Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   27   28   29   30   31   32   33   34   ...   108

 
96
Bəzən də elə olur ki, şair  şeirin son misralarında deyəcəyi az-çox 
qüvvətli bir fikir xatirinə oxucunu ümumi sözlərlə  һəddindən artıq 
yükləyir. Bu qüsuru «Eyvan», «Məһəbbət timsalı», «Heykəllər yaşa-
yır» və s. şeirlərində һiss edirik. Kitabçadakı şeirlərin boyük qismini 
təşkil edən «Salam, ay baһar!», «Gözəllik dastanı», «Bütün fəsillər-
də», «Qarabağ lövһələri», «Tbilisi gecələri», «Qırılan mirvarilər» və 
s. kimi təbiət һaqqında yazılmış əsərlərin һamısı eyni bədii səviyyədə 
deyildir. Bunların  һər birində tutarlı misralar, bəndlər vardır. Lakin 
ümumi  şəkildə götürdükdə alınan təsir, aşılanan  һiss təkrar kimi 
görünür: 
 
Lalələr çəməni, düzü bəzəyir,  
Sanki qara xaldır, üzü bəzəyir.  
Təbiət һər yanı özü bəzəyir,  
Açan ağ çiçəkmi, yoxsa yağıb qar, 
Salam, ay baһar. 
 
Biz qəsdən şeirin ən qüvvətli misralarını misal gətirərək onlara öz 
tənqidi münasibətimizi gizlətmədən demək istəyirik ki, təbiət təsvir-
lərinin özündə də bir şablon şəklini almış köһnə tərənnüm üsulların-
dan uzaqlaşmağın vaxtı çatmışdır. 
Kitabçada  şairin bəzi nəğmələri və bir neçə satirik  şeirləri də 
verilmişdir.Tofiq maһnı  mətnlərində, ümumiyyətlə, müvəffəq olur. 
«Meһriban baxışlar», «Xəzərin qoynunda», «Harda qaldı yar» əsas 
etibarı ilə yaxşı, təsirli şeirlərdir.Lakin bəzən tələsik yazılmış, һissiz-
-duyğusuz,  һətta bayağı  nəğmələrə  də rast gəlirik. Bu irad təkcə 
Tofiqə deyil, nəğmə mətni yazan şairlərin çoxuna aiddir. 
Kitabdakı satirik şeirlərə  gəlincə deməliyik ki, görünür, şair bu 
saһədəki fəaliyyətində ardıcıl mövqe tutmur, təsadüfdən-təsadüfə belə 
mövzulara  əl atır. Halbuki müəllifin bu səpgidə yazılmış müvəffə-
qiyyətli  şeirləri vardır. «Stol və müdir», «Kəmtərovdur danışan», 
«Daşbaşovun oğlu» kimi əsərlərdə satirik düşüncə  tərzi pis deyil-
dir.Kitab nöqsanlarına baxmayaraq, oxucular tərəfindən rəğbətlə 
qarşılanır. 
 «Bakı»qəzeti, 30 iyun 1965  
 
 
 


 
97
KÖNÜL DUYĞULARI 
 
Xalq  şairi Məmməd Rahimin yeni çapdan çıxmış  şeirlər kitabı 
«Arzular gül açanda» adlanır. Kitabdakı əsərlərin əsas ruhunu gözəl 
ifadə edən bu ad şair tərəfindən təsadüfi seçilməmişdir.Çünki M.Ra-
him daha çox lirik bir şairdir. Lirika onun poeziyasının canıdır. Şairin 
epik  əsərlərində belə lirika həmişə üstünlük təşkil edir. Bu cəhəti o 
özü də etiraf etməkdədir. «Şairin xəyalı» adlanan poemasında müəllif, 
Göy gölün əfsanəvi gələcəyindən bəhs etdiyi vaxt özü haqqında bu 
misraları yazmışdır: 
 
Tən ortada bir lirik şair ki, əli 
Elə bil şeir yazır, fikri dağlarda. 
 
M. Rahimin lirikası  həyati və nikbin bir lirikadır. Ana torpağa 
bağlılıq, həyatı sevmək, insanlığa böyük və tükənməz məhəbbət, sə-
daqət və  vəfanın ülvi tərənnümü bu lirikanın  əsas xüsusiyyətlə-
rindəndir. Bu rübabi poeziyada birinci şərt varlığın, xilqətin məna-
sıdır. 
Mən ağ sular kimi axıb getmərəm,  
Şimşəyəm havayı çaxıb getmərəm. 
 Dünyanı pənçərə sandı babalar–  
Mən ondan mənasız baxıb getmərəm.  
 
Şair yaşamağın mənasına dair hələ yaradıcılığının ilk dövrlərində 
irəli sürdüyü bu tezisə haqqında bəhs edəcəyimiz əsərlərdə də sadiq 
qalmaqdadır. 
Məhəbbət, Rahimin daimi mövzularındandır. Demək olar ki, şairin 
əsərlərinin çoxusu bu hissin tərənnümünə  həsr olunmuşdur. Onun 
«Sevginin yaşı» adlı  şeiri həmin silsilənin başlıca leytmotivi kimi 
səslənməkdədir. Şair məhəbbəti ədəbiyyatın baş mövzularından biri, 
həyatın sağlam nəfəsi, varlığın yaraşığı hesab edir: 
 
Bir qartal uçuşu, ceyran baxışı,  
Torpaq, oyanması, kür çay axışı,  
Bir qaya vüqarı, bir yaşıl budaq  
Eşqin dastanını söyləyir ancaq.  
İnci göz yaşları, xoş nəğmə səsi,  


 
98
Yaratmaq, yaşatmaq, qurmaq həvəsi,  
Sevib-sevilənin coşqun əməyi  
Dumanlı bir dərə, bir dağ ətəyi, 
Cürə, saz, kamança, tütək, neylə tar,  
Bir munis, mehriban, insani rəftar  
Eşqdən hər zaman xəbər verəcək. 
 
 Şairin «Sevərək sevilənlər», «Günahkaram», «Salxım söyüdlər», 
«Sən də varsan», «Nə deyim», «Könlümün aynasında», «Qış köçüb, 
ilk bahardır», «Ən  əziz  şey», «Məni yandırma», «Sahildə», «Ötür-
müşəm səni mən qayıdıram geriyə», «Gözəlliyin qüdrəti», «Gözəlliyə 
dair» və onlarca başqa  şeirləri, mahnıları  məhəbbət mövzusunda 
yazılan əsərlərdir. Göründüyü kimi,
 
eyni mövzuya bu qədər çox əsər 
həsr etmək şairdən bu aləmin bütün sirlərini, incəliklərini bilmək, hər 
dəfə onun yeni bir xüsusiyyətini göstərmək bacarığı  tələb edir. M. 
Rahim bu işin öhdəsindən müvəffəqiyyətlə  gələ bilir. Hər yeni şei-
rində bu bitib-tükənmək bilməyən mövzunun bir orijinal tərəfini 
işıqlandırmağa çalışır. Bu, ona görə mümkün olur ki, şair məhəbbət və 
gözəlliyi zahirdə axtarmır, dərinliklərə enməkdən çəkinməyərək, 
insan ruhunun ən gizli nöqtələrinə baş vurur, pak, ülvi məhəbbəti 
tərənnüm edir: 
Mən gözəlin yazmıram zahiri surətini,  
Şeirimin ruhunda gör insan məhəbbətini.  
«Gözəlliyin qüdrəti»  şeirində aslan üstündə oturmuş bir gözəli 
təsvir edən rəsm əsərindən danışılır. Bəs necə olmuşdur ki, yırtıcı hey-
van gözəli parçalamır. Şair həmin mənzərədən aldığı təəssürata belə 
poetik məna verir: 
 
Görünür, gözəlliyin əsrarəngiz qüdrəti  
Aslanların gücündən qüvvətlidir dünyada.  
 
Yaxud «Ən əziz şey» adlı əsəri xatırlayın. Kabardin folklorundan 
istifadə yolu ilə yaradılmış bu süjetli şeir son dərəcə mənalıdır. Ər öz 
arvadı Səlimətə deyir ki, bu evdə çox istədiyin, sevdiyin əziz şey nə 
varsa hamısını apar, mən başqasına evlənmək istəyirəm. Səlimət bu 
münasibətlə  məclis qurdurmuş, ziyafət zamanı içib keflənən  ərini 
arabaya qoyub atası evinə aparmışdır. Yolda sərxoşluqdan ayılan kişi 
arvadından soruşduqda ki, bəs arabada məndən başqa bir şey görmü-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə