Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə33/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   29   30   31   32   33   34   35   36   ...   110

 

98

Yaratmaq, yaşatmaq, qurmaq həvəsi,  



Sevib-sevilənin coşqun əməyi  

Dumanlı bir dərə, bir dağ ətəyi, 

Cürə, saz, kamança, tütək, neylə tar,  

Bir munis, mehriban, insani rəftar  

Eşqdən hər zaman xəbər verəcək. 

 

 Şairin «Sevərək sevilənlər», «Günahkaram», «Salxım söyüdlər», 

«Sən də varsan», «Nə deyim», «Könlümün aynasında», «Qış köçüb, 

ilk bahardır», «Ən  əziz  şey», «Məni yandırma», «Sahildə», «Ötür-

müşəm səni mən qayıdıram geriyə», «Gözəlliyin qüdrəti», «Gözəlliyə 

dair» və onlarca başqa  şeirləri, mahnıları  məhəbbət mövzusunda 

yazılan əsərlərdir. Göründüyü kimi,

 

eyni mövzuya bu qədər çox əsər 



həsr etmək şairdən bu aləmin bütün sirlərini, incəliklərini bilmək, hər 

dəfə onun yeni bir xüsusiyyətini göstərmək bacarığı  tələb edir. M. 

Rahim bu işin öhdəsindən müvəffəqiyyətlə  gələ bilir. Hər yeni şei-

rində bu bitib-tükənmək bilməyən mövzunun bir orijinal tərəfini 

işıqlandırmağa çalışır. Bu, ona görə mümkün olur ki, şair məhəbbət və 

gözəlliyi zahirdə axtarmır, dərinliklərə enməkdən çəkinməyərək, 

insan ruhunun ən gizli nöqtələrinə baş vurur, pak, ülvi məhəbbəti 

tərənnüm edir: 

Mən gözəlin yazmıram zahiri surətini,  

Şeirimin ruhunda gör insan məhəbbətini.  

«Gözəlliyin qüdrəti»  şeirində aslan üstündə oturmuş bir gözəli 

təsvir edən rəsm əsərindən danışılır. Bəs necə olmuşdur ki, yırtıcı hey-

van gözəli parçalamır. Şair həmin mənzərədən aldığı təəssürata belə 

poetik məna verir: 

 

Görünür, gözəlliyin əsrarəngiz qüdrəti  



Aslanların gücündən qüvvətlidir dünyada.  

 

Yaxud «Ən əziz şey» adlı əsəri xatırlayın. Kabardin folklorundan 



istifadə yolu ilə yaradılmış bu süjetli şeir son dərəcə mənalıdır. Ər öz 

arvadı Səlimətə deyir ki, bu evdə çox istədiyin, sevdiyin əziz şey nə 

varsa hamısını apar, mən başqasına evlənmək istəyirəm. Səlimət bu 

münasibətlə  məclis qurdurmuş, ziyafət zamanı içib keflənən  ərini 

arabaya qoyub atası evinə aparmışdır. Yolda sərxoşluqdan ayılan kişi 

arvadından soruşduqda ki, bəs arabada məndən başqa bir şey görmü-




 

99

rəm, nə üçün istədiyin



 

şeyi götürmədin? Səlimət belə cavab verir: 

 

 Səni qərara gəldi alıb aparsın ürək.  



 

Məmməd Rahim məhəbbət məfhumunu yalnız aşiqlə-məşuq ara-

sında baş verən intim hisslərlə məhdudlaşdırmır. O, məhəbbət anla-

yışını daha geniş, daha ülvi mənada götürüb onu bir sıra yüksək 

mənəvi keyfiyyətlərin məcmusu kimi dərk edir. Şairin lirik əsərlərinin 

qəhrəmanı həyatın, canlı fəaliyyətin, qurub yaratmağın, həqiqi insan 

və insanlığın vurğunu, gözəl idealların pərəstişkarı kimi çıxış edir. 

Məhəbbət şairin lirik rübabında gəncləri, ümumiyyətlə, insanları xe-

yirli işlər görməyə çağıran, onların ürəklərini gözəl hisslərlə dolduran 

bir mənəvi nemət kimi böyük məftunluqla tərənnüm olunur. Müəllifin 

«Sahildə» adlı şeirində oxuyuruq: 

 

Oğlan tutubdur qızın barmağının ucundan,  



Buraxmayacaq əsla elə bil ovucundan. 

Odlu baxışlarından ah nələr oxunurdu, 

Məhəbbət ağ göyərçin, sevimli gözlər yuva,  

 Fərəhlə qanadlanıb gözdən-gozə qonurdu...  

 

Kitabdakı «Azarla söhbət» və «Qara su» diqqəti xüsusilə cəlb edir. 



Bu  şeirlər hər  şeydən  əvvəl özünün səmimi deyilişi,  şairin həyati 

faktlara fəlsəfi münasibəti nöqteyi-nəzərindən maraqlı  şeirlərdir. 

Həmin əsərləri oxuyan kimi aydın olur ki, şair bu hissləri bilavasitə 

yaşamış, ürəyinin bir parçasını misralarda əritmişdir.  Şairin həssas-

lıqla təsvir etdiyi həyat eşqi bizi də  həyəcanlandırır, gözəl hisslər 

aşılayır. «Azarla söhbət» şeirinin bu misralarına diqqət yetirin: 

 

Gündə bir xəstəlik kəsir yanımı; 



Mən deyirəm ki, yox, Mələk xanımı  

Tək qoyub dünyadan gedə bilmərəm.  

Belə bir hərəkət edə bilmərəm.  

Laləzar görməsəm Ceyrançölümü  

Bu gözəl dünyadan köçən deyiləm.  

Get xəbərdar elə cəllad ölümü  

Hələ badəsini içən deyiləm.  

Şairin arzu və istəkləri müqəddəs, həm də ölümdən güclüdür: 




 

100


Həyat sevdasıyla çırpınır könlüm,  

Nəkaradır azar, nəçidir ölüm...  

 

Yaxud «Qara su» şeirini alaq. Şair öz əsərinə Zülalinin aşağıdakı 



məşhur beytini təsadüfi epiqraf verməmişdir: 

 

Qürbətdə, deyirdin ki, Zülali, 



   

   


vətənim var–  

                                 Ensin gözünə qara su, Ağsu vətən   



 

   

       oldu. 

 

Əsərdə həyat və ölüm, sağlamlıq və xəstəlik kimi anlayışlar qarşı-



laşdırılaraq, onların poetik mənası təsirli şəkildə açılır. Şair deyir ki, 

qara su deyilən xəstəlik mənim gözümü tutsa, yenə  də ona təslim 

olmaram; çünki qəlbimi, varlığımı əbədi olaraq Vətənə, xalqa bağış-

lamışam; qoy xəstəlik bu məramımı yaxşı bilsin:  

 

Kor olsam əlində qoy bilsin bunu  



Könlümün gözüylə görəcəyəm mən.  

Ona ömrüm boyu heç bir qara su, 

 Bir zülmət pərdəsi enməyəcəkdir.  

Odlu məhəbbətim Vətənə, xalqa  

Kor olsam da yenə sönməyəcəkdir... 

 

Şairin «Qəm karvanı», «Ölüm», «Çəkmə haqqında ballada», «Qa-



dın paltarı haqqında ballada», «Usta Kərim», «Dördləmələr» və s. 

şeirləri də gözəl əsərlərdir. 

Kitabda bir silsilə təşkil edən «Ərəbistan» şeirləri də müvəffəqi-

yyətlidir.  Şərq ölkələrinə  səyahət zamanı alınan təəssüratın güclü 

inikası olan bu şeirlərdə şairin başqa xalqlara dostluq münasibəti öz 

bədii əksini tapmışdır. «Bağdad gecələri», «Ərəb qızı», «Mister Corca 

müraciət», «Dörd kommunist», «Fatimənin taleyi», «Ərəb kəfən to-

xudu» və başqaları müəllifin  ərəb xalqının həyatı ilə  nə  qədər ya-

xından maraqlandığını, onu öz xalqı qədər sevib poeziyamıza gətir-

diyini göstərən  ən yaxşı sübutdur. Bu əsərlərdə oyanan, öz haqqını 

tələb edən bir xalqın mübarizəsi, fəlsəfəsi beynəlmiləlçi bir şairin 

rübabi poeziyasında layiqincə əks olunur. Şair qaragöz ərəb qızlarını 

azəri gözəllərindən seçmir, onların hüsnünü eyni səmimiyyətlə 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə