64
Ə.Kürçaylının «Qar yağır» adlı şeiri uşaq psixologiyası haqqında,
insan haqqında, dünya və həyat haqqında fəlsəfi fikrin bədii ifadəsi
adlandırıla bilər.
Çoxdandır qara həsrət çəkən Bakıda birdən-birə qar görünür.
Uşaqların sevinci sonsuzdur. Onlar yoldan keçənləri qar topu ilə
vururlar. Bunlardan biri hirslənərək qəzəblə uşaqların qarasınca deyi-
nir. Bunu görən şair üzünü sanki həmin nadinc uşaqlara tutaraq deyir:
Uşaqlar, atmayın, bir an durun siz
«Qəzəbli əmiyə» atmayın qarı.
Onun da yerinə məni vurun siz,
Atın, mənə atın o ağ topları.
…. Sevinc gətirərsə bir anlıq sizə,
Qoy hədəf mən olum,
Açıqdır sinəm.
Sizin fərəh dolu gülüşünüzə
Bütün bir ömrümü versəm də nə qəm!
Əlbəttə, kitabda toplanan şeirlərin hamısı eyni səviyyədə deyildir,
bunlarda bəzi zəif deyilmiş misralara və bəndlərə də rast gəlmək olar.
Lakin «Şeirlər» kitabı bütünlükdə həm məzmun, həm də bədii
cəhətdən Kürçaylının müvəffəqiyyətidir.
«Ədəbiyyat və incəsənət» qəzeti,
4 aprel 1964
ATALAR, OĞULLAR VƏ YOLLAR
B.Vahabzadənin son poeması «Yollar və oğullar» məlum olduğu
üzrə şairin yaradıcılığında beynəlxalq mövzuya həsr olunmuş ilk əsər
deyildir.Onun «Əbədi heykəl» poeması, «Səyyahın dəftərindən» baş-
lığı altında verilən silsilə əsərləri və başqa şeirləri bu sahədə zəngin bir
tematika təşkil edir.Haqqında bəhs edəcəyimiz əsər bu bədii seriyaya
qiymətli əlavə olmaqla həm də müəllifin öz azadlığı uğrunda müba-
rizəyə qalxan xalqların həyatı ilə müntəzəm surətdə maraqlandığını,
müasir dövrün dünya miqyasında baş verən ən mühüm hadisələrini
65
izlədiyini göstərir.
Poemada konflikt çox həyati və inandıcırı əhvalatlar, son dərəcə
gərgin və dramatik psixoloji vəziyyətlər əsasında qurulduğu kimi,
onun bədii həlli də təbii, habelə tarixən düzgün inkişaf prosesində
verilmişdir.
Poema şaxələnən bir münaqişə xəttinə malikdir. Bu münaqişə
təkcə atalarla oğullar arasında deyil, həm də qardaşla qardaş arasında,
habelə bir adamın öz düşüncələrində, psixologiyasında (Ben-Os-
manda olduğu kimi) baş verir.Həmin ziddiyyətləri doğuran isə Əl-
cəzair xalqının məhkum həyatı, istismara, yalana, saxtalığa əsaslanan
burjua cəmiyyətidir. Ben-Osmanı eybəcərləşdirən, yadellilərin əlində
oyuncağa çevirən, dinindən, dilindən, ad və familiyasından döndərən
qüvvə Əlcəzairdəki müstəmləkə quruluşudur. Ben-Osman milyonları
əlindən çıxmasın deyə fransız nazirinə yaltaqlanır, arvadı Zəhranı
buraxıb, oğlu Mustafanı unudur, nəhayət həmin nazirin bacısı Nana
ilə evlənir. Ondan da bir oğlu olur, buradan da yollar və oğullar
məsələsi başlayır: iki oğul, iki yol:
Oğullar böyüdü, ərsəyə çatdı,
İki çıraq yandı iki sinədə.
Oğullar, oğullar qılınc oynatdı,
Hərəsi bir yolda, bir əqidədə.
Lakin bu yollar, bu əqidələr paralel getmir, üz-üzə, qarşı-qarşıya
gəlir:
İki oğul, iki yol o gün durdu üz-üzə.
Məsələ də burasındadır. Yəni bu yollardan hansı doğrudur, əda-
lətlidir…
Bir-birinə daban-dabana zidd olan bu yollardan birini Mustafa,
digərini isə Etyen təmsil edir. Bir atanın övladları olan bu iki oğul nə
üçün bir-birinə düşmən kəsilmişdi. Bizcə bunun səbəbini müstəm-
ləkəçilik siyasətində axtarmaq lazımdır.
Bu məsələyə Mustafa bir cür, Etyen başqa cür baxır. Şairin özü isə
bu baxışların müxətlifliyini oğulların aldığı tərbiyə ilə izah edir:
Paris havasiylə yaşadı biri,
O biri düşündü Əlcəzairi.
66
Biri bu torpaqdan dövlət istədi,
Biri: «Bu torpağa can qurban» – dedi.
Etyen – südə çəkdi, sümüyü dandı,
Bir müddət Parisdə gəzdi, dolandı.
Oxuyub kollecdə o, xeyli zaman
Aldı təlimini dayılarından.
Mustafa: «Mənimdir bu ana torpaq» –
Deyə hakimlərə oxudu meydan.
Silib təmizləmək istədi, ancaq,
Vətəni, Etyenin dayılarından.
Oğulların yollarının ayrılığı – xüsusilə, Əlcəzairdə milli azadlıq
hərəkatı başlayan zaman aşkara çıxır. Bu zaman biz Mustafanı azadlıq
ordusu sıralarında, Etyeni isə müstəmləkəçilər cəbhəsində görürük:
baxışlar, əqidələr toqquşur, qılınclar, nizələr üz-üzə dayanır.
Əsərdə şairin böyük məhəbbət hissi ilə təsvir etdiyi surətlərdən
biri Mustafadır. O, müəllifin müsbət estetik idealıdır; Mustafanın yolu
haqq, mübarizəsi ədalətlidir. Mustafa bir bədii obraz kimi artıq ayılıb
öz şanlı keçmişini qəhrəman əcdadını dərk edən, vətəninin yadlar
tapdağında qalması ilə barışa bilməyən, müstəmləkə vəziyyətinə düş-
müş, lakin azadlıq istəyən Şərqin timsalıdır.Oxucu əsər boyu Mus-
tafanı ardıcıl olaraq həmişə müsbət planda inkişafda görür, onun
mərdlik, mübarizlik, əyilməzlik kimi insani keyfiyyətlərinin şahidi
olur.
Bu keyfiyyətlərdən ən başlıcası Mustafadakı odlu bir sevgi –
vətən məhəbbətidir.Düşmənlər onun yalnız meyidini ələ keçirə bilir-
lər.Ananın müstəmləkəçilərə qəzəb, eyni zamanda iftixar hissi ilə
dediyi sözlər bu cəhətdən çox səciyyəvidir:
Özünü yox, siz onun meyidini asdınız.
Poemanın yaxşı cəhətlərindən biri də şairin fransız xalqını küll
halında Şərqin, o cümlədən Əlcəzairin dostu kimi qələmə almasıdır.
Müəllif çox doğru olaraq orada da ayrılan cəbhələrin, əqidələrin və
yolların mövcudiyyətini görüb təsvir etmişdir: əsərdə iki fransızın
(Anri ilə Etyenin) dialoqu bu nöqteyi nəzərdən xarakterikdir:
Etyen:
– Mən anlamıram, ərəb hara, sən hara?
Dostları ilə paylaş: |