Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

31 
 
Dünyanın ümumi kürü ehtiyatının 90 %-ni özündə cəmləşdirən Xəzər Rusiya üçün 
çox  əhəmiyyətlidir.  Bu  səbəbdən,  bioloji  ehtiyatlardan  səmərəli  istifadə  edilməsi 
Rusiya  üçün  bir  narahatlıq  səbəbidirsə,  ikincisi  Xəzərin  ekologiyasıdır.  Rusiya 
bildirir  ki,  hüquqi  status  məsələsində  razılığa  gəlinməyə  bilər,  lakin  bioloji 
resurslar  və  ətraf  mühit  məsələsində  ortaq  müqavilələrin  imzalanması  vacibdir. 
Rusiyanın  Xəzərin  hüquqi  statusu  məsələsində  nümayiş  etdirdiyi  ətraf  mühitin 
qorunmasını  dəstəkləyən  bu  mövqeyi  real  deyil,  daha  çox ironik görünür.  Çünki, 
sovet  hakimiyyəti  dövründə  də  Xəzər  ətraf  mühit  baxımından  dünyanın  ən 
təhlükəli  bölgələrindən  olmuşdur    [15,  s.  19].  Bu  da  Rusiyanın  müxtəlif 
bəhanələrlə  milli  sektorlara  bölünmənin  həyata  keçirilməsinə  mane  olmağa 
çalışmağının bariz nümunəsidir.  
            Ümumiyyətlə,  Xəzər dənizini sərhədyanı dövlətlərlə ortaq şəkildə istifadə 
etmək  (median  line)  istəyən  Rusiyanın  yanaşmasında  əvvəllər  siyasi  qayğılar  ön 
plana  çıxırdı.  Regionu  hələ  də  öz  ərazisi  kimi  görmək  istəyən  Rusiyanın  digər 
qayğısı  isə  zəngin  neft  yataqlarına  malik  olan  Azərbaycanın  Qərblə 
yaxınlaşmasının getdikcə güclənməsi idi. Bu səbəbdən də Rusiya Federasiyasının 
status müzakirələrinin mərkəzində daha çox Azərbaycan dayanırdı
 
[ 16, s. 155]. 
            Azərbaycan  isə  1991-ci  ildən  bəri  davam  edən  neft  razılaşması  ilə  bağlı 
danışıqları  20  sentyabr  1994-cü  il  tarixli  müqavilə  ilə  nəticələndirmişdi.  Bu 
müqavilənin  imzalanmasından  sonra  qərbin  böyük  neft  şirkətləri  Xəzər  dənizinin 
Azərbaycan sektoruna böyük həcmdə investisiya qoymağa başladılar. Başlanğıcda 
Rusiya  höküməti  və  onun  “Lukoil”  neft  şirkəti  Azərbaycanın  qərb  şirkətləri  ilə 
apardığı  neft  danışıqlarından  xaric  edilmişdisə  də,  bu  şirkətə  sonradan  10  %-lik 
pay  verildi.  Lakin  bu  pay  Rusiyanı  heç  cür  razı  salmırdı.  Bu  müqavilə  ilə 
yaradılmış  beynəlxalq  konsorsiuma  qarşı  ilk  reaksiya  da  məhz  Rusiya  tərəfindən 
müşahidə  edildi.  Rusiya  Federasiyası  5  oktyabr  1994-cü  ildə  BMT-yə  müraciət 
edərək  bu  məsələnin  Baş  Assambleyanın  qış  sessiyasına  çıxarılmağını  istəmişdi. 
Rusiya  Xarici  şlər  Nazirliyi  1921  və  1940-cı  il  Rusiya- ran  müqavilələrini  əsas 
gətirərək  Xəzər  məsələsi  ilə  bağlı  hər  hansı  bir  dövlətin  (Azərbaycan  nəzərdə 
tutulur)  təktərəfli  hərəkətinin  qəbuledilməz  olduğunu  bildirirdi.  Energetika 


32 
 
Nazirliyi  isə  bu  mövqenin  əksinə  Rusiya  hökumətinin  Azərbaycanın  Xəzər 
dənizindəki  neft  yataqlarının  istifadəsi  ilə  bağlı  bütün  hüquqlarını  tanıdığını 
bildirirdi.  Belə  ki,  Rusiyanın  Xarici  şlər  Nazirliyinin  tanımadığı  bu  nəhəng 
layihədə  10  faizlik  payla  daxil  olmasında  rus  xarici  siyasətində  enerji  lobbisinin 
artan təsiri əhəmiyyətli rol oynamışdır [ 16, s. 155-156]. 
           Rusiya  Federasiyası  əvvəllər  Xəzərin  “kondominium”  prinsipi  ilə  12-24 
millik  bir  sahil  zolağının  sərhədyanı  ölkələrə  verilməsi  ilə  qalan  hissənin  ortaq 
istifadə  edilməsinin  tərəfdarı  idi.  Rusiyanın  öz  mövqeyindən  çəkilərək  Xəzərin 
dibinin  sektorlara  bölünməsini  dəstəkləməyə  başlamasının  səbəbi  isə  bu  ölkənin 
milli  sektorunda  çox  zəngin  neft  yataqlarının  (Xvalinskaya  yatağı)  aşkarlanması 
oldu [ 16, s. 157]. 
           Rusiyanın ilk vaxtlar Xəzər məsələsindəki mövqeyi olduqca sərt idi. Lakin 
zamanla baş verən dəyişikliklər Rusiya tərəfində yeni fikirlərin meydana gəlməsinə 
səbəb oldu. Belə ki, Qazaxıstan və Azərbaycan öz sektorlarını müəyyənləşdirərək 
dünyanın böyük neft şirkətlərini bura investisiya qoymağa cəlb etdiyini və Qərbin 
dəstəyinə nail olduğunu görən Rusiya yeni bir strategiya müəyyənləşdirərək bu “de 
fakto”  quruluşdan  kənarda  qalmamaq  üçün  fəaliyyət  göstərməyə  başladı.  Su 
səthinin  ortaq  istifadəsi  məsələsində  güzəştə  gedərək  1998-ci  ilin  iyulunda 
Qazaxıstanla Xəzərin şimal hissəsi ilə bağlı dəniz yatağı üçün orta xətt prinsipini, 
su səthi üçün ortaq istifadəni nəzərdə tutan razılaşma imzaladı. Azərbaycanla oxşar 
məzmunlu müqaviləni isə,  9 yanvar 2001-ci ildə imzaladı [ 16, s. 157]. 
            lk  baxışda  Rusiyanın  regionda  sabitsizlik  siyasəti  yürütdüyü  və  buna 
istiqamətlənmiş  maraqlardan  çıxış  etdiyi  düşünülsə  də  əslində  Rusiyanın 
(gözlənilmədiyi  halda)  Qazaxıstan  və  Azərbaycan  ilə  razılaşmalarında  problemin 
tezliklə həll edilməsinə tərəfdar olduğu görünür
 
[ 16, s. 157]. Xüsusilə, Rusiyada 
2000-ci  ildə  V.Putinin  hakimiyyətə  gəlməsindən  sonra  Rusiya  Xəzərin  hüquqi 
statusu probleminin həlli istiqamətində daha konstruktiv mövqe nümayiş etdirməyə 
başladı.  
            Xəzər  nefti  ətrafında  cərəyan  edən  qlobal  geosiyasi  proseslərin  fəal 
iştirakçılarından  biri  də  ran  slam  Respublikasıdır.  Bu  məsələdə  ranın 


33 
 
Azərbaycana münasibətdə mövqeyi Rusiya ilə demək olar ki, üst-üstə düşür. Uzun 
illər Xəzərə sahib olan iki dövlətdən biri sayılan  ranın regiondakı yeni dövlətlərlə 
münasibətləri  və  ümumilikdə  Xəzərin  statusuna  yanaşması  xeyli  ziddiyyətlidir. 
Qeyd  edək  ki,  ranın  Xəzər  probleminə  yanaşmasında  iqtisadi  maraqlardan  çox, 
geosiyasi  mənafe  əsas  götürülür.  Rəsmi  Tehranı  maraqlandıran  əsas  məqam 
Xəzərin dəniz, yoxsa göl kimi qəbul olunması deyil,  ranın təhlükəsizliyinin təmin 
edilməsi  və  regionda  aktivləşmiş  Qərbdən  gələn  potensial  təhlükənin  aradan 
qaldırılmasıdır.  qtisadi maraqlar Tehran üçün ikinci dərəcəlidir, ən azı ona görə ki, 
ranın Fars körfəzində daha zəngin yataqları var [7, s. 674]. 
            Rəsmi  Tehranın  Xəzərin  bölünməsinə  dair  təklifi  belədir  ki,  hər  bir 
sahilyanı  dövlətə  20  millik  ərazi  suları  zonası  və  20  millik  iqtisadi  zona 
verilməlidir. Ərazi suları həmin ölkənin sərhədlərini müəyyən edir və həm Xəzərin 
dibi, həm səthi, həm də hava məkanı dövlətin tam nəzarətində olur.  qtisadi zonada 
dövlətə  bioloji  və  mineral  ehtiyatların  qorunub  saxlanması  və  kəşfiyyatı  hüququ 
verilir,  digər  sahilyanı  ölkələr  isə  bu  ərazinin  hava  məkanından  və  səthindən 
istifadə  edə  bilir.  Nəhayət,  40  millik  zonadan  kənarda  qalan  Xəzərin  orta  hissəsi 
bütün  sahilyanı  ölkələrin  ümumi  istifadəsində  olur  və  konsensus  yolu  ilə  idarə 
olunur.  
             ranın mövqeyi aşağıdakı prinsiplər əsasında formalaşıb: 
-
  Dəniz  sahilyanı  ölkələr  arasında  bölünsə  də,  ölkələrə  öz  sularından  digər 
sahilyanı dövlətlərlə hesablaşmadan istifadə etməsinin qarşısını almaq; 
-
  Xəzərin hərbiləşdirilməsinə yol verməmək; 
-
  Ekoloji  problemləri  qabardaraq,  Xəzərin  dibi  ilə  neft  kəmərlərinin 
çəkilməsinə mane olmaq; 
-
  Sahilyanı  ölkələr  arasındakı  problemlərin  həllində  regiondankənar 
dövlətlərin iştirakını məhdudlaşdırmaq; 
-
  ranla  ideoloji  və  siyasi  ziddiyəti  olan  Qərb  dövlətlərinin  hövzədə 
möhkəmlənməsinin qarşısını almaq və s. [ 7, s. 674-675]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə