Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

 
226 
Yusif şad görunur zahirdə, amma, 
Ürəyində vardı müşkül, muəmma! 
Batində qəlbinə kədər çökürdü, 
Gizlicə gözündən gövhər tökürdü. 
Kənan əzizləri Misrə çatanda, 
Ürəyi təsəlli tapdı bir anda. 
Çağırdı onları taxtın yanına, 
Gülər üz göstərdi mehmanlarına. 
İncilər saçıldı şahın ağzından,  
Dedi: – Gəldiyiniz yola can qurban! 
Zatınız, südünüz, təmizdir – deyə, 
Bu gəliş şərəfdir bizim ölkəyə. 
Xoşdur, mubarəkdir qədəmləriniz, 
Sizin tək qonaqla fəxr edirik biz! 
Gəlişiniz verdi gözlərə işıq, 
Sizinlə ölkəmiz tapdı yaraşıq. 
Yusif çalışırdı ki, gündən-günə, 
Etsin qonaqları məhrəm özünə. 
Artdıqca onlara Misirdə hörmət, 
Onlarda artardı vətənə rəğbət. 
Lakin o gülüzlü böyük hökmdar, 
İcazə verməzdi getsinlər onlar. 
Onlar israr edib hey yalvarardı, 
Yusif öz sözündə möhkəm durardı. 
Bu gün razılaşıb qalsa da onlar, 
Sabah edərdilər getməkdə israr. 
Yusif başqa tədbir düşündü bir gün
Çağırıb quluna dedi: – get özün, 
Apar, qonaqların mallarını sat, 
Göstər qiymətini birə ikiqat. 
Taxıldan hazırla elə barxana, 
Güclə gedib çatsın dəvə Kənana! 
Qul şaha baş əyib, bazara getdi. 
Yusif nə demişdi, elə də etdi. 
 
227 
Bir gün Yusif ilə söhbət zamanı, 
Qardaşlar yad etdi yenə Kənanı!  
Xoş sözlər Yusifin ağzında qaldı, 
Ürəyi sıxıldı, rəngi saraldı. 
Qəlbi dərya kimi coşaraq kindən, 
Qara bulud kimi qopdu yerindən. 
Dedi: – Ey qəddarlar bu sözdür doğru. 
Ki, siz casussunuz, ya da ki, oğru! 
Düz adam tanınar düzlük üzündən
Yalançı tələyə düşər sözündən. 
Düzlük, təmizlikdən dəm vurdunuz siz, 
Mən də xatirinizi tutardım əziz. 
Əgər sözünüzdə yoxdursa yalan, 
Doğruçu səhər tək danışın, əlan! 
Yalançı səhər tək etsəniz riya, 
Düşəcək başınız min bir bəlaya. 
Qəzəblə üz tutub o, zindanbana, 
Aparın bunları, dedi, zindana! 
Hamı bir ağızdan dedi qardaşlar 
Ki, ey bu ölkənin fəxri hökmdar! 
Nə casus, nə oğru, bəlkə də, açıq, 
Çörəkçin Kənandan gəldik, möhtacıq! 
Bu bəd əməllərdən, bil, arıyıq biz, 
Yəqub peyğəmbərin övladıyıq biz! 
Atamız bizimçün edir ahü-zar, 
Oturub daima çəkir intizar. 
Bir oğul qəmiylə ürəyi dolmuş, 
O qədər ağlamış, gözü kor olmuş. 
Dedi: – Yəqub sizə atadır əgər, 
Yoxdur sizdən özgə övladı məgər?! 
On ağız süsən tək açıldı birdən, 
Dedilər: – Razıyıq mərhəmətindən, 
Bir oğlu da vardır, Yəqubun ancaq, 
Adı İbn-Yəmin, sayılır uşaq. 


 
228 
Var idi bir oğlu, adı da Yusif, 
Uşağı qurd yedi, etdik təəssuf. 
Atamız çox sevir İbn-Yəmini, 
Onunla unudur Yusif qəmini. 
Nə gecə, nə gündüz ayrılır ondan, 
Onsuz bir zindandır Yəquba cahan? 
Dedi: – Doğrudursa əgər sözünüz
Kənana gedərək Misrə dönünüz! 
Söz verin Kənandan qayıdan zaman, 
Gələcək sizinlə o cavan oğlan! 
Bu vədə siz əməl etsəniz əgər, 
Yanımda qədriniz daha yüksələr! 
Taxıl bağışlaram o qədər sizə 
Ki, bolluqla çatsın qəbilənizə! 
Bir nəfər sizlərdən girov qalacaq, 
Geri qayıtmağa and için ancaq! 
Qardaşlar and içdi böyük allaha 
Ki, hamı qayıtsın Misrə bir daha! 
Şərt kəsib, and içib, yəmin etdilər, 
Yəhudanı girov qoyub, getdilər! 
 
229 
QARDAŞLAR  KƏNANA  QAYIDIR,  ƏHVALATI 
ATALARINA SÖYLƏYİRLƏR 
 
Ötüb Nil çayı tək Misrin yanından, 
Oldular sürətlə Kənana rəvan.  
Dəvələr boynunda noxta boşaldı 
Misr eli, Nil çayı geridə qaldı. 
Hər dəvə üstündə taxıl var bir yük, 
Yüklərin hər tayı anbardan böyük. 
Keçib səhraları, aşıb dağları, 
Dəvələr yorturdu Kənana sarı. 
Batdı yük altında tərə hər dəvə, 
Karvan yaxınlaşdı, nəhayət, evə. 
Dedilər Yəquba: – Qayıtdı karvan, 
Lakin Yəhudadan görünmür nişan! 
Yəqubun fəryadı yüksəldi göyə, 
Ağlayıb, səs saldı bütün ölkəyə. 
Ürək qanı oldu gözündən cari, 
Qaçdı yola tərəf divanəvari. 
Şütüdü yel kimi, qan-tərə batdı, 
Gəlib toz içində, karvana çatdı. 
Ürək ağrısından qıldı ahü-zar, 
Dedi: – Ey hissdən məhrum oğullar! 
Hanı o qardaş ki, alıb getdiniz, 
Yusif tək gözümdən iraq etdiniz?! 
Nə oldu, o qaldı qürbət ellərdə, 
Sizinlə vətənə dönmədi bir də!? 
Mənə yetməzdimi Yusifin qəmi, 
Bu qəm də könlümün oldu həmdəmi? 
Ah çəkdi, püskürdü od ciyərindən, 
Mum kimi əridi oğul qəmindən! 
Qocanın halını görüb oğullar, 
Torpağa döşənib, qan ağladılar! 
Dedilər: – Boş yerə, ata, qurma yas! 


 
230 
Bizim sözümüzə bir an qulaq as! 
Elə ki, biz Misrə yetişdik yoldan, 
Bizə hörmət etdi, əvvəlcə, sultan. 
Hər gün məclis qurub, edirdi söhbət
Biz ondan duyurduq sonsuz məhəbbət. 
Sonra birdən-birə dəyişdi üzü, 
Oğruya, casusa oxşatdı bizi. 
Biz ona söz açdıq öz nəslimizdən, 
Şaha bir hekayə söylədik sizdən. 
Misrin sultanına dedik: – Ey sərvər! 
Bizim atamızdır Yəqub peyğəmbər! 
Dedi: – Sözünüzdə yoxdursa yalan, 
Sizə atadırsa o piri-Kənan, 
Gediniz Kənana, söyləyin Yəqub, 
Sizinlə göndərsin mənə bir məktub. 
Sizin sözünüzü təsdiq eyləsin, 
Kimdir və nəçidir, açıq söyləsin. 
Bizdən şübhəliydi, odur ki, xosrov, 
Yəhudanı tutub, saxladı girov! 
Bizə and içdirdi ölkə sərvəri 
Ki, gərək dönəsiz Kənandan geri. 
Dedi: – Bir də Misrə gəlsəniz əgər, 
İbn-Yəmin ilə gəlin bərabər. 
Siz əgər bu əhdə vəfa etsəniz, 
Məndən ənam alıb, hörmət görərsiz, 
Dedilər ki: Ata, fövt olar fürsət, 
Ver bizə tezliklə getməyə rüsxət. 
Sonra da ənbər saç qələm dilindən, 
Şaha bir məktub yaz sən öz dilindən. 
Dilini qələm tək açaraq Yəqub, 
İşarə verdi ki, yazılsın məktub. 
Katib itilədi qələmin dərhal
Ağzını tər mişkə saldı dalbadal. 
Kağız üstə qələm çilədi ənbər, 
 
231 
Naməyə möhrünü vurdu peyğəmbər. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə