Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   26   27   28   29   30   31   32   33   34

86 
 
              Zirvə  görüşündə  hər  bir  Xəzərsahili  dövlət  başçısının  çıxışından  sonra 
Azərbaycan-Qazaxıstan-Rusiyanın  mövqeyinin  dəyişilmədiyi,  Türkmənistan- ran 
cütlüyünün  mövqelərində  az  da  olsa  yumşalma  hiss  olunmuşdur.  ran  prezidenti 
M.Hatəmi  çıxışında  ranın  neft  kəşfiyyatında  və  enerji  resurslarının  dünya 
bazarlarına  çıxarılmasında  maraqlı  olduğunu  və  bu  işə  fəal  qoşulmaq  istədiyini 
bəyan  etməsi  ranın  mövqeyində  müəyyən  dəyişikliklərin  olmasına  işarə  edirdi. 
Xüsus  ilə  ran  prezidentinin  Xəzərin  hüquqi  statusu  problemi  həll  olunana  qədər 
təklif etdiyi 20 faizlik ərazidə fəaliyyət göstərməyəcəyini rəsmən bildirməsi irəliyə 
doğru  atılmış  addım  hesab  oluna  bilər.  Sammitin  yekunlarını  V.Putin  belə 
qiymətləndirmişdir:  “Dövlət  başçılarının  Xəzər  regioununda  qarşılıqlı  fəaliyyətin 
bütün cəhətlərini tarixdə ilk dəfə olaraq müzakirə etmələri çox vacibdir” [6, s. 46-
47 ]. 
            Azərbaycan  diplomatiyası  isə  qarşıya  çıxan  problemlərin  çətinliklərinə 
baxmayaraq,  bu  dəfə  də  Xəzərə  dair  öz  mövqeyini  layiqincə  əsaslandırmışdır. 
Zirvə  görüşü  fikir  ayrılığının  olması  ilə  yanaşı  eyni  zamanda,  problemin  həlli 
istiqamətində xüsusi diplomatik uğur mahiyyətini də açıq göstərdi. 
            Bu illər ərzində keçirilən görüşlər və aparılan danışıqlar konkret qərarların 
qəbulunda müstəsna əhəmiyyət kəsb edir. 80-90-cı illərə nisbətən Xəzərin statusu 
məsələsində  dövlətlərin  mövqeləri  yumşalmış,  ran  tərəfi  prosesin  həllinə 
danışıqlarda  xüsusi  diqqət  yetirməyə  başalmışdır.  Göründüyü  kimi,  mərhələrlə 
aparılan danışıqlarda Azərbaycan tərəfi olduqca obyektiv mövqe nümayiş etdirmiş, 
2002-2003-cü  illərdə  rəsmi  nümayəndələr  daha  çox  sektoral  bölgü  üzərində 
dayanmışlar.  stər  2002-ci  ildə,  istərsə  də  2003-cü  ildə  Xəzərin  statusu 
problemində  yaranmış  ümidverici  proseslər  Azərbaycan  diplomatiyasının 
fəaliyyəti nəticəsində mümkün olmuş, dövlətlərin məsələyə baxışında əsaslı dönüş 
yaratmışdır. 
Bu 
baxımdan, 
Azərbaycan 
diplomatiyasının 
ə

böyük 
nailiyyətlərindən biri Xəzərin statusu problemini Azərbaycana qarşı təzyiq vasitəsi 
kimi istifadə etməyə çalışan Rusiyanın mövqeyinin neytrallaşdırılması oldu [12, s. 
94-95].             


87 
 
             Xəzərin  hüquqi  statusunun  müəyyən  edilməsində  daha  bir  mühüm  addım 
2002-ci  ildə  sentyabrın  23-də  Azərbaycan  prezidenti  Heydər  Əliyevin  Moskva 
səfəri zamanı atıldı. Rusiya və Azərbaycan prezidentləri tərəfindən Xəzərin dibinin 
sektorlara  bölünməsi  haqqında  müqavilənin  imzalanması  ilə  Azərbaycan  Xəzər 
dənizindəki sərhədlərinin şimal hissəsini tam müəyyənləşdirmiş oldu [6, s. 47 ]. 
              Həmin  gün  keçirilən  mətbuat  konfransında  çıxışı  zamanı  Azərbaycan 
prezidenti  Heydər  Əliyev  Rusiya  prezidentinə  müraciətlə  qeyd  etmişdir: 
“Dediyiniz kimi biz üç Xəzəryanı dövlət mövqeyimizi müəyyənləşdirmişik və bu 
digər sahilyanı ölkələr üçün nümunə olacaqdır. Başqa yol yoxdur. Biz bu məsələ 
ilə  çox  illər  məşğul  olmuşuq  və  çoxlu  variantlar  tapmışıq.  ndiki  variant, 
beynəlxalq hüquq normaları prinsiplərinə, orta xətt prinsiplərinə uyğundur” [ 1, s. 
293]. 
              Heç  şübhəsiz  bu  müqavilə  Azərbaycan  diplomatiyasının  Xəzərin  hüquqi 
statusunun  müəyyənləşdirilməsi  istiqamətində  əldə  etdiyi  ən  mühüm 
nailiyyətlərindən biridir.  
              Xəzərə  münasibətdə  ağır  diplomatik  danışıqların  gedişatı  ilə  Xəzəryanı 
dövlətlər  bu  hövzənin  statusu  və  ondan  istifadə  formaları  ilə  bağlı  əsas  hüquqi 
problemləri müəyyən dərəcədə həll etdilər. Bu müddət ərzində aparılan danışıqlar 
nəticəsində  müxtəlif  məzmunlu  sənədlər  imzalandı,  problemin  bütün  tərəflərinə 
baxışlar müəyyənləşdi, mütəxəssislərin rəyi öyrənildi.  
             Problemin həlli ilə bağlı Azərbaycan ilk vaxtdan bütün sahilyanı dövlətlər 
üçün  müstəsna  əhəmiyyətini  nəzərə  alaraq  dünyanın  ən  böyük  qapalı  su 
hövzəsindən  milli  sektorlara  bölünmə  prinsipi  əsasında  istifadə  haqqında  vahid 
konsepsiya  irəli  sürdü.  Müzakirələr  nəticəsində  bütün  ölkələrə  aydın  oldu  ki,  bu 
prinsip nəinki beynəlxalq hüquq normalarının su hövzələri haqqındakı qaydalarını 
özündə əks etdirir, hətta bütün Xəzəryanı ölkələrin təhlükəsizliyini nəzərə almaqla 
sülh  və  qonşuluq  prinsipi  əsasında  bir-biri  ilə  əməkdaşlığı  stimullaşdırır. 
Azərbaycan  diplomatiyasının  Xəzərə  dair  planlar  sistemində  məhz  bu  siyasətin 
nəticəsi  kimi  ixrac  kəmərlərinin  də  təhlükəsizliyi  artıq  öz  siyasi  səmərəliliyini 
verir. Artıq siyasi təhlükəsizlik və regional müttəfiqlik münasibətlərinin proseslərin 


88 
 
hazırki  mərhələsindəki  rolu  Türkiyə,  ABŞ,  Böyük  Britaniya  və  digər  dövlətlərin 
qəbul etdikləri yeganə faktor oldu. [12, s. 98 ] 
              2010-cu il noyabrın 18-də Xəzəryanı dövlət başçılarının Bakıda keçirilən 
III  sammiti  də  region  ölkələrinin  bir  araya  gəlməsi  və  təkcə  Xəzərin 
bölüşdürülməsi  məsələsi  ilə  kifayətlənməyib  dənizdə  təhlükəsizlik,  beştərəfli 
iqtisadi  əməkdaşlıq  formulu,  ekologiyanın  və  bioloji  ehtiyatların  qorunması  kimi 
hamını maraqlandıran mövzuları müzakirə etmək baxımından kifayət qədər önəmli 
hadisə hesab olunurdu. 
            Görüş  zamanı  prezidentlər  “Xəzərdə  təhlükəsizlik  üzrə  əməkdaşlıq 
haqqında” müqavilə imzalayıb, birgə bəyannamə qəbul ediblər. Müqavilədə qeyd 
olunub ki, Xəzər dənizində təhlükəsizliyin təmini Xəzəryanı dövlətlərin müstəsna 
hüququdur.  Tərəflər  bu  sənədi  beynəlxalq  hüququn  norma  və  prinsiplərinə,  o 
cümlədən  BMT  Nizamnaməsində  təsbit  edilən  müstəqillik,  suverenlik,  ərazi 
bütövlüyü,  sərhədlərin  toxunulmazlığı,  güc  tətbiq  etməmək,  başqalarının  işinə 
qarışmamaq  kimi  prinsiplərinə  əsaslanaraq  qəbul  ediblər.  Sənəd  terrorçuluq, 
mütəşəkkil  cinayətkarlıq,  silah,  narkotik  vasitələr,  kütləvi  qırğın  silahları 
hissələrinin qaçaqmalçılığı, qanunsuz ovla mübarizə, eləcə də birgə xilasetmə işləri 
üzrə  əməkdaşlığı  nəzərdə  tutur.  Tərəflər  təhlükəsizliyin  hərbi  aspekti  istisna 
olmaqla, başqa  sahələrdə də əməkdaşlıq  etmək  niyyətindədirlər.  O  da  qeyd  edilir 
ki,  “bu  müqavilədə  heç  nə  Xəzərin  hüquqi  statusunu  müəyyən  etmir”. 
Bakı  toplantısında  iştirak  edən  prezidentlər  son  vaxtlar  hüquqi  statusun 
müəyyənləşməsi  prosesində  nəzərə  çarpan  tərəqqini  qoruyub  saxlamağın  vacib 
olduğunu  bildiriblər.  Azərbaycan  Prezidenti  lham  Əliyev  bəyan  edib  ki,  Rusiya, 
Azərbaycan  və  Qazaxıstan  arasında  əldə  edilmiş  razılaşma  digər  hövzə  ölkələri 
üçün  də  nümunə  olmalıdır.  Azərbaycan  tərəfi  bu  razılaşmaların  əsas  kimi 
götürülməsini  və  yekun  statusun  müəyyən  olunması  ilə  bağlı  danışıqların  bu 
təcrübəyə uyğun aparılmasını zəruri hesab edir [ 36]. 
               Bakı  zirvə  görüşündə  “Xəzərin  dəniz  mühitinin  mühafizəsi  haqqında” 
çərçivə  konvensiyasına  protokollar  da  razılaşdırıldı.  Bu  sənədlər  dənizin  ekoloji 
deqradasiyasının qarşısını almağa kömək edəcəkdir. Məlum olduğu kimi, Xəzərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə