Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

71 
 
qarşıdurması məsələsi tezliklə, asanlıqla və birmənalı həll olunmayacaq, əksinə, bu 
qarşıdurma regionda gərginliyi daha da artıracaq [ 12, s. 104]. 
               Çin Xalq Respublikasının da, siyasi-iqtisadi dirçəliş mərhələsini yaşayan 
və kifayət qədər mürəkkəb daxili problemləri olan dövlət kimi, Xəzər bölgəsinə və 
Mərkəzi Asiya regionuna iddialı olmağa məcburdur. Əhalisinin sayı Çini dünyanın 
ə
n qüdrətli dövlətlər sırasında möhkəmləndirən faktor olması ilə yanaşı, həm də ən 
böyük  problemlərindən  biridir.  Məlum  olduğu  kimi,  Çinin  əksər  təsərrüfatı  üçün 
yararlı sahələri Xuanxe və Yanzsı çaylarının ətrafında məhdud ərazilərdə yerləşir. 
Dünya  əkin  sahələrini  7%-nə  malik  olduğu  halda,  Çin  dünya  əhalisinin  24%-ni 
ə
rzaqla  təmin  edilməsi  məsələsini  həll  etməlidir.  Digər  böyük  problem  –  bütün 
dünyada  olduğu  kimi,  içməli  su  problemidir.  Bu  baxımdan  Çinin  hərbi-siyasi 
dairələrinin planlarında dünyanın ən böyük və təmiz su anbarı – Rusiyada yerləşən 
Baykal gölünün yer tutmasını heç də istisna etmək olmaz.  
              Enerji problemlərinə gəldikdə qeyd etmək lazımdır ki, Çinin 2008-ci ildə 
neft istehlakı 365 mln t, hasilatı isə 189 mln t və göründüyü kimi kəsir 176 mln t, 
ya  da  təqribən  49%  təşkil  edir.  Belə  olduğu  halda,  təbii  ki,  Çin  bütün  sahələrdə 
sürətlə  artan  tələbatlarını  ödəmək  üçün  yeni  enerji  mənbələrinə  və  bunların  nəqli 
istiqamətlərinə  öz  maraqlarına  uyğun  nəzarəti  ələ  keçirmək  planlarını  qarşısına 
qoyaraq Xəzər regionunu nəzərində saxlayır. Maraqlıdır ki, Çin Rusiyanın “РАО 
ЕЭС
  России”  şirkətindən  elektrik  enerjisi  almaqdan  qəti  surətdə  imtina  etmişdi. 
Bununla  bağlı,  güman  etmək  olar  ki,  Çin  bu  addımı  atarkən,  Qazaxıstan  və 
Türkmənistanla  enerji  sahəsində  əməkdaşlıq  etmək  fikrində  idi.  Lakin  ABŞ-ın 
Mərkəzi  Asiyada  möhkəmlənməsi  bu  məsələnin  həllini  çətinləşdirir.  Ehtimal 
etmək olar ki, ABŞ-ın Əfqanıstana hərbi qüvvələrinin yeritməsinin səbəblərindən 
biri  də  məhz  Çinin  bu  növ  təşəbbüslərinin  qarşısını  almaq  məqsədini  güdürdü, 
çünki  son  illərdə  ABŞ-Çin  ticarət  defisiti  100  mlrd  dollara  yaxınlaşır.  Təbii  ki, 
Çinə  axan  enerji  daşıyıcılarının  qarşısı  alınsa  onun  iqtisadi  dirçəlişi  mümkünsüz 
olacaq  və  rəqabət  imkanlarını  zəiflədəcək.  Buna  görə  Çin  özünün  və  ABŞ-ın 
burada rəqibi olan Rusiya enerji daşıyıcılarına maraqlarını artıra bilər [12, s. 105 ]. 


72 
 
              Tez-tez  hərbi  müdaxilələrə  (Koreya,  Vyetnam,  raq,Əfqanıstan) üstünlük 
verən ABŞ-dan fərqli olaraq, Çin xarici siyasətində başqa üsullardan istifadə edir. 
Bununla  bağlı  Çində  nəşr  edilən  “Tzefantzun  bao”  qəzeti  yazır:  “Coğrafi 
sərhədlərin  hüdudlarından  kənarda  həyata  keçirilən  strateji  rayon  üzərində  uzun 
müddət ərzində aparılan effektiv nəzarət sonda coğrafi sərhədlərin dəyişdirilməsinə 
gətirib çıxaracaq”. Etiraf etmək lazımdır ki, öz imkanlarına arxalanan belə incə və 
düşünülmüş  siyasət  Çinin  bir  dövlət  kimi  mövcudluğuna  tarixən  şərait  yaradıb.      
[ 12, s. 105]. 
              Son illərdə dinamik inkişaf edən Çinin yeni “böyük geoiqtisadi oyunda” – 
enerjidaşıyıcıları ilə zəngin Mərkəzi Asiyanın, o cümlədən, Xəzər regionun neft və 
qaz  yataqlarının  istismarında  getdikcə  artan  fəal  iştirak  etmək  cəhdləri  müşahidə 
olunur.  Çin  strategiyasının  hərəkətverici  qüvvəsi  isə  yüksək  iqtisadi  inkişaf 
prosesində meydana çıxan enerjidaşıyıcılarına olan artan tələbatla şərtlənirdi. Cari 
yüzilliyin  başlanğıcında  Çin  öz  xarici  siyasətinin  “mərkəzi  asiya”  istiqamətində 
uzaqgörən  geosiyasi  məqsədlərinə  müvafiq  olaraq  bütün  Xəzəryanı  dövlətlərlə, 
xüsüsən də Qazaxıstanla iqtisadi və siyasi əlaqələrini bir qədər genişləndirdi. [ 4, s. 
174, 175] 
             Çinin  Xəzər bölgəsində böyük  nüfuza  malik olan, hətta  ərazisində böyük 
miqdarda  xam  neft  ehtiyatları  mövcud  olan  Qazaxıstan  kimi  bir  dövlətlə  qonşu 
olması,  üstəlik  Uzaq  Şərqin  enerjiyə  olan  ehtiyacı  səbəbindən  neft  boru  xətti 
layihəsində  Xəzər  regionu  ilə  bağlı  siyasət  formalaşdırmaması  mümkün  deyil. 
Ə
slində Çin bölgənin enerji mənbələrinə çoxdan bəri göz dikmişdi. Boru xəttinin 
çəkilməsi  və  nəqliyyatı  məsələsində  isə  Çin  Qazaxıstanla  razılaşmalar  vasitəsilə 
aktivlik  göstərir.  Çinin  Xəzər  bölgəsində  neftlə  bağlı  strateji  mənafeləri  təkcə 
bundan  ibarət  olmayıb,  başqa  məsələləri  də  əhatə  edir.  Bölgədə  güclü  olmaq, 
iqtisadiyyatını gücləndirmək kimi məsələlər Çinin əsas strategiyasıdır. [ 11, s. 86, 
87] 
            Son  iki  onillikdə  Çinin  Xəzər  regionuna  artan  marağı  iki  əsas  səbəblə 
şə
rtlənirdi:  birincisi,  ABŞ-ın  regionda  geosiyasi  nəzarətinin  güclənməsi  və  onun 
nüfuz  dairəsinin  birbaşa  Çin  sərhədlərinə  yaxınlaşmasından  açıq  şəkildə  ehtiyat 


73 
 
etməsi, ikincisi isə, son illər Çinin neft və neft məhsullarının idxal həcminin kəskin  
artması  fonunda  rəsmi  Pekinin  gələcək  enerji  təhlükəsizliyinin  təminatı 
çərçivəsində  Xəzərin  neft  və  qaz  ehtiyatlarına  az  da  olsa,  müəyyən  dərəcədə 
çıxışını təmin etmək cəhdi. 
              Ümumilikdə  Çinin  Xəzər  regionunda,  xüsusilə  də  regionun  şərq 
hissəsində,  getdikcə  artan  fəallığı  ilə  bağlı  fundamental  geoiqtisadi  və  geosiyasi 
maraqları  mövcuddur.  Bu  hər  şeydən  əvvəl  çin-qazax  və  çin-türkmən 
ə
məkdaşlığının perspektivləri ilə bağlıdır. Belə ki, bu əməkdaşlığın nəticəsində Çin 
özünün  yanacaq-energetika  sektorunun  inkişafı  üçün  mövcud  xammal  bazasını 
genişləndirmiş  olacaq.  Lakin,  ABŞ-ın  Mərkəzi  Asiya  regionuna  daxil  olması  çin 
siyasətinin bu istiqamətinin reallaşmasını sual altında qoya bilər ki, bu da ÇXR-in 
birbaşa  Rusiyanın  enerji  ehtiyatlarına  olan  marağının  yenidən  artması  ilə 
nəticələnər.  Təsadüfü  deyil  ki,  XXI  əsrdə  Çin  əsas  diqqəti  Rusiya  və  Mərkəzi 
Asiya ölkələri ilə həm ikitərəfli, həm də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində 
ə
məkdaşlığın inkişafına yönəldir [ 4, s. 174, 175]. 
              Hindistan  üçün  isə  Xəzər  regionu  yalnız  potensial  enerji  mənbəyi  deyil, 
strateji mövqeyinə görə də böyük əhəmiyyət daşıyır. Mərkəzi Asiyada ekstremist 
dini  təşkilatlar  Hindistanın  Cammu  və  Kəşmir  bölgələrində  bənzər  hərəkatları 
gücləndirdiyi  üçün  regionda  stabilliyin  mövcudluğu  Hindistanın  daxili 
təhlükəsizliyinə  təsir  baxımından  əhəmiyyətlidir.  Xəzər  regionunda  Hindistanın 
maraqları və rolu aşağıdakı kimi ümumiləşdirilə bilər: 
-
  Hindistan  Pakistanın  regionda  mövcudluğundan  narahatlıq  duyur  və 
terrorizmlə  mübarizə  Hindistanı  “Şanxay  Əməkdaşlıq  Təşkilatı”nın  yeni 
təhlükəsizlik  razılaşmalarına  qoşulmasına  təşviq  edir.  Hindistan  həmçinin 
terrorizmlə  mübarizə  ilə  bağlı  bəzi  Xəzər  dövlətləri  ilə  müqavilələr  də 
imzalamışdır. 
-
  Xəzər  neftindən  istifadə  Qərbi  Asiyadan  asılılığı  azalda  biləcəyi  üçün 
Hindistanın  uzunmüddətli  enerji  təhlükəsizliyini  təmin  etmək  baxımından 
həyati  əhəmiyyət  daşıyır.  Hindistan  Türkmənistan-Əfqanıstan-Pakistan-
Hindistan qaz boru kəmərinə üstünük verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə