Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə10/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   6   7   8   9   10   11   12   13   ...   110

 

29

vüqarı  və  şərəfidir.Onun yaradıcılığı Azərbaycan bədii fikirinin in-



kişafında bütün bir dövr təşkil edir. Füzuli Azərbaycan ədəbi dilinin 

həqiqi yaradıcısı, bütün «Şərq şeirinin günəşidir» (Gibb). 

Füzulinin lirikası böyük bir qəlbin məhəbbətindən, həsrətindən, 

bəşəri ehtirasından yaranmışdır.Öz dövrünün oğlu olan Füzuli zə-

manəsində baş verən ictimai silsilə hadisələrə biganə qala bilməzdi. 

Odur ki, şairin bütün yaradıcılığından qırmızı bir xətt kimi keçən ic-

timai kədər motivi hər  şeydən  əvvəl  şairin yaşadığı mühitlə  əlaqə-

dardır.Məlum olduğu kimi, Füzulinin dövrü siyasi sarsıntılar, qanlı 

müharibələr, feodal çəkişmələri, mənsəb və  şöhrət düşkünü olan 

hökmdarların taxt -tac uğrunda bir-birini didişdirməsi dövrüdür. 

Cəhənnəm ağızlı müharibələrin labüd nəticəsi aclıq, yoxsulluq, 

vəba xəstəlikləri, hakimlərin zülmü həssas  şairi hər zaman düşün-

dürmüşdür.Füzuli ömrü boyu maddi sıxıntılar içərisində yaşadığına 

baxmayaraq dövrünün hakimlərinə, saraylara baş  əyməmişdir.Onun 

şeirlərindəki dərin hüzn bizə ona görə yaxındır ki, bu kədər tək bir 

şairin deyil, bütün bir xalqın, bir millətin dərdidir.Füzulinin şah əsəri 

olan «Leyli və  Məcnun»  əsərinin qəhrəmanlarının ah-naləsi bütün 

feodal şərqinin ah-naləsi, ictimai bəlası idi. 

Lakin demək lazımdır ki, şairdəki qüssə və kədər oxucunu fəaliy-

yətdən qoymur, onu düşündürür, öz haqqı uğrunda mübarizəyə dəvət 

edir.Füzuli şeirinin yazıldığı vaxtdan 400 ildən artıq bir dövrün keç-

məsinə baxmayraq bu gün belə bizə  bədii zövq verməsinin başlıca 

səbəblərindən biri də ondakı fikir dərinliyi, bədii mükəmməllik və 

poetik fəlsəfi ümumiləşdirmədir. Dövrünün bütün elmlərini dərindən 

bilməsi böyük şairə ifadə etmək istədiyi fikrin daha məntiqi, daha 

mənalı  çıxmasına kömək edirdi.Ərəb, fars və Azərbaycan dillərini 

yaxşı bilən Füzuli bu dillərin köməyilə  zəmanəsində mövcud olan 

bütün elm sahələrinə bələd idi. Ona görə də müasir füzulişünaslar onu 

çox haqlı olaraq şair-filosof, mütəfəkkir sənətkar adlandırırlar. 

Füzuli öz doğma dilində olduğu kimi ərəb və fars dillərində  də 

kamil bədii  əsərlər yaratmışdır.Lakin, ona ümumdünya şöhrəti qa-

zandıran heç şübhəsiz, Azərbaycan dilində yaratdığı əsərlərdir. 

Ədəbiyyatın bütün dövrlərində ən geniş yayılmış məhəbbət möv-

zusunun Füzuli poeziyasında misilsiz yüksəkliyə qalxmasında emo-

sional şeir qədər incə, lirik nəğmə kimi məlahətli olan zəngin Azər-

baycan dilinin rolu olduqca böyükdür. 

Füzulinin  əsərləri, xüsusən «Leyli və  Məcnun» poeması  bədii 



 

30

dilimizin ən gözəl abidəsidir: 



 

Hər surətə əks kimi baxma,  

Hər tərəfə su kimi axma. 

 

Yaxud: 



Mən gövhərəm, özgələr xiridar,  

Məndə deyil, ixtiyari-bazar.  

Dövran ki, məni məzada saldı  

Biməm kim idi satan, kim aldı. 

Olsa idi mənim bir ixtiyarım, 

Olmaz idi səndən özgə yarım,  

 

- kimi misraların dörd əsr bundan qabaq yazılmağına indi çətin 



inanmaq olur. Füzulinin boyüklüyünü məhz bunda axtarmaq lazımdır. 

Hər bir millətin şöhrəti ilk növbədə onun dilidir. Füzuli dilimizin 

şöhrətini bütün dünya qarşısında sübut etmişdir.Bu nöqteyi-nəzərdən 

«Leyli və  Məcnun» kimi epik bir poemanın yaranması Azərbaycan 

ədəbi dilinin ən böyük təntənəsi sayılmalıdır.Füzuli bu əsəri yara-

darkən boyük çətinliklərlə qarşılaşmışdır.Bu çətinliklər bir tərəfdən 

geniş əbədi şöhrətə malik olan görkəmli yazıçılarla bəhsə girişməklə 

izah olunursa, digər tərəfdən isə Azərbaycan dilində epik səpgidə 

yazılmış az- çox bədii nümunə sayıla biləcək əsərlərin olmamasından 

irəli gəlirdi.Bütün bu çətinliklərə baxmayaraq dahi yazıçı öz qocaman 

rəqiblərini arxada buraxmış və elə bir sənət nümunəsi yaratmışdır ki, 

bu gün də öz təzəliyi və təravətilə ən yaxşı sənətkarın ilham mənbəyi 

olaraq qalmaqdadır.Füzuli «Leyli və  Məcnun» poemasını o qədər 

həssaslıqla, sənətkarlıqla işləmişdir ki, əsərin təkcə bədii xüsusiyyət-

lərinə dair onlarca elmi-tədqiqat əsəri yazmaq olar. 

Təsadüfi deyildir ki, sevimli bəstəkarımız Üzeyir Hacıbəyov 

Azərbaycan milli musiqisinin nadir incilərindən olan məşhur «Leyli

 

və  Məcnun» operasını Füzuli mətni əsasında yaratmışdır. «Leyli və 



Məcnun» «Füzuli şeirinin bəstəkar qardaşı» (S.Vurğun) –Üzeyirin 

məlahətli musiqisində gözəl məhəbbət himni kimi səslənir. «Leyli və 

Məcnun» operasının 50 ildən artıq Azərbaycan səhnəsinin bəzəyi 

olaraq qalmasının başlıca səbəblərindən biri Üzeyir Hacıbəyovun 

musiqisidirsə, digəri Füzuli şeiridir. 

Füzuli ən böyük hümanist şairdir.O, daim insanın xoşbəxt olma-




 

31

sını, həyatın insan üçün cəhənnəmə deyil, cənnətə cevrilməsini arzu-



lamışdır. Şair sırf aşiqanə qəzəllərindən tutmuş iri həcmli əsərlərinə 

qədər həmişə öz xalqının dərdlərindən danışmışdır. O, yaşadığı döv-

rün feodal-ruhani quruluşunun mənfiliklərinə qarşı  çıxaraq onun 

ictimai mahiyyətinin kəskin şəkildə ifşasını vermişdir. 

Bu nöqteyi-nəzərdən «Şikayətnamə»  əsəri daha cox diqqəti cəlb 

edir. Bu əsər Azərbaycan klassik ədəbiyyatında nəsrlə ilk dəfə həm ic-

timai satiranın gözəl nümunəsi olmaq etibarilə, həm də Xaqanidən 

sonra bədii nəsrimizin inkişafı  cəhətindən xeyli maraqlıdır. Füzuli 

yaradıcılığında «Şikayətnamə»dən başqa «Hədiqətüs-süəda», «Qazi 

Əlaəddinə  məktub» və «Azərbaycan divanı»na yazdığı müqəddəmə 

kimi nəsr nümunələri vardır. 

«Şikayətnamə»nin əsl adı «Məktub və nişançı Paşa»dır.Türkiyənin 

mövcud ictimai quruluşuna qarşı kəskin ittihamnamə kimi səslənən bu 

əsərin yaranması təsadüfi, təkcə şairin fərdi şeirlərinin ifadəsi sayıla 

bilməz. Bu əsər o zamankı real mühitin, şəraitin təsiri nəticəsidir. 

Əlbəttə, təqaüd məsələsi burada sadəcə bəhanə rolunu oynayır. Şair 

bu məsələdən  ədəbi üsul kimi istifadə edərək sultan hakimiyyətinin 

eybəcərliklərini, idarələrdəki süründürməçiliyi, dövlət məmurlarının 

simasızlığını, cəhalət, qılınc gücünə davam edən hərbi feodal aparatını 

şiddətli satira atəşinə tutur. 

Əsərin bədii üslubu cox maraqlıdır.Kədər, gülüş, lirika, təsvir, 

tərənnüm, dinamika, lakonik dialoq, kəskin sarkazm, canlı bədii lövhə 

və sair bir-birini tamamlayır, biri digəri ücün şərt olur.Əsərin möhkəm 

süjeti mehvərində hərəkət edən haşiyələr əsl hadisələrlə bağlı olaraq 

fikrin kədərliliyini daha da artırır. 

Füzuli islam dininin ən cox hökm sürdüyü bir dövrdə yaşayırdı, din 

xadimləri – şeyxlər, ruhani atalar, vaiz və başqaları dini ayinləri xalqın 

beyninə zorla yeridərək onun azadlıq meyllərini zəncirləyirdi. Dini 

təbliğat bəzən o dərəcə ifrata varırdı ki, tamamilə «tərki-dünyalıq» 

astetik bir şəkil alırdı. 

Böyük Füzuli saf məhəbbəti, təmiz arzuları dindən qat-qat üstün 

tuturdu. Füzuli xalqı məscidə, namaza cağıran, cənnət, cəhənnəm kimi 

boş  və  mənasız xülyalarla adamların zehnini korlayan ruhaniləri 

qırmaclayaraq yazırdı:  

  

Məscidlərə girdiyim deyil rəğbətdən, 



Sərməstliyimdən eylərəm rahi-qələt. 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə