Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   2   3   4   5   6   7   8   9   10   ...   34

19 
 
arasında çəkilən xəttin şimalında qalan hissəsidir. Bu xəttin cənubunda qalan hissə 
isə  ranın ixtiyarına verilmişdi [ 19, s. 69-70]. 
        Daha dəqiq desək, 1935-ci ildə Stalin dövründə həyata keçirilən bölünmə ilə 
Azərbaycan- ran  sərhəddindəki  Astaradan  Türkmənistan- ran  sərhəddindəki 
Həsənqulu  bölgəsindən  şimalda  qalan  Xəzərin  88%-lik  hissəsi  SSR -nin  milli 
sektoru  kimi  qəbul  edilmiş,  ranın  payına  isə  cənubda  qalan  12%-lik  hissə 
düşmüşdür [ 19, s. 69]. 
         1970-ci  ildə  isə  SSR   Neft  və  Sənaye  Nazirliyi  tərəfindən  neft  istismarı  və 
geoloji  araşdırmalar  aparılması  üçün  Xəzərin  “sovet”  sektorunu  dörd  sovet 
respublikası  (Rusiya  SSR,  Azərbaycan  SSR,  Qazaxıstan  SSR  və  Türkmənistan 
SSR)  arasında    regional sektorlara  bölünmüşdür.  Bu  bölünmə  zamanı  beynəlxalq 
sahədə  mövcud  olan  normalar  nəzərə  alınmışdır.  Belə  ki,  Xəzərin  ortasından 
çəkilən  xətlə  adı  çəkilən  ölkələrin  sərhədlərini  birləşdirən  nöqtələrdən  uzadılan 
xətlərin  içində  qalan  sahələr  bu  ölkələrin  sahəsi  olaraq  müəyyən  edilmişdir. 
Bölünmə  zamanı  qanuni  sərhədlər  çəkilməsə  də  təcrübədə  neft  əməliyyatlarının 
ölkələrin  neft  şirkətlərinə  yaxınlığı  əsas  götürülmüşdür.  Orta  xəttə  əsaslanan  bu 
bölünməyə heç bir sərhədyanı dövlət qarşı çıxmamışdır
 
[ 19, s. 70]. 
          70-ci  illərdə  SSR   Neft  Nazirliyinin  qərarı  ilə  milli  sektorlara  bölünmə 
praktikası  Xəzəryanı  respublikaların  milli  sektorlarda  sərbəst  hərəkətini  hüquqi 
cəhətdən  təsdiqləyən  yeganə  sənəd  idi.  Bunu  1978-ci  ildə  qəbul  edilmiş  “Hüquq 
qəbulluğu  barədə  konvensiya”  təsdiqləyirdi.  Həmin  konvensiyada  deyilirdi  ki, 
“müttəfiq  respublikalar  müəyyən  olunmuş  quru  və  dəniz  sərhədlərinin  yeganə 
sahibidirlər. Burada aparılan işlər respublikanın daxili qanunvericiliyi ilə müəyyən 
olunur” [ 8, s. 137]. 
          Xəzərin bu bölgüsündə Qazaxıstan 113 min kv km, Rusiya 64  min kv km, 
Azərbaycan  və  Türkmənistan  isə  təxminən  80  min  kv  km-lik  sahəyə  malik 
olmuşdur. Hər sovet respublikası öz sahəsi daxilində neft və təbii qaz axtarışı ilə 
hər cür tədqiqat aparmaq məsələsində müstəsna hüquqlara sahib olmuşdur. [ 19, s. 
70-71].  


20 
 
             Ümumiyyətlə,  Xəzər  dənizinin  hüquqi  statusunun  müəyyən  edilməsi  ilə 
bağlı üç əsas yanaşma mövcuddur: 
1)
  Birinci  yanaşmaya  görə,  Xəzər  beynəlxalq  göldür  və  bu  səbəbdən 
sərhədyanı  dövlətlər  arasında  həm  dənizin  dibi,  həm  də  su  səthi  milli 
sektorlara bölünməlidir. Hər sektor isə aid olduğu dövlətin tam suverenliyi 
altında olmalıdır
 
[ 19, s. 74]. 
2)
  kinci yanaşmaya görə, yəni Xəzərin hüquqi statusunun dəniz olaraq qəbul 
edilməsi Beynəlxalq Dəniz Hüququ Konvensiyasının (1982) tətbiqini zəruri 
edir.  Bu  halda  12  millik  ərazi  suları,  200  mili  keçməyən  müstəsna  iqtisadi 
zona və kontinental şelf prinsiplərinə uyğun sərhəd xətti çəkilməlidir. Lakin 
Xəzəryanı  dövlətlər  arasındakı  məsafə  bu  cür  bölgünü  tətbiq  etmək  üçün 
kifayət deyil [ 15, s. 9]. 
3)
  Üçüncü  yanaşmaya  görə  isə,  Xəzər  xüsusi  bir  su  hövzəsidir  və  onun 
statusunun  təkcə  dəniz  hüququ  prinsiplərinin  və  ya  beynəlxalq  göllərin 
bölünməsi  ilə  bağlı  beynəlxalq  təcrübənin  tətbiqinin  mümkün  olmadığını 
hesab  edirlər.  Bu  yanaşma  tərəfdarları  Xəzərdə  qeyri-ənənəvi  üsulların 
tətbiqini dəstəkləyir [ 19, s. 75]. 
          1991-ci  ildə  imzalanmış  Minsk  razılaşması  ilə  tərəflər  keçmiş  sovet 
respublikalarının ərazi bütövlüyü və mövcud sərhədlərinə hörmətlə yanaşdıqlarını 
bəyan  etdilər.  Bu  inzibati  sərhədlərin  sələf  dövlətdə  olduğu  kimi  saxlanılması  ilə 
bağlı  beynəlxalq  hüququn  uti  possidetis  normasına  uyğun  gəlirdi.  Həmin  norma 
Beynəlxalq  Ədalət  Məhkəməsinin  Qvineya-Bisau  və  Seneqal  arasında  dəniz 
sərhədlərinin  delimitasiyası ilə  bağlı  yaranmış  konflikt  zamanı  tətbiq  etdiyi  kimi, 
beynəlxalq göllərə də şamil oluna bilər [ 27, s. 16]. 
            ndi  isə,  Xəzərin  hüquqi  statusunun  müəyyən  edilməsi  ilə  bağlı  müxtəlif 
variantlara nəzər salaq. Bu variantlardan biri də kondominium, yəni ortaq istifadə 
variantıdır.    
           Belə  ki,  kondominium  iki  dövlətin  bir  ölkə  üzərində  səlahiyyətlərindən 
bərabər şəkildə istifadə etməsidir. Quru ərazisi ilə bağlı kodominiuma aid bir neçə 
nümunə olsa da, qapalı və ya  yarımqapalı su məkanlarına aid ortaq idarəetmə ilə 


21 
 
ə
laqədar  yalnız  bir  nümunə  mövcuddur:  El  Salvador,  Honduras  və  Nikaraqua 
arasındakı  Fanseka  Körfəzi  [11,  s.  53].  Belə  ki,  1821-ci  ilədək  hər  üç  dövlət 
spaniyanın  tərkibinə  daxil  idi.  Beynəlxalq  Ədalət  Məhkəməsinin  qərarına  görə, 
Körfəzin hər bir  sahilyanı dövlətin  sahildən 3 mil məsafəyədək olan hissəsi onun 
ə
razisi hesab edilmək şərtilə qalan hissəsi ümumi istifadəyə verilirdi [ 27, s. 17]. 
           Beynəlxalq  Ədalət  Məhkəməsinin  bu  qərarının  Xəzərə  tətbiq  edilməsi 
demək olar ki,  mümkün deyil. Çünki, Xəzər ilə Fanseka körfəzi arasında bir çox 
fərq  mövcuddur.  Belə  ki,  Fonseka  təkcə  spaniya  tərəfindən,  Xəzər  isə  iki  fərqli 
dövlət  (Çar  Rusiyası/SSR - ran)  tərəfindən  istifadə  olunmuşdur.  Xəzərin 
statusunun  kondominiumla  müəyyən  edilməsi  daha  çox  Rusiyanın  mənafeyinə 
uyğun gəlir [ 11, s. 53]. 
           Xəzərin bölüşdürülməsi və istifadə rejimi ilə əlaqədar variantlardan biri də  
sektoral  bölgüdür.  Bu  yanaşmaya  görə  Xəzər  beş  sahilyanı  dövlət  arasında 
bölünməli,  hər  bir  sahilyanı  dövlət  burada  quru  ərazisi  üzərində  malik  olduğu 
suveren haqlara sahib olmalıdır. Əslində bu yanaşmaya görə məsələ daha asan həll 
oluna  bilər.  Çünki,  dövlətlər  öz  aralarında  razılaşaraq  istədikləri  formada 
tənzimləməyə  nail  ola  bilər.  Məsələni  asanlaşdıran  digər  bir  səbəb  isə, 
kondominiumdan  fərqli  olaraq,  sektoral  bölgüyə  aid  bir  neçə  nümunənin 
mövcudluğudur [ 11, s. 53]. 
           Beynəlxalq  göllərin  sektoral  bölgüsünə  ABŞ-Kanada  arasında  Böyük 
Göllər,  Qazaxıstan-Özbəkistan  arasında  Aral  gölü,  Uqanda-Tanzaniya-Keniya 
arasında  Viktoriya  gölü,  sveçrə- taliya  arasında  Luqana  gölü  və  Fransa- sveçrə 
arasında Cenevrə gölünü nümunə göstərmək olar. Bundan əlavə Nigeriya, Çad və 
Kamerun arasında Çad gölünün statusu da bu bölgüyə əsasən müəyyən edilmişdir. 
Göründüyü  kimi  Xəzərin  milli  sektorlara  bölünməsi  ilə  bağlı  variant  daha  geniş 
hüquqi tətbiq təcrübəsinə malikdir [ 11, s. 54]. 
           Ümumiyyətlə,  Xəzər  mürəkkəb  və  qeyri-müəyyən  beynəlxalq  hüquqi 
statusa malik olan sərhəd göllərindəndir. Bu qeyri-müəyyənlik Xəzərin beynəlxalq 
hüquqi  vəziyyətinin  aydınlaşdırılması  məsələsində  keçmiş  SSR   ilə  ran  arasında 
bağlanmış  hüquqi  sənədlər,  1991-ci  ildən  sonra  isə  beş  Xəzəryanı  dövlətlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə