Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

43 
 
məsələnin həlli ilə bağlı yekun Konvensiyanın hazırlanması üçün müəyyən hüquqi-
normativ baza yaratmış oldu.  
           Ümumiyyətlə,  Xəzərin  hüquqi  statusunun  həll  olunması  müasir  dövrdə 
enerji  ehtiyatları  ilə  zəngin  Xəzər  regionunda  böyük  həcmdə  neft  və  qaz 
ehtiyatlarının  sərbəst  istismarına  və  istifadəsinə,  bu  ehtiyatlarının  dünya  bazarına 
daşınmasına,  regionun  enerji  təhlükəsizliyinin,  eyni  zamanda  burada  dövlətlərin 
iqtisadi,  siyasi  maraqlarının  təmin  edilməsinə,  bütövlükdə  regionda  sabitliyin 
bərqərar olunmasına göstərdiyi təsir baxımından böyük əhəmiyyət kəsb edir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


44 
 
II FƏS L. Regiondankənar aktorların xarici siyasətində Xəzər bölgəsinin 
 yeri və rolu. 
2.1. ABŞ-ın xarici siyasətində Xəzər regionu. 
 
   Planet  miqyaslı  köklü  dəyişikliklərin  baş  verdiyi  müasir  dövrdə,  ABŞ 
prezidentinin  milli  təhlükəsizlik  məsələləri  üzrə  keçmiş  məsləhətçisi,  indi  isə 
geostrategiya sahəsində tanınmış mütəxəssis Z.Bjezinskinin fikrinə görə “Avrasiya 
Balkanlarına”  daxil  olan  Xəzər  bölgəsinin  geostrateji  əhəmiyyəti  daha  da  artdı. 
XX-XXI əsrin hüdudlarında Xəzər dənizi özünün zəngin karbohidrogen ehtiyatları 
ilə yenidən ən mühüm geosiyasi faktorlardan birinə çevrilmişdir.  
  Bir çox iri yaxın və uzaq dövlətlər tərəfindən bu bölgəyə kəskin maraqlar 
təkcə Xəzərin dibindəki zəngin neft və qaz ehtiyatlarının olması və XXI əsrdə onu 
“dünyanın  yanacaqdoldurma  məntəqəsi”nə  çevirmək  üçün  kifayət  qədər  real 
perspektivin  olması  ilə  əlaqədar  olmayıb,  həm  də  dünyanın  rəqabət  aparan 
geosiyasi  qüvvələrinin  yerləşməsində  ən  vacib  vəziyyətdə  olmasıdır.  Ölkələr 
arasındakı  geosiyasi  qarşıdurma  tədricən  Şərqdən  və  Aralıq  dənizi  hövzəsindən 
Xəzər rayonuna keçmişdir. Belə bir şəraitdə bir tərəfdən ABŞ və NATO-nun, digər 
tərəfdən isə Rusiya və  ranın geosiyasi imperativləri – ön plana çıxır [5, s. 58 ]. 
 Rusiya və  ranın Xəzər regionu ilə bağlı mövqeləri əvvəlki paraqrafda qeyd 
edildiyi üçün indi də ABŞ-ın bu bölgə ilə əlaqəli siyasətinə nəzər salaq. 
 Xəzər bölgəsinə siyasi və iqtisadi maraq göstərən dövlətlər sırasında ən fəalı 
Qərb  dövlətləri  və  Amerika  Birləşmiş  Ştatlarıdır.  ABŞ-ın  Xəzər  bölgəsinə  siyasi 
marağı  Azərbaycana  münasibətdə  daha  qabarıq  hiss  olunur.  ABŞ  Cənubi  Qafqaz 
və  Orta  Asiyada  həyata  keçirilən  strateji  əhəmiyyətli  layihələrin  və  proseslərin 
başlıca  iştirakçısı  və  müdafiəçisidir.  ABŞ  hökuməti  bu  bölgənin  özünün  həyati 
maraq dairəsinə daxil olduğunu dəfələrlə bəyan edib. 
           ABŞ  Xəzər  bölgəsindən  uzaqda  yerləşməsinə  baxmayaraq,  SSR -nin 
süqutundan  sonra  Xəzər  bölgəsində  geosiyasi  maraqlar  güdməkdədir.  Son 
dövrlərdə isə, Xəzərdə nüfuzlu aktora çevrilmişdir.  


45 
 
              ABŞ-ın  məqsədi  təkcə  regionun  təbii  ehtiyatlarından  istifadə  edilməsi 
deyil, eyni zamanda geosiyasi baxımdan Rusiyanın regionda yeganə nüfuz sahibi 
olmasını  əngəlləməkdir.  ABŞ  əvvəllər  xarici  aləmə  qapalı  olan  bu  bölgəyə  artıq 
sərhədsiz  giriş  imkanına  malikdir.  Bu  səbəbdən  ABŞ  regionda  öz  iqtisadi 
mənafeyindən  əlavə,  Avropa  və  Uzaq  Şərqin  də  iqtisadi  mənafeyini  güdür. 
Beləliklə, ABŞ-ın qazanacağı geosiyasi güc potensial olaraq böyük üstünlük əldə 
etməyini təmin edəcək [ 11, s. 83]. 
             Dövlətlərin  hər  birinin  müstəqil  olduğunu  və  ABŞ-ın  da  onlara  bu  cür 
baxmağının  vacibliyini  bildirən  amerikan  rəsmisi  Sem  Braumbek  Amerikanın 
yalnız  siyasi  deyil,  həm  də  iqtisadi  baxımdan  güclənməsi  üçün  bu  bölgəyə  önəm 
verilməsinin  əhəmiyyətini  vurğulamışdır.  Bunun  üçün  Azərbaycanın  Xəzərin 
hüquqi statusu məsələsindəki mövqeyinin dəstəklənməsinin Qərb üçün ən düzgün 
mövqe olacağını bildirmişdir [ 11, s. 83]. 
              ABŞ anlayır ki, Xəzər dənizinin iqtisadi inkişafını sürətləndirəcək məsələ 
Xəzərin  hüquqi  statusunun  müəyyən  edilməsi  ilə  bağlıdır.  Bundan  əlavə  Xəzər 
dənizinin  sektorlara  bölünməsi,  dünya  bazarlarına  çıxarılacaq  neft  kəmərlərinin 
marşrutunun  müəyyənləşdirilməsi,  regionun  ekoloji  təhlükəsizliyinin  təmin 
edilməsi kimi məsələlər də iqtisadi inkişafı sürətləndirə biləcək məsələlərdir. 
             ABŞ Xəzər neftinin dünya bazarına Rusiya və Gürcüstan ərazisi vasitəsilə 
daşınmasını  istəyirdi.  ABŞ-ın  Xəzər  problemindəki  mövqeyi  də  bu  amillərə 
ə
saslanırdı.  Bu ölkənin neft istehlakı idxalatla bağlıdır.  Xaricdən  alınan neft  ölkə 
daxilində istehsal edilən neftdən daha ucuz əldə edilir. ABŞ neft idxalını həm Orta 
Şə
rqdən,  həm  də  Xəzər  regionundan  əldə  etmək  istəyir.  Üstəlik  burada  siyasi 
nüfuza sahib olmaq məsələsi də mövcuddur [ 11, s. 83-84]. 
              Geosiyasi məsələlərlə məşğul olan ən tanınmış mütəxəssislərin əksəriyyəti 
də hesab edirlər ki, XXI əsrin beynəlxalq sistemi, əsasən, 6 güc  mərkəzi – ABŞ, 
Avropa  Birliyi,  Çin,  Yaponiya,  Rusiya  və  Hindistan  təşkil  edəcək.  Belə  olduğu 
təqdirdə dünya nüfuz dairələrinin yeni formatda bölüşdürülməsi məhz bu dövlətlər 
arasında, bilavasitə və dolayısı iştirakı ilə baş verəcək.  


46 
 
              qtisadi, hərbi, siyasi cəhətdən dünyanın ən güclü super dövləti olan ABŞ-
ın Xəzər regionuna marağı iki əsas tərkib hissədən ibarətdir: geosiyasi nüfuzunun 
genişləndirilməsi və enerji daşıyıcıları. 
             Bu gün dünyanın 5% əhalisi yaşayan ABŞ gündə 20,7 mln barellə (ildə 7,6 
mlrd  barel)  dünya  neft  hasilatının  25%-ni  istehlak  edir.  Bununla  yanaşı  ABŞ-ın 
özünün  neft  hasilatı  gündə  5,1  mln  barel  (ildə  1,9  mlrd)  təşkil  edir.  Hasilatla 
istehlak  arasındakı  75%-lik  fərq  ABŞ-ın  başqa  dövlətlərdən,  ilk  növbədə  Yaxın 
Şə
rq  dövlətlərindən  asılılığını  göstərir.  Lakin  adı  gedən  regiondakı  qeyri-stabil 
vəziyyət  və  bir  regiondan  enerji  asılılığını  azaltmaq  üçün  ABŞ  yeni  enerji 
mənbələrinə  nəzarəti  qazanmaq  uğrunda  fəaliyyətini  getdikcə  gücləndirmək 
məcburiyyətində  qalaraq,  nəzərlərini  Xəzər  regionuna  istiqamətləndirir. 
Ümumiyyətlə, enerji təhlükəsizliyini təmin etmək üçün “Vaşinqtonda təsdiqlənmiş 
neft  ehtiyatlarının  62 % -nə  və  qazın  40 % -nə  nəzarət  etmək  məqsədini  güdən 
“Böyük  Yaxın  Şərq”  layihəsi  yaradılıb”.  Bunları  həyata  keçirmək  üçün  ABŞ 
postsovet  məkanında,  o  cümlədən  Xəzər  bölgəsində,  Mərkəzi  və  Orta  Asiyada 
nüfuz dairəsini genişləndirməli və gücləndirməlidir [ 12, s. 103-104]. 
             Ümumiyyətlə,  ABŞ  bölgədəki  maraqlarını  təmin  etmək  üçün  aşağıdakı 
istiqamətlərdə fəaliyyət göstərirdi: 
-
  Yeni  yaranmış  dövlətlərlə  əməkdaşlığı  gücləndirmək,  bu  ölkələrdə 
demokratiyanın  inkişafını  təmin  edəcək  islahatların  həyata  keçirməsinə 
yardım edilməsi. 
-
  Rusiyanın  Xəzərin  statusundakı  mövqeyinin  gələcək  inkişafa  maneçiliyini 
nəzərə  alaraq,  Avropa-Asiya  nəqliyyat  dəhlizinin  ənənəvi  Rusiya 
marşrutundan əlavə yeni istiqamətlərinin yaradılması. 
           Məsələnin  mahiyyəti  ondan  ibarət  idi  ki,  Qərb  ölkələri  artıq  həm  öz 
ş
irkətlərinin  təhlükəsizliyini  və  sərbəst  fəaliyyətini  əsas  götürürdülər,  həm  də 
regionda  sülhün  və  sabitliyin  qorunmasını  və  bunun  bütün  ölkələr  üçün 
ə
həmiyyətini qiymətləndirirdilər, çünki Xəzərin əməkdaşlıq meydanına çevrilməsi 
siyasəti  həm  bütün    dövlətlərin  inkişafında,  həm  də  regionun  təhlükəsizliyində 
müsbət  əhəmiyyət  kəsb  edirdi.  Bütün  bunların  əsasında  Xəzərdən  ənənəvi  olaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə