Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   26   27   28   29   30   31   32   33   34

92 
 
3.2.Azərbaycanın Xəzərin enerji ehtiyatlarının nəqli siyasəti və onun 
perspektivləri. 
               Qədim  tarixə,  zəngin  mədəniyyətə,  tükənməz  yeraltı  və  yerüstü  təbii 
sərvətlərə  malik  olan  Azərbaycanı  keçmiş  dövrlərdən  neft  ölkəsi  adlandırmışlar. 
Tarix  boyu  yunanlar  və  romalılar,  ərəblər  və  monqollar,  ruslar  və  ya  ingilislər 
Azərbaycana  yürüş  edərkən  ölkənin  digər  maddi  və  mənəvi  sərvətləri  ilə  yanaşı 
zəngin  neft  yataqları  da  onları  özünə  cəlb  etmişdir.  Birinci  dünya  müharibəsi 
ə
rəfəsində  yanacaq  uğrunda  gedən  mübarizədə  neftlə  zəngin  olan  Azərbaycana 
sahib  olmaq  istəyi  hər  iki  hərbi  qruplaşmanın  –  Antanta  və  Üçlər  ttifaqının 
planlarına  daxil  idi.  XIX  əsrin  90-cı  illərindən  başlayaraq  Bakı  Rusiya 
imperiyasında  istehsal  edilən  neftin  95%-ni,  dünya  neft  hasilatının  isə  yarıya 
qədərini  –  ildə  təxminən  11  milyon  ton  neft  istehsal  edirdi.  II  Dünya  müharibəsi 
illərində  isə,  hərbi  texnikanın  60-70,  aviasiyanın  isə  85-90  faizi  Bakı  nefti  ilə 
hərəkət edirdi [ 7, s. 661]. 
               Azərbaycanda  1874-1899-cu  illər  ərzində  29  neft  şirkəti  təsis  edimiş, 
1923-1929-cu  illər  ərzində  isə  Xəzər  dənizində  270-ə  qədər  neft  quyusu 
qazılmışdır.  Bu  müddət  ərzində  dənizin  Azərbaycan  hissəsindən  3.3  milyon  tona 
yaxın neft çıxarılmışdır. XX əsrin əvvələrində isə Azərbaycanda illik neft istehsalı 
10  milyon  tondan  artıq  olmaqla  demək  olar  ki  dünya  üzrə  göstəricinin  yarısına 
yaxın olmuşdu [11, s. 37]. 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsindən 
sonra isə ölkənin enerji ehtiyatlarına olan maraq bir qədər də artdı.  
               Azərbaycanın  zəngin  enerji  ehtiyatlarına  malik  olması  səbəbindən 
tutduğu  mühüm  geosiyasi  mövqeni  Z.Bjezinski  bu  cür  dəyərləndirmişdir:  “Qərb 
bazarları ilə, Rusiyanın nəzarət etmədiyi ərazilərdən keçən neft kəmərləri vasitəsilə 
birləşmiş müstəqil Azərbaycan, qabaqcıl və enerji tələb edən iqtisadiyyatları enerji 
ehtiyatları  ilə  zəngin  Orta  Asiya  republikaları  ilə  əlaqələndirmək  üçün  nəhəng 
magistral sayılır” [ 3, s. 67]. 
              Azərbaycan  dövlətinin  1993-cü  ildən  bəri  yürütdüyü  xarici  siyasətdə 
region  ölkələri,  Avropa  dövlətləri  və  ABŞ  ilə  hərtərəfli  iqtisadi  əlaqələr  qurmaq, 


93 
 
xüsusən  enerji  sahəsində  əməkdaşlığı  inkişaf  etdirmək  prioritet  istiqamət  təşkil 
edir.  1993-cü  ilin  oktyabrında  Azərbaycan  Respublikasının  Prezidenti  seçilən 
Heydər  Əliyev  Azərbaycanın  xarici  siyasətinin  təməl  prinsiplərindən  biri  kimi 
ölkəmizin  milli  maraqlarını  və  xarici  dövlətlərin  qarşılıqlı  mənafelərini  nəzərə 
almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkə ilə qarşılıqlı-
faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi.  
             Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz 
yataqlarına  sahib  olmaq,  onlardan  dövlətin  möhkəmlənməsi,  əhalinin  həyat 
şə
raitinin  yaxşılaşması  və  ölkənin  beynəlxalq  mövqelərinin  gücləndirilməsi 
istiqamətində  düzgün  istifadə  etmək  idi.  Azərbaycan  Prezidenti  respublikanın 
zəngin  karbohidrogen  ehtiyatlarının  mənimsənilməsinə  daha  çox  ölkəni,  xüsusən 
Qərb dövlətlərini, ABŞ-ı, Yaponiyanı, regionda xüsusi rolu olan Rusiyanı, Türkiyə 
və  ranı cəlb etmək istəyirdi [ 7, s. 662]. 
              SSR -nin süqutundan sonra ABŞ və qərbi Avropa dövlətlərinin ölkəmizin 
enerji ehtiyatlarına marağının artmasından sonra Azərbaycan dövləti bu dövlətlərlə 
karbohidrogen ehtiyatlarının hasilatı barədə çoxsaylı görüşlər keçirdi. Nəhayət, bu 
danışıqlar 1994-cü ildə öz bəhrəsini verdi.  
             Belə ki, 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” kimi tarixi 
ad  almış  ilk  neft  müqaviləsi  imzalandı.  “Xəzər  dənizinin  Azərbaycan  sektorunda 
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin 
birgə  işlənməsi  haqqında”    sazişin  imzalanması  ilə  Azərbaycanın  neft  sənayesi 
tarixində tamamilə yeni bir era başlandı. Bu tarixi sənədin imzalanma mərasimində 
7  ölkənin  11  neft  şirkəti  təmsil  olunurdu.  Müqaviləyə  əsasən,  ABŞ,  Rusiya, 
Türkiyə,  Böyük  Britaniya,  Norveç  və  Səudiyyə  Ərəbistanı  dövlətlərinə  məxsus 
olan  aparıcı  neft  şirkətləri  yataqlardan  30  il  müddətinə  511  milyon  ton  neft 
çıxarmalı idilər. Layihənin ümumi investisiya qoyuluşu 10 milyard ABŞ dollarına 
bərabər  idi  ki,  onun  da  7,4  milyardını  Qərb  şirkətləri  qoymalı  idilər.  Sonradan 
müqaviləyə Yaponiyanın “ toçu” və ABŞ-ın “Eksson” şirkətləri də qoşuldular [7, 
s. 664 ]. 


94 
 
             “Əsrin  müqaviləsi”nin  imzalanmasından  sonra  dünyada  əsas  enerji 
mənbələrinə  nəzarət  uğrunda  mübarizənin  kəskinləşməsi  sözügedən  müqavilə 
çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb 
bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübarizə predmetinə çevirmişdi və 
bununla  əlaqədar    irəli  sürülən  fərqli  təklif  və  ideyalar  layihənin  iştirakçısı  olan 
dövlətlərin  yalnız  iqtisadi  deyil,  həm  də  təhlükəsizlik  maraqlarından  irəli  gəlirdi 
[29 ]. 
               Əlbəttə,  strateji  neftin  nəqlini  rana  etibar  etməyən  ABŞ  və  Avropa 
dövlətləri, o cümlədən iqtisadi-siyasi maraqlarını, Azərbaycanla strateji müttəfiqlik 
ə
laqələrini ön plana çəkən Türkiyə, nəhayət, təhlükəsiz kəmər istəyən Azərbaycan 
Bakı-Tbilisi-Ceyhan  məsələsini  israrla  ortaya  qoyur,  Rusiya  və 
ranı 
sakitləşdirmək məqsədilə tədbirlər düşünülür. Bununla bərabər, 1997-ci il fevralın 
16-da  Bakıda  Azərbaycan  hökuməti,  ABƏŞ-in  rəhbəri  və  ARDNŞ  ilə  Rusiyanın 
“Transneft” şirkəti arasında tərəflərin öhdəliklərini konkretləşdirən bir sıra sazişlər 
imzalayır. O cümlədən, həmin sənədlər arasında “Azərbaycandan çıxarılacaq ilkin 
neftin  Rusiya  ərazisi  vasitəsilə  nəqli  haqqında”  saziş  və  “Qarşılıqlı  anlaşma 
haqqında  memorandum”  da  imzalanır.  Bu  razılaşmaya  əsasən,  Azərbaycan  nefti 
Bakıdan başlayaraq Çeçenistanın Qroznı şəhərindən keçib Rusiya ərazisi ilə Qara 
dənizə  tərəf  uzanaraq  Bakı-Mahaçqala-Qroznı  xətti  və  Tengiz-Novorossiysk 
marşrutu ilə birləşib Rusiyanın Novorossiysk limanına gedib çıxmalı idi. Lakin bu 
hələ nəzərdə tutulan əsas işin başlanğıcı idi, əsas kəmər məsələsi isə hələ də açıq 
qalırdı. 
             1997-ci  il  noyabrın  12-də  Azərbaycanın  paytaxtı  Bakı  şəhərində  ilkin 
Azərbaycan neftinin çıxarılması və nəqli münasibətilə təntənəli mərasim keçirildi. 
Həmin  gün  Xəzər  dənizinin  təkindən  dünya  bazarlarına  ilk  Azərbaycan  nefti 
axıdılmağa  başlandı.  Bu,  müstəqil  Azərbaycan  Respublikasının  neft  siyasətinin 
mühüm  qələbəsi  idi.  1994-cü  il  sentyabrın  20-də  imzalanmış  və  dünyada  “Əsrin 
müqaviləsi” kimi tanınan tarixi neft müqaviləsi öz bəhrəsini 3 il sonra, yəni, 1997-
ci il noyabrın 7-də verdi [7, s. 685 ]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə