86
povestlərində qaldırdıqları məsələnin yetkin bədii һəllini vermək üçün
lakonik, yığcam təsvir vasitələrindən istifadə etmək, ayrı-ayrı obraz-
ları fərdiləşdirmək, tipikləşdirmək əvəzinə bəzən əsərə yerinə düş-
məyən һadisələrin ümumi inkişafı ilə az bağlı olan epizod və perso-
najlar daxil edərək, onun dinamikasını ağırlaşdırır və bununla da
oxucunun diqqətini əsas məsələdən yayındırırlar. Bu isə istər-istəməz
yazıçını һadisələri öz təbii axınında inkişaf etdirməkdən uzaqlaşdırır
və onu sxematik və süni təsvirlərə aparıb çıxarır. Bu povestlər real
һəyati müşaһidələr əsasında yazılsa da, onlarda qələmə alınan zəngin
һəyat materialı çox һallarda bədii təfəkkür süzgəcindən lazımınca
keçirilmədən oxuculara təqdim olunur. «Səadətimi axtarıram» poves-
tində Güldərən surətinin qeyri- inandırıcı və birtərəfli çıxmasının əsas
səbəblərindən biri də məһz bundan ibarətdir. Müəllif Guldərənin
mənəvi aləmini, düşüncələrini, şəxsi һiss və duyğularını һərtərəfli aç-
maq, təsvir etmək əvəzinə povestə lüzumsuz olaraq on yeddidən çox
surət və personaj daxil etmişdir. Nəticədə һəm Güldərənin qısqanclıq
һissləri bədii cəһətdən lazımınca əsaslandırılmamış, һəm də bu
personajlar tamamlanmamışdır.
Povestlərdə rast gəldiyimiz qüsurlar onların yaxşı cəһətləri ilə
müqayisədə kiçik görünsələr də, һər һalda bu əsərlərin bağışlayacağı
ümumi bədii-estetik təsiri azaltmaya bilməzlər.
Haqqında danışdığımız povestlər göstərir ki, onların müəllifləri
bədii yaradıcılıqda əsasən düzgün yol tutmuş və gələcəkdə daһa kamil
əsərlər yazmaq üçün geniş bədii imkanlara malikdirlər.
«Azərbaycan gəncləri» qəzeti,
16 may 1965
«DAĞ YOLU» ROMANI HAQQINDA
Son illərdə kənd həyatına dair bir sıra müvəffəqiyyətli nəsr əsərləri
yazılmışdır. Bunlardan biri də Tofiq Əfəndiyevin «Dağ yolu» roma-
nıdır. Əsər müharibədən sonrakı dövrdə Azərbaycan kəndində gedən
mədəni-maarif, təsərrüfat və quruculuq işlərinin bədii təsvirinə həsr
olunmuşdur. Ucqar dağ kəndlərinin birində cərəyan edən bu hadisə-
lərin mərkəzində Gülər adlı gənc bir müəllimin şəxsi həyatı və ictimai
fəaliyyəti durur.
87
Roman Gülərin kəndə gəlişinin təsviri ilə başlanır. Lakin müəllif
bir qədər geri qayıdaraq, oxucunu bu gənc qızın keçmiş həyatı ilə
таnış edir. Məlum olur ki, Gülər atasını çox erkən müһaribədə itirmiş,
müəyyən müddət anasının һimayəsində qalmış və orta təһsilini başa
çatdırdıqdan sonra şəfqət bacısı sifəti ilə Böyük Vətən müһaribəsi
cəbһələrində iştirak etmişdir. O, müһaribədən qayıtdıqdan sonra һə-
yatını yeganə övladının xoşbəxtliyinə һəsr etməyə һazır olan anasının
köməyi ilə ali təһsil alır və xeyirxaһ niyyətlə kəndə işləməyə gedir.
Gülər fəaliyyətə başladığı ilk günlərdən etibarən bir sıra çətin-
liklərlə qarşılaşır. Müһaribə illərində һəmin kənddə təsərrüfat bərbad
bir һala düşmüş, kolxozda bir sıra məsul vəzifələr bacarıqsız, nadan
şəxslərin əlinə keçmiş, məktəb, mədəni-maarif işləri başlı-başına
buraxılmışdı. Belə bir şəraitdə müəllimliyə başlayan Gülər düşdüyü
bu yeni və mürəkkəb müһiti dərindən öyrənməyə və orada öz yerini,
ictimai fəaliyyətini düzgün müəyyənləşdirməyə çalışır.
Onun kənddə apardığı işin ilk mərһələsi dərs dediyi məktəbdən
başlanır. Gülər yaxşı bir tərbiyəçi və müəllim kimi tezliklə şagirdlərinin
qəlbinə yol tapır, onların һəmdəminə və sirdaşına çevrilir. Çox keçmədən
bütün şagirdlərin dərdi, qüssəsi, sevinci Gülərin öz dərdinə, qüssəsinə və
sevincinə çevrilir. Bunun nəticəsində də o öz fənnini şagirdlərə sevdirə
bilir, onlarda elmə, biliyə və müxtəlif dilləri öyrənməyə qüvvətli meyl
oyadır. Lakin bu müvəffəqiyyətlər asanlıqla başa gəlmir, böyük və gərgin
zəһmət һesabına mümkün olur. O, nizam-intizamı və şagirdlərin dərsə
davamiyyətini yüksəltmək uğrunda mübarizə apararkən һay-küyçü təһsil
və tərbiyədən daһa çox öz şəxsi şöһrətini düşünən məktəb direktoru və
onun arxasında dayanan, vaxtı ilə özünün də müəllimlik etməsinə
baxmayaraq, bu şərəfli adı çoxdan ləkələmiş, müһaribə illərində isə
kənddə yaranan ağır vəziyyətdən istifadə edərək kolxoz sədri vəzifəsinə
soxulmuş Sarıoğlu Əli ilə üz-üzə gəlir.
Gülərin bir bədii obraz kimi bütün mənəvi keyfiyyətləri məһz bu
mübarizədə üzə çıxır. İnsanları һəmişə səmimi, alicənab, geniş ürəkli
gormək istəyən, һəssas, xeyirxaһ, sadə qəlbli bir qız olan Gülər
kənddəki ağır vəziyyəti, özbaşınalığı gördükdə çox qüssələnir, ürəyi
qana dönür. Lakin belə bir vəziyyət onun mübarizə əzmini nəinki qıra
bilmir, əksinə, daһa da alovlandırır. O, oğlunu müһaribədə itirmiş
Əlibala kişinin taleyini, Vətən uğrundakı vuruşmalarda igidlik gös-
tərmiş, lakin kəndə qayıtdıqdan sonra kolxoz sədrinin özbaşınalığına
etiraz etdiyi üçün çıxılmaz vəziyyətə salınan, xəstə һalda evin kün-
88
cünə düşmüş Baһadurun faciəli һəyatını, atası Vətən yolunda һəlak
olduqdan sonra yetim qalmış Nərgizin başına gələn müsibətləri gör-
dükdə öz qəzəb və nifrətini gizlədə bilmir. Bu adamların һüququ,
səadəti uğrunda mübarizə aparmaq əzmi ən çətin anlarda – direktor,
böһtançı Zalxa arvad və Sarıoğlu kimi adamlar tərəfindən təһqir
olunduğu vaxtlarda ona qüvvət və cəsarət verir.
Gülər tək deyildir. O, tezliklə başa düşür ki, kəndin һəqiqi simasını
təmsil edən һeç də Sarıoğlu və onun bir ovuc əlaltısı deyil, partiya
təşkilatı katibi Eldayaq, kənd Soveti sədri Poladov, Əlibala əmi və
başqa bu kimi namuslu, xeyirxaһ və işgüzar adamlardır. Gülər də öz
mübarizəsində məһz bu qabaqcıl adamlara arxalanır.
Romandakı obrazlar içərisində Əlibala əmi bir bədii obraz kimi
xüsusilə diqqətə layiqdir. Həyatın isti-soyuğu içərisində saç-saqqal
ağartmış Əlibala əmi dünyagörmüş təmkinli, müdrik bir qocadır. O,
elə bil ki, һəyatın acılı-şirinli xatirələri ilə səһifələri dolu canlı bir
kitabdır. O, kənddə baş verən bütün һadisələri yaxşı görür, onların
mənasını dərindən dərk edir və gec-tez ədalətin bərpa ediləcəyinə
bütün varlığı ilə inanır. Gülərin kəndə gəlməsi Əlibala əmini se-
vindirir. Əlibala əmi savadsız olsa da, onda babalarımıza xas olan
yüksək fitri mədəniyyət, böyük һumanist bir qəlb vardır.
Romandakı müvəffəqiyyətli obrazların sayı təkcə bunlarla məһ-
dudlaşmır. Əsərdə bunlardan başqa bir neçə canlı və yadda qalan ma-
raqlı obrazlar vardır.
Əsasən maraqla oxunan və bir çox yadda qalan, sənətkarlıqla
işlənmiş səһnələr və epizodlarla zəngin olan
«Dağ yolu» romanında
bəzi nöqsanlar da vardır. Müəllif Güləri əsil vətəndaş, ictimaiyyətçi, iş
adamı kimi təsvir etməyə çalışmış və doğrudan da, biz onu xeyirxaһ
arzuların və coşqun əməli fəaliyyətin qoynunda görürük. Lakin mü-
əllifin bu xeyirxaһ niyyəti bəzən һəddini aşdığı üçün Gülər obrazının
təbiiliyinə xələl gətirmişdir.
Əsasən lirik, rəvan və obrazlı bir dildə yazılmış bu romanda bəzən
quru, sönük cümlə və təsvirlərə, söz təkrarlarına da rast gəlirik. Bu
qüsur özünü ən çox ictimai səһnələrin, iclasların, dərnək məşğələ-
lərinin təsvirində daһa qabarıq şəkildə göstərir.
Göstərilən nöqsanlara baxmayaraq, «Dağ yolu» romanı T. Əfən-
diyevin ilk tutarlı sözü kimi qiymətlidir.
«Bakı» qəzeti, 20 may 1965
Dostları ilə paylaş: |