adlandırmışdır.  Sovet  tarixçisi  L.A.Yelnski  isə  Hekateyin  və  onun 



 
müasirlərinin  coğrafi  baxışlarını  bütövlükdə  təhlil  edərək  belə  nəticəyə  gəlir  ki, 
yunan  səyyahı  bütün  dənizləri  (Aralıq  dənizi  istisna  olmaqla) o  cümlədən  Xəzəri 
qapalı  hesab  etmişdir.  Lakin  Herodotun  dövründə  Qırmızı,  Ərəbistan  və  s. 
dənizlərin  okeanla  əlaqəsi  aşkar  edildi.  Görünür  tarixçi  Herodot  da  bir  dəniz 
haqqında olan baxışın mexaniki olaraq başqasına tətbiq edilməsinə qarşı çıxmışdır. 
Ona  görə  də  Xəzərin  heç  bir dənizlə  əlaqəsi olmadığını göstərmişdir.  Xəzərə  göl 
xarakteri  e.ə.  V-IV  əsrlərdə  daha  çox  irəli  sürülürdü.  Eyni  zamanda  əks 
nəzəriyyələr  də  mövcud  idi.  E.ə.  II  əsrdə  yaşamış  Ptolomey  də  birmənalı  olaraq 
Herodotun  fikrini  təsdiq  etmişdir.  Hətta  böyük  mütəfəkkir  Aristotel  də  Xəzərin 
qapalı  hövzə  olmasını  müdafiə  edirdi.  Lakin  onun  Xəzərin  Qara  dənizlə  yeraltı 
ə
laqəsinin olması fikrini nəyin əsasında söyləməsini deyə bilmirik [8, s. 11, 12].  
 
Beləliklə, bir neçə əsr ərzində qədim adamların Xəzəri okean körfəzi hesab 
etməsinə  baxmayaraq,  e.ə.  II  əsrdə  Ptolomey  köhnə  və  yeni  məlumatlar  əsasında 
Xəzərin qapalı hövzə olmasını tam əminliklə söyləmişdir. Bu fikrin qələbə çalması 
ə
lbəttə, bir əsrdən çox vaxtda mümkün olmuşdur. Sonrakı əsrlərdə də bu hövzəni 
okean körfəzi hesab edən alimlər olmuşdur. Bir məqamı yadda saxlamaq lazımdır 
ki, Xəzərin göl olması, qapalı hövzə olması həqiqəti 2 min ildən artıq mübahisədən 
sonra təsdiq edilmişdir. 
 
Ümumiyyətlə,  Xəzərin  tarixi  haqqında  qədim  dövrdə  daha  çox  yunan 
müəllifləri (Hekatey, Herodot, Erotosfen, Strabon, Ptolomey və s.) ilk orta əsrlərdə 
isə yunanların fikirləri ilə tanış olmuş ərəb müəllifləri (Yaqut Həməvi, Zəkəriyyə 
Qəzvini,  Əbul  Fida,  stəxri,  drisi)  sonrakı  əsrlərdə  isə  fars,  türk,  Avropa  və  rus 
səyyahları  ( .F.Seymanov,  Q.V.Abix,  N.N.Andrusov  və  s.)  məlumat  vermişlər.  X 
ə
srdə yaşamış Məsudi Xəzərdə üzən rus gəmiləri, Bakıda çıxarılan neft haqqında 
məlumat vermişdir [ 8, s. 12, 13]. 
 
Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq Xəzər adlanmış, ilk xəritəsi isə 
1616-1617-ci  illərdə  çəkilmişdir.  Xəzərin  daha  ətraflı  tədqiqi  XVIII  əsrdə  I 
Pyotrun  göstərişi  ilə  ruslar  tərəfindən  aparılmış,  hətta  1717-ci  ildə  onun  yeni 
xəritəsi  təsis  olunmuşdur.  I  Pyotrun  göstərişi  ilə  A.Beskoviç-Çerkaskanın  təşkil 
etdiyi ekspedisiya Xəzərin şərq sahillərində olmuş, məlumatlar toplamışlar. XVIII 



 
ə
srin  20-ci  illərində  .F.Soymonov  tərəfindən  Xəzərin  tədqiqi  aparılmış,  1731-ci 
ildə hidrocoğrafi tərkibdə ümumi xəritəsini nəşr etdirmişdir [ 8, s. 13]. 
 
XVIII əsrdən etibarən mühüm iqtisadi-siyasi əhəmiyyətə malik olan, öz təbii 
sərvətləri ilə məşhur Xəzər dənizi rusların diqqət mərkəzində olmuş, XIX əsrin 30-
cu illərindən isə Azərbaycanın işğalından sonra bu hövzədən Rusiya və  ran sərbəst 
şə
kildə istifadə etmişlər. XIX əsrin sonlarından başlayaraq Xəzərin geoloji tarixi, 
neft-qaz  yataqları,  bioloji  şəraiti  və  s.  tədqiqatlar  bilavasitə  azərbaycanlı 
mütəxəssislərin  mühüm  xidmətləri  sayəsində  aşkar  olunmuşdur.  Bu  dövrdən 
etibarən  Xəzərdə  ağalıq  uğrunda  iki  dövlətin  Rusiya  və  ranın  mübarizəsi  daha 
səciyyəvidir  ki,  SSR   dağılanadək  burada  bir  çox  maraqlı  məqamlar  diqqəti  cəlb 
edir.  
Xəzər  çox  geniş  bir  tarixə  malikdir.  Bu  tarix  onun  əsrlərlə,  minilliklərlə 
bölgədəki mühüm əhəmiyyətindən xəbər verir. 
 Xəzərin  neft  və  təbii  qaz  ehtiyatlarının  kəşfi  və  bölgə  əhalisi  tərəfindən 
istifadə  edilməsi  tarixi  eramızdan  əvvəlki  dövrlərə  təsadüf  etsə  də,  dənizdən  neft 
ilk  dəfə  XVI  əsrdə  çıxarılmışdır.  Xüsusən  də  Azərbaycan  sahillərində  neftin  fəal 
şə
kildə  hasilatı  və  dünya  bazarlarına  çıxarılması  nəticəsində  XIX  əsrdə  qərb  neft 
ş
irkətlərinin  axınına  məruz  qalan  bölgə  1900-cü  illərin  əvvəllərində  bütövlükdə 
dünya neft hasilatının yarısını təşkil edirdi
 
[ 16, s. 146]. 
  
XIX  əsrin  ortalarından  başlayaraq  sənayedə  daha  mütəşəkkil  rol  oynayan 
neft  region  dövlətlərinin  diqqətini  kəskin  şəkildə  Xəzərə  yönəltmişdir.  Əsrlərlə 
Rusiyanın  Qafqazda  apardığı  mübarizələrin  əsasında  elə  Xəzər  kimi  böyük 
hövzənin  sərvətlərinə  sahib  olmaq  dururdu.  Buna  görə  də  son  150  il  Xəzər 
tarixində daha maraqlı məqamlarla zəngindir. Bu dövr ərzində dənizin Azərbaycan 
hissəsində 432 milyon ton neft, 318 milyard kub metr qaz hasil edilmiş, 26 böyük 
yataqlar kəşf edilmişdir [ 8, s. 15]. 
 
Ə
lbəttə,  bu  qədər  sərvətin  mənimsənilməsində  aparıcı  rolu  Rusiya 
oynamışdır.  Məhz  dünya  praktikasında  ilk  dəfə  olaraq  1798-1830-cu  illərdə 
dənizdə  Xəzərin  buxtasında  qazılmış  quyulardan  neft  çıxarılmışdır.  1872-ci  ildən 
başlayaraq  Avropanın  neft  nəhəngləri  bölgədəki  neft  sahələrinə  böyük  maraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə