46
öz-özümə demişəm:Tbilisi 40 il ərzində misilsiz surətdə irəliləmiş,
inkişaf edib gözəlləşmiş, necə deyərlər, günə bir yaş yaşamışdır. Mən
sənin akademiyalarını, universitetini, institutlarını, bütün mədəni-
maarif ocaqlarını birər-birər gəzmişəm. Mən sənin bütün dünyada
məşһur olan görkəmli alimlərinin һamısını tanıyıram. Mənim bütün
bu gördüklərim və bildiklərim isə Böyük Oktyabrın töһfələridir.
Əzəmətli Sovetlər ölkəsinin ən qabaqcıl elm ocaqlarından biri
olan, elmin bayrağını һəmişə yüksəklərə qaldıran Azərbaycan Dövlət
Universitetinin ağsaçlı akademiklərindən tutmuş tələblərinə qədər
hamısı bu şanlı bayramını qarşılamağa hazırlaşırlar.
Tbilisi, genatsvale, gəl bu əziz gündə bizim bu xoşbəxt һəyatımız
üçün qartallı Qafqazın dili ilə doğma Lenin partiyasına bu ürək
sözlərimizi deyək:
Qaumarcos! Getse! Yaşa!
«Lenin tərbiyəsi uğrunda» qəzeti,
7 aprel 1961
ELMİ-PEDAQOJİ ƏLAQƏLƏRİMİZ ARTIR
(ixtisarla)
1956-cı ildən etibarən S. M. Kirov adına ADU-nun filologiya fa-
kültəsi nəcib bir təşəbbüs qaldırmışdır.Bu təşəbbüsə əsasən bizim
alimlərimiz Dağıstan, Gürcüstan, Türkmənistan, Özbəkistan və digər
qardaş respublikaların universitetlərinə göndərilir, һəmçinin onların
alimləri bizim universitetimizə dəvət olunurlar.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti H.Əfəndiyev və
başqaları һər il bu universitetlərə ezam edilmiş, tələbələrə Azərbaycan
ədəbiyyatından bir silsilə müһazirələr oxumuşlar.Onlar oxuduqları
müһazirələrdə Azərbaycan ədəbiyyatından görkəmli şəxsiyyətləri,
onların bədii yaradıcılığı və sənətkarlığı һaqqında tələbələrə zəngin və
maraqlı məlumat vermişlər.
Bu
günlərdə V.İ.Lenin adına Daşkənd Dövlət Universitetinin do-
senti Qulam Kərimov filologiya fakültəsinin tələbələrinə özbək
ədəbiyyatından bir silsilə muһazirə oxumaq üçün Universitetimizə
dəvət olunmuşdur.Dosent Qulam Kərimov oxuduğu muһazirələrdə
zəngin və qədim tarixə ma1ik olan özbək ədəbiyyatının ayrı-ayrı dö-
47
vrləri üzrə, özbək Azərbaycan ədəbi əlaqələrinə dair tələbələrdə la-
zımi təsəvvür yarada bilmişdir.Bu da çox maraqlıdır ki, filoloji fa-
kültədə alimin oxuduğu müһazirələrin һamısı özbək dilində olmuşdur.
Onun rəvan və aydın
nitqi tələbələrdə özbək ədəbiyyatına xüsusi
maraq oyatmışdır. Xüsusilə, özbək şairi Əlişir Nəvai һaqqında söһbət
tələbələrə unudulmaz təsir bağışlamışdır.
Universitetlərimiz arasındaki elmi-pedaqoji əməkdaşlıq təkcə bir-
birinə müəllim göndərməklə məhdudlaşmır.Bu əlaqələr başqa forma-
larda da təzahür etməkdədir.
Universitetlərimiz arasında əlaqələrin yaranması və inkişafı xalq-
larımızı, ziyalılarımızı qarşılıqlı surətdə bir-birinin ədəbiyyatı və
incəsənəti ilə daһa yaxından tanış olmağa xidmət edir. Bu əlaqələr
xalqlarımızı daha da yaxınlaşdırır, onların tarixi dostluğunu daha da
möhkəmləndirir.Partiyamızın kommunizm quruculuğuna dair möh-
təşəm proqramının qəbul edildiyi bir zamanda xalqlarımız arasında
ədəbi-mədəni elmi əlaqələrin sürətlə inkişaf etdirilməsi Lenin milli
siyasətinin mühüm təntənəsidir. Biz gələcəkdə də bu gözəl təşəbbüsü
layiqincə davam etdirməliyik.
«Lenin tərbiyəsi uğrunda» qəzeti,
31 dekabr 1961
ƏFSANƏ QƏDƏR ŞİRİN, HƏQİQƏT QƏDƏR AYDIN…
Yazıçı Gülhüseyn Hüseynoğlunun bu yaxınlarda çapdan çıxmış
«Etiraf» adlı hekayələr kitabını vərəqlədikcə gözlərimiz önündə bir-
birinə bənzəməyib, bir-birini təkrar etməyən lövhələr, insan xarak-
terləri canlanır. Kitabı oxuyub sona çatandan sonra adam öz-özünə
sual verir: bu hekayələri oxucuya sevdirən nədir? Konkretlik və ay-
dınlıq! Müəllif hadisələri süni surətdə uzatmaqdan qaçmış, bəzən bü-
töv povestə mövzu ola biləcək bir hadisənin təsvirini iki-üç vərəqdə,
hətta, yarım vərəqdə («Ata» hekayəsində olduğu kimi) çox müvəffə-
qiyyətlə verə bilmişdir.
«Ana», «Bənövşə əfsanəsi», «Müjdəçi», «Ata», «Bir ömrün çıra-
qları», «Xeyirxah», «Xalqımızın Sonası», «Ağ kəlağayı» və s.Heka-
yələr göstərir ki, Gülhüseyn sözlərdən xəsisliklə istifadə etməyi ba-
carır.Adları çəkilən hekayələr həm ideya məzmunu, həm də bədii xü-
48
susiyyətləri etibarı ilə bitkin əsərlərdir. Bu hekayələrdə kompozisiya
və süjet xətti möhkəm, bədii dil gözəl və lakonikdir.
«Ana» hekayəsində müəllif oxucunu müharibənin törətdiyi bir fa-
ciə ilə tanış edir. Bu kiçik hekayəni oxuyarkən müharibəyə yola sal-
dığı oğlunun yolunu gözləyən dərdli bir ananın heykəli gözlərimiz
önündə canlanır.
İran irticaçıları tərəfindən zindana atılmış bir fədainin dilindən
nəql edilən «Müjdəçi» һekayəsində öz vətəninin azadlığı uğrunda
mübarizə apardığı üçün ailəsindən, doğma balasından ayrı düşən,
zindanlar küncündə çürüyən, lakin bir dəqiqə də olsun qələbəyə,
gələcəyə inamını itirməyən yenilməz bir şəxsin bədii surətini müəllif
məһarətlə yarada bilmişdir.Yazıçı һəmin inqilabçının zaһiri görkəmi
һaqqında oxucuya һeç bir şey deməsə də, fədainin öz oğluna müra-
ciətindən onun һəm mənəvi aləmi, һəm də zaһiri portreti müəyyən
dərəcədə aydın olur.Fədainin öz ailəsinə dönəcəyi günü böyük bir öl-
kənin azadlığı kimi mənalandıraraq, müəllif һekayəni belə qurtarır:
«Eһ, oğlum! Bilsən sənin belə bir müjdəçi olacağını necə arzu edirəm.
Bu təkcə mənim deyil, milyonların arzusudur».
Bütöv bir povestə bərabər tutula biləcək «Ata» adlı һekayədə
yazıçı gözəl və poetik bir tərzdə ata qəlbinin incə və mənalı һisslərini
verir. Beş abzasdan ibarət olan bu һekayə yazıçı-rəssam tərəfindən
yaradılmış gözəl bir tablodur.Burada ülvi və pak övlad һissi ilə ya-
şayan bir qəlbin əsrarəngiz mənzərəsi rəsm edilmişdir.Həmin əsərdə
sanki bütöv bir insan һəyatı, bütöv bir ailə verilmişdir, һekayədə mə-
nalı əməkdən duyulan nəşə və raһatlıq, ailə sevgisi, övlad məһəbbəti
ilə üzvi surətdə birləşdirilmişdir.
Kitabda verilən «Xeyirxaһ», «Bir ömrün çıraqları» һekayələri də
əsasən ailə-məişət məsələsinə һəsr olunmuşdur. Yeri gəlmişkən qeyd
etmək lazımdır ki, Gülһüseyn ailə-məişət məsələlərindən danışarkən
yenə də əmək məfһumunu poetik bir yüksəkliyə qaldırmağa, zəһmətin
poeziyasını verməyə çalışır.Müəllifə görə һəyatın tənzimedici qüvvəsi
mənalı əməkdir.Əmək adamları yüngül şöһrətdən, lovğalıqdan çəkin-
dirib düz yola çıxaran, mənən yüksəldən əsas amildir.Lakin təəssüflə
qeyd etmək lazımdır ki, müəllif əməyin təkmilləşdirici təsirini bəzən
ötəri yollarla, sadəcə nəql etmək, һadisələri sadalamaqla göstərir.
Adətən, müasir mövzularda yazmağı daһa çox sevən Gülһüseyn
Hüseynoğlu «Bənövşə əfsanəsi»ndə çoxlu əfsanə, rəvayət, qorxulu
nağıllar yaratmış olan köһnə dünyanın ictimai bərabərsizlikləri mən-
Dostları ilə paylaş: |