55
bitirmişdir. Povestdə bu iki sənət baһadırının һumanist və dostsevər
obrazları onların yüksək bəşəri idealları ilə birlikdə canlandırılmışdır.
Bizə elə gəlir ki, oxucu povestdən һər iki sənətkar һaqqında bilavasitə
Sabir və Cabbarlı mövzusuna һəsr olunmuş əsərlərdən alınan təsəv-
vürlər qədər məlumat əldə edə bilər. Qanlı səһnələrin ağlar-güləyəni
Sabirlə bağlı əһvalatların təsvirində köһnə dünyanın bütün rəzalətləri,
çar məmurlarının eybəcərliyi bütün çılpaqlığı ilə göz önünə gəldiyi
kimi, yeni dövrün ən xəlqi sənətkarı olan Cabbarlının adı ilə
əlaqədar
lövһələrin rəsmindən bütün qaranlıqları əridib yox edən, öz gur
işıqlarını Azərbaycan torpağının һər guşəsinə, balaca Tuğ kəndinə
qədər göndərən inqilab günəşinin zərrin saçaqları cilvələnərək
üzümüzə xoş təbəssüm yayır. Bu günəşin ruһu oxşayan ziyaları
altında Cabbarlının һəyatda yaşayan qəһrəmanlarının xoşbəxt
cöһrələri bəxtəvərcəsinə gülümsəyir.
Sovet adamının zəkası kainatı, ulduzlar aləmini fətһ etdiyi bir za-
manda yaşayıb yaradan һər bir ağıllı yazıçı öz sənətini xalqın һəyatı
ilə daһa çox bağlamağa çalışır. Müasir dövrün yazıçısı artıq «Ayın
əfsanəsi» mövzucundan «Ayın һəqiqəti»nə keçməkdədir. Buna görə
də «Ürəklər bir olanda» povestinin müəllifinin tutduğu yol doğru yol
sayılmalıdır. Müəllif xalqlar dostluğunu xəyalda, fantaziyada arama-
mış, inkaredilməz real һəyati faktlarda tapmışdır.
Povest tamamilə vaxtında–müasir dövrün manifesti sayılan Sov.
İKP Proqramında zərli sətirlərlə һəkk edilmiş, «insan insana dost,
yoldaş və qardaşdır» sözlərinin bütün düşüncələrə һakim olduğu bir
zamanda yazılmışdır.
Əsərin inqilabdan əvvəlki dövrdən bəһs edən birinci fəslindəki
һüznlü əһval-ruhiyyəni yeni azad günlərin təsvirinə һəsr olunmuş
ikinci fəslində nikbin bir lirika əvəz edir. Bu lirika sağlam və һərarətli
bir nəfəsə malikdir.
Yazıçı əsərdə məna dolğunluğuna xüsusi diqqət yetirmişdir. «Sevil
Vanyanı sevir», «Lüsiq sadiq gəlindir», «Ürəklər bir olanda» və s.
bəһslər də bu cür mənalı epizodlardır. Əsərdə һər şey təsirli, һər şey
sadə və gözəldir.
Adətən, tənqidi yazılarda yazıçılarımızın çoxu bəzən lüzumsuz
təfərrüatda təqsirləndirilir. Həmin əsərdə bunun əksini müşaһidə edi-
rik. Bizə elə gəlir ki, müəllif nədənsə tez-tez öz poetik xəyalını
qol-qanad açmağa qoymur, onu dərһal cilovlayır, kiçik detallara en-
mək istəmir, bəzən də çox yerində və lüzumlu ricətlərdən belə çəkinir,
56
təsviri tələsik tamamlamağa can atır. Bu isə öz növbəsində ayrı-ayrı
əһvalatlar və epizodlar arasındakı bədii əlaqəni zəiflədir.
Nəticə etibarı ilə demək lazımdır ki, xalqlar dostluğu kimi son
dərəcə aktual bir mövzunun bədii təsvirinə һəsr olunmuş «Ürəklər bir
olanda» sənədli povesti һəm müəllifin yaradıcılığında, һəm də
ümumiyyətlə bədii nəsrimizdə əһəmiyyətli bir hadisədir.
«Azərbaycan gəncləri» qəzeti, №114(6618)
23 sentyabr 1962
MÜASIRLIK, SƏNƏTKARLIQ
Məlum olduğu üzrə, bu ilin avqust ayında Leninqradda Avropa
ədəbiyyatçılarının müasir roman məsələsinə həsr olunmuş xüsusi
sessiyası keçirilmişdir. Burada müasir romanın müxtəlif məsələlərinə
dair geniş fikir mübadiləsi olmuşdur.
Avropada roman janrının ölməsinə dair səslər bu gün də eşidil-
məkdədir. Ümumiyyətlə, burjua qərbi romanın gələcək inkişafını
təhlükə altına alır. Buna görə də Avropada «yeni roman» nəzəriyyəsi
deyilən bir nəzəriyyə ayaq alıb yeriyir, bu nəzəriyyənin tərəfdarları
romanın süqutuna dair səsləri gəldikcə hay-küy qopardırlar.
Lakin həyatın sınaqlarından müvəffəqiyyətlə çıxmış, gözəl bəh-
rələr vermiş sosializm realizmi metodunda yazıb-yaradan sənətkar-
ların, xüsusilə, sovet yazıçılarının qarşısında romanın bir janr olaraq
süqutu deyil, əksinə, onu daha da inkişaf etdirmək məsələsi durur.
Leninqrad sessiyasında rus yazıçısı Leonid Leonov demişdir:
«Roman lazımdırmı?» sualını vermək ona bərabərdir ki, deyəsən: -
«Məhəbbət, həyat, insan lazımdırmı?» Aydındır ki, bəşər zəkası in-
kişaf etdikcə onun mənəviyyatı da inkişaf edir, zənginləşir; deməli,
bədii növlər, janrlar, o cümlədən, roman da dəyişir, təkmilləşir, inkişaf
edir». M.Şoloxov deyir ki, sovet yazıçısının qarşısında «roman
yazmaq lazımdırmı?» sualı yox, necə yazmaq lazımdır məsələsi durur.
Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan sovet
romanı haqqında da söhbət açmaq olar. Qeyd etmək lazımdır ki, Azər-
baycan romanı o qədər də qədim tarixə malik deyildir. Sözün həqiqi
mənasında bu janr yalnız sovet dövründə yetkinləşmiş, öz orijinal
simasını tapmışdır. İlk Azərbaycan sovet romanının yaranmasından
57
cəmi otuz ildən bir qədər artıq vaxt keçir. Tarixən bu qısa müddətdə
Azərbaycan romanı çox sürətlə inkişaf etmiş, bütün ədəbiyyatımızda
aparıcı janr səviyyəsinə qalxmışdır.
Hamıya aydındır ki, roman kimi mürəkkəb bir bədii forma hər
zaman yaranmır. O, xalqın ictimai-siyasi tarixindəki əsaslı dönüş
mərhələləri ilə əlaqədar şəkildə meydana çıxır. Buna görə də bizdə
roman janrının yaranması xalqımızın həyatında baş verən bir sıra
köklü və əsaslı dəyişikliklərlə bağlıdır. Məsələn, Azərbaycan kəndi-
nin yenidən qurulması – kollektivləşmə məsələsi ilə əlaqədar olaraq,
«Yoxuşlar», «Tərlan», «Qəhrəman»; Sovet hakimiyyəti uğrunda ge-
dən mübarizələr və vətəndaş müharibəsinin təsviri sahəsində «Şamo»,
«Daşqın», «Dünya qopur», «Dirilən adam», «Bir gəncin manifesti»;
inqilab tarixinə dair «Dumanlı Təbriz» və s. kimi romanların meydana
gəlməsi xalqımızın keçirdiyi müəyyən tarixi inkişaf mərhələlərini əks
etdirir. Həmin əsərlərin hər birində xalqın ictimai-siyasi həyatının
mühüm problemləri qaldırılmış, ayrı-ayrı tarixi dövrlər bədii səpgidə
yenidən canlandırılmışdır.
Azərbaycan romanının yaranma tarixindən danışarkən, onun iki
əsas başlanğıc xəttini müəyyən etmək lazımdır. Xətlərdən birincisi
Nəriman Nərimanovun yaradıcılığı ilə bağlıdır ki, bu, özünün lako-
nizmi, yığcam və konkretliyi, hadisə və xarakterinin təsvirində rea-
lizmin üstünlüyü ilə seçilir. Bu elə istiqamətdir ki, müəllif burada
lüzumsuz təfsilata yol vermir, macəraçılığa uymur, dövrün, mühitin
səsini, tələblərini deməyə çalışır.
Romançılıqda ikinci xətt Ordubadinin adı ilə bağlıdır. Burada
yazıçı həyat həqiqətlərini bir qədər nağılvari şəkildə təsvir edir,
macəraçı əhvalatların təsvirinə daha çox uyur, əsərin daxili dinami-
kasından çox, zahiri maraqlılığına meyl edir.
Mir Cəlalın, Əli Vəliyevin, İ.Əfəndiyevin, İ.Hüseynovun, İ.Şıxlı-
nın, B.Bayramovun, H.Seyidbəylinin, V.Babanlının, Ə.Qasımovun,
S.Qədirzadənin, S.Əhmədovun və başqalarının yazdığı əsərlərdə ən
ümdə məziyyətlərdən biri yığcamlıqdır. Fikrin konkret bədii ifadəsi
bu yazıçıların əsərlərinin başlıca xüsusiyyətidir. Hadisələrin geniş
təsvirini verməklə iri həcmli əsərlər yazmaq yazıçıdan məharət tələb
etdiyi kimi, konkret yazmaq da hünər istəyir. Ədəbiyyatımızın bu
sahədəki təcrübəsinə əsaslanan akademik M.Arif, haqlı olaraq, müasir
Azərbaycan romançılığında iki xətti – yığcam romanın və çoxplanlı,
habelə, roman-epopeyaların olduğunu söyləyir.
Dostları ilə paylaş: |