Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   6   7   8   9   10   11   12   13   ...   108

 
31
sını, həyatın insan üçün cəhənnəmə deyil, cənnətə cevrilməsini arzu-
lamışdır. Şair sırf aşiqanə qəzəllərindən tutmuş iri həcmli əsərlərinə 
qədər həmişə öz xalqının dərdlərindən danışmışdır. O, yaşadığı döv-
rün feodal-ruhani quruluşunun mənfiliklərinə qarşı  çıxaraq onun 
ictimai mahiyyətinin kəskin şəkildə ifşasını vermişdir. 
Bu nöqteyi-nəzərdən «Şikayətnamə»  əsəri daha cox diqqəti cəlb 
edir. Bu əsər Azərbaycan klassik ədəbiyyatında nəsrlə ilk dəfə həm ic-
timai satiranın gözəl nümunəsi olmaq etibarilə, həm də Xaqanidən 
sonra bədii nəsrimizin inkişafı  cəhətindən xeyli maraqlıdır. Füzuli 
yaradıcılığında «Şikayətnamə»dən başqa «Hədiqətüs-süəda», «Qazi 
Əlaəddinə  məktub» və «Azərbaycan divanı»na yazdığı müqəddəmə 
kimi nəsr nümunələri vardır. 
«Şikayətnamə»nin əsl adı «Məktub və nişançı Paşa»dır.Türkiyənin 
mövcud ictimai quruluşuna qarşı kəskin ittihamnamə kimi səslənən bu 
əsərin yaranması təsadüfi, təkcə şairin fərdi şeirlərinin ifadəsi sayıla 
bilməz. Bu əsər o zamankı real mühitin, şəraitin təsiri nəticəsidir. 
Əlbəttə, təqaüd məsələsi burada sadəcə bəhanə rolunu oynayır. Şair 
bu məsələdən  ədəbi üsul kimi istifadə edərək sultan hakimiyyətinin 
eybəcərliklərini, idarələrdəki süründürməçiliyi, dövlət məmurlarının 
simasızlığını, cəhalət, qılınc gücünə davam edən hərbi feodal aparatını 
şiddətli satira atəşinə tutur. 
Əsərin bədii üslubu cox maraqlıdır.Kədər, gülüş, lirika, təsvir, 
tərənnüm, dinamika, lakonik dialoq, kəskin sarkazm, canlı bədii lövhə 
və sair bir-birini tamamlayır, biri digəri ücün şərt olur.Əsərin möhkəm 
süjeti mehvərində hərəkət edən haşiyələr əsl hadisələrlə bağlı olaraq 
fikrin kədərliliyini daha da artırır. 
Füzuli islam dininin ən cox hökm sürdüyü bir dövrdə yaşayırdı, din 
xadimləri – şeyxlər, ruhani atalar, vaiz və başqaları dini ayinləri xalqın 
beyninə zorla yeridərək onun azadlıq meyllərini zəncirləyirdi. Dini 
təbliğat bəzən o dərəcə ifrata varırdı ki, tamamilə «tərki-dünyalıq» 
astetik bir şəkil alırdı. 
Böyük Füzuli saf məhəbbəti, təmiz arzuları dindən qat-qat üstün 
tuturdu. Füzuli xalqı məscidə, namaza cağıran, cənnət, cəhənnəm kimi 
boş  və  mənasız xülyalarla adamların zehnini korlayan ruhaniləri 
qırmaclayaraq yazırdı:  
  
Məscidlərə girdiyim deyil rəğbətdən, 
Sərməstliyimdən eylərəm rahi-qələt. 


 
32
Ümumiyyətlə, Füzuli yaradıcılığında məhəbbət motivləri mistik 
baxışlara coxdan qələbə çalmışdır, tərki-dünyalıq ideyasını darma-
dağın etmişdir.Belə bir vəziyyət şərq şairi üçün, xüsusilə bəşəriyyətə 
ağ gün arzulayan sənətkar üçün əvəzsiz bir nemətdir. 
Orta əsr poeziyasının bütün formalarında əsərlər yazan Füzuli al-
leqoriyaya da qüvvətli meyl göstərirdi.Onun alleqorik əsərləri içə-
risində  ən qüvvətlisi «Bəngü Badə»dir. Bu əsərində  şair dövrünün 
loğva,  şöhrətpərəst hakimlərini tənqid edir, onları damğalayır. Öz 
şəxsi xüdbinliyi üzündən aləmi qana verən kütbaş dövlət xadimləri, 
xalqın rifahı ücün çalışmaq  əvəzinə qanlı vuruşmalar törədən cahil 
feodallar böyük şair tərəfindən şiddətli surətdə tənqid atəşinə tutulur. 
Biz «Bəngü-Badə»  əsərində Füzulinin mənasız müharibələrə  mənfi 
münasibət bəslədiyini tam parlaqlığı ilə görürük. O, müharibəni tö-
rədən səbəbləri lazımınca dərk etməsə də, hər halda bu azğın cahan-
girləri nahaq yerə qan tökməməyə, məmləkəti sülh və ədalətlə idarə 
etməyə cağırırdı. Füzuli də özünün böyük əcdadı Nizami Gəncəvi 
kimi məmləkəti ağılla idarə edəcək ədalətli şah arzulayırdı. 
 Bütün  bu  əsərlərlə  bərabər Füzulinin bədii irsi icərisində  qəzəl 
xüsusi yer tutur. Füzulini bütün dünyaca məşhur edən həm də qəzəl-
ləri olmuşdur. O, qəzəl janrının bir sıra faydalı spesifikasını  nəzərə 
alaraq onu öz dövrü ücün ən münasib janr hesab edirdi. Doğrudan da
qəzəl həcmcə kiçik olduğundan və musiqi ilə müşayiət edildiyindən 
qanadlı söz kimi daha tez yayılırdı. Ona görə də Füzuli yazır: 
 
Qəzəl de ki, məşhuri-dövran ola, 
Oxumaq da, yazmaq da asan ola. 
 
Böyük Füzuli qəzəlçilikdə  sənətin  ən yüksək zirvəsini fəth edə 
bilmiş  və uzun müddət özündən sonra gələn bütün şairlərə qüvvətli 
təsir göstərmişdir. 
Füzuli lirik qəzəllərində insanı, onun məhəbbətini, əməl və arzu-
sunu ən zərif rəssam fırçası ilə təsvir edir, biz onun hər şeirində real 
həyat həqiqətlərini, lirik emosional hissləri duyuruq. Odlu bir qəlbdən 
qonan misralarda gah sevən, gah nifrət edən, gah qəmgin, gah şad, 
lakin həmişə  ağıllı  və hikmətli, həmişə  həyat ehtirasına malik lirik 
qəhrəmanı, yəni şairin özünü görürük. 
Dörd yüz ildən artıq bir dövrdə  nə  qədər qüvvətli qəzəl ustaları 
yetişmişsə, bunların hamısı ancaq Füzuli ədəbi məktəbinin layiqli 


 
33
davamçısı olmağı özünə böyük şərəf hesab etmişdir. 
Doğma xalqının gələcəyini düşünən, onun kədərlərini öz ürəyində 
daşıyan böyük Füzuli bu gün bizimlə yaşayır, o, dilsiz əsərlərin arxa-
sından baş qaldıraraq iftixarla gülümsəyir. 
 
«Sovet Ermənistanı» qəzeti, 
1 iyul 1958  
 
  
DOĞMA TORPAQDAN AYRILMADAN 
 
Əmin Maһmudov bədii ədəbiyyata orijinal bir yolla gəlmişdir.O öz 
qələmini ədəbiyyatımızda tamamilə yeni olan bir saһədə –elmi fan-
tastika saһəsində sınaqdan keçirmiş və ilk təcrübədən etibarən yaxşı 
nəticələr əldə etmişdir.Əmin һələ «RT-1», «Muğanda qütb parıltısı», 
«Canavar ovu», «Seһrli bitkilər aləmi», «Günəş şəһəri» və s. əsərləri 
ilə oxucuların rəğbətini qazanmışdır.  
 
«Kainat gəmisi» povesti Əminin bir yazıçı kimi daһa da inkişaf 
etdiyini göstərir. Bu povest elmə və elm adamlarına һəsr edilmişdir. 
Bəşəriyyətin qabaqcıl alimlərini һər zaman məşğul edən, düşündürən 
bir məsələ–başqa planetlərə səyaһət etmək ideyası əsərin əsas qəһrə-
manı  Gərayın bütün varlığına  һakim olmuşdur.Gəray təcrübəli pro-
fessorların rəһbərliyi altında uzun müddət elmi təcrübələr apararaq elə 
bir metal qarışığı əldə edir ki, o, kosmik fəzada ən yüksək temperatura 
davam gətirə bilir. Bunun nəticəsində «һava gəmisi» deyilən bir maşın 
һazırlanaraq lazımi elmi ciһazlarla təcһiz edildikdən sonra Gəray, 
Teymur, Zerkalov və Roqovdan ibarət bir һeyət göyə səyaһətə çıxır. 
Öz ömrünü insan zəkasının, elmin təntənəsi uğrunda qurban verməyə 
һazır olan bu alim-novatorlar son dərəcə ağır və məsuliyyətli bir işə 
girişirlər. Gənc alimlər Aya, oradan da Marsa səyaһət edirlər. Bundan 
sonra müəllif öz oxucusuna Ay, Mars və başqa planetlər  һaqqında 
məlumatlar verir, səyyaһların gördüyü və  gəzdiyi yerlərlə, rastlaş-
dıqları çətinliklərlə onu tanış edir. 
İnsan ayağı dəyməmiş bu vəһşi planetlərdə sovet alimləri bir sıra 
maraqlı, elm üçün böyük əһəmiyyəti olan һadisə  və predmetlərlə 
qarşılaşırlar. Onlar astronomiya, kimya, zoologiya, biologiya, fizika, 
geologiya və s.elm saһələrinə dair zəngin material əldə edirlər. 
Marsda əvvəllər və һazırda һəyatın necə olmasını tədqiq edir, öyrə-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə