Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

62 
 
               Bu  proqramlar  arasında  davamlılığı,  səlahiyyət  dairəsinin  genişliyi  və 
büdcəsinin  həcminin  böyüklüyü  baxımından  1991-ci  ildən  bəri  həyata  keçirilən 
TACIS ön sırada durur
 
[ 33, s. 155]. 
               Qeyd  etdiyimiz  kimi,  A -nin  regionla  bağlı  siyasətində  iqtisadi  sahədə 
möhkəmlənmək  əsas  rol  oynayır.  Bu  məqsədlə  reallaşdırdığı  layihələrdən 
“Müstəqil Dövlətlər Birliyininə Texniki Yardım -  TACIS” (Technical Assitance to 
Commonwealth  Independent  States)  proqramı  vasitəsilə  Xəzər  regionunun  yeni 
müstəqil  dövlətlərinin  bazar  iqtisadiyyatına  keçməsi  və  demokratikləşmə 
istiqamətində  vacib  addımlar  atmağının  təmin  edilməsi  nəzərdə  tutulmuşdur. 
TACIS  bu  hədəflərə  çatmaq  üçün  dövlətlərə  maliyyə  ayırmış  və  bu  maliyyədən 
necə istifadə olunması məsələləri ilə bağlı dövlətlərlə əməkdaşlıq etmişdir. TACIS 
fondlarının istiqamətləri: inzibati islahatlar, infrastruktur, nəqliyyat, özəl sektorun 
inkişafı, sosial xidmətlər və təhsilin inkişaf etdirilməsidir [ 17, s. 83-84]. 
               Beləliklə,  yuxarıda  qeyd  edilənlərdən  əlavə  A -nin  bu  layihəni  həyata 
keçirməkdə  əsas  məqsədi  regionda  öz  tərsirini  gücləndirmək  və  Avropanın  uzun 
müddətli təhlükəsizliyini təmin etməkdir.   
               Avropanın  enerji  ehtiyacının  artması  və  bu  sahədə  xaricdən  asılılığı  ilə 
bağlı  A -nin  narahatlığı  Avropa  Komissiyasının  29  noyabr  2000-ci  ildə  irəli 
sürdüyü  və  A -nin  qısa,  orta  və  uzun  müddətə  həyata  keçirməli  olduğu  enerji 
siyasətini  əhatə  edən  “Green  Paper  (Yaşıl  Hesabat)”da  açıq  şəkildə  öz  əksini 
tapmışdır [ 33, s. 159].  
              TACIS-dən başqa, A -nin regionla bağlı layihələri arasında INOGATE və 
TRACECA  da  mühüm  yer  tutur.  Bundan  əlavə  1999-cu  ildən  bəri  qüvvədə  olan 
Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Müqavilələr də (Partnership and Cooperation 
Agreement - PCA) Mərkəzi Asiya Respublikaları ilə A  arasında siyasi çərçivəni 
təşkil edir.    
             INOGATE və TRACECA layihələrində nəzərdə tutulmuş əsas məqsəd isə, 
Xəzər  hövzəsinin  enerji  ehtiyatlarının  istifadəsinə  istiqamətlənmişdir.  Bu 
baxımdan,  TRACECA-nın  alt  proqramı  hesab  edilə  bilər.  Regionun  neft  və  təbii 
qaz  ehtiyatlarının  daşınmasının  yenidən  təşkil  edilməsi,  inkişaf  etdirilməsi, 


63 
 
müasirləşdirilməsi və alternativ xətt layihələrinin irəli sürülməsi və dəstəklənməsi 
bu proqramın əsasını təşkil etmişdir [ 33, s. 155-156]. 
              Ümumi  mənada  TACIS-in  regional  proqramlarından  hesab  edilən 
INOGATE (Interstate Oil  and  Gas  Transport  to  Europe-Avropaya  Dövlətlərarası 
Neft  və  Təbii  Qaz  Nəqli)  layihəsi  22  iyul  1999-cu  ildə  Kiyevdə  keçirilmiş  I 
INOGATE  Zirvə  görüşündə  imzalanan  Çərçivə  Sazişi  ilə  həyata  keçirilməyə 
başlamışdır.  Azərbaycan,  Ermənistan,  Gürcüstan,  Ukrayna,  Qazaxıstan, 
Türkmənistan və s. ölkələrin də qoşulduğu müqavilə 1999-cu il 21 dekabr tarixində 
qüvvəyə mindi.  
           INOGATE layihəsinin əsas məqsədləri aşağıdakılardır: 
1.
  Neft  və  təbii  qaz  ehtiyatlarının  daşınması  ilə  bağlı  mövcud  nəqliyyat 
xətlərinin vəziyyətinin təsbit olunması. 
2.
  Yeni nəqliyyat yollarının inkişafı perspektivlərinin araşdırılması.  
3.
  Karbohidrogen  ehtiyatlarının  dövlətlərarası  daşınması  və  ticarətin 
genişləndirilməsi məqsədilə təşkilati infrastrukturun inkişaf etdirilməsi. 
4.
  Boru  xəttləri  və  enerji  ehtiyatlarının  istifadə  olunması  ilə  bağlı  istehsalçı 
ölkələrə informasiya dəstəyinin göstərilməsi.  
              INOGATE çərçivəsində həyata keçirilən tədbirlərdən biri 2000-ci il 7 iyul 
tarixində  Brüsseldə  A ,  Türkiyə  və  Yunanıstan  arasında  keçirilən  üçtərəfli  görüş 
olmuşdur. Bu görüşdə tərəflər arasında imzalanmış Yekun Aktında Xəzər, Mərkəzi 
Asiya  və  Cənubi  Aralıq  Dənizi  ölkələrinin  təbii  qazının  Türkiyədən  keçərək 
Yunanıstan və Avropaya çatdırılması ilə bağlı məsələ öz əksini tapmışdır [ 33, s. 
159-160].
 
                  
TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Proqramı 1993-cü 
ilin  may  ayında  A   ölkələri  ilə  Azərbaycan,  Ermənistan,  Gürcüstan,  Qazaxıstan, 
Qırğızıstan,  Tacikistan  və  Türkmənistan  kimi  ölkələrin  nəqliyyat  və  ticarət 
nazirlərinin  iştirak  etdiyi  görüşdə  müzakirə  olundu.  Bu  konfransda  A -nin  maddi 
və  texniki  dəstəyi  ilə  Qara  Dəniz,  Qafqaz  və  Xəzər  dənizindən  Mərkəzi  Asiya 
çöllərinədək uzanan Qərb-Şərq nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı razılıq 
ə
ldə edildi. Beləliklə də biz A -nın “soyuq müharibənin” sona çatmasından sonra 


64 
 
Mərkəzi  Asiya  və  Qafqaz  bölgəsini  Avropa  ilə  əlaqələndirmək  layihəsini  həyata 
keçirməyə başlamağının şahidi olduq.  
                Avropa ilə Asiya arasındakı ən qısa, sürətli və ucuz marşrut hesab olunan 
bu  dəhlizin  yaradılmasında  məqsəd  kommunikasiya  əlaqələrində  rus 
monopoliyasını  sarsıtmaq  idi.  Rusiyanın  təsirinin  zəiflədilməsi  isə,  bir  tərəfdən 
Qafqaz Respublikalarının müstəqilliyini möhkəmləndirə, digər tərəfdən də, A -nin 
Moskvadan asılı olmadan Uzaq Şərqə gəlməyini təmin edə bilərdi [ 33, s. 155]. 
              “Yeni  pək  Yolu”  kimi  də  adlandırılan  TRACECA  Kommunikasiya 
Şə
bəkəsi  Razılaşmasına  tərəfdar  olan  ölkələr  Moldova,  Türkiyə,  Azərbaycan, 
Türkmənistan,  Ermənistan,  Özbəkistan,  Bolqarıstan,  Ukrayna,  Gürcüstan, 
Rumıniya, Qazaxıstan, Tacikistan və Qırğızıstandır.  
              Bu 
dövlətlərin 
Avropa-Qafqaz-Asiya 
dəhlizində 
ə
məkdaşlığının 
məqsədləri aşağıdakılardır: 
1.
  Regionda  ticarət  əlaqələrini  inkişaf  etdirmək  üçün  üzv  ölkələr  arasında 
ə
məkdaşılğın təşviq edilməsi, 
2.
  Beynəlxalq  kommunikasiya  dəhlizi  olan  Avropa-Qafqaz-Asiya  yəni, 
TRACECA-nın  Trans-Avropa  Şəbəkəsinə  çevrilməsi  yolunda  ən  münasib 
inteqrasiyanın həyata keçirilməsini dəstəkləmək, 
3.
  Ticarət  və  kommunikasiya  sistemlərinin  inkişafını  təmin  edən  amilləri 
müəyyənləşdirmək, 
4.
  TRACECA layihələrini və xüsusi investorların kreditlərini təşviq etdirmək. 
[ 33, s. 161]. 
              Bu  layihə  ilə  bağlı  Çoxtərəfli  Əsas  Razılaşma  (MLA)  1998-ci  ildə 
Azərbaycanın  paytaxtı  Bakı  şəhərində  keçirilmiş  TRACECA  Zirvə  görüşündə  - 
Tarixi 
pək  Yolunun  Bərpası  ilə  bağlı  imzalanmışdır.  Hökumətlərarası 
Komissiyanın əsası isə 2000-ci ildə Tiflisdə qoyulmuşdur.  
               lk  əvvəl  TRACECA-nın  inzibati  strukturları  Avropa  ttifaqı  tərəfindən 
maliyyələşdirilirdi. 2004-cü ildən etibarən, maliyyələşdirmə məsələləri üzv ölkələr 
tərəfindən  həyata  keçirilir.  2006-cı  ildə  TRACECA  Hökumətlərarası 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə