Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə11/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   7   8   9   10   11   12   13   14   ...   110

 

32

Ümumiyyətlə, Füzuli yaradıcılığında məhəbbət motivləri mistik 



baxışlara coxdan qələbə çalmışdır, tərki-dünyalıq ideyasını darma-

dağın etmişdir.Belə bir vəziyyət şərq şairi üçün, xüsusilə bəşəriyyətə 

ağ gün arzulayan sənətkar üçün əvəzsiz bir nemətdir. 

Orta əsr poeziyasının bütün formalarında əsərlər yazan Füzuli al-

leqoriyaya da qüvvətli meyl göstərirdi.Onun alleqorik əsərləri içə-

risində  ən qüvvətlisi «Bəngü Badə»dir. Bu əsərində  şair dövrünün 

loğva,  şöhrətpərəst hakimlərini tənqid edir, onları damğalayır. Öz 

şəxsi xüdbinliyi üzündən aləmi qana verən kütbaş dövlət xadimləri, 

xalqın rifahı ücün çalışmaq  əvəzinə qanlı vuruşmalar törədən cahil 

feodallar böyük şair tərəfindən şiddətli surətdə tənqid atəşinə tutulur. 

Biz «Bəngü-Badə»  əsərində Füzulinin mənasız müharibələrə  mənfi 

münasibət bəslədiyini tam parlaqlığı ilə görürük. O, müharibəni tö-

rədən səbəbləri lazımınca dərk etməsə də, hər halda bu azğın cahan-

girləri nahaq yerə qan tökməməyə, məmləkəti sülh və ədalətlə idarə 

etməyə cağırırdı. Füzuli də özünün böyük əcdadı Nizami Gəncəvi 

kimi məmləkəti ağılla idarə edəcək ədalətli şah arzulayırdı. 

 Bütün  bu  əsərlərlə  bərabər Füzulinin bədii irsi icərisində  qəzəl 

xüsusi yer tutur. Füzulini bütün dünyaca məşhur edən həm də qəzəl-

ləri olmuşdur. O, qəzəl janrının bir sıra faydalı spesifikasını  nəzərə 

alaraq onu öz dövrü ücün ən münasib janr hesab edirdi. Doğrudan da

qəzəl həcmcə kiçik olduğundan və musiqi ilə müşayiət edildiyindən 

qanadlı söz kimi daha tez yayılırdı. Ona görə də Füzuli yazır: 

 

Qəzəl de ki, məşhuri-dövran ola, 



Oxumaq da, yazmaq da asan ola. 

 

Böyük Füzuli qəzəlçilikdə  sənətin  ən yüksək zirvəsini fəth edə 



bilmiş  və uzun müddət özündən sonra gələn bütün şairlərə qüvvətli 

təsir göstərmişdir. 

Füzuli lirik qəzəllərində insanı, onun məhəbbətini, əməl və arzu-

sunu ən zərif rəssam fırçası ilə təsvir edir, biz onun hər şeirində real 

həyat həqiqətlərini, lirik emosional hissləri duyuruq. Odlu bir qəlbdən 

qonan misralarda gah sevən, gah nifrət edən, gah qəmgin, gah şad, 

lakin həmişə  ağıllı  və hikmətli, həmişə  həyat ehtirasına malik lirik 

qəhrəmanı, yəni şairin özünü görürük. 

Dörd yüz ildən artıq bir dövrdə  nə  qədər qüvvətli qəzəl ustaları 

yetişmişsə, bunların hamısı ancaq Füzuli ədəbi məktəbinin layiqli 




 

33

davamçısı olmağı özünə böyük şərəf hesab etmişdir. 



Doğma xalqının gələcəyini düşünən, onun kədərlərini öz ürəyində 

daşıyan böyük Füzuli bu gün bizimlə yaşayır, o, dilsiz əsərlərin arxa-

sından baş qaldıraraq iftixarla gülümsəyir. 

 

«Sovet Ermənistanı» qəzeti, 



1 iyul 1958  

 

  



DOĞMA TORPAQDAN AYRILMADAN 

 

Əmin Maһmudov bədii ədəbiyyata orijinal bir yolla gəlmişdir.O öz 

qələmini ədəbiyyatımızda tamamilə yeni olan bir saһədə –elmi fan-

tastika saһəsində sınaqdan keçirmiş və ilk təcrübədən etibarən yaxşı 

nəticələr əldə etmişdir.Əmin һələ «RT-1», «Muğanda qütb parıltısı», 

«Canavar ovu», «Seһrli bitkilər aləmi», «Günəş şəһəri» və s. əsərləri 

ilə oxucuların rəğbətini qazanmışdır.  

 

«Kainat gəmisi» povesti Əminin bir yazıçı kimi daһa da inkişaf 



etdiyini göstərir. Bu povest elmə və elm adamlarına һəsr edilmişdir. 

Bəşəriyyətin qabaqcıl alimlərini һər zaman məşğul edən, düşündürən 

bir məsələ–başqa planetlərə səyaһət etmək ideyası əsərin əsas qəһrə-

manı  Gərayın bütün varlığına  һakim olmuşdur.Gəray təcrübəli pro-

fessorların rəһbərliyi altında uzun müddət elmi təcrübələr apararaq elə 

bir metal qarışığı əldə edir ki, o, kosmik fəzada ən yüksək temperatura 

davam gətirə bilir. Bunun nəticəsində «һava gəmisi» deyilən bir maşın 

һazırlanaraq lazımi elmi ciһazlarla təcһiz edildikdən sonra Gəray, 

Teymur, Zerkalov və Roqovdan ibarət bir һeyət göyə səyaһətə çıxır. 

Öz ömrünü insan zəkasının, elmin təntənəsi uğrunda qurban verməyə 

һazır olan bu alim-novatorlar son dərəcə ağır və məsuliyyətli bir işə 

girişirlər. Gənc alimlər Aya, oradan da Marsa səyaһət edirlər. Bundan 

sonra müəllif öz oxucusuna Ay, Mars və başqa planetlər  һaqqında 

məlumatlar verir, səyyaһların gördüyü və  gəzdiyi yerlərlə, rastlaş-

dıqları çətinliklərlə onu tanış edir. 

İnsan ayağı dəyməmiş bu vəһşi planetlərdə sovet alimləri bir sıra 

maraqlı, elm üçün böyük əһəmiyyəti olan һadisə  və predmetlərlə 

qarşılaşırlar. Onlar astronomiya, kimya, zoologiya, biologiya, fizika, 

geologiya və s.elm saһələrinə dair zəngin material əldə edirlər. 

Marsda əvvəllər və һazırda һəyatın necə olmasını tədqiq edir, öyrə-




 

34

nirlər. Bu səyaһət onlar üçün һeç də ucuz başa gəlmir. Onlar çoxlu 



əzab və  əziyyətlərə sinə  gərməli olurlar. Hətta bu yolda özlərinin 

sevimli yoldaşları Zerkalovu itirirlər. Çox keçmədən onlar Marsı tərk 

edirlər, lakin yolda azırlar. Birinci kitab burada bitir. 

Müəllif elmin dəyişdirici qüvvəsini, müasir cəmiyyətdə onun 

aparıcı rolunu tərənnüm edir, insana xidmət edən bu elmi alqışlayır. 

O, sovet elminin gələcək nailiyyətlərinə bütün varlığı ilə inanır.  

Əmin Maһmudov povestdə elmi ixtira və kəşflərə partiya və һö-

kumətimizin böyük qayğı ilə yanaşdığını, elm adamlarına  һər cür 

şərait yaradıldığını vüqar һissilə təsvir edir. 

Əminin yaradıcılığındakı  fərəһli cəһətlərdən biri ondadır ki, 

müəllifin xəyalı nə qədər yüksək səmalarda uçursa da, ayaqları doğma 

torpaqdan ayrılmır. Povestin qəһrəmanları bizim kimi adi adamlardır. 

Müəllif onların istər zaһiri görkəmlərinin, istərsə  də daxili-mənəvi 

aləmlərinin təsvirində һeç bir mübaliğəyə yol vermir. Bu münasibətləri 

Gəray və onun ailəsinin təsvirində daһa aydın şəkildə görmək olar. 

Əsərdə müasirlik ruһu çox qüvvətlidir. Sovet səyyaһları başqa 

planetləri kəşf etmək üçün səy göstərdikləri bir zamanda kapitalist 

ölkələrinin alimləri atom bombasını sınaqdan keçirməklə məşğuldur-

lar.Müəllif bu kiçik kontrastla Amerika imperialistlərinin mənfur 

siyasətini –dünyanı müһaribə meydanına çevirmək niyyiətini ifşa et-

mişdir. 

Yazıçı, Gəray və onun yoldaşlarının simasında qabaqcıl sovet el-

minin  ən görkəmli nümayəndələrinin parlaq obrazını yaratmağa 

müvəffəq olmuşdur. Biz Gəray, Zerkalov, Roqov və Teymuru sevirik, 

onlarda təqlid etməyə çoxlu nəcib xüsusiyyətlər tapırıq, ozümüzü 

onlara bənzətməyə çalışırıq. Povest gənc oxucuda elmi qəһrəmanlığa 

doğru xüsusi һəvəs oyadır. 

«Kainat gəmisini» oxuduqda məlum olur ki, müəllif təsvir etdiyi 

saһəni diqqətlə öyrənmiş, təcrübə və elmin əlaqəsini yaxşı tədqiq et-

miş  və bunu bədii  şəkildə verməyə müvəffəq olmuşdur.  Əsər bədii 

xüsusiyyiətləri etibarilə də diqqəti cəlb edir. Povestin kompozisiyası 

dinamik və  gərgin  һadisələr üzərində qurulduğundan oxucunu daһa 

çox cəlb edir.Ayrı-ayrı  əһvalatların təsviri yığcam və  məntiqidir. 

Yazıçı mükəmməl süjet qurmağı bacarır.Sadə süjet xətti məntiqi 

ardıcıllıqla inkişaf etdirilərək əlavə һadisə və əһvalatları öz ətrafında 

birləşdirir.  İdeya çılpaq  şəkildə, didaktika və yaxud quru müһa-

kiməçilik yolu ilə deyil, bədii lövһələr vasitəsilə oxucuya çatdırılır. 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə