Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   2   3   4   5   6   7   8   9   ...   108

 
7
«C.Məmmədquluzadə və müasirlik». Bu adlar məqalələrin məzmunu 
haqqında xeyli söz deyir. Müəllif Azərbaycan ictimai fikir tarixində 
görkəmli rolu olan məşhur «Molla Nəsrəddin» məcmuəsinin 
yaradıcısı  və redaktoru olmaqla, Mirzə  Cəlilin Azərbaycan ictimai 
fikir tarixində mövqeyindən danışır. Ə.B. Haqverdiyevin hekayələri, 
Üzeyir bəyin həyat və yaradıcılığı, nəsr əsərləri, bəstəkarlıq fəaliyyəti 
haqqında sözünü deyir.Böyük dramaturq C.Cabbarlı, tarixi romanın 
əsasını qoyan M.S.Ordubadi haqqında söz deyir. 
Prof. C.Abdullayevin elmi-publisist əsərlərində keçmiş Sovet 
dövrü Azərbaycan yazıçıları daha geniş yer tutur.Əsərlərinin 
oxucuların mütaliəsinə verilən birinci cildində  Səməd Vurğun 
haqqında doqquz məqaləsi verilmişdir.Bu məqalələrdə böyük şairin 
şeir, dram, publisist yaradıcılığının geniş  təhlili verilir. Silsilə 
məqalələrində Mir Cəlal yazıcı-  ədib, alim və ustad müəllim kimi 
səciyyələndirilir, özünün və digər alimlərin yetişməsində Mir Cəlal 
müəllimin rolu qeyd edilir. M.İbrahimov, M.Hüseyn, S.Rəhimov, Əli 
Vəliyev, R.Rza, Ə.Məmmədxanlı, M.Rahim, Cəfər Xəndan, O.Sarıvəlli 
və başqaları haqqında yazılarında bu sənətkarların yaradıcılığı 
fonunda dövrün ədəbi prosesinin mənzərəsi verilir. Prof. C.Ab-
dullayevin məqalələrində Abbas Zamanov şəxsiyyəti,  Əkbər Ağayev 
tənqidi, Cəlal Məmmədov publisistikasından söz açılır.Onun məqalə-
lərində  cənub  şairlərinə  də diqqət yetirilir: böyük Azərbaycan  şairi 
M.Şəhriyar, eləcə  də  Əli Tudə, Söhrab Tahir haqqında məhəbbətlə 
yazdığı məqalələr. 
Cilddəki məqalələrin çoxu yeni ədəbi nəslin,  əsasən, XX əsrin 
ikinci yarısında, ya bir qədər  əvvəl yaradıcılıq meydanına gələn 
yazıcılar haqqındadır.İsa Hüseynov (Muğanna), H.Seyidbəyli, 
Hüseyn Hüseynzadə (H.Arif), Qabil, Fikrət Sadıq,H.Hüseynoğlu, Əlfi 
Qasımov və başqaları bu qəbildəndir.Prof.C.Abdullayevin məqalə-
lərində ədəbiyyatımızın bütün dövrləri əhatə olunur, onun C.Novruz, 
N.Həsənzadə, Ayaz Vəfalı, Famil Mehdi, Tofiq Mütəllibov, Ağa 
Laçınlı və başqaları haqqındakı məqalələri 1950- cı illərdən başlayan 
yeni Azərbaycan  ədəbi hərəkatının daha sonralar da uğurla davam 
etdiyini nümayiş etdirir. Prof. C.Abdullayev aşıq ədəbiyyatı, ayrı- ayrı 
ədəbi toplular, rus yazıçıları  və s. mövzularda da məqalələr yaz-
mışdır.  
Geniş təhlilə imkan olmadığına görə sadalama üsulu ilə verdiyimiz 
bu xülasə  də  təkcə dövrü mətbuatda (qəzetlərdə) çap olunan və 


 

«Əsərləri»nin birinci cildində toplanan məqalələri də göstərir ki, bu 
alim lap gənc yaşlarından, tələbəlik illərindən ədəbi prosesi izləmiş və 
zaman-zaman öz alim sözünü demişdir.Onun buradakı məqalələrinin 
bir qismi Sovet dövründə – 1990-cı illərə qədər, bir qismi müstəqillik 
dövründə yazılmışdır. Bütün bu dövrlərdə o, obyektiv olmuş, hər 
ədibin yaradıcılığına, hər əsərə, hər ədəbi obraza obyektiv mövqedən 
qiymət verməyə çalışmışdır. 
 Oxucular bu kitabı vərəqləyərkən bir daha müəllifin elmi-nəzəri 
təhlil qabiliyyətini, alimin dünyagörüşünün genişliyini, ümumiləş-
dirmə bacarığını görəcəklər. 
Ədəbiyyatşünas alimin ədəbi jurnallarda, elmi əsərlərdə, digər 
toplularda çap olunmuş yazıları, monoqrafiyaları  «Əsərləri»nin 
sonrakı cildlərində veriləcəkdir.  
 
Yusif Seyidov 
 


 
9
BÖYÜK MÜHƏRRİR, REALİST YAZIÇI 
 
M.F.Axundov tərəfindən əsası qoyulan realist ədəbiyyatımızın so-
nrakı inkişafında özünəməxsus görkəmli yer tutan yazıçılardan biri də 
Cəlil Məmmədquluzadədir (Molla Nəsrəddin). C.Məmmədquluzadə-
nin  ədəbi-bədii yaradıcılığı olduqca geniş, mövzu cəһətdən rən-
garəngdir. Ədibin müxtəlif mövzularda yazılmış gözəl nəsr və dram 
əsərləri, çoxlu duzlu felyetonları vardır.  
C.Məmmədquluzadə һələ çox gənc yaşlarından M.F.Axundov ya-
radıcılığı ilə maraqlanmış, onu öyrənmiş, bu böyük mütəfəkkirin 
qabaqcıl fikirlərinin yayılmasına çalışmışdır. Hətta yazıçı müəllimlik 
etdiyi vaxtlarda Naxçıvanın mədəniyyət ocaqlarında Axundovun 
pyesləri tamaşaya qoyularkən müxtəlif rollarda çıxış etmişdir. Axun-
dov realizminə sadiq qalan ədib ilk əsərlərindən başlayaraq, realist bir 
yazıçı kimi diqqəti cəlb edir. 
C.Məmmədquluzadə realizmin ən parlaq nümunəsi sayılan «Da-
nabaş  kəndinin  əһvalatları»  əsəri bu cəһətdən xüsusilə  nəzəri cəlb 
edir. Ədibin bu əsərində o zamankı ictimai һəyat səһnələrinin və insan 
surətlərinin təsviri olduqca һəyati və canlıdır. Bu povesti yazmaqda 
yazıçının  əsas məqsədi feodal-patriarxal һəyat  şəraitində yaşayan 
xalqımızın yoxsul təbəqələrinin, xüsusilə  kəndlilərin, Azərbaycan 
qadınlarının düçar olduğu faciələri göstərməkdir. 
Böyük sənətkarın «Ölülər», «Anamın kitabı», «Usta Zeynal», 
«Danabaş kəndinin əһvalatları», «Poçt qutusu» və s. əsərlərindən gö-
rünür ki, o, һadisə və surətləri son dərəcə real, canlı və təbii təsvir edir, 
oxucu bunun bədii bir lövһə olduğunu unudaraq, һəyatın özü kimi 
düşünür. 
Ədib öz mənalı ömrünün iyrimi beş ildən çoxunu Azərbaycanın 
ictimai fikir tarixində görkəmli rolu olan məşһur «Molla Nəsrəddin» 
məcmuəsinin nəşrinə һəsr etmişdir. Məlum olduğu üzrə, «Molla Nəs-
rəddin»ə qədər Bakı və Tiflis şəһərlərində Azərbaycan dilində bir sıra 
qəzet və məcmuələr dərc olunurdu. Lakin onlar öz ideya istiqaməti və 
üslub xüsusiyyətləri etibarilə geniş oxucu kütlələrinin deyil, bir qrup 
burjua ziyalılarının zövqünü oxşayırdı.Cəlil Məmmədquluzadənin 
nəşr etdirdiyi «Molla Nəsrəddin» məcmuəsi isə bunların əksinə, geniş 
oxucu kütlələrinin ürəyindən keçəni deyirdi.Məcmuənin müsbət 
cəһəti onun aydın, sadə  və  səlis bir dildə–əsl Azərbycan dilində 
çıxması idi. Şübһəsiz ki, belə bir məcmuənin nəşri,  ədibin öz xalqı 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə