61
Vətən üçün alışan
Mən yox, ürəkdir – dedim.
Ə.Kürçaylı bədii ədəbiyyatda ayrı-ayrı şairlərin dediyi, toxun-
duğu məsələlərdən yazanda belə, şeiriyyətlə yanaşı, məzmunda da
yenilik, dolğunluq axtarır. O belə hallarda, şeirin lirik axarını oxucu-
nun gözləmədiyi şəkildə birdən istədiyi səmtə yönəltməklə, həm bədii
təsiri–emosiyanı xeyli qüvvətləndirə bilir, həm də oxucunun güman
etmədiyi bir məzmunu ifadəyə çalışır; başqa sözlə desək o, insanın
diqqətini predmetin əsas mahiyyətinə, fəlsəfi mənasına cəlb etməyi
bacarır.
«Sevirdim xurmayı hörüklərini» şeiri bu cəhətdən səciyyəvidir.
Əsərdə lirik-hissi duyğularla yanaşı, müəyyən mənada maddilik,
hadisəlilik də vardır: lakin bu iki cəhət ahəngdar şəkildə birləşdiyin-
dən şeirin emosional təsiri daha da güclənmişdir.
Birinci bənddə şair sevgilisinin xurmayı hörüklərindən birini si-
nəsinə, digərini isə çiynindən arxaya atmış bir qızın portretini çək-
mişdir.
Şeirin ikinci bəndində şair bədbinləşir, hörüklərini kəsdirdiyi
üçün, sevgilisini məzəmmət edir, həmin hörüklərə vurulan qayçının
hüsnə, gözəlliyə vurulduğunu zənn edir. Sonra sevgilisinə diqqətlə
baxdığı zaman elə güman edir ki, qızın üzünü örtmüş qısa saçlar əv-
vəlki gözəlliyə ilk baharın hüsnünü də əlavə etmişdir. Nəhayət, şeirin
sonuncu bəndində müxtəlif gözəllik haqqında yuxarıda çəkdiyi lövhə
ilə əlaqədar olaraq, öz qərarını söyləyir – gözəllik heç də saçın qısa və
ya uzunluğunda deyilmiş.Şair, özünün gəldiyi bu qənaəti oxucuya
nəsihət yolu ilə qəbul etdirmək istəmir; o yalnız gördüyünü, duydu-
ğunu bədii şəkildə ifadə edir.
«Yolda açdım səhəri» şeirində Vətənimizin zəngin təbiətinə məf-
tunduq, kainatın gözəlliyinə vurğunluq, həyata ehtiraslı bağlılıq hiss
olunur:
Günəşin qızıl teli
Zülmətə sancılanda-
Zər qələm mürəkkəbə,
Sandım, batdı bir anda.
Dağlar gözüm önündə
Düzəldəndə qəddini,
62
Mən gördüm gecə ilə
Gündüzün sərhəddini.
Bu mənzərədən oxucu da şairin özü qədər zövq alır, o da təbiət və
kainatda baş verən hadisələri şair kimi seyr etmək istəyir.
Orijinal ifadə forması ilə diqqəti daha çox cəlb edən şeirlərdən biri
də «Telefon budkasının döyülür pəncərəsi» adlı şeiridir.
Bu kiçik əsərin məzmununda heç bir fövqəladəlik yoxdur; ha-
disələr, söhbətlər bizim hamımıza tanış, bəlkə də hər gün qarşılaşdı-
ğımız əhvalatlardır. Ancaq əsas məsələ şairin bu sadə həqiqəti bədii
səviyyəyə qaldıra bilməsidir.Şeirdə dörd nəfər iştirak edir. Lirik qəh-
rəman, onun sevgilisi, «üç dəqiqə tamam oldu» –deyə amiranə danı-
şan qəzəbli xanım və bir də hər şeyi anlayan, sevməyi, duymağı
bacaran bir qız.
Biz bunların heç birinin üzünü görmürük, yalnız səsini eşidirik;
lakin bu səslə də onların səviyyələrini təsəvvürümüzdə canlandıra
bilirik.
Ə.Kürçaylı başqa bir şeirində yenə təbiət lirikasına qayıdır. Bu-
dur… yenə də təbiətin ecazkar tablosu ilə vəhdətdə verilmiş insan
arzuları, insan düşüncələri bizim diqqətimizi cəlb edir. Bizcə,
Kürçaylının lirik şeirəlrinin müvəffəqiyyətli çıxmasının bir səbəbi də
orada insan arzularının təbiətlə birgə tərənnümüdür:
Torpaq quruyurdu – yağdı yağışlar,
Güllər üşüyürdü – günəş göründü.
Budaqlar qəmgindi – dilləndi quşlar,
Üfüq gülab rəngli dona büründü.
Yamaclar çılpaqdı – açdı lalələr,
Dəniz durğun idi – tufan oyandı.
Qaranlıq qayıtdı – açıldı səhər,
Göylərin yaxası alışdı, yandı.
Şair gözəl bir romansı xatırladan bu şeirin elə burasındaca nöqtə
qoya bilərdi; çünki ilk baxışda adama elə gəlir ki, bu şeirdə müəllifin
əsas məqsədi təbiət lövhəsi yaratmaqdan idarətdir.Lakin sonrakı mis-
raları oxuduqda aydın olur ki, bütün bu gözəllik yenə də insan
üçündür.
63
«Məhəbbət yolunda yorulmur ürək» adlı lirik şeir də bütövlükdə
yaxşı təsir bağıışlayır. Lakin əsərin ümumi axarında bir qüsur hiss
olunur. Əsas etibarı ilə nəvazişkar bir ruhda şairin sevgilisinə müra-
ciəti şəklində yazılan şeir üçüncü bənddə birdən-birə, necə deyərlər,
məcrasını dəyişir:
Ən iri, ən xırda meteorları,
Yazdakı yağışı, qışdakı qarı
İstərəm səmadan gətirəm sənə.
Qar və yağışı, nəhayət meteoru sevgilisinə gətirməklə şair nə
demək istəyir? Məlum deyil.
Bu misralar lirik hissin təbii inkişafından doğmadığından gözəl
bir melodiyanın ümumi ahənginə tamamilə yad, kənar notlar kimi
səslənir. Bunu şeirin finalında müəllifin yenə əvvəlki əsas ruha
qayıtması da göstərir.
Bahar təravətli sərin yelləri,
Hələ yaşanmamış xoşbəxt illəri
İstərəm indidən yetirəm sənə!
Kitabda ictimai lirikanın da gözəl nümunələri verilmişdir. «Onun
şəkli», «Birinci gün», «Əbədi məşəl», «Qar yağır», «Müxbir və bən-
na», «Dedilər Kür quruyur», «Sabir bağında», «Yadındamı, Stepan?»
və s. belə şeirlərdəndir.
«Onun şəkli» şeirində Kürçaylı böyük Leninə bütün dünya rəs-
samlarının məhəbbətini ifadə etmişdir.Leninə azadlıq rəmzi kimi
baxan, onda xalqımızın xilaskarını görən hər bir rəssam Leninin rəs-
mini yaradarkən onu öz xalqına oxşadır, yunanlar yunana, zəncilər
zənciyə, ərəblər ərəbə…
«Sabir bağında» əsərində müəllif dahi sənətkarın obrazını mü-
vəffəqiyyətlə vəsf edə bilmişdir.
Şairlər gül deyib, bülbül deyəndə,
O yazdı göz yaşı, əzab, iztirab;
«Liriklər» xəstə tək inildəyəndə
Şairim hayqırdı: Döyüş, inqilab!
Dostları ilə paylaş: |