102
dən heç də müəyyən bir səhnə verməmiş, üz-üzə gələn düşmən
ordularını təsvir etməmiş, tək məzarın timsalında müharibə dövrünün
fəlsəfəsini ümumiləşdirmişdir. Qoca rus qarısının, şəhidin millyyətini
bilmədən məzara xitabən xaç çevirməsi şeirin ən mənalı və təsirli
yerlərindəndir.Adətdir, kimliyindən asılı olmayaraq ölüyə ehtiram
edərlər. Lakin ucsuz-bucaqsız bir düzdə qarının gördüyü tənha məzar
başqalarına bənzəməz; bu, hərbin dəhşətli nişanələrindən, onun
törətdiyi faciələrdən biridir. O tənha məzarda yatan kəs Vətən uğrunda
şəhid olanlardandır. Bir vaxt əldə silah düşmənə qarşı mübarizəyə
gedən bu azərbaycanlı əsgər indi öz döyüşçü dostlarından ayrı düşərək
torpaqlarda uyuyur:
Ordu çapıb getmiş axar su kimi,
Köçdən ayrı düşmüş bir quzu kimi
O, qalmış arxada, yoldan iraqda.
Kitaba şairin «Natəvan» poeması da daxil olunmuşdur. Bu əsər
gözəl qəzəllər müəllifi məşhur Azərbaycan şairi Xurşud Banu Natə-
vana həsr edilmişdir. Əsərin nikbin ruhlu müqəddimə ilə başlan-
masına baxmayaraq, bütün fəsil və hissələri şairin həyatında baş verən
ayrı-ayrı faciəvi hadisə və detalların təsviri üzərində qurulmuşdur.
Başqa sözlə desək, şair, Natəvanın həyatındakı xoşbəxt, fərəhli
anlardan daha çox, faciəli momentləri ön plana çəkərək onların bədii
təsvirini vermişdir. Oxucu, Natəvanı həmişə hüznlü, qəmli və mü-
kəddər, xəyalı pəjmürdə, fikirlər, düşüncələr aləmində görür. Əlbəttə,
bu meylin özü qələmə alınan mövzunun mahiyyəti ilə, şairin şəxsi və
ailə ləyatındakı bədbəxtliklərlə əlaqədardır.
Poema Natəvanın əməli fəaliyyətlərindən birinin –Şuşaya bulaq
çəkdirməsinin bayram edilməsi təntənəsi ilə başlanır. Hamı şadlıq
edir, cəngi havasının coşqun sədaları altında, adamlar şənlik edir,
çalıb oynayırlar. Natəvan özü isə xəstə olduğundan bu mərasimdə
iştirak edə bilmir. Müəllif bizi şənlikdəki adamlardan biri ilə tanış edir
ki, bu da Qarabağın məşhur mülkədarı Hacı Səfərdir. Bu səhnədən
etibarən oxucu baş qəhrəmana qarşı qoyulmuş qəddar bir şəxslə tanış
olur. Bir az sonra həmin mənfi cəbhənin başqa bir güclü nümayən-
dəsini–Axund Səfanı görürük. Bu iki fitnəkar demək olar ki, bütün
əsər boyu Natəvana qarşı mübarizə aparır: biri pulu, malı, digəri isə
dini, ruhani fitvaları, dedi-qoduları, şair haqqında yaydığı yalançı,
103
murdar şayiələri ilə. Poemanın əsas konflikt xətlərindən birini şair ilə
bu mənfi tiplər arasında gedən mübarizələr təşkil edir. Bu konfliktin
özü də başqa və daha əsas bir ziddiyyətdən–
açıq fikirli, mədəni,
inkişaf etmiş, incə zövqlü, zərif qəlbli şair-rəssam Natəvanla dövran
arasındakı kəskin münaqişələrdən doğur.
Natəvanın ailəsində bir-birinin ardınca baş verən bədbəxtliklər,
faciələr də onun mənəvi quvvəsini az sarsıtmamışdır. Ərinin getməsi,
sevimli övladlarının ölümü, mühitin, adamların tənəsi böyük şairin
hər an, hər saat şam kimi əriməsinə səbəb olur, onun günləri ah-zar
içərisində keçir. Məmməd Rahim də öz poemasında məhz bu niskilli
cəhətlərə daha artıq yer vermiş, daha çox fəlakətdən və dərdli Natə-
vandan bəhs etmişdir. Şair açıqca deyir:
Yazıb yana-yana Xurşud Banunun
Bəzi keşməkeşli nəs illərini,
Ürək ağrısıyla təsvir elədim
Həyatının ağır fəsillərini.
Köçdü övladları dünyadan nakam,
Ana yorulmadı yas saxlamaqdan.
İnsanlardan uzaq geyindi qara,
Kor oldu gözləri hey ağlamaqdan.
Əsərdə Natəvanı, özünün xan qızı olmasına baxmayaraq, yoxsul-
ların dostu, sirdaşı kimi verməkdə şair doğru hərəkət etmişdir. Burada
tarixi Natəvan təhrif olunmur. Böyük şairin həyatına dair faktları
yaxşı öyrənən Məmməd Rahim, eyni zamanda təkcə bu faktların
qeydçisi kimi qalmır, onlarda gizlənən fikir və ideyanı sənətin köməyi
ilə tapır və göstərir. Biz xan qızının yoxsullara köməyinin poemada
poetik təcəssümünü Natəvanın bir sıra xidmətlərinin təsvirindən görə
bilirik: bulaq çəkdirmək, arx qazdırmaq, kəndlilər ac qalarkən öz
xüsusi atlarını, Daşaltı bağını və Muğandakı torpaqlarını yoxsulların
mənafeyi üçün satdırmaq və s. kimi təşəbbüslər oxucuda Natəvana
hüsn-rəğbət oyadır. Əsərdən alınan bu təsir bir də ona görə güclüdür
ki, müəllif öz qəhrəmanının müsbət keyfiyyətlərini ona qarşı qoyulan
qüvvələrlə mübarizədə təsvir etmişdir. Natəvanın xeyirxahlıq arzu-
larının müqabilində onu başa düşən az olur; o öz hərəkətləri uçün
təhsin, alqış deyil, zərbələr, tənələrlə qarşılanır. Bu zərbələrə zərif bir
qadının dözməsi o qədər də asan deyildir. Ona görə də onun qəlbindən
104
qopan bu yanıqlı ahlar son dərəcə təsirlidir:
De, azmı həyatın qasırğasında
Düşdü burulğana, tufana könlüm?
Azmı düçar oldu məhrumiyyətə
Uçulub dağılan virana könlum?
Lakin ölüm amansızdır, o heç nə ilə hesablaşmaq istəmir. Şair
həyatın bu əbədi düşməninin viranəlik ehtirasını pisləyir, onun his-
siz-duyğusuz xilqətini lənətləyir; ölüm nə bilir ki:
Bülbülün bağçadan səsi gəlməsə,
Yaşıl budaqlarda yarpaq ağlayar;
Çöllərə dəyməsə insan ayağı,
Yas tutub, dil deyər, torpaq ağlayar.
Natəvanın bütün Qarabağ şairlərini «Məclisi-üns»ün ətrafında
toplayıb onlara rəhbərlik etməsi, Bakı və Şamaxıdakı ədəbi məclis-
lərlə əlaqə yaratması haqqındakı səyləri, Füzuliyə həmişə bir ustad
kimi pərəstiş etməsi, xüsusilə Bakıya səfər zamanı böyük fransız ədibi
Aleksandr Düma ilə görüşməsi və duzlu qəzəlləri ilə onun tərifini qa-
zanması poemanın yaddaqalan təsirli səhnələridir.
Ümumiyyətlə, M.Rahimin yaradıcılığında müvəffəqiyyət sayılan
bu kitabda şairin bədii imkanlarından aşağı səviyyədə
yazılmış bəzi
parçalara da təsadüf edilir. Lakin bunlar kitabdan bütünlükdə alınan
gözəl təəssüratı heç də azaltmır.
Biz şairimizdən yeni poemalar və lirik şeirlər gözləyirik.
«Ədəbiyyat və incəsənət» qəzeti,
31 iyul 1965
SADƏLİK– GÖZƏLLİKDİR
Sadəlik sənətin dəyər vaһididir; o, poeziyanın da canıdır. Öz təbiəti
etibarı ilə daһa çox ixtiraçı olan şair bədii təfəkkür prosesində yalnız
dərin fəlsəfi mənalar, pak və ülvi duyğular, yüksək bəşəri һisslər,
Dostları ilə paylaş: |