Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   2   3   4   5   6   7   8   9   ...   34

10 
 
göstərmiş,  1873-cü  ildə  Robert  Nobel  (1829-1896)  Abşeron,  Xəzər  neft 
yataqlarının  istifadəsinə  və  ağ  neft  fabrikinin  tikintisinə  qardaşları  Lüdviq  və 
Alfred  ilə  birlikdə  25  min  rubl  sərf  etmişdir.  Həmin  qardaşlar  1879-cu  ildə  neft 
ş
irkəti yaratmışlar. 1877-ci ildə L.Nobelin sifarişi ilə dünyada ilk neft gəmisi tikilib 
istifadəyə  verilmişdir.  “Zaratustra”  adlanan  dünyanın  ən  iri  tankeri  40  ilə  yaxın 
Xəzər  dənizində  işlədi.  Xəzər  neftinə  daha  sonra  Rotşildlər  maraq  göstərmiş,  öz 
fəaliyyət  dairəsinə  görə  II  yerə  çıxmışlar.  Sovet  hakimiyyəti  illərində  də  Xəzər 
nefti məşhurluğu ilə yanaşı, Moskvanın diqtəsi ilə güclü istismar olunmuş, həm də 
burada tətbiq  olunmuş texnikanın səviyyəsi getdikcə yüksəlmişdir.  lk dəfə olaraq 
1949-cu  ildə  sənaye  üsulu  ilə  neftin  istehsal  edilməsinə  Xəzər  dənizində 
başlanmışdır. [ 8, s. 15, 16] 
Xəzərin enerji ehtiyatları uzun müddət sahilyanı dövlətlər arasında müzakirə 
mövzusu  olmuşdur.  Xəzərin  enerji  ehtiyatlarından  bəhs  etməmişdən  qabaq  ilk 
növbədə dünya üzrə enerji ehtiyatlarının həcminə nəzər salaq. 
           Dünya enerji ehtiyatlarının 36.8%-ini neft, 27,1%-ni kömür, 23,6%-ni təbii 
qaz, 6,2%-ni su enerjisi, 6,1%-ni isə nüvə enerjisi təşkil edir. Neftin əhəmiyyəti isə 
onun enerji ehtiyatları içərisində sahib olduğu yüksək paya əsaslanır [ 17, s. 7]. 
Lakin, enerji istehlakında təbii qazın həcmində ciddi artım müşahidə olunur. 
Mütəxəssislərin fikrincə, illik orta hesabla 2,3% həcmində artan təbii qaz istehlakı 
2030-cu  ildə  bugünki  istehlakdan  90%  artıq  olacaq  və  ümumi  enerji  istehlakında 
kömürü ötərək neftdən sonra ikinci yeri tutacaqdır [17, s. 9]. 
SSR -nin süqutundan sonra bölgənin enerji potensialı ilə bağlı müzakirələrdə 
Azərbaycanın “Qafqazın Küveyti”, Qazaxıstanın isə “ kinci Səudiyyə Ərəbistanı” 
olması iddia edilir [ 17, s. 24]. 
ABŞ-ın  Enerji  darəsinin  (Energy  nformation  Agency)  hesablamalarına 
görə,  ümumilikdə  Xəzər  hövzəsinin  su  və  quru  sektorunda  təsdiq  edilmiş  və 
ehtimal  edilən  ehtiyatları  48  milyard  barel  neft  və  292  trilyon  kub  fut  təbii  qaz 
həcmindədir.  [34]  Xəzər  dənizinin  su  sektorunda  ümumi  neft  ehtiyatlarının  19,6 
milyard barel, qaz ehtiyatlarının 106 trilyon kub fut, quru sektorunda isə, müvafiq 


11 
 
olaraq  28,6  milyard  barel  və  186  trilyon  kub  fut  (təxminən  7  trilyon  kub  metr) 
həcmində qiymətləndirilir [ 37].
 
Hesabatda  qeyd  edilir  ki,  2012-ci  ildə  Xəzər  hövzəsində  gün  ərzində  orta 
hesabla  2,6  milyon  barel  xam  neft  çıxarılmışdır  ki,  bu  da  dünya  xam  neft 
hasilatının 3.4%-ini təşkil etmişdir. Bu göstəricinin 35%-i Xəzərin su sektorunun, 
qalan  hissəsi  isə  quru  sektorunun  payına  düşür.  Xəzər  hövzəsinin  ümumi  neft 
hasilatının yarısı isə sahildən 100 milədək məsafədə olan quru sektorunun hesabına 
təmin edilir [ 34]. 
Ümumiyyətlə,  Xəzərin  təbii  ehtiyatlarını  3  istiqamətdə  araşdıra  bilərik: 
bioloji, neft-təbii qaz, mineral-duz ehtiyatları. 
 
Xəzər  dənizinin  bioloji  ehtiyatları  əsas  etibarilə  balıqlardan,  yosunlardan,  
müxtəlif    dəniz  bitkilərindən,  fitoplankton  və  zooplanktondan  ibarətdir.  Xəzərin 
balıqla  zənginliyi  bitkilərin  bolluğundan  və  növ  müxtəlifliyindən  irəli  gəlir.  Belə 
ki,  bu  bitkilər  həm  balıqların  qorunmasını,  həm  də  qidalanmasını  asanlaşdırır. 
Hazırda Xəzər dənizində beş növ “qızıl balıq” mövcuddur. Xəzər dənizinin kürüsü 
isə  dünyanın  ən  məşhur  kürüsüdür.  Azərbaycan  kürü  ehtiyatları  baxımından 
dünyanın ən zəngin dövlətləri sırasındadır [ 11, s. 33]. 
 
Xəzər  hövzəsində  120-dən  çox  balıq  növü  mövcuddur.  Dənizin  bioloji 
resursları  isə  milyardlarla  ABŞ  dolları  həcmində  qiymətləndirilir.  Belə  ki,  dünya 
üzrə nərə balıqlarının və qara kürünün 90%-i Xəzərdə yerləşir. Sahilyanı dövlətlər 
üzrə  10  minlərlə  balıqçının  fəaliyyət  göstərdiyi  balıqçılığın  illik  həcmi  yarım 
milyon tona bərabərdir ki, bu da Xəzər dənizinin ən mühüm iqtisadi göstəricisidir  
[ 23, s. 82]. 
Xəzərin  ən  mühüm  təbii  ehtiyatlarından  biri  neft  və  qaz  hesab  olunur. 
Hazırda neft maye yanacaq və kimya sənayesi üçün dəyərli xammal kimi istifadə 
edilir. Belə ki, neftdən benzin, kerosin, mazut və s. kimi bir çox məhsul əldə edilir. 
Neft xammal kimi sənaye baxımından da əhəmiyyətli rol oynayır. Təbii qaz da bir 
çox  sahədə istifadə  edilir  və  neftlə  eyni dərəcədə  əhəmiyyətə  malikdir.  Beləliklə, 
Xəzərin  neft  və  təbii  qaz  ehtiyatları  ilə  zənginliyi  onun  strateji  əhəmiyyətini 
günbəgün artırır [ 11, s. 35]. 


12 
 
Xəzər  dənizindən  çıxarılan  duzlar  kimya,  şüşə,  kağız  sənayesi  və  digər 
sahələrdə  istifadə  edilir.  Bundan  əlavə,  Qaraboğazgöl  bölgəsində  Xəzərdən 
çıxarılan  kimyəvi  maddələrin  istehsalı  üçün  Qaraboğazgöl  fabriki  də  təsis 
edilmişdir. Volqa, Ural, Terek, Kür və b. çaylardan Xəzərə ildə 72 milyon tondan 
artıq  müxtəlif  çeşidli  duz  ehtiyatları  axır.  S.B.  Bruyeviçin  hesablamalarına  görə 
burada ümumi duzun miqdarı bir trilyon tondur. Bunun 72 %-ini isə sulfat duzları 
təşkil  edir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Xəzər  dənizinin  zəngin  kimyəvi 
strukturu  gələcəkdə  kənd  təsərrüfatı  üçün  əhəmiyyətli  gübrələrin  istehsal 
edilməsində istifadə oluna biləcək qiymətli mənbədir [ 11, s. 37]. 
Qeyd etmək lazımdır ki, problemi başa düşmək üçün bu resursların həcmini 
bilmək  kifayət  deyil.  Bu  resurslar  eyni  zamanda  Xəzəryanı  dövlətlərin  siyasi  və 
iqtisadi  müstəqilliyinin  təminatıdır.  Belə  ki,  Azərbaycan,  Türkmənistan  və 
Qazaxıstanın  neft  və  qaz  ehtiyatları  onların  inkişaf  etmiş  ölkələrə  çevrilməsində 
mühüm  rol  oynayır  ki,  bu  da  öz  növbəsində  Xəzərin  statusunun 
müəyyənləşdirilməsini zəruri edir.  
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsini şərtləndirən digər amillərə 
nəzər salaq. Belə ki, Rusiya və  ranın aktivlik göstərməsinin səbəbi təkcə Xəzərin 
enerji ehtiyatlarının bölüşdürülməsi ilə bağlı deyil. Çünki, Rusiyanın Sibir, Saxalin 
və Arktikadakı ərazilərində,  ranın isə Fars körfəzində böyük enerji ehtiyatları var. 
Lakin, Xəzər regionunda Rusiya və  ran üçün daha vacib məsələ siyasi vəziyyət və 
Qərbin burada möhkəmlənməsinin qarşısını almaq istəyidir [ 27, s. 6,7]. 
Digər  bir  amil,  Xəzər  regionunda  ekoloji  təhlükəsizlik  və  ətraf  mühitin 
qorunması  ilə  bağlıdır.  Ona  görə  ki,  ekoloji  təhlükəsizlik  baxımından  Xəzər 
problemləri bu gün həyəcan doğurur. Xəzəryanı dövlətlərin Xəzərdən istifadəsinin 
həddini  müəyyənləşdirən  xüsusi  normativ  aktların  olmaması  bu  gün  Xəzərin 
çirklənməsinin qarşısını almağı mümkünsüz edir.   
         Karbohidrogen  ehtiyatlarının  Xəzəryanı  regionda,  həm  quruda,  həm  də  şelf 
zonasında  mənimsənilməsi  şübhəsiz  ki,  müəyyən  diqqət  tələb  edir.  Dənizdən 
karbohidrogen  çıxarılması  daha  çox  Xəzərin  Azərbaycan  sektoruna  düşür.  Belə 
faktı  nəzərdən  qaçırmaq  olmaz  ki,  dənizdə  neft  yataqlarının  kəşf  edilməsi  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə