Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

80 
 
              Azərbaycan  və  Türkmənistanın  tezislərin  bir-birinə  olduqca  yaxın 
olmasına  baxmayaraq  iki  ölkə  arasında  ciddi  bir  anlaşılmazlıq  da  var.  ki  ölkə 
arasındakı anlaşılmazlığın əsas nöqtəsi “orta xəttin çəkilməsi” mərhələsində ortaya 
çıxır.  Türkmənistan  Azərbaycanın  Abşeron  yarımadası  vasitəsilə  Xəzərin 
dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta 
xəttin  çəkilməsi  zamanı  Abşeron  yarımadasının  nəzərə  alınmamasının  lazım 
olduğunu bildirir.   ki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə “Kəpəz” və “Azəri-
Çıraq”  yataqları  mübahisəli  hesab  olunur.  Azərbaycanın  nəzarətində  olan  bu 
yataqlar  Türkmənistanın  iddiaları  qəbul  olunacağı  halda  Türkmənistana  aid  milli 
sektora daxil olacaq[ 38]. 
              Daha  dəqiq desək,  Aşqabad  Azərbaycanın  Abşeron  yarımadası vasitəsilə 
Xəzərin  içərilərinə  qədər  daxil  olduğunu,  dolayısı  ilə  Xəzər  dənizi  ekvatorunun 
xüsusiyyətindən  çıxış  edərək  paralel  bərabər  məsafəli  (uzaqlıqda)  nöqtələri 
birləşdirən  üsuldan  istifadə  edilməsinə  tərəfdar  idi.  Bu  halda  Türkmənistan  orta 
xətt müəyyən edilərkən Xəzərə riyazi baxımdan yanamış, ölkələrin sahil xəttləri və 
adaların  uc  nöqtələrini  nəzərə  almamışdır.  Azərbaycan  isə,  orta  xətt  müəyyən 
edilərkən  iki  sahil  arasındakı  ən  uc  nöqtələrin  müəyyənləşdirilərək  ortalamanın 
həyata  keçirilməsini  tələb  edirdi.  Azərbaycan  Abşeron  yarımadası  vasitəsilə 
coğrafi baxımdan dənizin ortasınadək daxil olduğundan bu ölkənin dəniz sərhədləri 
daha  geniş  bir  əraziyə  yayılır  və  mübahisəli  yataqlar  Azərbaycanın  milli  sektoru 
daxilində  qalır.  Bu  halda  belə  Kəpəz/Sərdar  yatağı  Azərbaycan  və  Türkmənistan 
sərhədlərinin orta nöqtəsində yerləşir [ 16, s. 163]. 
               Xəzərin  Azərbaycan  bölgəsi  ilə  Türkmənistan  bölgəsi  arasında  yerləşən 
və bu gün iki ölkə arasındaki ən vacib problemə çevrilmiş Kəpəz/Sərdar yatağını 
1959-cu ildə Azərbaycan geoloqları kəşf etmiş, lakin ilk neft istehsalı 1989-cu ildə 
həyata  keçirilmişdir.  Hər  beş  ölkə  öz  “milli”  sektoru  hesab  etdiyi  hissələrdə 
yerləşən  yataqlara    “milli”  adlar  vermişdir.  Ən  mübahisəli  yataqlardan  biri 
Azərbaycanın  “Kəpəz”,  Türkmənistanın  isə  “Sərdar”  adlandırdığı  zəngin  neft 
yatağıdır.  Bu  yatağı  adı  SSR   dövründə  “Promejutoçnoye”  olmuşdur. 
Kəpəz/Sərdar  yatağı  ilə  bağlı  uzun  müddət  davam  edən  mübahisələrədə  hər  iki 


81 
 
tərəf  fərqli  xəritələrdən  istifadə  edərək  bölgənin  öz  milli  sektorları  daxilində 
olduğunu  iddia  edir.  Türkmənistan  bu  yatağa  Sərdar  adı  verərək  beynəlxalq 
istifadəyə  açıq  vəziyyət  gətirmək  istəyir.  Bu  səbəbdən  iki  ölkə  arasında 
anlaşılmazlıq yaranmışdır. Belə ki, 1997-ci ilin iyul ayında rus şirkətləri Rosneft və 
Lukoil  ilə  Azərbaycan  arasında  imzalanan  Kəpəz  yatağı  ilə  bağlı  müqaviləyə 
Türkmənistan  qarşı  çıxmış,  Aşqabad  yatağın  Türkmənistana  aid  sularda  olması 
səbəbindən  ona  məxsusluğunu  bildirmişdir.  Bundan  əlavə  Türkmənistan  Xəzərin 
yeni  statusunu  müəyyənləşdirəcək  müqavilənin  imzalanmasınadək  yeni  neft 
müqavilələri  bağlanacağı  təqdirdə  Kəpəz  məsələsini  BMT  və  beynəlxalq 
məhkəmələrə çıxaracağını bildirmişdir. [ 15, s. 14, 15] 
              Son  vaxtlar  Türkmənistanın    Kəpəz  (Sərdar)  yatağında  seysmik 
tədqiqatlar  aparmasından  sonra  iki  ölkə  arasında  məsələ  ilə  bağlı  mübahisələr 
yenidən alovlanmışdır.  Azərbaycan bu addıma qarşı çıxmış və Türkmənistanın bu 
ə
razidə  hər  hansı  tədqiqat  aparmasına  etiraz  etmişdir.  Azərbaycan  xarici  işlər 
nazirliyi  Xəzərin  statusu  müəyyənləşmədən  Türkmənistanın  Kəpəz  (Sərdar) 
yatağında hər hansı fəaliyyət göstərməməsini bildirmişdir. Çünki, Kəpəz (Sərdar) 
yatağı  iki  ölkənin sərhəddində  yerləşir.  Nəticə  etbarilə  bu  yatağın  ortaq  istifadəsi 
razılaşdırılsa  tərəflərin  hər  biri  bundan  30  milyard  dollardan  artıq  gəlir  əldə 
edəcəkdir [ 15, s. 15]. 
              Qeyd  etmək  lazımdır  ki,  Türkmənistan  tərəfinin  “Azəri”,  “Çıraq”  və 
Kəpəz  yataqlarına  edilən  iddiaları  müzakirə  edilmiş  və  elmi  dəlillərlə 
ə
saslandırılaraq Azərbaycana məxsusluğu isbat olunmuşdur.  
              Bütün bunların nəticəsi olaraq regionun gələcək vəziyyətində mühüm amil 
kimi  Xəzərin  statusunun  qarşılıqlı  hörmət  prinsipi  əsasında  həlli  istiqamətində 
Qazaxıstan və Türkmənistan 1997-ci il fevralın 27-də Almatıda yeni reallıqlardan 
çıxış  edərək  fikir  birliyinə  nail  oldular  və  dövlət  başçıları  N.Nazarbayev  və 
S.Niyazov  səviyyəsində  bəyanat  imzaladılar.  Tərəflər  hesab  edirlər  ki,  Xəzər 
dənizinin  hüquqi  statusu  ilə  bağlı  konvensiyanın  işlənib  hazırlanması  və 
bağlanması  onların  qarşısında  vacib  məsələdir.  Bu  konvensiyanın  hazırlanmasına 


82 
 
və  qəbul  edilməsinədək  tərəflər  inzibati  ərazi  bölgüsünü  və  orta  xətt  sərhəddini 
ə
sas tutacaqdır (sektoral bölgü prinsipi) [ 12, s. 80, 81]. 
                kinci  mərhələdə  Xəzərin  hüquqi  statusunun həlli  prosesində  ən  mühüm 
hadisə Rusiya və Qazaxıstan arasında bağlanmış müqavilə hesab oluna bilər. 1998-
ci  il  iyunun  6-da  Xəzər  dənizinin  şimal  hissəsində  yeraltı  resursların  suveren 
hüquqlarını təmin etmək haqqında Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası 
arasında  saziş  imzalanması  sahilyanı  ölkələr  arasında  Xəzər  dənizinin  ilk 
bölgüsünün əsasını qoydu [ 6, s. 42]. Həmin sənədə əsasən Xəzər dənizinin şimal 
hissəsinin dibi, onun  təki tərəflərin  razılaşmasına  əsasən orta xətt üzrə  Rusiya  və 
Qazaxıstan  arasında  sektorlara  bölünür,  tərəflər  öz  ərazilərində  dənizin  dibinin, 
təkinin  ehtiyatlarının  kəşfiyyatını  apara  bilərdilər  və  orta  xətt  boyu  yerləşən 
perspektiv  strukturlarda  yataqların  birgə  kəşfiyyatı  və  işlənməsi  üzrə  müstəsna 
hüquqlara  malikdirlər.  Göründüyü  kimi  bu  variant  Azərbaycanın  israr  etdiyi 
varianta xeyli yaxındır ki, bunu da dövlətimizin məhsuldar diplomatik fəaliyyətinin 
aktivinə aid etmək olar [ 12, s. 86, 87]. 
             Bir  qədər  əvvəl,  1998-ci  il  martın  30-da  Azərbaycan  və  Türkmənistan 
Respublikalarının  xarici  işlər  nazirlərinin  rəhbərliyi  ilə  sektoral  bölgü  haqqında 
qəbul edilmiş rəsmi sənədin də tarixi əhəmiyyəti vardır. Tərəflər Xəzər dənizinin 
hüquqi statusu barəsində  1998-ci il  fevralın  5-də  Aşqabad  şəhərində əldə  edilmiş 
qarşılıqlı anlaşmaya sadiq qaldıqlarını təsdiqləyərək, bu məsələ ilə əlaqədar digər 
Xəzəryanı ölkələrlə ikitərəfli danışıqların yekunlarına dair fikir mübadiləsi aparmış 
və  həmin  məsələ  üzrə  bütün  sahilyanı  dövlətlər  arasında  ümumi  razılığın  işlənib 
hazırlanması üçün bu danışıqların nəticələrinin mümkünlüyünü vurğulamışdırlar.  
             Bu sənədə əsasən, tərəflər bir daha təsdiqləmişlər ki, Xəzərin Azərbaycan 
Respublikası ilə Türkmənistan Respublikası arasındakı hissəsi beynəlxalq hüququn 
hamı  tərəfindən  qəbul  edilmiş  prinsiplərinə  və  normalarına  uyğun  bu  ölkələrin 
Xəzərə olan suveren hüquqlarının reallaşması əsasında orta xətt üzrə bölünür [ 12, 
s. 87-88]. 
            1999-2000-ci illərdə Xəzərin beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsi, 
dünya  ölkələri  ilə  əməkdaşlığın  yüksələn  xətt  üzrə  inkişafı,  eləcə  də  Qərb-Şərq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə