67
Axı sənə nə düşüb qoşulmusan bunlara?
Sən ki, firəng oğlusan.
Anri:
– Utan, sözündən utan!
Mənim eşqim azadlıq, mənim millətim insan,
Ərəbə də qardaşam, firəngə də qardaşam.
Axı o kim, bu kimdir?
İnsan azadlığına kəc baxan, düşmən olan
Mənim də düşmənimdir!
Şair Mustafanın yetişməsində tarix müəllimi, fransız Anrinin
oynadığı rolu ürəkdən qələmə almışdır. Anri, Əlcəzairin qəhrəmanlıq
tarixindən onun azadlıq mücahidlərindən həmişə odlu bir dillə bəhs
etmiş və beləliklə də Mustafanın qəlbində sönməyən bir ocaq qala-
mışdır.Mustafa vətən, insan və azadlıq sözlərini məhz bu alovun işı-
ğında daha aydın görmüş, mənasını daha dərindən anlamışdır.
Poemada bütün ziddiyyətləri ilə verilən orijinal xarakter səviyyə-
sinə qaldırılan surətlərdən biri də Ben-Osmandır. Bu tip şairin
müvəffəqiyyəti sayıla bilər.
Şair Ben-Osmanı oğulların üz-üzə gəldiyi yolları seyr edən passiv
bir müşahidəçi kimi verməmişdir.
Bəs ata?
Bəs Ben-Osman?
Gələcəyi düşündü, keçmişləri çox andı.
O gəlib iki yolun ayrıcında dayandı.
«Hansı yolu tutmalı, hansı yolu getməli,
Birində qəlbim durur, birində canım durur;
İki yol ayrıcında səhvim, nöqsanım durur.
Canım könlümə düşmən, könlüm canıma
düşmən.
Çarpazlaşıb qılınclar, onların arasında
Dayanmışam indi mən.
O yol, bu yolu vurur,
Oğul, oğulu vurur.
Ayılmıram mən yenə.
Axı, ikisinin də zərbəsi dəyir mənə.
Həm o tərəfdə oğul, həm bu tərəfdə oğul.
68
Axı güllə də oğul, axı hədəf də oğul.
Bəs mən neyləməliyəm?
O oğulu tutmalı, bu oğulu tutmalı?
Ya bu yolu tutmalı, ya o yolu tutmalı!»
Poemanın ən dramatik yerlərindən biri olan bu parçanı biz ona
görə bütövlükdə misal gətirdik ki, Ben-Osmanın əsas faciəsi oxu-
culara aydın olsun. Burada həm də şairin əsər boyu söyləmək istədiyi
fikrin, necə deyərlər canı, cövhəri ifadə olunmuşdur. Oğullar arasında
qılıncları və yolları çarpazlaşdıran kimdir? Müstəmləkəçilik, müs-
təmləkəçiliyin dəyirmanına su tökənlər isə Ben-Osman kimi may-
maqlardır. Ben-Osmanlar bir də ona görə təhlükəlidirlər ki, onlar işin
faciəli aqibətini düşünmədən, müstəmləkəçilərlə əlbir olub gələcəkdə
özünü çalmaq üçün şahmarlar hazırlayırlar. Belə şahmarlardan birini
müəllif fransız qızı Nanadan olan Etyenin simasında müvəffəqiyyətlə
təsvir etmişdir. Çox fikirləşdikdən sonra Etyenin tərəfinə keçməsinə
baxmayaraq, Ben-Osman sonralar rahat otura bilmir, düşüncələr,
mənəvi sarsıntılar girdabında fırlanır.Düşdüyü vəziyyətlər, keçirdiyi
psixoloji əhval-ruhiyyələr nəticəsində gah Ben-Osman, gah da dönüb
«Simon» olan, təbiətnidə tez-tez ikilik, dəyişkənlik baş verən bu ma-
raqlı surəti şair gah Etyen, gah Mustafa, gah da həyatın özü ilə qar-
şılaşdırır. Ben-Osman müxtəlif hadisələrin təsiri ilə beynində doğan,
lakin məsləkinə zidd olan fikirlərdən heç vəchlə xilas ola bilmir.
Əsərdə bu məsələnin izahı üçün müvəffəqiyyətlə verilmiş bədii
detallar vardır.
Ben-Osman oğlu Mustafanı evə çatdıraraq, onun nə üçün tarix
müəllimi ilə sözləşdiyini öyrənir. Burada onun qəlbində atalıq hissləri
baş qaldırır, təsəvvüründə oğlanlarını bir-biri ilə müqayisə edir, in-
diyədək doğma balalarına müxtəlif münasibət bəslədiyi üçün ürəyində
özünü töhmətləndirir. Ata ilə oğlun üz-üzə durduğu vaxt yaranan
vəziyyət, psixoloji an şair tərəfindən çox yığcam verilmişdir:
Ben-Osman baxdıqca köks ötürürdü,
Oğlunun mənalı baxışlarında
O nələr görürdü, nələr görürdü:
Bir həsrət,
bir hörmət,
bir də… məzəmmət.
69
Buradakı hissin hər üçü nə qədər səmimi, təbii, övladın atadan
uma biləcəyi insani duyğulardır.
Həmişə ictimai mübarizələrdən özünü kənarda tutmağa çalışan,
həyatın nəşəsi ardınca qaçan Ben-Osman Əlcəzairdə başlanan milli-
azadlıq hərəkatında bərk sarsılır, var-yoxunu yığıb Parisə qaçmaq
istərkən inqilabçılar tərəfindən yaxalanır, varidatı əlindən alınır. Son-
ralar biz Ben-Osmanı həm fransız döyüşçüləri, həm də Əlcəzair
könüllüləri arasında görürük. Müəllif burada da tutarlı, yaddaqalan
ştrixlər vasitəsilə Ben-Osmanın qəlbində doğan və tədricən inikşaf
edən ikilik hissini, mütərəddidliyi açmağa müvəffəq olmuşdur.
Ben-Osman fransız cəbhəsinə gələndə:
Döşündəki ordeni onun
vəsiqəsiydi.
Azadlıq cəbhəsinə gələndə:
Burdasa ərəbliyi onun
vəsiqəsiydi.
Ben-Osmanın döşundə Fransa hökumətinin legion ordeni varsa,
damarlarında ərəb qanı axır.
Ben-Osmanı bu məsələlər düşündürməyə bilməz. Onun xəcalət
hissləri, daxili insanlaşması ba buradan başlayır. O, azadlıq ordusunun
qaş-qabaqlı sıra nəfərlərini gördükcə xəcalət çəkir, içindən yanıb
qovrulur.
Bütün bu məsələləri izlədikcə adama elə gəlir ki, şair Ben-Osmanı
islah edib, təcili «yaxşılar» sırasına qaytarmaq istəyir. Lakin belə
olmur, hadisələr öz təbii axarı ilə davam edir, nəticədə Ben-Osman
yeni və ağır bir zərbə alır:
Ana ilə bala verib əl-ələ,
Simonu evindən atdılar çölə.
Ben-Osman həyatın ən sarsıdıcı, ən dəhşətli zərbəsini Mustafanın
fransızlar tərəfindən asıldığı zaman alır. Bu səhnədə ata, Mustafanın
nəşini qucaqlayarkən əyiləndə döşündən legion ordeni yerə düşür. O,
vaxtı ilə ən böyük ideal hesab etdiyi bu ordenə indi bir paslı dəmir
parçası qədər də etina etmir. Çox mənalı detaldır. Yalnız bu son və
Dostları ilə paylaş: |