Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   26   27   28   29   30   31   32   33   34

95 
 
             Bakı-Novorossiysk boru kəmərinin işə düşməsi və Azərbaycan neftinin bu 
marşrutla ixracı Rusiya ilə münasibətlərə müsbət təsir etdi və bu ölkə ilə ənənəvi 
ə
məkdaşlığı qoruyub saxlamaq mümkün oldu. Rusiya Azərbaycan neftindən gəlir 
götürməklə öz mənafelərini müəyyən qədər təmin etdi. 
             Xəzər neftinin Qərb istiqaməti ilə nəql olunması üçün tikilmiş ikinci kəmər 
Bakı-Supsa  oldu.  Bu  xəttin  uzunluğu  830  km,  layihə  gücü  ildə  5,1  milyon  ton, 
dəyəri  565  milyon  ABŞ  dollarıdır.  Bu  kəmər  ilk  növbədə  neft  ixracında 
alternativliyi  təmin  etmək  və  Rusiyadan  tam  asılılığı  aradan  qaldırmaqla  yanaşı, 
həm  də  Gürcüstanın  dövlət  müstəqilliyinə,  iqtisadi  vəziyyətinin  yaxşılaşmasına, 
inkişaf etməsinə Azərbaycanın verdiyi dəstək idi [7, s. 686 ]. 
            “Azərbaycan  neftinin  Bakı-Novorossiysk  marşrutu  ilə  nəql  edilməsi 
haqqında”  hökumətlərarası  sazişin  imzalanması,  neftin  Qara  dənizə  çıxarılması 
üçün Bakı-Tbilisi-Supsa ixrac boru kəmərinin və Supsa ixrac terminalının tikintisi 
aparılan siyasətin əməli nəticələri idi [29 ]. 
            Azərbaycanın  yeni  neft  strategiyasının  reallaşması,  Xəzər  dənizinin 
karbohidrogen  ehtiyatlarının  dünya  bazarlarına  sərbəst  və  maneəsiz  çıxarılması 
üçün  əlbəttə,  bu  iki  kəmərin  imkanları  yetərli  deyildi.  Odur  ki,  Azərbaycan 
Rusiyanın,  ranın  bütün  təzyiqlərinə  baxmayaraq,  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac 
neft kəməri ideyasını gündəmə gətirdi. ABŞ və Qərb ölkələri Xəzər neftinin dünya 
enerji bazarlarına çıxarılmasının taleyini Rusiya və  rana etibar etmək istəmirdilər. 
Odur ki, onlar da bu ideyanı dəstəklədilər və Azərbaycan bu dəstəkdən məharətlə 
istifadə edərək Bakı-Ceyhan layihəsinin icrasına başladı. Bu həm də Azərbaycanın 
qardaş Türkiyəyə böyük etimadı və dəstəyi idi. Uzunluğu 1760 km, buraxılış gücü 
ildə  50  milyon  ton  olan  Bakı-Tbilisi-Ceyhan  kəmərinin  tikintisi  təqribən  3,95 
milyard dollara başa gəlir [7, s. 688-689 ]. 
            1999-cu  il  noyabrın  18-də  ATƏT-in  stanbul  Zirvə  toplantısı  gedişində 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikasının 
prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman 
Dəmirəl  tərəfindən  “Xam  neftin  Azərbaycan,  Gürcüstan  və  Türkiyə  əraziləri  ilə 
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair saziş” 


96 
 
imzaladılar.  Eyni  vaxtda,  Azərbaycan,  Gürcüstan,  Türkiyə,  Qazaxıstan  və  ABŞ 
prezidentləri  bu  layihəni  dəstəkləyən  stanbul  Bəyannaməsi  qəbul  etdilər. 
Bəyannamədə vurğulanırdı ki, bu kəmər Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və 
Türkiyəni  daha  sıx  birləşdirəcək,  onların  dostluğunu  və  əməkdaşlığını  daimi 
edəcək, dünya enerji bazarlarına sərbəst çıxışı təmin edəcək [7, s. 689]. 
            Layihənin reallaşması istiqamətində hüquqi müstəvidə müqavilə imzalayan 
tərəflər  praktiki  addımlar  atmağa  başladılar.  2002-ci  ilin  avqustunda  Londonda 
kəmərin  tikintisi  və  gələcək  istismarını  aparmaq  üçün  BTC  KO  şirkəti  yaradıldı. 
Bunun  ardınca  2002-ci  il  sentyabrın  18-də  Bakıda,  Səngəçal  terminalında  Bakı-
Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməl daşı qoyuldu. Təxminən 3 il sonra, 
2005-ci il mayın 25-də kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə 
verilməsi  mərasimi  keçirilmiş,  Səngəçal  terminalından  boru  xəttinə  ilk  neft 
vurulmuşdur.  Az  sonra  həmin  ilin  oktyabrında  kəmərin  Gürcüstan  hissəsi  də 
istifadəyə  verildi.  Nəhayət,  2006-cı  il  mayın  28-də  Azərbaycan  nefti  Cehyan 
limanına çatdı.  
            Bakı-Tbilisi-Ceyhan  kəmərinin  perspektivlərinə  xidmət  edəcək  növbəti 
addım 2006-cı ilin iyunun 16-da Qazaxıstanın paytaxtı Astana şəhərində atılmışdır. 
Burada  “Azərbaycan  Respublikası  ilə  Qazaxıstan  Respublikası  arasında  neftin 
Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi 
ilə  Bakı-Tbilisi-Ceyhan  sistemi  vasitəsilə  beynəlxalq  bazarlara  nəql  edilməsinə 
dəstək  verilməsi  və  şərait  yaradılması  haqqında”  müqavilə  imzalanmışdır  [10,  s. 
135 ]. 
          Ümumiyyətlə, “Əsrin müqaviləsi” ilə Azərbaycan MDB məkanında Qərbin 
nəhəng  neft  şirkətləri  ilə  iri  miqyaslı  saziş  imzalayan  ilk  dövlət  olmaqla,  Xəzər 
dənizində  beynəlxalq  əməkdaşlığın  bünövrəsini  və  region  ölkələrinin  dünya 
iqtisadiyyatına inteqrasiyasının başlanğıcını qoymuş oldu. 
           Xəzərin  Azərbaycan  sektorunda  yerləşən  “Azəri”,  “Çıraq”,  “Günəşli” 
yataqlarının  birgə  mənimsənilməsini  nəzərdə  tutan  bu  sazişin  reallaşması  təkcə 
respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz 
və  Orta  Asiya  regionu  üçün  strateji  əhəmiyyət  daşıyırdı.  Regionda  beynəlxalq 


97 
 
ə
məkdaşlığın  təməlini  qoymuş  bu  enerji  müqaviləsi  eyni  zamanda  Azərbaycanın 
müstəqil  dövlət  olaraq  öz  təbii  sərvətlərinə  sahib  çıxmağa,  milli  mənafelərini 
sonadək müdafiə etməyə qadir olduğunu göstərmiş oldu. Bununla digər beynəlxalq 
enerji  və  kommunikasiya  layihələrinin  gerçəkləşməsi  baxımından  da  müsbət 
təcrübə yarandı, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə 
inkişaf  etməyə  başladı  və  beynəlxalq  maliyyə  qurumları  ilə  əməkdaşlıqda  yeni 
mərhələnin başlanğıcı qoyuldu [ 29]. 
             Azərbaycan Respublikası ilə bərabər Xəzər regionunda dünya dövlətlərinin 
həyata  keçirdiyi  bu  cür  qlobal  enerji  layihələri  Prezident  Heydər  Əliyevin 
uzaqgörən  yeni  neft  strategiyasını  həyata  keçirməsi  və  bir  çox  Qərb  dövlətləri, 
xüsusən  də  ABŞ-ın  bu  strategiyanı  yaxından  dəstəkləməsi  nəticəsində  mümkün 
olmuşdur [7, s. 689 ]. 
              Azərbaycan  Respublikasının  1994-cü  ildən  bəri  yeritdiyi  yeni  neft  və 
enerji  siyasəti  ölkənin  xarici  əlaqələrini  və  beynəlxalq  nüfuzunu  xeyli 
gücləndirmişdir.  Azərbaycan  üçün  böyük  tarixi  əhəmiyyətə  malik  olan  “Əsrin 
müqaviləsi”nin  uğurlu  həyata  keçirilməsi  ötən  on  ildə  dünyanın  ən  inkişaf  etmiş 
ş
irkətləri  ilə  əlavə  olaraq  26  yeni  neft  müqavilələrinin  imzalanmasına  imkan 
vermişdir.  Bu  neft  müqavilələrinin  imzalanması  və  uğurla  həyata  keçirilməsi  ilk 
növbədə Azərbaycan vətəndaşlarında ölkənin gələcəyi, onun iqtisadi, siyasi, sosial 
perspektivləri  haqqında  nikbin  əhval-ruhiyyə  yaratmış,  hazırkı  bir  çox  iqtisadi, 
siyasi, sosial və mənəvi problemlərin həllinə dəstək olmuşdur [7, s. 689-690 ]. 
             Yeni  neft  strategiyası,  ilk  öncə,  Azərbaycan-ABŞ  münasibətlərinə  ciddi 
müsbət  təsir  göstərdi.  ABŞ  hökuməti  birmənalı  şəkildə  Azərbaycanın  enerji 
siyasətini, eləcə də Şərq-Qərb enerji-nəqliyyat dəhlizi layihələrini dəstəklədi və bu 
işlərin  Azərbaycana  və  bütün  regiona  inkişaf  və  sabit  həyat  gətirəcəyinə  inam 
nümayiş etdirdi.  
            ABŞ  hökumətinin,  Konqres  və  Senatının,  o  cümlədən  Avropa  ttifaqının, 
Cənub-Şərqi  Asiyanın  inkişaf  etmiş  ölkələrinin,  transmilli  korporasiyaların  və 
dünya  siyasətinə  mühüm  təsiri  olan  başqa  qurumların  Azərbaycanın  enerji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə