Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

77 
 
Azərbaycan  mübahisənin  meydana  çıxdığı  ilk  gündən  Xəzərin  hüquqi  statusunun 
beynəlxalq  hüquq  və  təcrübəyə  uyğun  nizamlanmasının  tərəfdarı  kimi  çıxış 
etmişdir.  Bununla  da  Xəzərin  sahilyanı  ölkələr  arasında  delimitasiyası  ölkəmizin 
mövqeyinə uyğun olmaqla yanaşı Azərbaycan tarixi aspektdən daha yeni və daxili 
dənizlərin  bölgüsü  təcrübəsindən  istifadə  olunmasında  israrlıdır.  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  BMT-nin  Dəniz  Hüququ  Konvensiyası  Avropanın  əksər 
dövlətləri,  Çin  və  Rusiya  tərəfindən  qəbul  edilir.  Beynəlxalq  hüquqa  görə 
beynəlxalq  dəniz  hüququnun  digər  akt  və  sənədləri  o  zaman  qəbul  edilə  bilər  ki, 
onlar Dəniz Konvensiyasının müddəalarına zidd olmasın [ 6, s. 37, 38]. 
            Ümumiyyətlə,    Xəzərin  hüquqi  statusu  problemi  çox  ziddiyyətli  və 
mürəkkəb  proses  olduğundan  bu  prosesin  inkişafında  Azərbaycanın  mövqeyini 
təhlil etmək üçün müvafiq olaraq üç mərhələyə bölmək lazımdır: 
-
  Birinci  mərhələ  1992-1994-cü  illəri  əhatə  edir.  Bu  etap  problemin 
öyrənilməsi,  ikitərəfli  və  çoxtərəfli  görüşlərdə  Xəzərin  hüquqi  statusunun 
müzakirə  edilməsi  və  Azərbaycanın  problemin  həllində  konseptual 
mövqeyinin  formalaşdırması  və  “Əsrin  müqaviləsi”nin  imzalanması  ilə 
problemin beynəlxalq xarakter alması ilə bu mərhələ başa çatmış olur.  
-
  kinci mərhələ 1995-1998-ci illəri əhatə edir. Bu mərhələ ərzində sahilyanı 
dövlətlərin status məsələsi ilə bağlı mövqelərinin dəqiq müəyyənləşdirməsi 
və ikitərəfli, çoxtərəfli görüşlərin intensivləşməsi və Türkmənistanın Xəzər 
dənizində  Azərbaycana  qarşı  ərazi  iddiaları  ilə  çıxış  etməsi  xarakterizə 
olunur. 
-
  Üçüncü mərhələ 1999-cu ildən başlayaraq müasir dövrədək davam edir. Bu 
mərhələ  zamanı  həm  də  Xəzərin  hüquqi  statusu  ilə  bağlı  ikitərəfli 
razılaşmaların  əldə  edilməsi  ilə  əlamətdardır.  Rusiyanın  Xəzərin  hüquqi 
statusu  məsələsində  mövqeyinin  tam  dəyişilməsi  və  Azərbaycanın 
Qazaxıstan  və  RF  ilə  iktərəfli  və  üçtərəfli  razılaşmaların  imzalanması  ilə 
xarakterizə olunur   [ 6, s. 39, 40]. 
           SSR -nin dağılmasından sonra meydana çıxmış Xəzərin statusu və sektoral 
bölgü  problemi  Xəzəryanı  dövlətlər  arasında  aparılan  danışıqların  əsas  predmeti 


78 
 
oldu. 1992-1994-cü illər ərzində (birinci mərhələdə - N.M.) Xəzəryanı dövlətlərin 
danışıqlar sistemi məzmun etibarilə mövcud reallıqlardan çıxış edən Azərbaycanın 
təklif etdiyi sektoral bölgü prinsipinin tamamilə əleyhinə yönəlmişdir.  Xəzəryanı 
dövlətlər öz  siyasi  ambisiyalarını bu bölgü sisteminin ölkələrin gələcək  hərtərəfli 
inkişafındakı  müsbət  əhəmiyyətindən  üstün  tuturdular.  Bu  səbəbdən  Azərbaycan 
diplomatiyası  Xəzərin  milli  sektorlara  bölünməsinin  əhəmiyyətini  qarşı  ölkələrə 
təhlil edən yeganə qüvvə idi.  
             1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından sonra 
Xəzərin statusunun müzakirəsi sahilyanı dövlətlər arasında daha da intensivləşmiş 
sektoral  bölgü  prinsipinin  mövcudluğuna  qarşı  dövlətlərin  kəskin  etirazları  üzə 
çıxmışdı. Ən əsası isə, bu müqavilə ilə Xəzərin hüquqi statusu beynəlxalq xarakter 
almağa başladı və ikinci mərhələnin başlanğıcını qoymuş oldu.  
             1994-cü il oktyabrın 19-da  stanbulda türk dövlətləri başçılarının toplantısı 
zamanı  Azərbaycanın  irəli  sürdüyü  sektoral  bölgü  prinsipinə  qarşı  Türkmənistan 
dövləti  açıq  etiraz  etmişdir.  Bu  etiraz  Xəzərdə  Azərbaycanın  həyata  keçirdiyi 
layihələrin  dayandırılmasına  və  bu  hövzədən  ümumi  istifadə  mövqeyinin 
dəstəklənməsinə  yönəldirilmişdir.  Azərbaycan  Respublikasının  Prezidenti 
H.Əliyev həmin görüşdə dövlətimizin mövqeyinin qonşu ölkələrin təhlükəsizliyinə 
və  inkişafına  mane  olmadığını  konkret  faktlarla  əsaslandırmışdır  və  bu  hövzədə 
qeyri-sabitlik  yaratmamaq  üçün  bütün  problemləri  qarşılıqlı  anlaşma  şəraitində 
hüquq  normalarını,  illər  boyu  formalaşmış  təcrübəni  nəzərə  almaqla  həll 
edilməsinin alternativi olmadığını vurğulamışdır [ 12, s. 73, 74]. 
              kinci  mərhələ  zamanı  Xəzər  dənizinin  hüquqi  statusunun  təsbit 
edilməsinin  zəruriliyini  və  sahilyanı  dövlətlər  üçün  mühüm  əhəmiyyətini  nəzərə 
alaraq,  Xəzəryanı  dövlətlərin  Xarici  işlər  Nazirlərinin  iclasında  (Aşqabad,  11-12 
noyabr  1996-cı  il)  Xəzər  dənizinin  hüquqi  statusu  haqqında  Konvensiyanın 
işlənməsi  üzrə  xarici  işlər  nazirlərinin  müavinləri  səviyyəsində  xüsusi  işçi  qrup 
yaradılması qərara alınmışdır [ 6, s. 40-41]. 
            1995-96-cı illərdə (ikinci mərhələnin başlanğıcında – N.M.) problemin həlli 
istiqamətində  bir  sıra  görüşlər  keçirildi.  Belə  ki,  1995-ci  il  mayın  15-16-da 


79 
 
Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda sahilyanı dövlətlərin xarici 
işlər nazirləri müavinlərinin qeyri-rəsmi görüşü baş tutdu. Burada da əsas  mövzu 
Xəzərin  beynəlxalq-hüquqi  statusunun  müəyyənləşdirilməsi  perspektivlərinin 
müzakirəsi oldu.  
             Konfransın  işçi qrupunun  ilk  iclası 1995-ci  il  iyunun 28-29-da  Tehranda, 
növbəti  iclas  isə  -  1995-ci  ilin  sentyabrında  Almatıda  keçirildi.  Lakin  Rusiya 
nümayəndə heyəti bu tədbirə qoşulmadı. Azərbaycan Xəzərin statusu məsələsinin 
xüsusi  sazişlə  müəyyənləşdirilməsinə  dair  təkliflər  irəli  sürdü.  Lakin  bu  təkliflər 
qəbul  edilmədi.  Artıq  məsələnin  dövlət  başçıları  və  ali  dövlət  qurumları 
səviyyəsində müzakirə olunaraq qərarlar qəbul etmək məsələsi meydana çıxmışdı. 
[ 12, s. 75]. 
             Rusiya  və  ran  Xəzərdə  həyata  keçirilən  layihələrin  qeyri-qanuniliyi  və 
Xəzərin  hüquqi  statusunun  qeyri-müəyyənliyi  haqqında  1995-ci  il  noyabr  ayının 
ə
vvəllərində  imzalanmış  rəsmi  bəyanat  verdilər.  Bu,  Xəzərin  statusuna 
münasibətdə ilk rəsmi razılaşma idi. Xəzərin milli sektorlara bölünməsi ideyasına 
qəti  etiraz  edən  hər  iki  dövlətin  mövqeyinə  qarşı  Azərbaycan  Respublikası  rəsmi 
şə
kildə öz mövqeyini açıqlayaraq, bu variantın alternativi olmadığını bəyan etdi.   
             1996-cı il noyabrın 11-12-də Aşqabadda keçirilən toplantıda Rusiya,  ran 
və  Türkmənistan  nisbətən  obyektiv  addım  ataraq  Xəzərin  mineral  ehtiyatlarından 
istifadə  olunmasına  dair  xarici  işlər  nazirləri  səviyyəsində  memorandum 
imzaladılar.  Həmin  memorandumda  bu  ölkələr  üç  dövlətin  sahilyanı  zonalarında 
yataqların  birgə  istismarı  haqqında  konsorsium  yaratmaq  qərarına  gəldilər.  Lakin 
yenə  də  45  mil  enliyində  ərazi  suların  təyin  olunması  gündəlikdə  dururdu.  Belə 
olan halda öz yataqlarının 50%-dən məhrum olan Azərbaycan tərəfi kəskin etiraz 
bildirərək  hər  bir  dövlətin  orta  xətt  prinsipini  poza  bilməyəcəyini  rəsmən  bəyan 
etdi [ 12, s. 76, 77]. 
               kinci mərhələ zamanı ən vacib məqamlardan biri 1997-ci il yanvarın 20-
də Xəzəryanı ölkələrin status məsələsinin həlli ilə bağlı yaratdıqları işçi qrupunun 
birinci  görüşü  ərəfəsində  Türkmənistanın  Xəzərdə  sektoral  bölgü  həyata 
keçirildikdə bəzi yataqların ona məxsusluğu haqqında iddia qaldırması oldu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə