Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə19/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   15   16   17   18   19   20   21   22   ...   110

 

56

təsviri tələsik tamamlamağa can atır. Bu isə öz növbəsində ayrı-ayrı 



əһvalatlar və epizodlar arasındakı bədii əlaqəni zəiflədir. 

Nəticə etibarı ilə demək lazımdır ki, xalqlar dostluğu kimi son 

dərəcə aktual bir mövzunun bədii təsvirinə һəsr olunmuş «Ürəklər bir 

olanda» sənədli povesti һəm müəllifin yaradıcılığında,  һəm də 

ümumiyyətlə bədii nəsrimizdə əһəmiyyətli bir hadisədir. 

  

 «Azərbaycan gəncləri» qəzeti, №114(6618)  



23 sentyabr 1962  

 

 

MÜASIRLIK, SƏNƏTKARLIQ 

 

Məlum olduğu üzrə, bu ilin avqust ayında Leninqradda Avropa 

ədəbiyyatçılarının müasir roman məsələsinə  həsr olunmuş xüsusi 

sessiyası keçirilmişdir. Burada müasir romanın müxtəlif məsələlərinə 

dair geniş fikir mübadiləsi olmuşdur.  

Avropada roman janrının ölməsinə dair səslər bu gün də eşidil-

məkdədir. Ümumiyyətlə, burjua qərbi romanın gələcək inkişafını 

təhlükə altına alır. Buna görə də Avropada «yeni roman» nəzəriyyəsi 

deyilən bir nəzəriyyə ayaq alıb yeriyir, bu nəzəriyyənin tərəfdarları 

romanın süqutuna dair səsləri gəldikcə hay-küy qopardırlar. 

Lakin həyatın sınaqlarından müvəffəqiyyətlə çıxmış, gözəl bəh-

rələr vermiş sosializm realizmi metodunda yazıb-yaradan sənətkar-

ların, xüsusilə, sovet yazıçılarının qarşısında romanın bir janr olaraq 

süqutu deyil, əksinə, onu daha da inkişaf etdirmək məsələsi durur.  

Leninqrad sessiyasında rus yazıçısı Leonid Leonov demişdir: 

«Roman lazımdırmı?» sualını vermək ona bərabərdir ki, deyəsən: - 

«Məhəbbət, həyat, insan lazımdırmı?» Aydındır ki, bəşər zəkası in-

kişaf etdikcə onun mənəviyyatı da inkişaf edir, zənginləşir; deməli, 

bədii növlər, janrlar, o cümlədən, roman da dəyişir, təkmilləşir, inkişaf 

edir». M.Şoloxov deyir ki, sovet yazıçısının qarşısında «roman 

yazmaq lazımdırmı?» sualı yox, necə yazmaq lazımdır məsələsi durur.  

Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan sovet 

romanı haqqında da söhbət açmaq olar. Qeyd etmək lazımdır ki, Azər-

baycan romanı o qədər də qədim tarixə malik deyildir. Sözün həqiqi 

mənasında bu janr yalnız sovet dövründə yetkinləşmiş, öz orijinal 

simasını tapmışdır.  İlk Azərbaycan sovet romanının yaranmasından 




 

57

cəmi otuz ildən bir qədər artıq vaxt keçir. Tarixən bu qısa müddətdə 



Azərbaycan romanı çox sürətlə inkişaf etmiş, bütün ədəbiyyatımızda 

aparıcı janr səviyyəsinə qalxmışdır.  

Hamıya aydındır ki, roman kimi mürəkkəb bir bədii forma hər 

zaman yaranmır. O, xalqın ictimai-siyasi tarixindəki  əsaslı dönüş 

mərhələləri ilə  əlaqədar  şəkildə meydana çıxır. Buna görə  də bizdə 

roman janrının yaranması xalqımızın həyatında baş verən bir sıra 

köklü və əsaslı dəyişikliklərlə bağlıdır. Məsələn, Azərbaycan kəndi-

nin yenidən qurulması – kollektivləşmə məsələsi ilə əlaqədar olaraq, 

«Yoxuşlar», «Tərlan», «Qəhrəman»; Sovet hakimiyyəti uğrunda ge-

dən mübarizələr və vətəndaş müharibəsinin təsviri sahəsində «Şamo», 

«Daşqın», «Dünya qopur», «Dirilən adam», «Bir gəncin manifesti»; 

inqilab tarixinə dair «Dumanlı Təbriz» və s. kimi romanların meydana 

gəlməsi xalqımızın keçirdiyi müəyyən tarixi inkişaf mərhələlərini əks 

etdirir. Həmin  əsərlərin hər birində xalqın ictimai-siyasi həyatının 

mühüm problemləri qaldırılmış, ayrı-ayrı tarixi dövrlər bədii səpgidə 

yenidən canlandırılmışdır.  

Azərbaycan romanının yaranma tarixindən danışarkən, onun iki 

əsas başlanğıc xəttini müəyyən etmək lazımdır. Xətlərdən birincisi 

Nəriman Nərimanovun yaradıcılığı ilə bağlıdır ki, bu, özünün lako-

nizmi, yığcam və konkretliyi, hadisə  və xarakterinin təsvirində rea-

lizmin üstünlüyü ilə seçilir. Bu elə istiqamətdir ki, müəllif burada 

lüzumsuz təfsilata yol vermir, macəraçılığa uymur, dövrün, mühitin 

səsini, tələblərini deməyə çalışır.  

Romançılıqda ikinci xətt Ordubadinin adı ilə bağlıdır. Burada 

yazıçı  həyat həqiqətlərini bir qədər nağılvari  şəkildə  təsvir edir, 

macəraçı əhvalatların təsvirinə daha çox uyur, əsərin daxili dinami-

kasından çox, zahiri maraqlılığına meyl edir.  

Mir Cəlalın, Əli Vəliyevin, İ.Əfəndiyevin, İ.Hüseynovun, İ.Şıxlı-

nın, B.Bayramovun, H.Seyidbəylinin, V.Babanlının,  Ə.Qasımovun, 

S.Qədirzadənin, S.Əhmədovun və başqalarının yazdığı  əsərlərdə  ən 

ümdə  məziyyətlərdən biri yığcamlıqdır. Fikrin konkret bədii ifadəsi 

bu yazıçıların  əsərlərinin başlıca xüsusiyyətidir. Hadisələrin geniş 

təsvirini verməklə iri həcmli əsərlər yazmaq yazıçıdan məharət tələb 

etdiyi kimi, konkret yazmaq da hünər istəyir.  Ədəbiyyatımızın bu 

sahədəki təcrübəsinə əsaslanan akademik M.Arif, haqlı olaraq, müasir 

Azərbaycan romançılığında iki xətti – yığcam romanın və çoxplanlı, 

habelə, roman-epopeyaların olduğunu söyləyir.  



 

58

Azərbaycan sovet romanı yarandığı gündən etibarən öz dərin 



realizmi ilə  nəzəri cəlb etmişdir. «Yoxuşlar», «Dünya qopur», «Şa-

mo», «Daşqın», «Tərlan», «Qəhrəman» və «Dumanlı Təbriz» müəl-

lifin həyat həqiqətlərinə ciddi surətdə  əməl etmişlər. «Yoxuşlar»da 

Qumru, Bünyad, «Dünya qopur»da Veys və başqaları, «Şamo»da Alo, 

Safo,  Şamo, «Tərlan»da Mürsəl kişi, Fərman bəy, Tərlan, «Qəhrə-

man»da Qəhrəman və s. real həyati insanlardır.  

Bu  əsərlərdəki müsbət qəhrəmanlar heç də bütün nöqsanlardan 

xali, fövqəladə bir şəxsiyyət kimi deyil, qüsurları ilə, büdrəmələri, 

yıxılmaları ilə birlikdə verilmişdir. Müəlliflər realizmlə  bərabər, 

tarixilik məsələsinə  də diqqət yetirmişlər. Məsələn, «Dünya qopur» 

əsərindəki Veys surətinin məhz o şəkildə verilməsi tarixi həqiqətə ta-

mamilə uyğundur və heç kəs ondakı sadəlövhlüyə, ötkəmliyə təəccüb 

edə bilməz. Çünki o zaman inqilabın mahiyyətini məhz Veys kimi 

anlayan adamlar çox idi və müəllif onun timsalında belələrini 

ümumiləşdirmək istəmişdir. Əlbəttə, bu əsərlərdə nöqsanlar da vardır: 

təsvirlərdəki natamamlıq, kompozisiya dağınıqlığı, psixoloji təhlilin 

zəifliyi, surətlərin bəzi hallarda xarakter səviyyəsinə qaldırılmaması, 

dildəki qeyri-poetiklik və s.  

Müasir roman haqqında danışarkən təfərrüat məsələsinə də toxu-

nmaq lazımdır. Bədii yaradıcılıqda təfərrüatın böyük üslubi əhə-

miyyəti vardır və bunsuz roman keçinə bilməz. Yazıçı, xüsusilə ro-

manda kiçik detallara enməyincə, surətin xəyalından keçənləri təsvir 

etməyincə, onun fəaliyyət yerini, peşəsini, kimlərlə münasibətdə ol-

duğunu, xasiyyətini geniş şəkildə verməyincə fərdiləşdirmək, xarakter 

yaratmaq məsələsindən danışmaq mümkün deyil. Lakin bu məsələdə 

də müəyyən hədd gözlənilməlidir. Oxucularımızın məhəbbətini 

qazanmış ən yaxşı əsərlərdən biri olan «Saçlı»nı xatırlayaq. Müəllifin 

yenidən  əsərə qayıtmasına baxmayaraq, nə üçün Ruxsara və başqa 

müsbət surətlər nisbətən zəif çıxmışdır? Bizə elə gəlir ki, bu, ilk növ-

bədə, ədibin mənfi surətlərin təsvirinə həddindən çox yer verməsidir. 

Biz burada xüsusilə Kosa ilə bağlı  əhvalatların lüzumsuz şəkildə 

uzadılmasını nəzərdə tuturuq. Müəllif, Kosanın macəralarının təsviri-

nə  sərf etdiyi vaxtı Ruxsara surətinin dinamikasına yönəltsəydi, bu 

həyalı, ismətli azərbaycanlı  qızının obrazı daha dolğun və qüvvətli 

çıxardı.  

Yuxarıda dediyimiz təfsilatlılığı müəyyən dərəcədə hörmətli 

ədibimiz Əli Vəliyevin «Ürək dostları», «Turaclıya gedən yol», «Bu-



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə