Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

65 
 
Komissiyasının Daimi Katibliyinin büdcəsinin 75%dən artıq hissəsi üzv dövlətlər 
tərəfindən ödənilmişdir
 
[ 33, s. 161-162]. 
               TRACECA  çərçivəsində  Avropa  ttifaqı  1993-2002-ci  illər  ərzində  53 
layihə üçün bütövlükdə  110.005.000 avro ayırmışdır. Bu layihələrin 14-ü regional 
investisiyalar  üçün  əlverişli  şərait  yaradılması  nəzərdə  tutan  “investisiya 
layihələri”, 39-u isə, “texniki yardım” layihələri idi [ 33, s. 163]. 
               A  ilə Mərkəzi Asiya respublikaları arasında ikitərəfli münasibətlər rəsmi 
şə
kildə Tərəfdaşlıq və Əməkdaşlıq Müqavilələri çərçivəsində həyata keçirilmişdir. 
Türmənistan istisna olmaqla digər Mərkəzi Asiya Respublikaları ilə imzalanmış və 
1  iyul  1999-cu  ildə  qüvvəyə  minmiş  tərəfdaşlıq  müqavilələri  məzmun  etibarilə 
demək  olar  ki  eyni  idi.    Müqavilələrə  görə  tərəflər  arasındakı  əməkdaşlığın 
məqsədləri siyasi münasibətlərin inkişafı üçün siyasi dialoqun təmin edilməsi, üzv 
dövlətlərdə (Mərkəzi Asiya dövlətlərində – N.M.) demokratiyanı inkişaf etdirmək 
və  bazar  iqtisadiyyatına  keçid  yolunda  fəaliyyətini  dəstəkləmək,  tərəflər  arasında 
iqtisadi  münasibətləri,  ticarət  və  investisiya  qoyuluşunu  təşviq  etmək,  iqtisadi, 
maddi,  elmi,  texnoloji  və  mədəni  əməkdaşlıq  üçün  əsas  yaratmaqdan  ibarətdir. 
Müqavilələrdə  nəzərdə  tutulmuş  prinsiplərə  baxmayaraq,  təcrübədə  A   Mərkəzi 
Asiya  Respublikalarındakı  qeyri-demokratik  addımlara  və  insan  haqlarının 
pozulması  hallarına  göz  yumaraq  bu  məsələlərin  üzərində  çox  dayanmır  [  33,  s. 
163-164]. Bunun səbəbi isə A -nın iqtisadi və təhlükəsizlik maraqlarını daha üstün 
tutmasıdır.     
               2002-ci  ilin  ortalarında  Sankt-Peterburqda  rəsmi  açılışı  olmuş  “Şimal-
Cənub” nəqliyyat dəhlizi də öz növbəsində Rusiyanın şimalını və Avropanı Xəzər 
hövzəsi  vasitəsilə  Fars  körfəzi  ölkələri,  Hindistan  və  Pakistanla  əlaqələndirməyə 
yönəldilmişdi.  Rus  ekspertlərinin  hesablamalarına  görə,  bu  marşrutla  malların 
daşınması Süveyş kanalına nisbətən 3 dəfə qısa məsafəyə və 30-40% isə daha ucuz 
başa gəlir [ 4, s. 206]. 
              A -nın Xəzərin enerji ehtiyatlar ilə bağlı irəli sürülən layihələrdən biri də 
NABUCCO-dur.  Bu  layihə  2002-ci  ildə  BOTAŞ-ın  Bolqarıstanın  Bulgargaz, 
Rumıniyanın  Transgaz,  Macarıstanın  MOL,  Avstriyanın  OMV  şirkətləri  ilə 


66 
 
birlikdə  keçirdiyi  görüşlər  nəticəsində  ortaya  çıxmışdır.  Daha  sonra  2008-ci  ildə 
Almaniyanın  RWE  şirkəti  NABUCCO-nun  6-cı  ortaq  şirkəti,  Azərbaycanın 
SOCAR şirkəti də 7-ci şirkət kimi danışıqlar prosesinə qoşuldu [ 20, s. 7]. 
              Orta Şərq və Xəzər təbii qaz ehtiyatlarının Avropa bazarlarına daşınmasını 
nəzərdə tutan Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya Təbii Qaz Boru 
Xətti  (NABUCCO)  ilk  mərhələdə  həmin  marşrut  üzərində  olan  ölkələrin  qaz 
ehtiyacının  qarşılanması,  sonrakı  illərdə  isə  Avstriyanın  Avropada  mühüm  qaz 
paylayıcı  məntəqə  olmaq  xüsusiyyətindən  də  faydalanaraq  digər  ölkələrin  qaz 
tələblərindəki  irəliləyişlərə  görə  Qərbi  Avropaya  çatdırılması  məqsədi  daşıyırdı. 
Ümumi  uzunluğu  3300  km,  ötürmə  qabiliyyətinin  isə  25,5-31  milyard  kub  metr 
olması, 2013-cü ildə ilk buraxılış gücü ilə fəaliyyətə başlaması nəzərdə tutulurdu. 
Bundan  əlavə  ilk  vaxtlar  Azərbaycan  (Şahdəniz  yatağı),  Türkmənistan  və  ran 
qazının,  gələcəkdə  isə  raq  və  Suriya  üzərindən  Misir  təbii  qazı  başda  olmaqla 
ə
trafındakı digər mənbələrdən qazın daşınması planlaşdırılırdı.  
              2009-cu  il  13  iyulda  imzalanan  hökumətlərarası  NABUCCO  Təbii  Qaz 
Boru  Xətti  Sazişinin  dəyərinin  8  milyard  olacağı  və  ilkin  mərhələdə  qazın  8-10 
milyard kub metrinin Qərbə ötürüləcəyi düşünülürdü 
 
[ 21, s. 46-47]. 
              Bu  layihə  Avropanın  boru  xətlərinin  şaxələndirilməsi  vasitəsilə  enerji 
təchizatı  təhlükəsizliyinin  təmin  edilməsi  və  bütöv  bir  Avrasiya  bazarı 
formalaşdırmaq  strategiyasının vacib  istiqamətlərindən  birini  təşkil  edirdi  [ 22, s. 
59]. 
             Lakin,  onu  da  qeyd  etmək  lazımdır  ki,  NABUCCO-nun  reallaşdırılma 
ş
ansı  planlaşdırılan  31  milyard  kub  metrlik  təbii  qaz  tədarükünün  təmin 
edilməsindən  asılıdır.  Bu  maneə  isə  hələ  də  aşılmayıb.  Bu  səbəbdən  də 
NABUCCO boru xətti hələ ehtiyat layihə olaraq qalmaqdadır [ 21, s. 49]. 
            Dünya  neft  ehtiyatlarının  57%-i  Yaxın  Şərq,  5%-i  isə  Şimali  Afrikada 
yerləşir.  Təbii  qaz  ehtiyatlarının  isə,  41%-i  Yaxın  Şərq,  8%-i  də  Şimali  Afrika 
ə
razisindədir. Bu o deməkdir ki, Yaxın Şərq və Şimali Afrika bölgəsi dünya neft 
ehtiyatlarının yarıdan çoxuna, təbii qaz ehtiyatlarının isə yarısına sahibdir. Bundan 
ə
lavə,  həmin  ehtiyatlardan  istifadə  edilməsi  və  onların  daşınma  yollarının 


67 
 
təhlükəsizliyi  adıçəkilən  bölgənin  enerji  ilə  təchizat  təhlükəsizliyi  baxımından 
ə
həmiyyətini artırır [ 32]. 
            Yaxın Şərq və Şimali Afrikanın bu qədər zəngin resurslara malik olmasına 
baxmayaraq,  regionda  baş  qaldırmış  “ərəb  baharı”  adlandırılan  hərəkatlar 
səbəbindən yaranmış qeyri-sabitlik enerji nəqliyyatı yollarının təhlükəsizliyini sual 
altında qoydu. Bu isə, enerji sahəsində hər vəchlə Rusiyadan asılılığını azlatmağa 
çalışan  Avropa  ttifaqının  diqqətini  Yaxın  Şərqə  nisbətən  daha  sabit  bölgə  olan 
Xəzərə  yönəltməsinə  sövq  etdi.  Bununla  da,  Avropa  ttifaqının  enerji 
təhlükəsizliyində Xəzər hövzəsinin əhəmiyyəti yenidən yüksəlməyə başladı. 
            Yuxarıda  qeyd  edilənləri  ümumiləşdirərək  deyə  bilərik  ki,  Avropa  ttifaqı 
ABŞ-dan fərqli olaraq Xəzər regionunda daha çox iqtisadi maraqlar güdür və enerji 
təhlükəsizliyinin təmin edilməsini əsas məqsəd hesab edir.  kinci əsas məqsədi isə, 
sərhədlərindən  kənarda  mövcud  olan  daha  zəngin  enerji  yataqlarında  öz  neft 
ş
irkətlərinin  fəaliyyəti  sayəsində  A   ölkələrinin  neft  emalı  sahəsinin  inkişaf 
etdirilməsindən  ibarətdir.  Bu  məqsədlərə  nail  olmaq  üçün  Avropa  ttifaqı  Xəzər 
bölgəsində  sabitliyin  təmin  edilməsini,  region  dövlətlərinin  demokratiyaya 
keçidini,  bu  ölkələrdə  mütərəqqi  islahatları,  insan  haqlarının  qorunmasını 
dəstəkləyir.  Xəzər  regionu  dövlətləri  ilə  TACIS,  TRACECA,  INOGATE 
layihələri,  son  dövrdə  isə  A -nın  enerji  təhlükəsizliyinin  təmin  edilməsi 
baxımından birliyin çox böyük əhəmiyyət verdiyi TAP və TANAP kimi regional 
və beynəlxalq əhəmiyyətli layihələr çərçivəsində əməkdaşlığı inkişaf etdirir. 
            
         
 
 
            
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə