Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   22   23   24   25   26   27   28   29   ...   108

 
80
HƏYATİ HEKAYƏLƏR 
 
 Maraqlı süjetə malik, kiçik, yığcam hekayələri oxucu həmişə 
gözləyir, belə  əsərləri oxumaq üçün adam hər zaman vaxt tapır– 
vaqonda, estakadada, trolleybusda, çöldə-tarlada, evdə, istirahət saat-
larında.Bu şərtlə ki, hekayə yaxşı olsun, təzə bir şey desin, düşüncəyə, 
ağla nə isə pıçıldasın, nəyi isə kəşf etsin, hansı həyat sirrini isə açsın, 
hansı qaranlıq nöqtəni isə aydınlaşdırsın. 
Yazıçı Calal Çavadovun «Toydan sonra» kitabında toplanan he-
kayələrin çoxu belə sadə, təbii, həyati əhvalatların sadə və bəzək-dü-
zəksiz, səmimi bədii ifadəsini verən əsərlərdir. 
«Bir  şüşə kül» adlı hekayədə maraqlı bir əhvalatdan bəhs edilir. 
Adlı-sanlı yazıçı özünün mütəəssir olduğu, həyatda  şəxsən təsadüf 
etdiyi bir hadisə  əsasında «General qızı» adlı povest yazır.  Əsər 
ilhamın ən alovlu çağlarında yazıldığından, habelə, yazıçının öz şəxsi 
həyatı ilə bağlı olduğundan oxuculara dərin təsir bağışlayır. Odur ki, 
ədibin ilk oxucusu olan nişanlısı, həmin povestin doğurduğu təsir 
nəticəsində
 
«General qızı»na qısqanaraq  əsəri yandırır.Yazıçının 
arxivində  tədqiqat apararkən aspirantın tapdığı bir şüşə kül həmin 
əsərin külü imiş.  Şüşənin üstündə bu sözlər yazılmışdır: «General 
qızı», 1922-ci il, Soçi». 
Hekayədə müəllifin  əsas fikri bundan ibarətdir ki, bədii  əsər ilk 
növbədə özünün həyati, doğru, real məzmunu ilə oxucunun hisslərini 
tərpədə bilməli, başqa sözlə desək, həyatı son dərəcə düzgün əks 
etdirməyin özü poetik faktora çevrilməlidir. Lakin, nədənsə, hekayədə 
müəllifin qısqanclıq hissinə münasibəti çox da aydın deyildir. Belə 
çıxır ki, həmin qız, ola bilsin ki, «General qızı» nı əsərin bədii təsiri 
nəticəsində deyil, öz nadanlığı, avamlığı üzündən yandırmışdır. 
Ümumiyyətlə, pis əsər olmayan bu hekayədə müəllif, gərək müxtəlif 
məna yozumuna imkan verməyəydi. 
C.Cavadov, «Medalyon» hekayəsindəki mətləb və  məsələlərin 
hamısını medalyonla üzvi şəkildə  əlaqələndirmişdir. Daha doğrusu, 
müəllif, medalyondan ədəbi bəhanə kimi istifadə edərək, «ağsaçlı 
cavan ana» Solmazın həyat kitabını oxucular üçün varaqlamışdır. 
Hadisələr real və inandırıcı verildiyindən oxucunun bu hadisələrə 
münasibəti də fəaldır, təbiidir. 
Solmazın öz oğlu Yadigar üçun nişan aparma səhnəsindən tutmuş, 
Qorxmazla sevişməsi, sevgilisinin ona medalyon bağışlaması, müha-


 
81
ribə, Qorxmaz haqqında yayılan xəbərlər, Yadigarın böyüməsi, uşaq-
lardan eiştdiyi, ürək dağlayan söz-söhbətlər, uşaqlıq qüruru üzündən 
əlini itirməsi, ananın bu məsələ ilə əlaqədar keçirdiyi əzablar, nəhayət, 
vəfa, sədaqət və namus xatirinə qəmə, kədərə qalib gələn müqəddəs 
analıq hissinə qədər hər şey təbii və canlı verilmişdir. 
Uşaq psixologiyasının sirləri bu hekayədə balaca Yadigarın təs-
virində inandırıcıdır. Onun medalyonu əzib, ulduz nişanı düzəltmək 
istəməsi, xüsusən, paslı iynə batdığı üçün xəstəxanada  əli kəsildiyi 
zaman anasına dediyi sözlər nə qədər təbii və canlıdır: 
«–Ana, həkimlərə de də, de də. 
–Nə deyim, oğlum, nə deyim? 
–De ki, mənim əlimi qoysunlar yerinə. Bir də sənin medalyonunu 
ulduz eləməyəcəyəm. Ta dava da qurtarıb. Bəs atam mənə  nə vaxt 
ulduz gətirəcək?». 
«Toydan sonra» hekayəsi də səmimidir. Kənd adamlarının həya-
tından bəhs edən bu hekayənin üslubunda nikbinlik, bir növ zarafat 
vardır. Biz, Soltanla Şəhlanı yalnız ictimai-faydalı  əməklərinə görə 
deyil, eyni zamanda mənəvi cəhətdən pak və nəcib olduqlarına görə 
sevirik. Lakin hekayə butövlükdə qüsurludur. Nədənsə, müəllif bu 
qəhrəmanların mənəvi aləmlərinə kifayət qədər nüfuz edə bilməmiş, 
hadisələrin passiv surətini çəkməklə kifayətlənmişdir. 
«Sünbül və səməni» hekayəsinin ideyası da ibrətlidir. Burada xal-
qa, torpağa bağlılıq təbliğ edilir, bunlardan ayrı düşənlərin faciəsi 
göstərilir. Səməni hər cür qayğı ilə əhatə olunsa da, rişəsini salmağa 
torpaq olmadığından tez göyərdiyi kimi, tez də tələf olub gedir. Lakin 
torpağa basdırılan dən qol-budaq ataraq «qızıl saçlı sünbülə» çevrilir. 
Həyat da belədir.  İnsan torpaqdan, zəhmətdən yapışdıqca ucalır, 
gözəlləşir, mənən zənginləşir, zəhmətə xor baxanlar isə səməni kimi 
quruyub tökülür. 
«Miras», «Cocuğun dəfni», «Xortdanla söhbət», «Diplomu yox-
dur», «Qurd gəlir», «Qarğaçatladan  Əbiş» və s. satirik-yumoristik 
səpgidə yazılmış hekayələrdir. 
C.Cavadovun «Cocuğun dəfni» və «Xortdanla söhbət» hekayələ-
rinin mövzusu Türkiyə  həyatından götürülmüşdür. Birincinin məz-
munu «Arxalı köpək qurd basar» adlı xalq məsəlini xatırladır. 
Mehmət əfəndinin ölü doğulan uşağı üçün hamı yas saxlayır. Özünü 
də «fəxri cənnət»də dəfn edirlər. Lakin Mehmət əfəndi ölərkən onun 
tabutunu yerdən qaldırmağa adam da tapılmır. İkinci hekayə, Anadolu 


 
82
kəndlisinin acınacaqlı  vəziyyətindən bəhs edən təsirli bir lövhədir. 
Amerika müstəmləkəçiləri Türkiyədə «toxum əvəzinə torpağa barıt 
səpdilər, bomba basdırdılar. Meyvə ağacı əvəzinə güllə sancdılar». Bu 
lüt kəndli hökumətə verməyə bir şeyi olmadığından özünə «ölü» 
kağızı düzəldir.  İşin üstü açılandan sonra isə onu «xortdan» adlan-
dıraraq Anadoludan qovurlar. 
«Diplomu yoxdur» adlı yumoristik hekayə müəyyən mənada Mir 
Cəlalın «Elçilər qayıtdı» əsəri ilə səsləşsə də, yaxşı təsir bağışlayır. 
«Qurd gəlir» əsərində isə mədəniyyətə xor baxan kolxoz sədrləri 
tənqid olunur. Qurd sözü hekayədə iki mənada, həm barama qurdu, 
həm də canavar mənasında işlədilir. Kitabxanaçı qız kolxoz sədrinə 
ərizə yazır ki, klubu, kitabxananı abadlaşdırsın. O isə gəlib qıfılı sın-
dırır va orada barama qurdu saxlamağı  əmr edir. Kolxoz sədrinin 
mədəniyyətə belə kobud münasibətini görən kitabxanaçı üzünü xid-
mətçi qadına tutaraq deyir: 
«–Zalxa xala, bu qıfılı düz Bakıya göndərəcəyəm, yazacağam ki, 
qoymayın klubların qapısını qurdlar dağıtsın». 
«Qarğaçatladan Əbiş» özünün həyatiliyi və dilinin duzluluğu, mə-
zəliliyi ilə diqqəti daha çox cəlb edir. 
«Mal yiyəsinə oxşamasa haramdır» adlı yumoristik hekayə oxcunu 
ürəkdən güldürur.«Palatada əhvalat» hekayəsində öz işinə  məsuliy-
yətsiz yanaşan tibb bacıları  tənqid olunur. Lakin hekayə  zəifdir, 
mövzu dəfələrlə  işlənilmişdir. Buna görə  də hekayə istənilən təsiri 
bağışlamır. 
Calal Cavadov belə hallardan qaçarsa, yaradıcılığına məsuliyyət 
hissini bir qədər də artırarsa, gələcəkdə daha yaxşı hekayə və povest-
lər yaza bilər. 
«Ədəbiyyat və incəsənət» qəzeti, 
 10 aprel 1965 
 
 
ÜÇ POVEST HAQQINDA BƏZİ QEYDLƏR 
 
Bədii nəsrimizə  təzə  gələn nasirlər  һələlik sənətkarlıq cəһətdən 
lazımınca kamilləşməmiş olsalar da, ədəbiyyata inadlı axtarışlar, 
dərin һəyati müşaһidə, zəngin bilik tələb edən ciddi yaradıcılıq prosesi 
kimi baxır və öz əsərlərində müasir oxucunun tələblərinə mümkün 
qədər cavab verməyə çalışırlar. Bu cəһətdən İsmayıl Qarayevin «O və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə