Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə2/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   2   3   4   5   6   7   8   9   ...   110

 



Kafedra fənn proqramları və dərsliklərlə təmin olunmuşdur. Prof. 



Cəlal Abdullayevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanıb nəşr 

edilən iki cildlik «Müasir Azərbaycan  ədəbiyyatı» dərsliyi  ən 

mükəmməl ali məktəb dərsliklərindən hesab olunur. Cəlal Abdullayev 

bir sıra başqa dərsliklərin, monoqrafiyaların, iki yüzdən çox elmi, 

publisistik məqalənin müəllifi idi. Yaradıcılığını davam etdirirdi. 

Cəlal «Səməd Vurğunun yaradıcılığında fəhlə surəti» adlı ilk 

məqaləsini tələbə vaxtı – 1955-ci ildə yazmış və həmin məqalə elə o 

zaman ADU-nun «Elmi əsərlər»ində (1956, №5) çap olunmuşdur. 

Qızı, Universitetin baş müəllimi, filologiya elmləri namizədi Şəlalə 

atasının – filologiya elmləri doktoru, professor Cəlal Abdullayevin 

əsərlərinin yeddi cildliyini çapa hazırlayır. Oxucuların mütaliəsinə 

verilən birinci cildə alimin 1957-ci ildən ömrünün sonlarına qədər 

yazdığı yüzə yaxın məqaləsi daxil edilmişdir.Bunlar hələ hamısı 

deyil,ancaq tapılıb üzə çıxarılanlardır. 

1957-ci il Cəlalın tələbəlik həyatından ayrıldığı və müstəqil həyata 

atıldığı ilk il idi. Elə  həmin ildə onun mətbuatda altı  məqaləsi çap 

olunmuşdur.Bu, universiteti yenicə bitirmiş  gəncin istedadının gös-

təricisi, gələcək elm yollarında inamla irəliləməsinin ilk addımları idi. 

Bir ildən sonra – 1958- ci ildə Azərbaycan  ədəbiyyatı ixtisası üzrə 

aspiranturaya daxil oldu, elə həmin ildə, yəni aspiranturanın birinci 

ilində on məqaləsi nəşr edildi: bunlar elə o zamanlar göstərdi ki, 

ədəbiyyat aləminə, elm aləminə ümid verən bir tədqiqatçı  gəlir. 

Bunlar ötəri olmadı. Cəlal Abdullayev bu yaradıcılıq yolunu davam 

etdirdi, görkəmli ədəbiyyatşünas kimi etiraf olundu və tanındı. 

«Əsərləri»nin birinci cildindəki məqalələr göstərir ki, prof. 

C.Abdullayevin elmi maraq dairəsi çox geniş olubdur: klassik və 

müasir Azərbaycan  ədəbiyyatı, dünya ədəbiyyatı,  ədəbiyyatşünaslıq 

və ədəbi tənqid. Nədən və hansı mövzuda yazıbsa, peşəkar filoloq kimi 

çıxış edib, yeni söz deməyə çalışıbdır. Prof. C.Abdullayev, məqalə-

lərində aydın, səlis  ədəbi dil nümayiş etdirir. Məsələn, Məhəmməd 

Füzuli haqqında yazdığı «Azərbaycan poeziyasının iftixarı» məqa-

ləsində məhz Füzuliyə layiq bir ifadə ilə Füzuli böyüklüyünü, Füzuli 

şeirinin məziyyətini, Azərbaycan  ədəbi- bədii dilinin inkişafında 

Füzulinin rolunu göstərir. 

Bir sıra məqalələri XX əsr Azərbaycan  ədəbiyyatının klassikləri 

haqqındadır.Cəlil Məmmədquluzadə haqqında üç məqaləsi var: 

«Böyük mühərrir, realist yazıcı», «Böyük sənətkar, həssas insan», 


 

7

«C.Məmmədquluzadə və müasirlik». Bu adlar məqalələrin məzmunu 



haqqında xeyli söz deyir. Müəllif Azərbaycan ictimai fikir tarixində 

görkəmli rolu olan məşhur «Molla Nəsrəddin» məcmuəsinin 

yaradıcısı  və redaktoru olmaqla, Mirzə  Cəlilin Azərbaycan ictimai 

fikir tarixində mövqeyindən danışır. Ə.B. Haqverdiyevin hekayələri, 

Üzeyir bəyin həyat və yaradıcılığı, nəsr əsərləri, bəstəkarlıq fəaliyyəti 

haqqında sözünü deyir.Böyük dramaturq C.Cabbarlı, tarixi romanın 

əsasını qoyan M.S.Ordubadi haqqında söz deyir. 

Prof. C.Abdullayevin elmi-publisist əsərlərində keçmiş Sovet 

dövrü Azərbaycan yazıçıları daha geniş yer tutur.Əsərlərinin 

oxucuların mütaliəsinə verilən birinci cildində  Səməd Vurğun 

haqqında doqquz məqaləsi verilmişdir.Bu məqalələrdə böyük şairin 

şeir, dram, publisist yaradıcılığının geniş  təhlili verilir. Silsilə 

məqalələrində Mir Cəlal yazıcı-  ədib, alim və ustad müəllim kimi 

səciyyələndirilir, özünün və digər alimlərin yetişməsində Mir Cəlal 

müəllimin rolu qeyd edilir. M.İbrahimov, M.Hüseyn, S.Rəhimov, Əli 

Vəliyev, R.Rza, Ə.Məmmədxanlı, M.Rahim, Cəfər Xəndan, O.Sarıvəlli 

və başqaları haqqında yazılarında bu sənətkarların yaradıcılığı 

fonunda dövrün ədəbi prosesinin mənzərəsi verilir. Prof. C.Ab-

dullayevin məqalələrində Abbas Zamanov şəxsiyyəti,  Əkbər Ağayev 

tənqidi, Cəlal Məmmədov publisistikasından söz açılır.Onun məqalə-

lərində  cənub  şairlərinə  də diqqət yetirilir: böyük Azərbaycan  şairi 

M.Şəhriyar, eləcə  də  Əli Tudə, Söhrab Tahir haqqında məhəbbətlə 

yazdığı məqalələr. 

Cilddəki məqalələrin çoxu yeni ədəbi nəslin,  əsasən, XX əsrin 

ikinci yarısında, ya bir qədər  əvvəl yaradıcılıq meydanına gələn 

yazıcılar haqqındadır.İsa Hüseynov (Muğanna), H.Seyidbəyli, 

Hüseyn Hüseynzadə (H.Arif), Qabil, Fikrət Sadıq,H.Hüseynoğlu, Əlfi 

Qasımov və başqaları bu qəbildəndir.Prof.C.Abdullayevin məqalə-

lərində ədəbiyyatımızın bütün dövrləri əhatə olunur, onun C.Novruz, 

N.Həsənzadə, Ayaz Vəfalı, Famil Mehdi, Tofiq Mütəllibov, Ağa 

Laçınlı və başqaları haqqındakı məqalələri 1950- cı illərdən başlayan 

yeni Azərbaycan  ədəbi hərəkatının daha sonralar da uğurla davam 

etdiyini nümayiş etdirir. Prof. C.Abdullayev aşıq ədəbiyyatı, ayrı- ayrı 

ədəbi toplular, rus yazıçıları  və s. mövzularda da məqalələr yaz-

mışdır.  

Geniş təhlilə imkan olmadığına görə sadalama üsulu ilə verdiyimiz 

bu xülasə  də  təkcə dövrü mətbuatda (qəzetlərdə) çap olunan və 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə