Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə23/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   19   20   21   22   23   24   25   26   ...   110

 

68

Axı güllə də oğul, axı hədəf də oğul.  



Bəs mən neyləməliyəm?  

O oğulu tutmalı, bu oğulu tutmalı?  

Ya bu yolu tutmalı, ya o yolu tutmalı!» 

 

Poemanın  ən dramatik yerlərindən biri olan bu parçanı biz ona 



görə bütövlükdə misal gətirdik ki, Ben-Osmanın  əsas faciəsi oxu-

culara aydın olsun. Burada həm də şairin əsər boyu söyləmək istədiyi 

fikrin, necə deyərlər canı, cövhəri ifadə olunmuşdur. Oğullar arasında 

qılıncları  və yolları çarpazlaşdıran kimdir? Müstəmləkəçilik, müs-

təmləkəçiliyin dəyirmanına su tökənlər isə Ben-Osman kimi may-

maqlardır. Ben-Osmanlar bir də ona görə təhlükəlidirlər ki, onlar işin 

faciəli aqibətini düşünmədən, müstəmləkəçilərlə əlbir olub gələcəkdə 

özünü çalmaq üçün şahmarlar hazırlayırlar. Belə şahmarlardan birini 

müəllif fransız qızı Nanadan olan Etyenin simasında müvəffəqiyyətlə 

təsvir etmişdir. Çox fikirləşdikdən sonra Etyenin tərəfinə keçməsinə 

baxmayaraq, Ben-Osman sonralar rahat otura bilmir, düşüncələr, 

mənəvi sarsıntılar girdabında fırlanır.Düşdüyü vəziyyətlər, keçirdiyi 

psixoloji əhval-ruhiyyələr nəticəsində gah Ben-Osman, gah da dönüb 

«Simon» olan, təbiətnidə tez-tez ikilik, dəyişkənlik baş verən bu ma-

raqlı surəti şair gah Etyen, gah Mustafa, gah da həyatın özü ilə qar-

şılaşdırır. Ben-Osman müxtəlif hadisələrin təsiri ilə beynində doğan, 

lakin məsləkinə zidd olan fikirlərdən heç vəchlə xilas ola bilmir. 

Əsərdə bu məsələnin izahı üçün müvəffəqiyyətlə verilmiş  bədii 

detallar vardır.  

Ben-Osman oğlu Mustafanı evə çatdıraraq, onun nə üçün tarix 

müəllimi ilə sözləşdiyini öyrənir. Burada onun qəlbində atalıq hissləri 

baş qaldırır, təsəvvüründə  oğlanlarını bir-biri ilə müqayisə edir, in-

diyədək doğma balalarına müxtəlif münasibət bəslədiyi üçün ürəyində 

özünü töhmətləndirir. Ata ilə  oğlun üz-üzə durduğu vaxt yaranan 

vəziyyət, psixoloji an şair tərəfindən çox yığcam verilmişdir: 

  

Ben-Osman baxdıqca köks ötürürdü,  



Oğlunun mənalı baxışlarında  

O nələr görürdü, nələr görürdü:  

Bir həsrət,  

bir hörmət,  

bir də… məzəmmət. 



 

69

 



Buradakı hissin hər üçü nə  qədər səmimi, təbii, övladın atadan 

uma biləcəyi insani duyğulardır.  

Həmişə ictimai mübarizələrdən özünü kənarda tutmağa çalışan, 

həyatın nəşəsi ardınca qaçan Ben-Osman Əlcəzairdə başlanan milli-

azadlıq hərəkatında bərk sarsılır, var-yoxunu yığıb Parisə qaçmaq 

istərkən inqilabçılar tərəfindən yaxalanır, varidatı əlindən alınır. Son-

ralar biz Ben-Osmanı  həm fransız döyüşçüləri, həm də  Əlcəzair 

könüllüləri arasında görürük. Müəllif burada da tutarlı, yaddaqalan 

ştrixlər vasitəsilə Ben-Osmanın qəlbində doğan və  tədricən inikşaf 

edən ikilik hissini, mütərəddidliyi açmağa müvəffəq olmuşdur. 

Ben-Osman fransız cəbhəsinə gələndə:  

 

Döşündəki ordeni onun  



vəsiqəsiydi.  

Azadlıq cəbhəsinə gələndə:  

Burdasa ərəbliyi onun  

vəsiqəsiydi.  

 

Ben-Osmanın döşundə Fransa hökumətinin legion ordeni varsa, 



damarlarında ərəb qanı axır.  

Ben-Osmanı bu məsələlər düşündürməyə bilməz. Onun xəcalət 

hissləri, daxili insanlaşması ba buradan başlayır. O, azadlıq ordusunun 

qaş-qabaqlı  sıra nəfərlərini gördükcə  xəcalət çəkir, içindən yanıb 

qovrulur.  

Bütün bu məsələləri izlədikcə adama elə gəlir ki, şair Ben-Osmanı 

islah edib, təcili «yaxşılar» sırasına qaytarmaq istəyir. Lakin belə 

olmur, hadisələr öz təbii axarı ilə davam edir, nəticədə Ben-Osman 

yeni və ağır bir zərbə alır:  

 

Ana ilə bala verib əl-ələ, 



Simonu evindən atdılar çölə.  

 

Ben-Osman həyatın ən sarsıdıcı, ən dəhşətli zərbəsini Mustafanın 



fransızlar tərəfindən asıldığı zaman alır. Bu səhnədə ata, Mustafanın 

nəşini qucaqlayarkən əyiləndə döşündən legion ordeni yerə düşür. O, 

vaxtı ilə  ən böyük ideal hesab etdiyi bu ordenə indi bir paslı  dəmir 

parçası qədər də etina etmir. Çox mənalı detaldır. Yalnız bu son və 




 

70

ağır təkandan sonra Simon dönüb Ben-Osman olur. Lakin artıq gecdir. 



O, Səhrayi-Kəbirdə tənha dolaşır, yeridikcə ayağının altından qumlar 

da çəkilir, yıxılır, qalxır, yenə yıxılır. Deməli, vətənə arxa çevirənlərin 

ayağı altında torpaq da dayanmaz – şairin gəldiyi nəticə də budur.  

«Yollar və oğullar» poeması Bəxtiyarın bir sənətkar kimi inkişaf 

etdiyini, onda artıq təsvirin tərənnümə üstün gəldiyini, qələminin 

dolğun poetik lövhələr, kəskin dramatik konfliktlər, bir-birindən 

fərqlənən qüvvətli xarakterlər, tragik səhnələr yaratmaq bacarığını 

aydın göstərən bir əsər kimi qiymətləndirilməlidir.  

 

   «Ədəbiyyat və incəsənət» qəzeti, 



 1 avqust 1964 

 

«MƏNİM ULDUZLARIM» 

 

Famil Meһdinin yeni şeirlər kitabı bu cür adlanır. Ulduzlar 

deyəndə şair, öz müasiri olan sovet adamlarını nəzərdə tutmuşdur. Ya-

ratmaq, qurmaq eşqi ilə yaşayan, kommunizmin möһtəşəm binasının 

ucaldılmasında öz əməyi ilə iştirak edən һər kəs şairin sevimli dostu, 

sirdaşıdır:  

 

 İstərəm biriniz zəfər çalanda,  



Təbrikə mən gəlim һamıdan qabaq.  

Biriniz tutulub qəmgin olanda,  

Özüm telinizi sığallayaraq,  

Gülüb üzünüzə güldürüm sizi,  

Baxıb gözünüzə güldürüm sizi.  

 

Poeziyamıza orijinal bir yolla gələn Famil Meһdi, һaqqında bəһs 



edəcəyimiz  şeirlərdə  də öz üslubuna sadiq qalmış,  һeç kəsi təkrar 

etməmişdir. Familin orijinal yolla getdiyini deyəndə, biz, ilk növbədə, 

şairin konkret varlığın, һadisə və predmetin poetik mənasını kəşf edib, 

yığcam  şəkildə, mümkün olduqca sadə  və aydın bir dillə ifadə 

etməsini nəzərdə tuturuq. Bu mənada Famil Meһdinin indiki kitabında 

toplanan əsərləri də diqqəti cəlb edir. 

Kitabda verilən «Alın təri»  şeirində söһbət gözəl və yaraşıqlı 

binalar ucaldan bir bənnanın һaqqında gedir və ilk baxışda adama elə 

gəlir ki, burada mətləb  һəmin sənətkarın  əməyinin tərənnümündən 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə