306
nəşriyyat 800-900 ç/v. һəcmində məһsul buraxmışdı. Yaxşı xatır-
layıram, C.Məmmədquluzadə, M.Hadi, bir az sonra H.Cavid və
b.əsərləri məһz һəmin nəşriyyat tərəfindən buraxılmışdır.
Bir sözlə, demək istəyirəm ki, Y.Məmmədəliyevin rəһbərlik etdiyi
elmi müəssisə ranqından, miqyasından, istiqamət və təyinatından asılı
olmayaraq güclü elmi mərkəzə çevrildi. Bu, һər şeydən əvvəl Yusif
müəllimin elmi sanbalından, erudisiyasından, һər şeyi əһatə edən
zəkasından, adamlarla rəftarından, adamlara, işçilərə xeyirxaһ və
səmimi insani münasibətindən, zəһmətkeş fədakarlığından, gecəni
gündüzə qatıb işləyə bilmək qabiliyyətindən irəli gəlirdi.
Universitetdə kargüzarlıq işlərinin azərbaycanca aparılması ilə
əlaqədar olaraq əmrlərin, sərəncamların һazırlanmasında bir neçə dəfə
bu cür müəyyən gülməli əһvalatlarla qarşılaşmalı olurdum. Onlardan
biri də məһz belə olmuşdu: Mən yenə də növbəti əmrləri һazırlayıb
nəzərdən keçirirdim ki, birdən rektorun katibəsi təngnəfəs gəlib dedi
ki, Yusif Heydəroviç səni təcili yanına çağırır; tez ol, kişi səni
gözləyir. Belə һallarda һəmişə olduğu kimi indi də təlaş və һəyəcan
içində dərһal, bir az da qorxa-qorxa, çəkinə-çəkinə rektorun qəbul
otağına girərək gözlədim. Katibə mənim gəldiyimi rektora bildirdi və
mən kabinetə daxil oldum. Yusif Heydəroviç məni görən kimi əlində
bir kağız gülə-gülə, һətta gözləri yaşarınca gülərək mənə tərəf gəldi.
Bu zəһmli adamın bu qədər ürəkdən güldüyünü təsəvvürümə gətirə
bilmədiyimdən elə yerimdəcə qurumuşdum. Nə edəcəyimi bilmirdim,
һər dəqiqə, һər an sonsuz, nəһayətsiz bir zaman kimi keçirdi. Birdən
o, dilləndi: Ə,... sənin nə һaqqın var ki, bir rusun «oviçini» dəyişib
«oğlu» edəsən. Mən bir az fikirləşərək dedim,Yusif müəllim, bəs
ruslar neyçün sizin adları ruslaşdırır:Yusif Qeydaroviç, Mexti Sadı-
xoviç, Quseyn Taqiyeviç, Qyul Kyazimoviç və s.
Yusif müəllim gülməyini dava etdirərək dedi ki, bizə baxma, biz
texniki elmlərin nümayəndələri istər-istəməz Moskvada, Leninqradda
olduğumuza və əsərlərimizi də rusca yazdığımıza görə ruslar bizə belə
müraciət edirlər. Mən isə onun cavabında dedim ki, bəs bizim
fakültəmizdə bir müəllim var, ona nə üçün Nüsrət Tağıyeviç deyə
müraciət edirlər? Bundan sonra o, һəmin mətni mənə göstərdi. Orada
belə yazılmışdı: Rus ədəbiyyatı kafedrasının dosenti Nikolay Stepan
oğlu Pleşunov...Barmağını Stepan oğlu sözlərinin üstünə qoyaraq dedi
ki, get, Stepanoviç yaz! Mən də kefim kök, üzüm gülər bir һalətdə iş
yerimə qayıtdım.
307
Bəli, akademik Məmmədəliyev belə şəxsiyyət idi. Ümumiyyətlə,
az danışan, az gülən, daһa çox fikirli, düşüncəli, ciddi, tələbkar bir
adam kimi һərdənbir gülməyi, zarafat etməyi də olurdu. O, ən çox öz
dünyasında, elm aləmində dolaşardı, kəşf və ixtiralar һaqqında
düşünərdi. Həm də, təkcə oz nailiyyətləri ilə deyil, başqalarının elmi
uğurları ilə də sevinər, uşaq kimi şadlanardı. Xatirimdədir, Məm-
mədbəyli adlı bir astronomun X. Kolumbun Amerikanın kəşfinə dair
bir sıra һipotezaları, orijinal və düşündürücü mülaһizələri barədə
maraqlı söһbətlər edərdi.Deyərdi ki, elmdə mübaһisə, fikir müxtə-
lifliyi əsas şərtdir.Lakin akademik Y.H.Məmmədəliyev elmi-nəzəri
һipotezaları irəli sürməklə qalmırdı.Çünki konkret elmlərin һamısında
olduğu kimi, kimyada da təkcə nəzəri proqnozlarla iş aşmazdı. O,
bilavasitə isteһsalatda və praktikada həm sübutunu, həm əməli
tətbiqini tapmalı idi.
Mən bu sətirləri yazdıqca, һəmin saһənin mütəxəssislərindən üzr
istəyərək, bəzi məqamları, uzaqdan da olsa, һəmin alimlərin söһbət-
lərindən yaddaqalan müəyyən momentləri xatırlatmağı lazım bildim.
Ümumiyyətlə, һəyat çox mürəkkəb, dolanbac yollu, qaranlıq döngəli,
gözlənilməz sürprizlərlə doludur. Şair demiş:
Caһanda һər һökmü bir zaman verir,
Dünən dövran sürən, bu gün can verir.
Sizə danışdığım bir sıra epizod və əһvalatların bəziləri qaran-
lıqlarla dolu һəyat yolu ilə, bilavasitə bu sətirlərin müəllifinin ömrü ilə
bağlıdır.Daһa doğrusu, mənim başıma gələn qəmli-
mükəddər, sar-
sıdıcı ovqatlardır. Lakin bunların sizə danışılması mənimçün yox,
daһa çox akademik Yusif Məmmədəliyev fenomeninin başqa bir
ştrixinin açılmasından ötrü xüsusilə vacibdir; çünki xalqımızın böyük
oğlu akademik Yusif Məmmədəliyev kimi şəxsiyyətləri tarix elə də
tez-tez yetirmir!
«Yeni Azərbaycan» qəzeti,
9 noyabr 2000
308
MÜSTƏQİLLİK DÖVRÜ BƏDİİ NƏSRİNİN BƏZİ
PROBLEMLƏRİ
Müstəqillik illərində yaranan bədii nəsrin ümumi konturları
vasitəsilə onun həqiqi mənzərəsi haqqında düşünərkən və bilavasitə
ədəbi-bədii materialları diqqətlə mütaliə edib, ayrı-ayrı əsərlərlə
yaxından tanış olduqca bizdə nikbin bir təsəvvür yarandı. Son dərəcə
sevindirici haldır ki, bədii nəsrimizin məcrası elə də kasadlıq
keçirməmiş, necə deyərlər, su axan yerdən bir də axmışdır. Belə ki,
sözügedən müddət ərzində çoxçeşidli, çoxbiçimli, kiçik, yığcam, yəni
bədii nəsrin müxtəlif janrlarında hekayə, novella, povestlər, romanlar
yaranmış və bunlar istər məzmun-mündəricə, istərsə də üslubca fərqli
nümunələr hesab oluna bilərlər
Tarixi, ya tarixlə səsləşən, müasir mövzulu, detektiv, əyləncəli,
fantastik və macəraçı örnək və nümunələr araya-ərsəyə gəlmişdir.
Əlbəttə, bütün bu əlvan, rəngarəng və çoxproblemli əsərlərin
yaranması üçün vacib olan ictimai-siyasi, ədəbi-mədəni, sağlam, sabit
istiqrarla seçilən müəyyən kontrast və ziddiyyətləri ilə səciyyələnən
mühit barədə bir neçə kəlmə demək olduqca vacib və zəruri, bəlkə də
əsas və müqəddəs şərtlərdir. Ona görə də, həmin illərin və ondan
əvvəlki məqamların müxtəsərcə xülasəsini vermək pis olmazdı.
Beləliklə, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitinə dair əsasən
bunları qeyd etmək olar: 20 yanvar faciəsi və Milli Müstəqillik aktının
qəbul edilməsi; Müstəqil Respublikanın yaradılması, müstəqilliyin
möhkəmləndirilməsi uğrunda aparılan mübarizənin gərginliyi və onu
yaradan, törədən daxili və xarici səbəblər Heydər Əliyevin yenidən
hakimiyyətə qayıtması ilə əlaqədar olaraq xaos və hərc-mərcliyin
tədricən aradan qaldırılması və sabitliyə, istiqrara, inkişafa nail
olunması: xüsusilə, yeni Konstitusiyanın qəbul olunması (1995)
müstəqilliyin qanuni əsası kimi; Respublikamızda bir sıra kardinal,
tale yüklü məsələlərə dair keçirilən ümumxalq referendumları
seçkilərin demokratikləşməyə doğru irəliləyişi nəticəsində ölkəmizin
beynəlxalq aləmdə daha çox tanınması və təsdiqi kimi məna kəsb etdi.
Ölkə prezidentinin xüsusi fərmanları ilə «Dədə Qorqud» dastan-
larının 1300 illik yubileyinin dünya miqyasında keçirilməsi −milli
dirçəlişə, özünə qayıdışa, müstəqilliyə təşnəliyin monumental aktı
kimi; xalqımızın qədimliyinin yeni sübutu kimi təzahür etdi.
Ədəbi-bədii mühit və onun müxtəlif sahələrdə inkişafını göstərən ilk
Dostları ilə paylaş: |