Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   26   27   28   29   30   31   32   33   34

89 
 
ə
sas  bioresursu  nərəkimilərdir.  Region  ölkələri  onların  ovlanmasına  moratorium 
qoyulması imkanı ilə bağlı məsələni uzun müddətdir nəzərdən keçirirlər. 
                Nəhayət 
ki, 
bu 
görüşdə 
məsələ 
həll 
olundu. 
Azərbaycan,  Rusiya,  Qazaxıstan,  Türkmənistan  və  ran  prezidentləri  Bakıda 
keçirilən  III  zirvə  toplantısının  yekununda  qəbul  etdikləri  Birgə  Bəyannamədə 
Xəzərin  hüququ  statusuna  dair  Konvensiya  üzərində  işi  davam  etdirmək 
niyyətlərini təsdiqlədilər. Birgə Bəyannamədə deyilir ki, tərəflər sahilyanı ölkələrin 
Xəzər dənizinə və onun resurslarına münasibətdə suveren hüquqlarını tanıdıqlarını 
bəyan edirlər. Onlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində 
işi  başa  çatdırmaq  niyyətlərini  təsdiqləyirlər.  Bu  Konvensiya  sahilyanı  ölkələrin 
dənizdəki  fəaliyyətini  tənzimləyəcək  baza  sənədi  olacaq.  Prezident  lham  Əliyev 
sənədin  əhəmiyyətini  xüsusi  vurğulayıb.  Dövlət  başçısının  fikrincə,  Xəzərin 
statusunun  müəyyənləşməməsi  regionda  münasibətlərə  neqativ  təsir  göstərmir. 
Prezident bəyan edib ki, sahilyanı ölkələr energetika məsələlərində bir-biri ilə rəqib 
deyillər.  Azərbaycan  isə  özünün  bütün  imkanlarını  Xəzəryanı  ölkələrə  təqdim 
etməyə  hazırdır.  Xəzərin  hüquqi  statusunun  müəyyən  edilməsi  prosesinin 
sürətlənməsi  üçün  kompleks  məsələlərin  həllində  və  Xəzəryanı  ölkələrin 
ə
məkdaşlığının  yeni  formatının  müəyyən  edilməsində  bu  görüşün  böyük 
ə
həmiyyəti oldu. Təhlükəsizlik müqaviləsinin imzalanması gələcəkdə statusla bağlı 
yekun sənədin imzalanmasına şərait yaradır [ 36]. 
              2014-cü il sentyabrın 29-da Rusiyada- Həştərxanda keçirilmiş Xəzəryanı 
dövlət  başçılarının  4-cü  sammitində  çıxışı  zamanı  Azərbaycan  Respublikasının 
prezidenti  lham  Əliyev 
 
ölkəsinin  nəticələrdən  və  əldə  edilmiş  razılaşmalardan 
məmnunluğunu  ifadə  etdi  və  həll  edilməmiş  problemlərin  həllinə  ümidvar 
olduğunu  bildirdi.  Qeyd  etmək  lazımdır  ki,  Prezident  Əliyevin  çıxışı  olduqca 
mülayim  və  diplomatik  olmuşdur  və  o,  Xəzərdə  qeyri  dövlətlərin  hərbi 
mövcudluğu, Trans-Xəzər kəməri və Türkmənistanla ərazi mübahisəsi ilə bağlı 
heç bir konkret bəyanat vermədən  Xəzərlə bağlı son proseslər və perspektivlər 
ə
trafında danışmışdır. 


90 
 
              Prezident Əliyev həmçinin bildirmişdir ki, "Azərbaycan, Qazaxıstan və 
Rusiya  arasında  imzalanmış  ikitərəfli  və  üçtərəfli  müqavilələr  Xəzərin  hüquqi 
statusunun  müəyyən  edilməsi  baxımından  çox  əhəmiyyətlidir  və  həmin 
müddəalar  Xəzərin  dibinin  delimitasiyası  üçün  yaxşı  zəmin  ola  bilər.  Hesab 
edirik  ki,  tərəflərə  məxsus  silahlı  qüvvələrin  mövcudluğu  və  Xəzər  dənizində 
hərbi  fəaliyyət  sahilyanı  dövlətlərin  təhlükəsizliyinin  bərabər  təmini  prinsipi 
üzərində  qurulmalıdır''.  Lakin,  silahlanma  siyasətindəki  bərabərsizlik  və 
təhlükələrin  müəyyən  edilməsində  fərqlər  nəzərə  alınsa,  Xəzərdə  mütləq 
balansının təmin edilməsi asan olmayacaqdır. [ 39] 
             Xəzər  dövlətlərinin  Həştərxan  zirvəsinin  yekun  bəyannaməsinin  bir 
neçə  əhəmiyyətli  bəndi  var:  I.  Zor  və  hədənin  tətbiq  olunmaması;  IV. 
Silahlanmanın  sabit  balansının  təmini;  VI.  Qeyri-Xəzər  dövlətlərin  hərbi 
mövcudluğunun yolverilməzliyi. Dördüncü və altıncı bəndlər tam olaraq Rusiya 
və  ranın maraqlarına müvafiqdir. Çünki elə birinci gündən bu ölkələr regionda 
xarici  aktyorların  iştirakını  və  onların  Xəzərdə  hərbi  mövcudluq  yaratmaq 
cəhdlərini görməyə şad olmamışlar. 
            Lakin bu günədək Xəzərdə hər-hansı xarici hərbi iştirakdan söhbət gedə 
bilməz. Xəzərdə ABŞ və NATO-ya məxsus gəmilərin olmaması Xəzərə yeganə 
yolun Volqa çayının olması və ondan istifadə etmək üçün Rusiya ilə əməkdaşlıq 
etmək  zərurəti  ilə  izah  olunur.  Azərbaycan  və  Qazaxıstan  donanmalarının 
müasirləşdirilməsi,  yenidən  silahlanması,  dəniz  təhlükəsizliyinin  artırılması, 
peşəkar  hərbi  təhsil  və  s.  kimi  məsələlərdə  ABŞ-la  əməkdaşlığı  hərbi 
mövcudluq  sayılmamalıdır  (hətta  dolayı).  Buna  baxmayaraq,  qeyri-Xəzər 
dövlətlərinin hərbi  iştirakının  qarşısının alınması ilə bağlı sahilyanı dövlətlərin 
birgə  bəyannaməsi  Rusiya  və  ranın  güclü  mövqeyinin  nümayişi  və  Qərbə 
verilən  aydın  mesajdır.  Ancaq  bu  müddəaların  nə  dərəcədə  Azərbaycan  və 
Qazaxıstana  xarici  ölkələrlə  (ABŞ,  Türkiyə,  Cənubi  Koreya,  srail  və  s.) 
ə
məkdaşlıq etməyə mane olacağı bəlli deyil [ 39]. 
             Bütün  bunları  ümumiləşdirərək  deyə  bilərik  ki,  hələ  Xəzərin  hüquqi 
statusu  probleminin  yarandığı  ilk  vaxtdan  regionun  və  ölkəmizin  təhlükəsizliyi 


91 
 
baxımından  nə  qədər  mühüm  əhəmiyyət  daşıdığını  nəzərə  alan  Azərbaycan 
hökuməti  beynəlxalq  hüquq  normaları  və  tarixi  təcrübədən  çıxış  edərək  Xəzərin 
göl statusunun qəbul edilməsi və orta xətt üzrə sektoral bölgüsü mövqeyindən çıxış 
etmişdir. Azərbaycan diplomatiyası bütün görüşlərdə Xəzərlə bağlı mövcud siyasi 
kursu davam etdirərək, problemin bütün aspektlərinin müzakirələr yolu ilə həllinə 
çalışmış və bir çox müsbət nəticələr əldə etmişdir.  Bütün bunlar Xəzərin hüquqi 
statusu  probleminin  həlli  istiqamətində  Azərbaycanın  məqsədyönlü  xarici 
siyasətində uğurlu diplomatik fəaliyyət kimi dəyərləndirilə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə