Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc


ВСЕ ЗДЕСЬ ХОРОШО, ВСЕ ВЕРНО



Yüklə 2,29 Mb.
səhifə8/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   4   5   6   7   8   9   10   11   ...   110

 

23

ВСЕ ЗДЕСЬ ХОРОШО, ВСЕ ВЕРНО 

 

Я  недавно  прочел  очерк  Г.Гусейноглы  «Над  Каспием», 



выпущенный Детюниздатом. Прочел с удовольствием. 

Очерк  рассказывает  о  героическом  труде  морских 

нефтяников, их борьбе с могучей стихией. О Нефтяных камнях 

написано  уже  немало  романов,  повестей,  поэм,  и  каждая  новая 

книга с интересом встречается читателем. 

По своему увидел события и людей автор нового очерка «Над 

Каспием». Он ничего не выдумывает, ничего не приукрашивает. 

Просто,  бесхитростно  рассказывает  о  молодых  специалистах, 

окончивших  нефтепромысловый  факультет  АзИИ.  Все  здесь 

верно. Мне понравилось, что автор не наделил Азера, Исмаила, 

Ильяса,  Джумшуда  какими-то  особенными  чертами,  налетом 

героичности. 

Будничен их труд. Не всегда прочитанное в учебниках, лекции 

дают готовый ответ на задачи, выдвигаемые жизнью. 

Автор  не  скрывает,  как  им  трудно  порой,  как  сказывается 

отсутствие практического опыта. 

Но они смелые ребята. И у старших учатся охотно, крупица за 

крупицей собирая ценные знания, навыки, которые передают им 

мастера.  Конечно,  приходит  такой  момент,  когда  работа 

приносит настоящую радость. Но это не сразу, не скоро. 

Главное в очерке– коллектив, его труд, благородное влияние 

товарищей. 

Как  живые,  в  очерке  Азер,  Ситара-хала  Минира  Энвер, 

Бахтияр.  Проходят  четыре  года...  Они  взрослеют,  мужают, 

делаются  опытнее.  Они  работают  инженерами,  мастерами, 

начальниками участков. 

Мне кажется, очерк «Над Каспием» с интересом и пользой для 

себя  прочтут  студенты,  молодые  нефтяники,  рабочие.  Хорошо 

было бы перевести очерк Г.Гусейноглы и на русский язык. 

 

 «Молодежь Азербайджана», 1958 



 

 


 

24

«GÜLZAR KİTABÇASI» 



 

Son illər, mətbuat səһifələrində özünün bir sıra һekayələri ilə çıxış 

edən gənc nasirlərdən biri də Hüseyn İbraһimovdur.Azərnəşr tərəfin-

dən bu il onun «Gülzar» adlı kitabçası buraxılmışdır. 

Kitabçada mövzu müasir һəyatdan götürülmüş «Gülzar», «Kəma-

lə», «Ad günü», «Qəһrəman Qüdrətov», «Müdirin məzuniyyəti» və 

«Dostumun sərgüzəşti» һekayələri verilmişdir. 

Şərəfli  əməklə  məşğul olmaqdan imtina edən, müxtəlif fırıldaq-

larla dövlət malını  oğurlayan  əliəyrilər («Ad günü»), sözü ilə  işi 

arasında һeç bir uyğunluq olmayan, «mənəm-mənəm» deyən, һeç kə-

sin rəyi ilə  һesablaşmayan lovğa və dikbaşlar («Qəhrəman Qüdrə-

tov»), «dəymə mənə dəyməyim sənə» deyən simasız, yaltaq və ikiüzlü 

adamlar («Müdirin məzuniyyəti»), öz şəxsi raһatlığı üçün dostdan, 

tanışdan,  һabelə ailədən üz döndərən, vəzifə  və  mənsəb düşkünləri 

(«Dostumun sərgüzəşti») və başqa köһnəlik qalıqları kitabçadakı 

һekayələrdə əsas tənqid һədəfidir. «Müdirin məzuniyyəti» adlı һekayə 

təbiiliyi, xarakterlərinin canlılığı ilə diqqəti xüsusilə cəlb edir. 

«Qəһrəman Qüdrətov»  һekayəsində isə müəllif, sosializm yarı-

şının səfərbəredici qüvvəsini başa düşməyən, mərkəzi idarələrə yalan 

məlumatlar verən, rəqəmləri qəsdən şişirdən lovğa və təkəbbürlü bir 

kolxoz sədrini ifşa edir. 

Kitabçada öz һəcmi etibarilə ən böyük һekayə, «Gülzar»dır. Lakin 

bu һekayə nisbətən zəif çıxmışdır. Burada һadisə və təsvirlər lüzum-

suz  şəkildə uzadılmışdır. Bundan əlavə  һekayədə dil xətaları da 

vardır. 

Bu cür nöqsanlara «Kəmalə» və «Ad günü» һekayələrində də tə-

sadüf edilir. 

 

 «Bakı» qəzeti, 5 mart 1958 



 

 

MƏHƏMMƏD HADİNİN 



«SEÇİLMİŞ ƏSƏRLƏRİ» 

 

İyirminci  əsr Azərbaycan ictimai fikir tarixində özünə layiq yer 



tutan görkəmli şəxsiyyətlərdən biri də Məһəmməd Hadidir.O, һəyatın 

kiçik zərrələrində dərin fəlsəfi məna axtaran romantik şair-filosofdur. 




 

25

Zəngin və çoxcəһətli yaradıcılığa malik olan bu böyük sənətkarın 



əsərləri uzun bir fasilədən sonra, nəһayət Azərbaycan Dövlət Univer-

siteti nəşriyyatı tərəfindən buraxılmışdır. 

Bu əsər çapa һazırlanarkən şairin 1936-cı ildə Azərnəşr tərəfindən 

buraxılmış «Seçilmiş  əsərləri»  əsas götürülmüşdür.Burada toplanan 

əsərlər inqilabdan qabaq nəşr edilmiş «Firdovsi-ilһamat», «Eşq-möһ-

təşəm», «Şüküfeyi-Hikmət», «Əlvaһi-intibaһ» kitabları  və  şairin 

müxtəlif yerlərdə çap olunmuş şeirlərilə də müqayisə edilmiş, yenidən 

yoxlanılmışdır. 

Kitaba müqəddəmə yazan Əziz Mir Əһmədov son dərəcə ziddiy-

yətli bir yaradıcılıq yolu keçmiş bu istedadlı şairin һəyat və fəaliyyəti 

һaqqında çox gözəl və dolğun məlumat verir. 

O,  şairin dünyagörüşündəki tərəddüd və ziddiyyətlərin kökünü, 

sənətkarı yetirən müһitin, ictimai şəraitin özündə axtararaq Hadi şeir-

lərini anlamaqda oxucunu düzgün istiqamətləndirir. 

1905-ci ildən sonra tez-tez yanıb-sönən inqilabi işıqlar dövrün bir 

çox ziyalıları kimi M.Hadini də  əsrarlı bir tərəddüdə salmışdı. Belə 

ziddiyyətli təlatümlər içərisində qalan sənətkar gaһ çar manifestini, 

dövlət dumasını tərifləyir, gaһ da «Dad istibdaddan» və «El fəryadı» 

kimi üsyankar şeirlər yazırdı. Hadinin yaradıcılıq və dünyagörüşün-

dəki ikilik onun üslubuna, bədii dilinə də təsir etdiyindən əsərlərinin 

dili xeyli qəliz və dolaşıqdır. 

Bunu nəzərə alaraq kitabın sonunda çətin anlaşılan sözlərin S. 

Qafarlı tərəfindən üç çap vərəqi һəcmində lüğəti verilmişdir. 

 

 «Lenin tərbiyəsi uğrunda» qəzeti,  



4 aprel 1958 

 

 



XALQ ŞAİRİ HAQQINDA YENİ  

TƏDQİQAT ƏSƏRİ 

 

Bu yaxınlarda S.M.Kirov adına Azərbaycan Dövlət

 

Universiteti 



filoloji fakültəsinin elmi şurasında aspirant Vaqif Vəliyev «S.Vurğu-

nun poemaları» mövzusunda namizədlik dissertasiyasını müdafiə et-

mişdir. 

Vaqif, Səməd Vurğun poeziyası ilə çoxdan maraqlanırdı.O, 1949-

-cu ildə universitetə daxil olduqdan sonra şairin yaradıcılığı ilə 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə