Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

28 
 
1.3. Xəzərin hüquqi statusunun müəyyən edilməsində Xəzəryanı dövlətlərin 
mövqeyi. 
 
  SSR -nin süqutundan sonra müstəqillik əldə etmiş sahilyanı dövlətlər artıq 
Xəzərdə  yeni  vəziyyətin  formalaşmasının  vacibliyini  dərk  edirdilər.  Qeyd  etmək 
lazımdır  ki,  Xəzərin  yeni  hüquqi  statusunun  formalaşması  prosesi  gözlənilmədən 
başladı.  Belə  ki,  həmin  dövrdə  getdikcə  pisləşən  iqtisadi  vəziyyət  sahilyanı 
dövlətlərin Xəzərin ehtiyatlarından asılılığının güclənməsi ilə nəticələndi. Ona görə 
də  Xəzər  dənizinin  resurslarından  istifadə  ilə  əlaqədar  dövlətlərin  müxtəlif 
yanaşmaları ortaya çıxdı. Bütün bunlar da öz növbəsində hüquqi statusun müəyyən 
edilməsi  ilə  bağlı  danışıqlar  prosesində  tərəflərin  razılaşma  əldə  etməsini 
çətinləşdirirdi.  
  Bundan  əlavə,  Rusiya,  Azərbaycan,  Qazaxıstan  və  Türkmənistan  güman 
edirlər ki, Xəzər dənizinin təhlükəsizliyi bilavasitə onun hüquqi rejiminin müəyyən 
edilməsi  ilə  bağlıdır.  Qeyd  etmək  lazımdır  ki,  tədqiqatçıların  böyük  əksəriyyəti 
hesab edirlər ki, Xəzərin təhlükəsiz hüquqi rejimi istər 1921 və istərsə də 1940-cı il 
SSR   və  ran  dövlətləri  arasında  bağlanmış  müqavilələr  ilə  kifayət  qədər  tənzim 
edilməmişdir  və  hazırki  dövrdə  Xəzərin  hüquqi  rejimi  yuxarıda  qeyd  olunduğu 
kimi  onun  dəniz  və  ya  göl  kimi  tanınmasından  asılıdır.  Xəzəryanı  dövlətlər  bu 
məsələdə BMT Konvensiyasının normalarını tətbiq edə bilər. Bu dövlətlər Xəzərin 
spesifik  fiziki-coğrafi  xüsusiyyətləri  ilə  şərtlənən  xüsusi  rejim  də  müəyyən  edə 
bilərlər [ 13, s. 32]. 
            Xəzərin  hazırkı  statusu  1921-ci  il  fevralın  26-da  imzalanmış  Rusiya- ran 
dostluq  müqaviləsi,  həmçinin  1940-cı  il  martın  25-də  imzalanmış  Ticarət  və 
Gəmiçilik  haqqında  (sudaüzmə)  Sazişə  əsasən  tənzimlənir.  Həmin  bölgüdə 
sərhədləri  Astaradan  (Azərbaycan)  Həsənqulu  (Türkmənistan)  adlanan  yaşayış 
məskəninə  qədər  olan  düz  xətt  üzrə  rana  14%,  SSR -yə  86%  pay  düşmüşdür. 
SSR   isə  öz  daxili  qaydaları  ilə  (orta  xətt  prinsipi  üzrə)  Xəzər  dənizini  dörd 
respublika  arasında  –  Rusiya  (19%),  Qazaxıstan  (29%),  Azərbaycan  (21%)  və 
Türkmənistan  (16%)  milli  sektorlara  bölmüş  və  respublikaların  su  sərhədlərini 


29 
 
müəyyən  etmişdir.  Beynəlxalq  müşahidəçilərin  fikrinə  görə,  indi  heç  bir  əsas  və 
zərurət yoxdur ki, bu bölgüyə yenidən baxılsın. Əgər yenidən baxılsa belə, bölgü 
yenə  həmin  prinsiplər  əsasında  aparılmalıdır  ki,  buna  uyğun  olaraq  da  nə  rana 
20%-lik pay, nə də ki, Türkmənistana əlavə yataq vermək mümkün deyil. 1996-cı 
il  noyabrın  12-də  Aşqabadda  Xəzəryanı  ölkələrin  qarşılıqlı  razılaşmasına  əsasən, 
hazırkı  hüquqi  rejim  və  razılaşmalar  yeni  Konvensiya  qəbul  olunana  qədər 
qüvvədədir. Varis-dövlətlər 1991-ci il dekabrın 21-də Almatı Deklarasiyası qəbul 
edərək  sabiq  SSR -nin  bağladığı  bütün  beynəlxalq  öhdəlikləri  yerinə  yetirməyə 
təminat  verdiklərinə  görə  Sovet- ran  razılaşmasının  hüquqi  varisliyini  də  qəbul 
etmiş olublar [ 7, s. 669]. 
   Xəzərin hüquqi statusunun həlli məsələsində Azərbaycan Respublikasının 
xarici  siyasətinin  əsas  vəzifəsi  beynəlxalq  hüquq  normalarına  və  prinsiplərinə 
söykənərək,  mehriban  dostluq  və  qonşuluq  münasibətlərinə  əsaslanmaqla, 
dövlətlərin  ərazi  bütövlüyünə  və  suverenliyinə  hörmət  etməklə,  Xəzərin  zəngin 
təbii ehtiyatlarından region dövlətlərinin maraqları çərçivəsində, eləcə də dünyanın 
tələbatı baxımından səmərəli istifadə etməkdən ibarətdir. Tədqiqatçılar hesab edir 
ki,  Azərbaycan  beş  Xəzəryanı  dövlət  içərisində  Xəzərin  statusunun  həlli 
məsələsində  ən  konstruktiv,  ardıcıl  və  elmi  cəhətdən  əsaslandırılmış  mövqe 
nümayiş  etdirir.  Azərbaycan  ardıcıl şəkildə  bəyan  edir  ki,  hər bir  Xəzəryanı  ölkə 
orta  xətt  üzrə  bölünmüş  özünəməxsus sektoru  üzərində  (suyun  həm  dibi,  həm  də 
səthi)  suverenlik  hüququna  malikdir.  Xəzər  sektorlara  bölünmüşdür  və  hər  bir 
dövlətin öz sektoruna olan hüquqları beynəlxalq hüquq normaları ilə qorunmalıdır. 
Azərbaycan özünün bu prinsipial mövqeyini qəti şəkildə 1995-ci il noyabrın 12-də 
ümumxalq  səsverməsi  yolu  ilə  qəbul  etdiyi  yeni  Konstitusiyasında  ifadə  edərək 
Xəzər  dənizinin  müvafiq  əraziyə  bitişik  sahəsini  Azərbaycan  Respublikası 
ə
razisinin ayrılmaz tərkib hissəsi hesab etmişdir [ 7, s. 680]. 
  Azərbaycan  Respublikasının  mövqeyi  ilə  bağlı  III  fəslin  birinci 
paraqrafında  geniş  məlumat  veriləcəyi  üçün  biz  digər  Xəzəryanı  dövlətlərin 
mövqelərinə nəzər salaq. 


30 
 
            Keçmiş  SSR -nin  varisi  kimi  Rusiya  Federasiyasının  Xəzər  regionunda 
özəl  marağı  vardır.  Burada  Rusiyaya  qısqaclıq  gətirən  fakt  hazırda  Azərbaycan, 
Qazaxıstan və Türkmənistanın neft-qaz sənayesinin getdikcə güclənməsi və sürətlə 
inkişaf  etməsidir.  Bu  ölkələrdə  çıxarılan  neft  və  qazın  maya  dəyəri  Rusiyanın 
ş
imalında  çıxarılan  neft  və  qazın  maya  dəyərinə  nisbətdə  xeyli  aşağıdır  və  onlar 
dünya neft bazarına daha yaxında yerləşir. Bu ölkələr yaxın vaxtlarda dünya neft 
və qaz bazarında Rusiyanın başlıca rəqibi ola bilərlər. Rusiya bunu anladığı üçün 
vəziyyətdən  çıxış  yolu  axtarır.  Belə  vəziyyətdə,  Rusiyanın  şimalındakı  çətin 
keçilən  ərazilərdə  yerləşən  yataqlara  investisiya  yönəltməkdənsə,  Azərbaycan, 
Qazaxıstan və Türkmənistan neft-qaz sənayesinə Rusiya investisiyası ən ağıllı və 
sərfəli  ola  bilərdi.  Bu  halda  Rusiya  neft  şirkətlərinin  payı  bu  ölkələrdə  30%-dək 
olmalıdır. Bununla da Rusiya qarşısında duran iki mühüm məsələni – həm dünya 
neft bazarında Xəzər regionunun bu ölkələri ilə rəqabətdən tərəfdaşlığa keçməsini, 
həm də geosiyasi problemini həll etmək imkanını əldə etmiş olardı [ 13, s. 33]. 
             SSR -nin  süqutundan  sonra  başlayan  Xəzərin  statusu  ilə  bağlı 
müzakirələrdə ən mühüm aktorlardan biri olan Rusiya bu məsələni ilk dəfə (1992-
ci  il  Tehran  konfransı  istisna  olmaqla)  1993-cü  ilin  oktyabr  ayında  gündəmə 
gətirmişdir.  Rusiyanın  bu  mərhələdəki  mövqeyi  ondan  ibarət  idi  ki,  Xəzərin  bir 
daxili  dənizdir  və  sərhədyanı  dövlətlər  tərəfindən  bölünə  bilməz.  Rusiya  Xəzərin 
digər  dənizlərlə  birbaşa  əlaqəsi  olmadığı  üçün  Beynəlxalq  Dəniz  Hüququ 
Konvensiyasının Xəzərə tətbiq edilməsinin mümkün olmadığını bildirirdi. Xəzərin 
hüquqi  rejimini  müəyyənləşdirən  1921  və  1940-cı  il  müqavilələrinin  qüvvədə 
olduğunu bildirirdi.  
           Rusiyanın  mövqeyi  əsas  etibarilə  bu  məqamları  özündə  ehtiva  edirdi: 
“Xəzərin ehtiyatları ilə bağlı təktərəfli hərəkətlər beynəlxalq hüquqa ziddir və bu 
su  hövzəsinin  ekoloji  vəziyyətinə  zərər  verməsi  təhlükəsini  yaradır.  Xəzər  dənizi 
və  onun  ehtiyatları  bütün  sərhədyanı  dövlətlərin  ümumi  istifadəsində  olmalıdır”.    
[ 16, s. 155] 
          Rusiyanın Xəzərin sektoral bölünməsini əngəlləmək üçün irəli sürdüyü digər 
rəsmi fikir isə tam bir bölünmənin ətraf mühitə zərər verə biləcəyindən ibarətdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə