Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   26   27   28   29   30   31   32   33   34

98 
 
siyasətinə  münasibətdə  dəyişməz  müsbət  mövqe  nümayiş  etdirməsi  bu  siyasətin 
gələcək uğurlarına tam inam yaradır [7, s. 690-691 ]. 
               Bundan  əlavə,  bu  müqavilənin  reallaşması  və  yeni  neft  strategiyasının 
uğurları Azərbaycanın Avroatlantik məkana inteqrasiyası prosesini sürətləndirdi və 
respublikamıza sərmayə qoyulması sahəsində dönüş yaranmasına səbəb oldu.  
              Azərbaycanın  istehsal  etdiyi  milyonlarla  ton  neftin  dünya  bazarlarına 
çıxarılmasında  əvəzsiz  rola  malik  BTC  ixrac  neft  boru  kəməri  bu  gün  Xəzərdə 
zəngin ehtiyatlara malik Qazaxıstan neftinin Qərb bazarlarına nəqli baxımından da 
müstəsna əhəmiyyət daşıyır. Bunun ardınca dünyanın ən böyük qaz yataqlarından 
biri  olan  “Şah  Dəniz”  yatağının  işlənməyə  cəlb  olunması  və  burada  hasil  olunan 
qazın  dünya  bazarlarına  çıxarılması  məqsədilə  Cənubi  Qafqaz  Boru  Kəmərinin 
(Bakı-Tbilisi-Ərzurum)  inşası  və  istismara  verilməsi  Azərbaycanın  müasir 
Avropanın  və  dünyanın  enerji  təhlükəsizliyindəki  rolunu  əhəmiyyətli  dərəcədə 
artırmış oldu [ 29]. 
              Şahdəniz  qaz  yatağının  ehtiyatı  1  tr.  kub.  metrdir  və  bu  göstərici  ilə 
hazırda  dünyada  işlənməkdə  olan  ən  böyük  qaz  yataqlarından  biridir.  Şahdəniz 
Hasilatın  Pay  Bölgüsü  Sazişi  1996-cı  il  iyunun  4-də  Bakıda  imzalanmışdır. 
Ş
ahdənizin qaz ixracı sistemini Cənubi Qafqaz Boru Kəməri (CQBK) təşkil edir. 
Bu  kəmər  başlanğıcını  Səngəçaldan  götürür,  Azərbaycanın  və  Gürcüstanın 
ə
razisində  690  km-dən  çox  məsafə  qət  edərək  Türkiyə  sərhəddinə  çatır. 
Bütövlükdə  bu  xətt  Bakı-Tbilisi-Ərzurum  qaz  kəməri  adlanır.  2008-ci  ildən 
etibarən Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Türkiyədən, Yunanıstan vasitəsilə 
Avropa Birliyinə nəql olunmağa başlamışdır və gələcəkdə bu sahədə ixracatın daha 
da artması gözlənilir  [ 6, s. 97-98]. 
              Son  illərdə  “Abşeron”  yatağında  “Total”  şirkəti  ilə  birlikdə  aparılan 
uğurlu kəşfiyyat işləri və “Ümid”  yatağının açılması, BP ilə imzalanmış hasilatın 
pay  bölgüsü  sazişi  çərçivəsində  “Şəfəq-Asiman”  yatağında  seysmik  tədqiqat 
proqramının  başa  çatdırılması,  Almaniyanın  RWE  şirkəti  ilə  “Naxçıvan” 
perspektiv strukturu üzrə əsas kommersiya prinsiplərinin razılaşdırılması, ARDNŞ 
ilə “Statoil” şirkəti arasında “Zəfər-Məşəl” blokunun kəşfiyyatı və işlənməsinə dair 


99 
 
qarşılıqlı anlaşma memorandumunun imzalanması, mövcud layihələr üzrə görülən 
işlər  və  perspektiv  strukturlardan  gözləntilərimiz  Xəzərin  Azərbaycan  sektorunda 
potensialın proqnozlardan çox olacağına dəlalət edir [29 ].  
             ABŞ-ın Enerji  nformasiya  darəsinin hesablamalarına görə, Xəzərin bütün 
sahilyanı  ölkələrinin  ümumi  gündəlik  neft  hasilatı  945  min  barel  təşkil  edir  və 
bunun 890 min bareli (94%) Azərbaycanın payına düşür
 
[ 37]. 
             2013-cü ildə ölkədə 43,5 milyon ton neft və 29,4 mlrd kub metr qaz hasil 
olunmuşdur. 2012-ci illə müqayisədə neft hasilatı 0,1 milyon ton, qaz hasilatı isə 
2,5 mlrd kub metr çox olmuşdur [ 35]. 
            Hesablamalara  görə  deyə  bilərik  ki,  2015-ci  ildə  ölkə  üzrə  qaz  hasilatını 
laylara vurulan həcm istisna olunmaqla 20 milyard kubmetrə çatdırmaq, 2025-ci ilə 
qədər isə bu həcmi təxminən iki dəfə artırmaq üçün real imkanlar vardır [ 29]. 
            Şahdəniz yatağının 2-ci fazasının investisiyası ilə bağlı qərar Nabukkonun 
qərb  qolunun  və  ya  Trans-Adriatik  qaz  boru  kəmərinin  (TAP)  Avropa  ttifaqına 
ə
sas  ixrac  marşrutu  seçilməsi  ilə  bağlı  qərar  verilməməsi  səbəbindən  ləngiyirdi. 
Lakin,  2013-cü  ilin  iyul  ayında  qazın  Azərbaycandan  Gürcüstan,  Türkiyə, 
Yunanıstan və Albaniya vasitəsilə Cənubi  taliyaya ixracı ilə bağlı TAP layihəsinin 
lehinə qərar verildi. Başlanğıc üçün Şahdəniz – 2 yatağının 2016-cı ildən etibarən 
illik 2 mlrd kub metr istehsalla fəaliyyətə başlaması, 2018-ci ildə qazın Türkiyəyə 
çatdırılması  nəzərdə  tutulur.  2019-cu  ilin  ikinci  yarısında  isə  Azərbaycan  təbii 
qazının  Yunanıstan  vasitəsilə  A -yə  çatdırılması  planlaşdırılır.  A -nin  enerji 
məsələləri  üzrə  komissarı  Günter  Ottinqer  də  bildirmişdir  ki,  Cənub dəhlizi  uzun 
müddət ərzində A -nin qaz tələbatını qarşılamaq potensialına malikdir [28, s. 42-
43].  
              2014-cü  il  sentyabrın  20-də  Bakıda  “Əsrin  müqaviləsi”nin  20  illiyi  və 
“XXI əsrin müqaviləsi” adlandırılan “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimi 
keçirilmişdir.  
             Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan,  taliya 
və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün konsorsium tərəfindən 
Trans-Adriatik Boru Kəmərinin (TAP) seçilməsini və 16 milyard kubmetrdən çox 


100 
 
Azərbaycan  qazının  uzunmüddətli  sazişlər  əsasında  Avropa  Birliyi  ölkələrinə  və 
Türkiyəyə  tədarük  olunması  barədə  razılığa  gəlinməsini  bu  ilin  (2013)  mühüm 
hadisələrindən hesab etmək olar [ 29]. 
               Azərbaycan  və  Türkiyə  arasında  planlaşdırılan  TANAP  –  Transanadolu 
qaz  kəmərinin  inşasına  dair  (2012-ci  ilin  iyun  ayında)  ikitərəfli  sazişlərin 
imzalanması iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırmış, 
eyni  zamanda  Avropanın  enerji  təhlükəsizliyi  məsələsinin  praktiki  həllinə  şərait 
yaratmışdır.  
             Qeyd  etmək  lazımdır  ki,  Avropa  ttfaqı  ölkələri  enerji  təhlükəsizliyinin 
möhkəmləndirilməsi  məsələləri  ilə  əlaqədar  olaraq  Azərbaycanla  müxtəlif 
səviyyədə danışıq və müzakirələr aparılmasında davamlı fəallıq göstərməkdədirlər. 
Bir  sıra  ölkə  rəhbərlərinin  Avropa  Komissiyasının,  ABŞ-ın,  ümumiyyətlə  30-dan 
çox  dövlətin  yüksək  vəzifəli  nümayəndə  və  diplomatlarının  iştirak  etdiyi  IV 
Beynəlxalq  enerji  sammitinin  2008-ci  ilin  noyabrında  Bakıda  keçirilməsi  heç  də 
təsadüfi  deyildir.  Mahiyyətcə,  Xəzər  dənizi,  Qara  dəniz  və  Baltik  dənizi 
hövzəsində  enerji  təhlükəsizliyi  ilə  bağlı  yeni  əməkdaşlıq  formatının  yarandığına 
dəlalət  edən  bu  sammit  Azərbaycanın  xüsusi  diqqət  yetirməli  ölkə  olduğunu  bir 
daha sübut etmiş oldu [ 29]. 
              Beləliklə,  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  diplomatiyasının  mühüm 
qələbəsi  olan  “Əsrin  müqavilə”sinin  imzalanmasından  sonra  həyata  keçirilən 
uğurlu  neft  strategiyasının  mühüm  tərkib  hissələrindən  olan  Bakı-Tbilisi-Ceyhan, 
Bakı-Novorossiysk, 
Bakı-Supsa, 
Bakı-Tbilisi-Ərzurum 
kimi 
layihələrin 
reallaşdırılması 
Azərbaycanın 
dövlət 
müstəqilliyinin 
möhkəmlənməsinə, 
iqtisadiyyatının  inkişafına,  Qərb  dövlətləri  ilə  əlaqələrinin  genişlənməsinə  şərait 
yaratmışdır.  Ümumiyyətlə,  Azərbaycanın  hasil  etdiyi  təbii  qazın  mümkün  qədər 
müxtəlif  və  şaxələndirilmiş  nəqliyyat  marşrutları  ilə  ixracının  və  diversifikasiya 
kursunun  tərəfdarı  olan  ölkə  başçısı  lham  Əliyev  Azərbaycan  qazını  dünya 
bazarına  çıxaracaq  4  iri  layihənin  (Şahdəniz-2,  SCP,  TANAP  və  TAP)  vaxtında 
həyata  keçirilməsi  və  bu  işlərdə  qarşıya  çıxa  biləcək  problemlərin  operativ  həlli 
məqsədilə xüsusi sərəncam imzalamışdır. Bu layihələrin həyata keçirilməsi Xəzər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə