Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   26   27   28   29   30   31   32   33   34

101 
 
regionu  ölkələrinin  nəhəng  enerji  potensialından  səmərəli  istifadə  olunmasına 
şə
rait  yaradacaq,  seçimlərimiz  Azərbaycanın  reallaşdırdığı  transregional  enerji 
layihələrinin  yerinə  yetirilməsi  ilə  nəticələnəcək  və  Avropanın  enerji 
təhlükəsizliyində ölkəmizin rolunu daha da yüksəltməyə imkan yaradacaq, bundan 
ə
lavə  digər  strukturlarda  nəhəng  işlərin  tezliklə  başlanmasına,  Azərbaycan 
iqtisadiyyatına xarici investisiya qoyuluşlarının əhəmiyyətli dərəcədə artmasına və 
ölkəmizin iqtisadi nüfuzunun daha da güclənməsinə şərait yaradacaqdır.  
           
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


102 
 
NƏT CƏ VƏ TƏKL FLƏ
              1991-ci  ildə  SSR -nin  süqutunndan  sonra  onun  ərazisində  yeni  müstəqil 
dövlətlərin  yaranması  ilə  dünyanın  siyasi  xəritəsi  dəyişmiş  oldu.  Azərbaycan, 
Qazaxıstan  və  Türkmənistan  hesabına  Xəzəryanı  dövlətlərin  sayının  beşə 
yüksəlməsi  də  Xəzərin  hüquqi  statusuna  yenidən  baxılması  zərurətini  yaratdı. 
Bununla 
da, 
Xəzər 
hövzəsində 
sahil 
dövlətlərinin 
sərhədlərinin 
müəyyənləşdirilməsi və Xəzərdən istifadə məsələsi öz plana çəkildi. 1992-ci ildən 
etibarən  Xəzərin  hüquqi  statusu  probleminin  həlli  ilə  bağlı  Xəzərətrafı  dövlətlər 
arasında  müxtəlif  səviyyəli  görüşlər  təşkil  edildi.  Beləliklə,  problemin  həllində 
fərqli  mövqelərin  meydana  çıxması  ilə  hələ  də  öz  həllini  tapa  bilməyən  və 
Xəzəryanı  dövlətlərin  xarici  siyasətində  mühüm  yer  tutan  hüquqi  status  məsələsi 
ilə  bağlı  danışıqlar  aparılmağa  başlandı.  Qeyd  etmək  lazımdır  ki,  sahilyanı 
dövlətlər  arasında  problemin  həlli  ilə  bağlı  uzun  müddət  aparılan  danışıqlar  sırf 
nəzəri  sahədən  təcrübəyə  keçmişdir.  Buna  baxmayaraq,  Xəzərin  hüquqi  statusu 
hələ  də  həllini  tapmadığından  Xəzəryanı  dövlətlər  arasında  müzakirə  obyekti 
olaraq  qalmaqda  davam  edir.  Hüquqi  status  məsələsi  ilə  bağlı  müzakirələrin 
gedişatı  göstərdi  ki,  Xəzərin  hüquqi  statusu  məsələsinə  hər  bir  sahilyanı  dövlət 
fərqli mövqedən yanaşır və bu zaman beynəlxalq hüquq normalarından deyil, daha 
çox milli maraqlarının tələbindən çıxış edirlər.  
               Problemin  həlli  ilə  bağlı  bütün  mövqelərin  və  yanaşmaların  təhlili 
ə
sasında belə bir nəticəyə gələ bilərik ki, Xəzər beynəlxalq göldür və bu səbəbdən 
onun  hüquqi  rejimi  milli  sektorlara  bölgü  prinsipinə  əsaslanmalıdır.  Belə  ki, 
Xəzərin  coğrafi  xüsusiyyətləri,  dünya  okeanı  və  dənizlərinə  birbaşa  çıxışının 
olmaması  onun  göl  hesab  edilməsinə  əsas  verir.  Bölünmə  məsələsi  ilə  əlaqədar 
qeyd etmək olar ki, Xəzər 1991-ci ilədək Rusiya (Çar Rusiyası, daha sonra SSR ) 
və  ran arasında müxtəlif illərdə imzalanmış müqavilələrdən də aydın olduğu kimi 
heç  vaxt  bu  dövlətlərin  ümumi  istifadəsində  (kondominium  variantı)  olmamış, 
dövlətlər  arasında  gölün  xüsusiyyətlərinə  uyğun  olaraq  bölünmüş  və  istifadə 
edilmişdir.  Bundan  əlavə,  əgər  Xəzər  beynəlxalq  hüququn  ümumi  normalarına 
ə
sasən beynəlxalq göl kimi milli sektorlara bölünərsə, hər bir dövlət öz sektorunda 


103 
 
müxtəlif  məsələlər  üzrə  fəaliyyət  sərbəstliyi  əldə  etmiş  olar.  Dəniz  kimi  qəbul 
edildiyi  təqdirdə  isə,  1982-ci  il  Beynəlxalq  Dəniz  Hüququ  Konvensiyasının 
normalarının  tələbindən  irəli  gələrək  ərazi  suları,  milli  sular  və  xüsusi  iqtisadi 
zonanın  hər  biri  üçün  ayrı-ayrılıqda  müəyyən  edilmiş  müxtəlif  formalı  istifadə 
rejimi  tətbiq  edilməlidir.  Bununla  yanaşı,  Beynəlxalq  Dəniz  Hüququ 
Konvensiyasında bütün dövlətlər üçün naviqasiya azadlığı nəzərdə tutulduğundan 
Xəzər  dəniz  kimi  qəbul  edildiyi  halda  Volqa  çayı  vasitəsilə bütün  dövlətlər  üçün 
açıq  olmalıdır.  Belə  vəziyyətin  meydana  gəlməsi  hələ  də  tam  şəkildə  öz  həllini 
tapmamış  Xəzərdən  istifadə  rejimi,  enerji  təhlükəsizliyi,  ətraf  mühitin  qorunması 
ilə  bağlı  əlavə  problemlər  yaratması  səbəbindən  sahilyanı  dövlətlərin  Xəzər 
regionuna  dair  maraqları  ilə  ziddiyyət  təşkil  edə  bilər.  Ən  mühüm  məqam  isə 
ondan ibarətdir ki, dövlətlərin sahilyanı zonaları arasındakı məsafə Konvensiyanın 
müddəalarına  uyğun  olaraq  Xəzərin  dəniz  kimi  ərazi  suları,  kontinental  şelf  və 
xüsusi  iqtisadi  zonaya  bölünməsini  mümkünsüz  edir.  Yəni,  Xəzərin  sahəsi  belə 
bölgünü tətbiq etməyə imkan vermir. 
              Qeyd  edilənləri  nəzərə  alaraq  Xəzərin  hüquqi  statusu  probleminin  həlli 
istiqamətində  aşağıdakı təklif və  tövsiyələrə  riayət  edilməsi  məqsədəuyğun hesab 
edilir:  
-
  Xəzərin statusu beynəlxalq göl olaraq qəbul edilməli, hüquqi rejimi isə orta 
xətt üzrə milli sektorlara bölgü prinsipi əsasında müəyyənləşdirilməlidir; 
-
  Xəzərdən  istifadə  ilə  əlaqədar  müxtəlif  aspektli  məsələləri  tənzimləmək 
məqsədilə müəyyən normalar sistemi işlənilib hazırlanmalıdır; 
-
  Bu zaman Xəzərətrafı dövlətlərin maraqları, artıq mövcud olan beynəlxalq 
təcrübə və beynəlxalq hüquq normaları nəzərə alınmalıdır; 
-
  Xəzəryanı dövlətlər problemin həlli istiqamətində güclü siyasi iradə nümayiş 
etdirərək real addımlar atmalıdır; 
-
  Bu  məqsədlə  yüksək  səviyyəli  görüşlər  vasitəsilə  fəaliyyətlərini 
gücləndirməlidir; 
-
  Xəzərin  statusunun  müəyyən  edilməsi  sahəsində  Azərbaycan  rəhbərliyinin 
göstərdiyi ardıcıl səy alqışlanmalıdır; 


104 
 
-
  Azərbaycan  diplomatiyası  Xəzəryanı  dövlətlərin  xarici  işlər  nazirləri  ilə 
siyasi və humanitar əlaqələri genişləndirməlidir; 
-
  Xəzəryanı  dövlətlərin  Xəzərin  ekologiyası  sahəsində  qüvvələrinin 
birləşdirilməsinə ciddi ehtiyac vardır; 
-
  Xəzəryanı  dövlətlərin  Xəzərin  resurslarından  istifadə  olunmasında 
beynəlxalq hüquq normalarına riayət etmələrinə ciddi ehtiyac duyulur; 
-
  Azərbaycanın  və  digər  Xəzəryanı  ölkələrin  Xəzərin  qorunması  işində  xalq 
diplomatiyasına ciddi diqqət yetirmələri vacibdir.  
           Ümumiyyətlə,  Xəzərin  hüquqi  statusu  problemi  Xəzəryanı  dövlətlərin 
müasir  beynəlxalq  vəziyyətinə  təsir  göstərən  amillərdən  biridir.  Bu  baxımdan, 
Xəzərin  statusu  probleminin  həlli  dövlətlərin  müasir  geosiyasi  vəziyyəti 
kontekstində mühüm beynəlxalq əhəmiyyət daşıyır. Dünya bazarında neft və təbii 
qaz  kimi  enerji  ehtiyatlarına  ehtiyacın  artması,  bu  ehtiyatların  istismarı  və 
daşınması  ilə  bağlı  reallaşdırılan  transregional  layihələrdə  dünya  ölkələrinin 
iştirakı, ixrac kəmərlərinin təhlükəsizliyi Xəzərin hüquqi statusu probleminin məhz 
beynəlxalq  hüquq  normaları  əsasında  həllinin  zəruriliyini  göstərir.  Xəzər 
regionunda mübahisəli məsələlərin həlli,  təhlükəsizlik mühitinin formalaşması və 
sabitliyin bərqərar edilməsi həm Xəzər hövzəsi ölkələrinin iqtisadi inkişafına, həm 
də  regionun  enerji  ehtiyatlarının  birgə  istismarında  əməkdaşlığı  gücləndirməyə 
çalışan ölkələrin imkanlarının genişlənməsinə müsbət təsir göstərəcəkdir. 
            Qeyd etmək lazımdır ki, son dövrdə Xəzəryanı dövlətlərin yüksək vəzifəli 
şə
xslərinin  görüşlərinin  intensivləşməsi  nəticəsində  tərəflər  arasında  prinsipial 
məsələlər  üzrə  müəyyən  razılıq  əldə  edilmişdir.  Belə  vəziyyətin  yaranması  isə 
yaxın gələcəkdə Xəzərin hüquqi statusu probleminin kompleks şəkildə həllinə nail 
olunması ilə bağlı inamı artırır. 
 
 
 
 


105 
 
ST FADƏ ED LM Ş ƏDƏB YYAT S YAHISI 
1.
  Əliyev H. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, 
məktublar, məruzələr, müraciətlər, fərmanlar.- sentyabr,  2002-oktyabr,  2002-/
 
H. Əliyev; burax. məs. R. Mehdiyev. Bakı : Azərnəşr , 2012.
 
2.
  Алиев И. Каспийская нефть Азербайджана. М.: Известия, 2003. 
3.
  Бжезинский  З.  Великая  шахматная  доска.  Господство  Америки  и  его 
геостратегические
 императивы. М.: Междунар. отношения, 2009.  
4.
  Дарабади П. Кавказ и Каспий в мировой истории и геополитике XXI века. 
Москва
 2010. 
5.
  Darabadi  P.,  Əliyev  N.  Xəzər  bölgəsində  geosiyasi  rəqabət  və  Azərbaycan. 
Bakı 2001. 
6.
  Bağırov  E.  Xəzər  regionunda  Azərbaycanın  milli  mənafeyinin  prioritet 
istiqamətləri. Bakı 2008. 
7.
  Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. 
Bakı 2005. 
8.
  Həsənov S. Dövlətlərarası münasibətlərdə Xəzərin statusu məsələsi. Bakı, Elm 
2002. 
9.
  Əliyev  A.  Sahilyanı  dövlətlərin  Xəzər  siyasəti.  Bakı,  Tarix  və  onun 
problemləri, №1-2 2009. 
10.
 Əliyev  G.  Cənubi  Qafqazda  geosiyasi  maraqlar  və  Azərbaycanın  sülh 
diplomatiyası, Bakı 2009. 
11.
 Samedbeyli  P.,  Kuruçim  A.,  Hidropolitik  boyutunda  Azerbaycan-Gürcistan-
Türkiye ilişkileri, Ankara, kasım 2002. 
12.
 Süleymanov  Ə.  Xəzərin  milli  sektorlara  bölünmə  prinsipində  regional 
təhlükəsizlik problemi. Bakı 2011. 
13.
 Süleymanov Ə., Məmmədov K., Xəzər regioununda təhlükəsizlik probleminə 
müxtəlif yanaşmalar. Bakı Universitetinin xəbərləri 2010, Sosial-siyasi elmlər 
seriyası №2. 
14.
 Aras B. Avrupa Birliği ve Hazar bölgesi: jeopolitik araştırma raporu. TASAM 
Stratejik Rapor NO:3, şubat 2005. 


106 
 
15.
 Avcı  E.  Hazar`ın  statü  sorunu  ve  sahildar  devletlerin  konuya  yaklaşımları. 
Uluslararası Stratejik Bakış Enstitüsü, nisan 2014.                          
16.
 Oğan S. Hazarda tehlikeli oyunlar: Statü sorunu, Paylaşılamayan kaynaklar ve 
Silahlanma  yarışı.  Avrasya  Dosyası,  Türkmenistan  Özel,  Yaz  2001,  Cilt:  7, 
Sayı: 2.           
17.
 Vural  Z.  Hazar  havzası  enerji  kaynaklarının  uluslararası  politikadaki  yeri  ve 
Türkiye`ye etkisi. Ankara 2006. 
18.
 Gökçe  M.  Sovyet  sonrası  dönemde  Hazar  çevresinde  yaşanan  rekabet, 
Uluslararası  Sosyal  Araştırmalar  Dergisi  The  Journal  of  International  Social 
Research, Volume 1/3 Spring 2008.   
19.
  şcan  .H.  Uluslararası  enerji  güvenliği  açısından  Hazar  bölgesi  enerji 
ekonomisi  ve  Hazar  Denizi`ni  paylaşım  sorunu.  Sosyoekonomi,  Özel  sayı 
2010-EN.             
20.
 Qurbanov  .  Hazar  havzasında  Stratejik  Oyunlar:  hukuki  statü  sorunu  ve 
uluslararası  enerji  politiği.  TURAN-SAM  Dergisi,  Cilt:3,  Sayı:12,  sonbahar 
2011.  
21.
 Şenyurt  Y.  Hazar  ve  Basra  körfezi  havzalarının  enerji  kaynakları  üzerinde 
stratejiler ve Türkiye. Ankara 2010.      
22.
 Turan A.P. Hazar havzası`nda enerji diplomasisi. Bilge Strateji, Cilt 2, Sayı 2, 
bahar 2010.     
23.
 Shamsdoulatabadi S.M.  A theoretical analysis of the Caspian region. World 
affairs winter 2009, vol. 13, No 4. 
24.
 Mamedov R.F. International – legal status of the Caspian Sea in its historical 
development. The Turkish Yearbook , Vol.XXX 2000. 
25.
 Kapyshev A. Legal status of the Caspian Sea: history and present. European  
Journal of Business and Economics, Volume 6, 2012.                    
26.
 Shaffer  B.  The  Geopolitics  of  the  Caucasus.  The  Brown  Journal  of  World 
Affairs, spring/summer 2009, Volume XV, Issue II.       
27.
 Ramazanova E. The Caspian Sea: Legal Challenges of Delimitation between 
Littoral States. University of Tromso, fall 2012. 


107 
 
NTERNET RESURSLARI 
28.
 Christof  Van  Agt.  Caspian  oil  &  gas:  new  perspectives  beyond  projects  and 
pipelines. CIEP Paper 2014/01. 
 
http://www.clingendaelenergy.com/inc/upload/files/Ciep_paper_2014-01.pdf
      
29.
 Rzayev R. Enerji sektorunda beynəlxalq əməkdaşlıq genişlənir.  qtisadiyyat 
2013. 
http://www.encharter.org/fileadmin/user_upload/document/International_Coop
eration_in_the_Development_of_the_Energy_Sector_-_Rzaev.pdf
  
   
  
30.
 Avrasya Enerji Savaşları kasım 2013     
http://www.enderuncemiyeti.org/wp-
content/uploads/Avrasya-Enerji-Sava%C5%9Flar%C4%B1.pdf
   
31.
 Efegil E. Washington`un Hazar havzası politikası ve Türkiye. Avrasya Dosyası       
http://www.21yyte.org/assets/uploads/files/187-202%20ertan.PDF
  
32.
 
http://journal.yasar.edu.tr/wp-
content/uploads/2012/10/26_Sayi_1_makale_Cenk-Sevim.pdf
   
 
33.
 
http://www.21yuzyildergisi.com/assets/uploads/files/67.pdf
   
 
34.
 
http://www.eia.gov/countries/regions-topics.cfm?fips=CSR
    
 
35.
 
www.socar.az
  
36.
 
http://jurnal.meclis.gov.az/news.php?id=253
  
37.
 
http://m.apa.az/?c=show&id=311304&l=az
   
38.
 
http://rst.az/?p=3533
  
39.
 
http://newtimes.az/az/politics/3108
   
40.
 
http://newtimes.az/ru/geopolitics/3086
   
41.
 
http://sesqazeti.az/az/news/kivdf/352873
   
 
 
 
 
 
 
 


108 
 
РЕЗЮМЕ к магистерской диссертации Махмудовой Нураны Сахиб г
«Проблема Каспийского моря в дипломатических отношениях» 
Научный руководитель – профАбдуллаев Б.М
 
Актуальность темы – После
 распада Советского Союза, с появлением 
независимых
  государств,  в  Каспийском  регионе  возникла  проблема 
определения
 
правового
 
статуса
 
Каспийского
 
моря

В
 
связи
 
с
  
неразрешённостью
,  проблема  остаётся  главной  темой  обсуждения  среди 
прибрежных
  государств.  Скорейшее  разрешение  проблемы,  с  точки  зрения 
влияния
  на  энергетическую  безопасность  региона  и  в  целом  обеспечения 
стабильности
 региона,  актуальна и очень важна.  
Цель  исследования    -  изучение
  проблемы  правового  статуса 
Каспийского
  моря  на  основе  анализа  различных  подходов,  международно-
правовых
 норм и практики, найти возможный вариант разрешения проблемы. 
Объект  исследования  –  проблема
  правового  статуса  Каспийского 
моря
,  исследование  роли  Каспийского  региона  во  внешней  политике 
региональных
 и нерегиональных государств.  
Новизна  исследования  – 
  комплексное  исследование  различных 
позиций
  в  связи  с  определением  правового  статуса  Каспийского  моря, 
настоящей
  ситуации  и  разрешение  подобных  ситуаций  в  международной 
практике
,  а  так  же  широкий  анализ  каспийской  политики  нерегиональных 
государств
,  назначение  конкретных  предложений  и  рекомендаций  по 
направлению
 определения правового статуса Каспия.  
Структура  работы  –
  диссертация  состоит  из  введения,  трёх  глав, 
заключения
  и  списка  использованной  литературы.  В  конце  работы  даны 
предложения
 и рекомендации. 
 
 
 


109 
 
SUMMARY of the master's thesis of Mahmudova Nurana Sahib g. 
“The problem of the Caspian Sea in diplomatic relations” 
Scientific adviser – prof. Abdullayev B.M. 
 
Relevance  of  the  subject  –  After  the  collapse  of  the  Soviet  Union  and 
emerging  new  independent  states  in  the  Caspian  region,  the  problem  of 
determining  the  legal  status  of  the  Caspian  Sea  was  occured.  This  issue  is 
remaining as the main topic of discussion for the Caspian states, due to the fact that 
this problem is still has an unsolved status. The quick solution of the problem is 
actual  and  has  a  great  importance  considering  its  impact  on  the  regional  energy 
security and ensurance of  the stability within the whole region. 
Purpose of  research  – to investigate the problem of the legal status of the 
Caspian  Sea,  to  analyse  different  approaches  offered  for  the  solution  of  the 
problem,  and  to  find  a  possible  solution  considering  analysis  of  the  international 
legal norms and practices. 
Object of research – to study the problem of the legal status of the Caspian 
Sea and to investigate the role of the Caspian Sea in the foreign policy of regional 
and non-regional countries. 
Innovation of research – a comprehensive study of different approaches for 
the  defining  the  legal  status  of  the  Caspian  Sea,  current  cases  and  international 
experience on solution of similar problems; a broad analysis of the foreign policy 
conducting  by  non-regional  actors  on  the  Caspian  region;  delivering  specific 
proposals and recommendations for the solution of the problem on legal status of 
the Caspian Sea. 
Structure  of  thesis - The thesis consists of an introduction, three chapters, 
conclusion and list of references. At the end of the thesis the relevant proposals and 
recommendations were given. 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə