Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə20/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   16   17   18   19   20   21   22   23   ...   110

 

59

dağın xatirələri» kimi əsərlərində görə birlərik. Bu ondan irəli gəlir ki



yazıçılarımız bəzən süjet möhkəmliyinə, kompozisiya bütövlüyünə 

diqqəti zəiflədirlər. Yazıçını, hər şeydən əvvəl oxucuya demək istə-

diyi fikir maraqlandırmalıdır; iş prosesində köməkçi xətlərin hamısı 

əsas qayənin daha parlaq ifadəsinə tabe edilməlidir.  

Azərbaycan romanı haqqında gedən söhbətlərdə müsbət  ədəbi 

xarakterlərin əhəmiyyətindən də çox danışılır. Bu da başlıca məsələ-

dir. Doğrudan da o romanlar çox sevilir ki, oxucu orada öz ideal qəh-

rəmanını, təqdirəlayiq insanı tapa bilir. Romanlarımızda belə 

qəhrəmanlar vardır.  

Qumru, Şamo, Alo, Ruxsara, Qəhrəman, Sona, Mərdan, Tərlan, 

Tahir, Bayram, Firudin, Musa kişi, Maya, Araz, Gülşən, Ataş, Nur-

iyyə və s. kimi müsbət qəhrəmanlar yaratmış Azərbaycan romançıları 

bu sahədə daha da irəli gedə bilərlər.Deməli, əsas istiqamət düzgündür 

və bunu gələcəkdə də inkişaf etdirmək lazımdır.  

Müsbət qəhrəman yaratmaq məsələsinə gənc romançılarımız daha 

artıq həvəs göstərməlidirlər. Gənc romançılarımızın yaradıcılığındakı 

mövzu axtarışları, cəsarətli fikir, yeni söz demək, qısa və  mənalı 

yazmaq kimi xüsusiyyətlər təqdirəlayiqdir. Müəlliflərin hər biri öz 

qələmini roman sahəsində  sınamış  və  əsasən müvəffəq olmuşdur. 

Lakin bu yazıçılar xarakter yaratmağa, xüsusilə, müsbət qəhrəmanın 

təsvirində diqqəti artırmalıdırlar. «Adilənin taleyi» romanının möv-

zusu gənclərimizin  ən çox sevdiyi bir sahədən – jurnalistlik həya-

tından götürülmüşdür.Lakin müəllif, Elsevər və Adilənin  şəxsində 

bugünkü jurnalistin hərtərəfli müsbət surətini istənilən səviyyədə 

rəsm edə bilməmişdir.İsa Hüseynovun da müsbət qəhrəmanları 

hələlik zəifdir.Onlar, məsələn, deyək ki, Sultan Əmirli ilə müqayisədə 

çox kiçik görünürlər.  

Romançılarımız, xüsusilə, konkret tarixi şəxsiyyətdən bəhs edən 

əsərlərə daha diqqətli olmalıdırlar. Azərbaycan tarixində həyatı, fəa-

liyyəti böyük bir roman üçün dolğun bədii material verən görkəmli 

şəxsiyyətlər az deyil. Vaxtı ilə Fadeyev çox yaxşı demişdir ki, nə üçün 

Azərbaycanda M.F.Axundov haqqında indiyədək roman yaranma-

mışdır? Doğrudan da, nə üçün qazax yazıçısı M.Ayezov Abay Ku-

nanbayevin həyatından dünya ədəbiyyatının  ən gözəl bədii nümu-

nələri ilə bir sırada dura biləcək monumental bir əsər yarada bilir, 

bizim yazıçılar, deyək ki, Sabirin, Mirzə Cəlilin və Azərbaycan xalqı 

üçün öz canını  əsirgəməyən digər sənət bahadırlarının həyatından 



 

60

dolğun  əsərlər yaratmasınlar? Bu mövzuda yazılmış  bəzi  əsərlər, 



bütün müvəffəqiyyətli cəhətlərinə baxmayaraq, oxucunu kifayət qədər 

təmin etmir.  

Xalqımızın böyük oğullarından birinin həyatına həsr olunmuş 

«Bahar oğlu» romanını alaq. Seyfəddin Dağlının bu əsərində, hər 

şeydən əvvəl, Cabbarlı yaradıcılığına, Cabbarlı şəxsiyyətinə səmimi 

bir məhəbbət hissi hakimdir. Romanın üslubundakı lirizm də bundan 

irəli gəlir.Oxucu hiss edir ki, müəllif Cabbarlını  məftunluqla təsvir 

edir və bu hissi öz oxucularına da aşılamağa çalışır. «Bahar oğlu»nda 

sənətkarlıqla yazılmış fəsillər, hissələr çoxdur. Lakin əsəri butövlükdə 

oxuyub kitabı bükdüyümüz vaxt öz-özümüzə deyirik: yox, deyəsən, 

buradakı  səmimi sözlər Cəfər Cabbarlı üçün çox azdır. Hanı onun 

məşəl kimi yanan ürəyi? Hanı onun hər şeyi əhatə edən kəskin ağlı, 

zəkası  və istedadı? Hanı onun yenicə yaradıcılığa başladığı dövrün 

tufanlı fırtınası? 

Roman məsələsinə həsr olunmuş Leninqrad sessiyasında söhbət 

ən çox sənətkarlıq problemləri  ətrafında getmişdir. «Ədəbiyyat və 

incəsənət» qəzetinin açdığı müzakirədə də bu barədə çox söhbət olub 

və yəqin ki, bundan sonra da olacaqdır. 

 

«Ədəbiyyat və incəsənət» qəzeti,  



19 oktyabr 1963 

 

 

LİRİK MİNİATÜRLƏR 

 

Şair Əliağa Kürçaylının «Şeirlər» adlı yeni kitabındakı parçaları 

lirik miniatürlər adlandırmaq daha doğru olardı.Bunların əksəriyyəti 

bitkin bədii lövhələrlə, incə və səmimi hisslərlə zəngindir.Onları tək-

rar-təkrar oxumaq, şairin keçirdiyi hissləri dönə-dönə yaşamaq, 

duymaq istəyirsən:  

 

Canım qurban elimə, 



Çəmənimə, çölümə;  

Elsiz, günsüz bir ömür, 

Başsız küləkdir – dedim.  

Çox yanırsan dedilər,  

Odlanırsan dedilər;  



 

61

Vətən üçün alışan  



Mən yox, ürəkdir – dedim. 

 

Ə.Kürçaylı  bədii  ədəbiyyatda ayrı-ayrı  şairlərin dediyi, toxun-



duğu məsələlərdən yazanda belə,  şeiriyyətlə yanaşı, məzmunda da 

yenilik, dolğunluq axtarır. O belə hallarda, şeirin lirik axarını oxucu-

nun gözləmədiyi şəkildə birdən istədiyi səmtə yönəltməklə, həm bədii 

təsiri–emosiyanı xeyli qüvvətləndirə bilir, həm də oxucunun güman 

etmədiyi bir məzmunu ifadəyə çalışır; başqa sözlə desək o, insanın 

diqqətini predmetin əsas mahiyyətinə, fəlsəfi mənasına cəlb etməyi 

bacarır.  

«Sevirdim xurmayı hörüklərini»  şeiri bu cəhətdən səciyyəvidir. 

Əsərdə lirik-hissi duyğularla yanaşı, müəyyən mənada maddilik, 

hadisəlilik də vardır: lakin bu iki cəhət ahəngdar şəkildə birləşdiyin-

dən şeirin emosional təsiri daha da güclənmişdir.  

Birinci bənddə şair sevgilisinin xurmayı hörüklərindən birini si-

nəsinə, digərini isə çiynindən arxaya atmış bir qızın portretini çək-

mişdir.  

Şeirin ikinci bəndində  şair bədbinləşir, hörüklərini kəsdirdiyi 

üçün, sevgilisini məzəmmət edir, həmin hörüklərə vurulan qayçının 

hüsnə, gözəlliyə vurulduğunu zənn edir. Sonra sevgilisinə diqqətlə 

baxdığı zaman elə güman edir ki, qızın üzünü örtmüş qısa saçlar əv-

vəlki gözəlliyə ilk baharın hüsnünü də əlavə etmişdir. Nəhayət, şeirin 

sonuncu bəndində müxtəlif gözəllik haqqında yuxarıda çəkdiyi lövhə 

ilə əlaqədar olaraq, öz qərarını söyləyir – gözəllik heç də saçın qısa və 

ya uzunluğunda deyilmiş.Şair, özünün gəldiyi bu qənaəti oxucuya 

nəsihət yolu ilə qəbul etdirmək istəmir; o yalnız gördüyünü, duydu-

ğunu bədii şəkildə ifadə edir.  

«Yolda açdım səhəri» şeirində Vətənimizin zəngin təbiətinə məf-

tunduq, kainatın gözəlliyinə vurğunluq, həyata ehtiraslı bağlılıq hiss 

olunur:  

 

Günəşin qızıl teli 



Zülmətə sancılanda- 

Zər qələm mürəkkəbə

Sandım, batdı bir anda.  

Dağlar gözüm önündə  

Düzəldəndə qəddini, 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə