58
Azərbaycan sovet romanı yarandığı gündən etibarən öz dərin
realizmi ilə nəzəri cəlb etmişdir. «Yoxuşlar», «Dünya qopur», «Şa-
mo», «Daşqın», «Tərlan», «Qəhrəman» və «Dumanlı Təbriz» müəl-
lifin həyat həqiqətlərinə ciddi surətdə əməl etmişlər. «Yoxuşlar»da
Qumru, Bünyad, «Dünya qopur»da Veys və başqaları, «Şamo»da Alo,
Safo, Şamo, «Tərlan»da Mürsəl kişi, Fərman bəy, Tərlan, «Qəhrə-
man»da Qəhrəman və s. real həyati insanlardır.
Bu əsərlərdəki müsbət qəhrəmanlar heç də bütün nöqsanlardan
xali, fövqəladə bir şəxsiyyət kimi deyil, qüsurları ilə, büdrəmələri,
yıxılmaları ilə birlikdə verilmişdir. Müəlliflər realizmlə bərabər,
tarixilik məsələsinə də diqqət yetirmişlər. Məsələn, «Dünya qopur»
əsərindəki Veys surətinin məhz o şəkildə verilməsi tarixi həqiqətə ta-
mamilə uyğundur və heç kəs ondakı sadəlövhlüyə, ötkəmliyə təəccüb
edə bilməz. Çünki o zaman inqilabın mahiyyətini məhz Veys kimi
anlayan adamlar çox idi və müəllif onun timsalında belələrini
ümumiləşdirmək istəmişdir. Əlbəttə, bu əsərlərdə nöqsanlar da vardır:
təsvirlərdəki natamamlıq, kompozisiya dağınıqlığı, psixoloji təhlilin
zəifliyi, surətlərin bəzi hallarda xarakter səviyyəsinə qaldırılmaması,
dildəki qeyri-poetiklik və s.
Müasir roman haqqında danışarkən təfərrüat məsələsinə də toxu-
nmaq lazımdır. Bədii yaradıcılıqda təfərrüatın böyük üslubi əhə-
miyyəti vardır və bunsuz roman keçinə bilməz. Yazıçı, xüsusilə ro-
manda kiçik detallara enməyincə, surətin xəyalından keçənləri təsvir
etməyincə, onun fəaliyyət yerini, peşəsini, kimlərlə münasibətdə ol-
duğunu, xasiyyətini geniş şəkildə verməyincə fərdiləşdirmək, xarakter
yaratmaq məsələsindən danışmaq mümkün deyil. Lakin bu məsələdə
də müəyyən hədd gözlənilməlidir. Oxucularımızın məhəbbətini
qazanmış ən yaxşı əsərlərdən biri olan «Saçlı»nı xatırlayaq. Müəllifin
yenidən əsərə qayıtmasına baxmayaraq, nə üçün Ruxsara və başqa
müsbət surətlər nisbətən zəif çıxmışdır? Bizə elə gəlir ki, bu, ilk növ-
bədə, ədibin mənfi surətlərin təsvirinə həddindən çox yer verməsidir.
Biz burada xüsusilə Kosa ilə bağlı əhvalatların lüzumsuz şəkildə
uzadılmasını nəzərdə tuturuq. Müəllif, Kosanın macəralarının təsviri-
nə sərf etdiyi vaxtı Ruxsara surətinin dinamikasına yönəltsəydi, bu
həyalı, ismətli azərbaycanlı qızının obrazı daha dolğun və qüvvətli
çıxardı.
Yuxarıda dediyimiz təfsilatlılığı müəyyən dərəcədə hörmətli
ədibimiz Əli Vəliyevin «Ürək dostları», «Turaclıya gedən yol», «Bu-
59
dağın xatirələri» kimi əsərlərində görə birlərik. Bu ondan irəli gəlir ki,
yazıçılarımız bəzən süjet möhkəmliyinə, kompozisiya bütövlüyünə
diqqəti zəiflədirlər. Yazıçını, hər şeydən əvvəl oxucuya demək istə-
diyi fikir maraqlandırmalıdır; iş prosesində köməkçi xətlərin hamısı
əsas qayənin daha parlaq ifadəsinə tabe edilməlidir.
Azərbaycan romanı haqqında gedən söhbətlərdə müsbət ədəbi
xarakterlərin əhəmiyyətindən də çox danışılır. Bu da başlıca məsələ-
dir. Doğrudan da o romanlar çox sevilir ki, oxucu orada öz ideal qəh-
rəmanını, təqdirəlayiq insanı tapa bilir. Romanlarımızda belə
qəhrəmanlar vardır.
Qumru, Şamo, Alo, Ruxsara, Qəhrəman, Sona, Mərdan, Tərlan,
Tahir, Bayram, Firudin, Musa kişi, Maya, Araz, Gülşən, Ataş, Nur-
iyyə və s. kimi müsbət qəhrəmanlar yaratmış Azərbaycan romançıları
bu sahədə daha da irəli gedə bilərlər.Deməli, əsas istiqamət düzgündür
və bunu gələcəkdə də inkişaf etdirmək lazımdır.
Müsbət qəhrəman yaratmaq məsələsinə gənc romançılarımız daha
artıq həvəs göstərməlidirlər. Gənc romançılarımızın yaradıcılığındakı
mövzu axtarışları, cəsarətli fikir, yeni söz demək, qısa və mənalı
yazmaq kimi xüsusiyyətlər təqdirəlayiqdir. Müəlliflərin hər biri öz
qələmini roman sahəsində sınamış və əsasən müvəffəq olmuşdur.
Lakin bu yazıçılar xarakter yaratmağa, xüsusilə, müsbət qəhrəmanın
təsvirində diqqəti artırmalıdırlar. «Adilənin taleyi» romanının möv-
zusu gənclərimizin ən çox sevdiyi bir sahədən – jurnalistlik həya-
tından götürülmüşdür.Lakin müəllif, Elsevər və Adilənin şəxsində
bugünkü jurnalistin hərtərəfli müsbət surətini istənilən səviyyədə
rəsm edə bilməmişdir.İsa Hüseynovun da müsbət qəhrəmanları
hələlik zəifdir.Onlar, məsələn, deyək ki, Sultan Əmirli ilə müqayisədə
çox kiçik görünürlər.
Romançılarımız, xüsusilə, konkret tarixi şəxsiyyətdən bəhs edən
əsərlərə daha diqqətli olmalıdırlar. Azərbaycan tarixində həyatı, fəa-
liyyəti böyük bir roman üçün dolğun bədii material verən görkəmli
şəxsiyyətlər az deyil. Vaxtı ilə Fadeyev çox yaxşı demişdir ki, nə üçün
Azərbaycanda M.F.Axundov haqqında indiyədək roman yaranma-
mışdır? Doğrudan da, nə üçün qazax yazıçısı M.Ayezov Abay Ku-
nanbayevin həyatından dünya ədəbiyyatının ən gözəl bədii nümu-
nələri ilə bir sırada dura biləcək monumental bir əsər yarada bilir,
bizim yazıçılar, deyək ki, Sabirin, Mirzə Cəlilin və Azərbaycan xalqı
üçün öz canını əsirgəməyən digər sənət bahadırlarının həyatından
60
dolğun əsərlər yaratmasınlar? Bu mövzuda yazılmış bəzi əsərlər,
bütün müvəffəqiyyətli cəhətlərinə baxmayaraq, oxucunu kifayət qədər
təmin etmir.
Xalqımızın böyük oğullarından birinin həyatına həsr olunmuş
«Bahar oğlu» romanını alaq. Seyfəddin Dağlının bu əsərində, hər
şeydən əvvəl, Cabbarlı yaradıcılığına, Cabbarlı şəxsiyyətinə səmimi
bir məhəbbət hissi hakimdir. Romanın üslubundakı lirizm də bundan
irəli gəlir.Oxucu hiss edir ki, müəllif Cabbarlını məftunluqla təsvir
edir və bu hissi öz oxucularına da aşılamağa çalışır. «Bahar oğlu»nda
sənətkarlıqla yazılmış fəsillər, hissələr çoxdur. Lakin əsəri butövlükdə
oxuyub kitabı bükdüyümüz vaxt öz-özümüzə deyirik: yox, deyəsən,
buradakı səmimi sözlər Cəfər Cabbarlı üçün çox azdır. Hanı onun
məşəl kimi yanan ürəyi? Hanı onun hər şeyi əhatə edən kəskin ağlı,
zəkası və istedadı? Hanı onun yenicə yaradıcılığa başladığı dövrün
tufanlı fırtınası?
Roman məsələsinə həsr olunmuş Leninqrad sessiyasında söhbət
ən çox sənətkarlıq problemləri ətrafında getmişdir. «Ədəbiyyat və
incəsənət» qəzetinin açdığı müzakirədə də bu barədə çox söhbət olub
və yəqin ki, bundan sonra da olacaqdır.
«Ədəbiyyat və incəsənət» qəzeti,
19 oktyabr 1963
LİRİK MİNİATÜRLƏR
Şair Əliağa Kürçaylının «Şeirlər» adlı yeni kitabındakı parçaları
lirik miniatürlər adlandırmaq daha doğru olardı.Bunların əksəriyyəti
bitkin bədii lövhələrlə, incə və səmimi hisslərlə zəngindir.Onları tək-
rar-təkrar oxumaq, şairin keçirdiyi hissləri dönə-dönə yaşamaq,
duymaq istəyirsən:
Canım qurban elimə,
Çəmənimə, çölümə;
Elsiz, günsüz bir ömür,
Başsız küləkdir – dedim.
Çox yanırsan dedilər,
Odlanırsan dedilər;
Dostları ilə paylaş: |