Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

83 
 
enerji  dəhlizinin  reallaşması,  Böyük  pək  yolunun  bərpası  bilavasitə  Xəzərin 
ə
həmiyyətini  bir  çox  dövlətlərin  qarşısında  daha  da  artırdı.  Bu  istiqamətdə  öndə 
gedən Azərbaycanın regionun geosiyasi durumunda təsiri olduqca güclü idi. 1999-
cu ildə ölkənin təşəbbüsü ilə Böyük  pək yolunun bərpası, noyabrın 18-də ATƏT-
in  stanbul  sammitində  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəmərinin  neftin 
daşınmasında rəsmi vasitə kimi qəbul edilməsi Xəzərin istifadə rejiminin qarşılıqlı 
hörmət prinsipi əsasında müəyyənləşməsinə müsbət təsir göstərmişdir [12, s. 89].  
              Bu  prosesin  tarixi  əhəmiyyəti  1990-1994-cü  illərdən  fərqli  olaraq 
Xəzəryanı dövlətlər arasında münasibətlərin aydınlaşdırılması və sərt mövqelərinin 
qarşısının  alınması  kimi  təhlükəli  prosesə  son  qoydu.  Lakin  müzakirələrin  və 
mübahisələrin davam etməsi tərəflərin qarşılıqlı hörmət prinsipi əsasında quruldu. 
Bütün  bunlar  tarixdə  Azərbaycan  dövlətinin  Xəzərin  sektoral  bölgüsünü  həyata 
keçirməsi  yolunda  apardığı  məqsədyönlü  siyasətinin  nəticəsini  əks  etdirən  tutarlı 
dəlillər kimi qiymətləndirilməlidir [ 12, s. 98]. 
             1999-cu  ildən  başlayaraq  Xəzərin  hüquqi  statusunun  həlli  prosesində 
tərəflərin  mövqelərinin  destruktivizmdən  konstruktivizmə  doğru  dəyişilməsi  ilə 
xarakterizə edilən ikinci mərhələ başa çatmağa başlayır.  
             Üçüncü  mərhələdə  isə  Azərbaycanın  sektoral  bölgü  məsələsindəki  fəal 
mövqeyini xarici işlər nazirləri müavinləri səviyyəsində Xəzəryanı dövlətlərin işçi 
qruplarının  görüşlərində  Azərbaycan  diplomatiyası  dəyərli  şəkildə  daima 
ə
saslandırırdı.  
             Bu  mərhələnin  isə  ən  mühüm  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  tərəflər 
problemin əvvəlki illərdə olduğu kimi notalar, bəyanatlar, təzyiqlər yolu ilə deyil 
danışıqlar vasitəsi ilə həll olunmasına daha çox meyl edirdilər.  
            2000-ci  ildə  Rusiyada  V.Putin  hakimiyyətə  gəldikdən  sonra  bu  dövlətin 
Azərbaycana  və  Xəzər  hövzəsinə  münasibəti  əhəmiyyətli  dərəcədə  dəyişdi. 
Azərbaycan  Respublikasının  prezidenti  H.Əliyev  Rusiyanın  Xəzər  üzrə  rəsmisi 
V.Kalyujnı ilə görüşərkən onun fəallığını razılıqla qarşılamış, Rusiyanın problemin 
həllindəki  heç  kimin,  heç  kimə  iddia  irəli  sürməyəcəyi  variantda  həllinə 
çalışmasını  yüksək  qiymətləndirmişdir.  Bununla  yanaşı,  dövlət  başçısı  Xəzər 


84 
 
məsələsində öz mövqeyində heç bir dəyişiklik olmayacağını xüsusi vurğulamışdır. 
Bu mövqe uzun illər mövcud diplomatik fəaliyyətdə öz əksini tapmışdır və təsadüfi 
deyil  ki,  bu  dövrədək  Azərbaycanın  Qərb  ölkələri  ilə  əməkdaşlığı  getdikcə 
sürətlənmişdir.  Azərbaycan  diplomatiyasının  qərbyönümlü  fəaliyyəti  və  bunun 
müsbət nəticələri artıq dövlətimizin Rusiyadan bir növ asılılığını azaltmış və onun 
burada siyasi və iqtisadi nüfuz imkanlarını xeyli məhdudlaşdırmışdır. Buna görə də 
Rusiya  Azərbaycanla  əməkdaşlıqda  yeni  strategiyanın  formalaşmasını  əsas 
tutmuşdur. 
             2001-ci il yanvarın 9-da Azərbaycana rəsmi səfər etmiş Rusiya Prezidenti 
V.Putinin  Azərbaycan  Respublikasının  Prezidenti  H.Əliyevlə  görüşündə 
Qafqazdakı  siyasi  vəziyyətin,  millətlərarası  münaqişələrin,  eləcə  də  Xəzərin 
statusu  məsələsinin  nizama  salınmasının  müzakirəsi  geniş  yer  tutmuşdur.  Bu 
zaman  imzalanmış  “Bakı  Bəyannaməsi”  öz  tarixi  əhəmiyyətinə  görə  Xəzərin 
statusunun  həlli  istiqamətində  xüsusi  bir  mərhələnin  başlanğıcı  oldu.  Bu 
konsepsiyadan  aydın  olurdu  ki,  Rusiya  Federasiyası  Xəzər  haqqında  öz 
təkliflərində  konstruktiv  mövqe  tutmuş,  burada  əməkdaşlığın  prinsiplərini 
Azərbaycanın  mövqeyinə  uyğunlaşdırmaq  üçün  konkret  təkliflər  irəli  sürmüşdür. 
Bu da Azərbaycan diplomatiyasının XXI əsrin başlanğıcında uzun illərlə apardığı 
gərgin  əməyin  nəticəsi idi.  mzalanmış 20-dən  çox rəsmi  sənəd  içərisində hər iki 
dövlətin  Xəzərə  dair  baxışları  öz  əksini  tapmış  “Bakı  Bəyannaməsi”  xüsusi 
ə
həmiyyətə  malik  olmuşdur.  Sənədin  maddələrinə  əsasən  Xəzərin  statusu 
problemində  hər  iki  dövlətin  mövqe  yaxınlığı  rəsmi  şəkildə  bəyan  edilmiş,  fikir 
ayrılığına müəyyən dərəcədə son qoyulmuş və prinsip etibarilə bu milli sektorlara 
bölünmə  ideyasının  gerçəkləşməsinin  əsasını  qoyan  ilk  və  yeganə  sənəd  oldu.        
[ 12, s. 90, 91]. 
             Xəzərin  statusu  probleminin  həlli  5  ölkənin  diplomatik  vasitələri  ilə  əsas 
mərhələlərdən keçmiş, bütün fikir ayrılıqlarına baxmayaraq, dövlətlər bu hövzədə 
qarşılıqlı  əməkdaşlığa  can  atırdılar,  bu  istiqamətdə  tarazlaşdırılmış  siyasət  isə 
yalnız Azərbaycana məxsus idi.  


85 
 
              Xəzərin statusu probleminin həlli istiqamətində 2001-ci ilin əvvəllərindən 
başlayaraq  dövlətlər  daha  fəal  surətdə  iş  aparmağa  başalmışlar.  Həmin  il  martın 
ə
vvələrində  Moskvaya  dörd  günlük  səfər  etmiş  ran  slam  Respublikasının 
prezidenti  M.Hatəmi  Xəzərin  statusu  problemini  diqqət  mərkəzində  saxlamış  və 
hər  iki  dövlət  arasında  bəyannamə  imzalanmışdır.  Bəyannamənin  məzmununa 
ə
sasən  qeyd  olunmuşdur  ki,  hər  iki  dövlət  status  məsələsində  ortaq  məxrəcə 
gəlmək  üçün  yollar  axtaracaq,  çoxtərəfli  görüşlərin sayını  artıracaqlar.  Bu  zaman 
Rusiya  Federasiyasının  prezidenti  V.Putin  Türkmənistan  prezidenti  S.Niyazovla 
danışıqlar  nəticəsində  Xəzər  sammitinin  Türkmənistanda  keçirilməsi  haqqında 
razılıq əldə olunmuşdu [ 12, s. 93]. 
              2001-ci  il  iyul  ayının  31-də  ranın  Xəzər  dənizi  üzərində  Azərbaycanın 
hava  sərhəddini  pozaraq  kəşfiyyat  xarakterli  uçuşlar  aparması  münasibətlərdə 
gərginliyin  yaranmasına  səbəb  oldu.  Qonşu  dövlətin  bu  səviyyədə  qeyri-qanuni 
hərəkəti  2001-ci  ilin  ortalarında  həlli  çətin  vəziyyətə  düşmüş  Xəzərin  status 
problemindəki qeyri-obyektiv mövqeyinin müdafiəsi ilə bilavasitə bağlı idi. 2001-
ci  ilin  ortalarında  hadisələrin  gedişatı,  baş  vermiş  son  hadisələr  Xəzərin  hüquqi 
statusunun  müəyyənləşməsi  məsələsinin  aktuallığını  daha  da  artırdı.  Hətta,  ranın 
hava  sərhəddini  pozmasını  Xəzərdə  güc  tətbiq  edilməsi  kimi  ilk  hadisə  olaraq 
qiymətləndirən  ölkə  rəsmiləri  (Azərbaycanın  və  Rusiyanın  müdafiə  nazirləri  – 
N.M.)  bu  hövzənin  digər  problemləri  ilə  yanaşı  burada  hərbi  gücün  tətbiqini 
ümumiyyətlə yolverilməz hesab etmişdilər [ 8, s. 109-111]. 
            Bundan  əlavə  qeyd  etmək  lazımdır  ki,  Xəzərin  statusu  haqqında  aparılan 
danışıqlar  tarixində  2002-ci  il  aprelin  22-23-də  keçirilmiş  Xəzərsahili  dövlət 
başçılarının Aşqabad sammiti tarixi əhəmiyyətə malikdir. Bu sammitdə ilk dəfə idi 
ki, Xəzərin statusu məsələsi beş Xəzərsahili dövlət başçıları səviyyəsində müzakirə 
olunurdu.  kincisi,  Xəzərin  statusu  məsələsi  əksərən  digər  problemlərlə  yanaşı 
müzakirə  obyekti  olduğu  halda  ilk  dəfə  Aşqabad  sammiti  bütövlükdə  Xəzərin 
statusu  haqqında  bütün  sahilyanı  ölkə  başçılarının  və  rəsmi  nümayəndələrinin 
müzakirə mövzusu olmuşdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə