80
HƏYATİ HEKAYƏLƏR
Maraqlı süjetə malik, kiçik, yığcam hekayələri oxucu həmişə
gözləyir, belə əsərləri oxumaq üçün adam hər zaman vaxt tapır–
vaqonda, estakadada, trolleybusda, çöldə-tarlada, evdə, istirahət saat-
larında.Bu şərtlə ki, hekayə yaxşı olsun, təzə bir şey desin, düşüncəyə,
ağla nə isə pıçıldasın, nəyi isə kəşf etsin, hansı həyat sirrini isə açsın,
hansı qaranlıq nöqtəni isə aydınlaşdırsın.
Yazıçı Calal Çavadovun «Toydan sonra» kitabında toplanan he-
kayələrin çoxu belə sadə, təbii, həyati əhvalatların sadə və bəzək-dü-
zəksiz, səmimi bədii ifadəsini verən əsərlərdir.
«Bir şüşə kül» adlı hekayədə maraqlı bir əhvalatdan bəhs edilir.
Adlı-sanlı yazıçı özünün mütəəssir olduğu, həyatda şəxsən təsadüf
etdiyi bir hadisə əsasında «General qızı» adlı povest yazır. Əsər
ilhamın ən alovlu çağlarında yazıldığından, habelə, yazıçının öz şəxsi
həyatı ilə bağlı olduğundan oxuculara dərin təsir bağışlayır. Odur ki,
ədibin ilk oxucusu olan nişanlısı, həmin povestin doğurduğu təsir
nəticəsində
«General qızı»na qısqanaraq əsəri yandırır.Yazıçının
arxivində tədqiqat apararkən aspirantın tapdığı bir şüşə kül həmin
əsərin külü imiş. Şüşənin üstündə bu sözlər yazılmışdır: «General
qızı», 1922-ci il, Soçi».
Hekayədə müəllifin əsas fikri bundan ibarətdir ki, bədii əsər ilk
növbədə özünün həyati, doğru, real məzmunu ilə oxucunun hisslərini
tərpədə bilməli, başqa sözlə desək, həyatı son dərəcə düzgün əks
etdirməyin özü poetik faktora çevrilməlidir. Lakin, nədənsə, hekayədə
müəllifin qısqanclıq hissinə münasibəti çox da aydın deyildir. Belə
çıxır ki, həmin qız, ola bilsin ki, «General qızı» nı əsərin bədii təsiri
nəticəsində deyil, öz nadanlığı, avamlığı üzündən yandırmışdır.
Ümumiyyətlə, pis əsər olmayan bu hekayədə müəllif, gərək müxtəlif
məna yozumuna imkan verməyəydi.
C.Cavadov, «Medalyon» hekayəsindəki mətləb və məsələlərin
hamısını medalyonla üzvi şəkildə əlaqələndirmişdir. Daha doğrusu,
müəllif, medalyondan ədəbi bəhanə kimi istifadə edərək, «ağsaçlı
cavan ana» Solmazın həyat kitabını oxucular üçün varaqlamışdır.
Hadisələr real və inandırıcı verildiyindən oxucunun bu hadisələrə
münasibəti də fəaldır, təbiidir.
Solmazın öz oğlu Yadigar üçun nişan aparma səhnəsindən tutmuş,
Qorxmazla sevişməsi, sevgilisinin ona medalyon bağışlaması, müha-
81
ribə, Qorxmaz haqqında yayılan xəbərlər, Yadigarın böyüməsi, uşaq-
lardan eiştdiyi, ürək dağlayan söz-söhbətlər, uşaqlıq qüruru üzündən
əlini itirməsi, ananın bu məsələ ilə əlaqədar keçirdiyi əzablar, nəhayət,
vəfa, sədaqət və namus xatirinə qəmə, kədərə qalib gələn müqəddəs
analıq hissinə qədər hər şey təbii və canlı verilmişdir.
Uşaq psixologiyasının sirləri bu hekayədə balaca Yadigarın təs-
virində inandırıcıdır. Onun medalyonu əzib, ulduz nişanı düzəltmək
istəməsi, xüsusən, paslı iynə batdığı üçün xəstəxanada əli kəsildiyi
zaman anasına dediyi sözlər nə qədər təbii və canlıdır:
«–Ana, həkimlərə de də, de də.
–Nə deyim, oğlum, nə deyim?
–De ki, mənim əlimi qoysunlar yerinə. Bir də sənin medalyonunu
ulduz eləməyəcəyəm. Ta dava da qurtarıb. Bəs atam mənə nə vaxt
ulduz gətirəcək?».
«Toydan sonra» hekayəsi də səmimidir. Kənd adamlarının həya-
tından bəhs edən bu hekayənin üslubunda nikbinlik, bir növ zarafat
vardır. Biz, Soltanla Şəhlanı yalnız ictimai-faydalı əməklərinə görə
deyil, eyni zamanda mənəvi cəhətdən pak və nəcib olduqlarına görə
sevirik. Lakin hekayə butövlükdə qüsurludur. Nədənsə, müəllif bu
qəhrəmanların mənəvi aləmlərinə kifayət qədər nüfuz edə bilməmiş,
hadisələrin passiv surətini çəkməklə kifayətlənmişdir.
«Sünbül və səməni» hekayəsinin ideyası da ibrətlidir. Burada xal-
qa, torpağa bağlılıq təbliğ edilir, bunlardan ayrı düşənlərin faciəsi
göstərilir. Səməni hər cür qayğı ilə əhatə olunsa da, rişəsini salmağa
torpaq olmadığından tez göyərdiyi kimi, tez də tələf olub gedir. Lakin
torpağa basdırılan dən qol-budaq ataraq «qızıl saçlı sünbülə» çevrilir.
Həyat da belədir. İnsan torpaqdan, zəhmətdən yapışdıqca ucalır,
gözəlləşir, mənən zənginləşir, zəhmətə xor baxanlar isə səməni kimi
quruyub tökülür.
«Miras», «Cocuğun dəfni», «Xortdanla söhbət», «Diplomu yox-
dur», «Qurd gəlir», «Qarğaçatladan Əbiş» və s. satirik-yumoristik
səpgidə yazılmış hekayələrdir.
C.Cavadovun «Cocuğun dəfni» və «Xortdanla söhbət» hekayələ-
rinin mövzusu Türkiyə həyatından götürülmüşdür. Birincinin məz-
munu «Arxalı köpək qurd basar» adlı xalq məsəlini xatırladır.
Mehmət əfəndinin ölü doğulan uşağı üçün hamı yas saxlayır. Özünü
də «fəxri cənnət»də dəfn edirlər. Lakin Mehmət əfəndi ölərkən onun
tabutunu yerdən qaldırmağa adam da tapılmır. İkinci hekayə, Anadolu
82
kəndlisinin acınacaqlı vəziyyətindən bəhs edən təsirli bir lövhədir.
Amerika müstəmləkəçiləri Türkiyədə «toxum əvəzinə torpağa barıt
səpdilər, bomba basdırdılar. Meyvə ağacı əvəzinə güllə sancdılar». Bu
lüt kəndli hökumətə verməyə bir şeyi olmadığından özünə «ölü»
kağızı düzəldir. İşin üstü açılandan sonra isə onu «xortdan» adlan-
dıraraq Anadoludan qovurlar.
«Diplomu yoxdur» adlı yumoristik hekayə müəyyən mənada Mir
Cəlalın «Elçilər qayıtdı» əsəri ilə səsləşsə də, yaxşı təsir bağışlayır.
«Qurd gəlir» əsərində isə mədəniyyətə xor baxan kolxoz sədrləri
tənqid olunur. Qurd sözü hekayədə iki mənada, həm barama qurdu,
həm də canavar mənasında işlədilir. Kitabxanaçı qız kolxoz sədrinə
ərizə yazır ki, klubu, kitabxananı abadlaşdırsın. O isə gəlib qıfılı sın-
dırır va orada barama qurdu saxlamağı əmr edir. Kolxoz sədrinin
mədəniyyətə belə kobud münasibətini görən kitabxanaçı üzünü xid-
mətçi qadına tutaraq deyir:
«–Zalxa xala, bu qıfılı düz Bakıya göndərəcəyəm, yazacağam ki,
qoymayın klubların qapısını qurdlar dağıtsın».
«Qarğaçatladan Əbiş» özünün həyatiliyi və dilinin duzluluğu, mə-
zəliliyi ilə diqqəti daha çox cəlb edir.
«Mal yiyəsinə oxşamasa haramdır» adlı yumoristik hekayə oxcunu
ürəkdən güldürur.«Palatada əhvalat» hekayəsində öz işinə məsuliy-
yətsiz yanaşan tibb bacıları tənqid olunur. Lakin hekayə zəifdir,
mövzu dəfələrlə işlənilmişdir. Buna görə də hekayə istənilən təsiri
bağışlamır.
Calal Cavadov belə hallardan qaçarsa, yaradıcılığına məsuliyyət
hissini bir qədər də artırarsa, gələcəkdə daha yaxşı hekayə və povest-
lər yaza bilər.
«Ədəbiyyat və incəsənət» qəzeti,
10 aprel 1965
ÜÇ POVEST HAQQINDA BƏZİ QEYDLƏR
Bədii nəsrimizə təzə gələn nasirlər һələlik sənətkarlıq cəһətdən
lazımınca kamilləşməmiş olsalar da, ədəbiyyata inadlı axtarışlar,
dərin һəyati müşaһidə, zəngin bilik tələb edən ciddi yaradıcılıq prosesi
kimi baxır və öz əsərlərində müasir oxucunun tələblərinə mümkün
qədər cavab verməyə çalışırlar. Bu cəһətdən İsmayıl Qarayevin «O və
Dostları ilə paylaş: |