Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

 
208 
Əmr etdi haman gün bütün qadınlar, 
Şahın sarayında cəm olsun, tamam, 
Qadınlar pərvanə, şahsa olsun şam 
Şahın məclisinə gəldi xanımlar, 
Onlara üz tutub dedi hökmdar: 
– Nə pislik gördünüz, deyin üzünə, 
Bədnamlıq qılıncı çəkdiz üzünə? 
Qışınız hüsnüylə yaz ola-ola! 
Nə üçün zindana saldınız yola? 
O zərif boynu ki, incidər çiçək, 
Aqillər zəncirə çəkməsin gərək! 
Səba nəsimindən solan bir gülün, 
Ayaqda zənciri su olar, bilin! 
Qadınlar söylədi şaha: – Ey xoşbəxt, 
Tək sənə layiqdir bu tac ilə təxt! 
Yusifdə yamanlıq görməmişik biz
Yoxdur onun qədər vicdanı təmiz! 
Necə ki, saf olar sədəfdə gövhər, 
O qədər təmizdir o nazlı dilbər. 
Züleyxa özü də ordaydı, ancaq 
Hiyləni, yalanı atmışdı uzaq. 
Eşqin göz yaşıyla yuyaraq təmiz, 
Qəlbində ləkədən qoymamışdı iz. 
Ruhunda həqiqət qaldırmış bayraq, 
Doğruçu səhər tək düz danışaraq, 
Sığındı ürəkdən öz allahına, 
Etiraf eylədi hər günahına. 
Dedi: – Günahsızdır, o mahi-Kənan! 
Mənəm onu sevib yolunu azan. 
Vəslindən istədim dərdimə çara, 
Sözümü rədd etdi, qovdum kənara. 
O mənim zülmümlə düşdü zindana, 
Mənim qəmlərimdən yetişdi cana. 
Qəmim – həddi aşıb ötdü, nəhayət, 
 
209 
Onun canına da etdi sirayət. 
Canına yüz cəfa yetmiş əlimdən, 
İndi çıxam gərək xəcalətindən. 
Şah ona yaxşılıq edərsə əgər, 
Başım iftixarla göyə yüksələr. 
Padşah işlərin əslini bildi, 
Qönçə tək açıldı, gül kimi güldü. 
Dedi: – Haqq söz üçün sizə mərhəba! 
Yusifə zindanı kim görmüş rəva? 
O hüsn bağında bir güldür xəndan
Gülə gülşən gərək, nəinki zindan! 
Ruh gərək, cismdə yaşasın xoşbəxt, 
O şahın məqamı olmalıdır təxt! 


 
210 
YUSİF  ZİNDANDAN  ÇIXIR,  MİSİR  PADŞAHI 
ONA  HÖRMƏT  EDİR,  ƏZİZİ-MİSR  ÖLÜR, 
ZÜLEYXA  TƏK  QALIR 
 
Bu qoca dünyanın belə rəsmi var, 
Acısız şirinlik çətin tapılar. 
Doqquz ay rehimdə qan yeyər uşaq, 
Çıxar ortalığa ay kimi parlaq. 
Daş içrə sıxılar ləl uzun illər, 
Günəşdən rəng alıb, əlvan geyinər, 
Yusifin gecəsi uzun olsa da, 
Səhərin nəsimi yetişdi dada. 
Canının möhnəti ağırdı dağdan, 
Günəşi parladı o dağ dalından. 
Şah böyük ehtiram göstərib ona, 
Əmr etdi sarayda olan əyana
Taxtı günəş olan şah sarayından, 
İki ağac yolda açılsın meydan. 
Geyinsin əyanlar zər ilə zivər, 
Yol boyu sıraya dursun ikişər. 
Kəməri qızıldan minlərlə qulam, 
Zərkeş xələtlərə geyinsin tamam. 
At üstündə çevik quş kimi uçan, 
Vəhşi ahu kimi səhrada qaçan, 
İgid süvarilər çıxsın pişvaza, 
Quş kimi önündə gəlsin pərvaza 
İbrani, səryani nəğmələriylə, 
Gözəl xanəndələr gəlsinlər dilə. 
Şahın sarayından zindana qədər. 
Misrin əyanları səf çəkmişdilər. 
Yusif ayağına varlı əyanlar, 
Qızılı tabaqla etdilər nisar. 
Yoxsullar əl atıb tutdular ətək, 
Ehsandan geyindi hamı, şal, ipək. 
 
211 
Yusif şaha layiq xələt geyindi
Şaha məxsus olan bir ata mindi, 
Təpədən dırnağa o dağ kimi at, 
Zərə, cəvahirə bürünmüş qat-qat. 
Tabaqlar dolusu mişklə ənbər. 
Bədrələr dolusu dürr ilə gövhər, 
Atın dırnağına olundu nisar, 
Yoxsullar yoxsulluq daşın atdılar. 
Şahın barigahı görünən zaman, 
Atdan yenə endi o mahi-Kənan. 
Yerə döşədilər xəz ilə atlaz, 
Çoxları başını etdi payəndaz. 
Necə ki, yeriyər Ay fələk üstə, 
O elə yeridi xəz, ipək üstə. 
Şah gördü, yaxındır o sahib camal
Onu bəxti kimi etdi istiqbal. 
Şimşad tək qolunu boynundan asdı, 
O gülüzlü sərvi bağrına basdı. 
Oturtdu özüylə onu diz dizə, 
Xoş gəldin deyərək başladı sözə: 
Əvvəl yuxusunu dedi hökmran, 
Yusif şəkər tökdü ləl dodağından. 
Sonra ona verdi cürbəcür sual, 
Gah könlünü aldı, gah soruşdu hal. 
O, hər bir suala xoş cavab aldı, 
Padşah heyrətdən lap dona qaldı 
Nəhayət, şah dedi: – Yuxuma səndən 
Bir təbir eşitdim, gün kimi rövşən. 
Söylə, görməliyəm nə kimi tədbir 
Ki, yuxum etməsin ölkəyə təsir? 
Yusif ona ded!: – Bolluq illərdə 
Ki quraqlıq sözü gəzməz dillərdə
Car çəkdir, əmr elə hər kəsin gərək, 
İşi-gücü olsun əkmək, becərmək! 


 
212 
Dırnaqla qazıyıb daşları belə, 
Əkib becərsinlər alın təriylə. 
Sünbüllər yetişib bağlayanda dən, 
Yığıb saxlasınlar onu döymədən. 
Görürsən sünbüldən nizələr çıxar 
Ki, etsin düşməni nizə ilə xar. 
Bir müddət anbarda qalar sünbüllər. 
Ölkədə başlanar quraqlıq illər, 
Ehtiyacı qədər hər kəs o zaman, 
Taxıl alıb yeyər, ölməz acından, 
Lakin hər bir işi bacaran gərək, 
Bilikli, işə can yandıran gərək. 
Hər işi mükəmməl bilməli insan, 
Biliklə görülən iş olar asan. 
Dünyada iş bilən varsa da əgər, 
Lakin az tapılar mənə bərabər. 
Məndən yaxşısını tapa bilməzsən
Bu işi gəl mənə həvalə qıl sən. 
Şah gördü, Yusifin işə meyli var, 
Ona ölkəsində verdi ixtiyar. 
Şah kimi oturtdu qızıl bir taxta, 
Dedilər əzizi-Misr o xoşbaxta. 
Yusif qızıl taxta ayaq qoyanda, 
Başlar ayağına endi bir anda. 
Saraydan meydana getdiyi zaman, 
Göyə yüksələrdi səs çavuşlardan, 
Əgər istəsəydi gəzməyə getmək, 
Min nəfər yanınca çəkərdi yedək, 
Atlanıb çıxanda çölə, şikara, 
Atlı qoşun ilə dolardı səhra. 
Yusifi göylərə qaldırdı allah, 
Adını dillərə saldırdı allah. 
Misrin Əzizinin taleyi döndü
Calalı pozuldu, çırağı söndü. 
 
213 
Taqəti tükəndi bu alçalmaqdan, 
Əcəl bir ox vurub saldı ayaqdan. 
Züleyxa saxladı Əzizə matəm, 
Yusifin qəmindən oldu qəddi xəm. 
Nə əlində qaldı Əziz calalı, 
Nə də sona yetdi Yusif məlalı. 
Fələyin qəribə bir qanunu var, 
Birini gec sevər, tez gözdən salar. 
Birini günəş tək qaldırar göyə, 
Birini döndərər yerdə kölgəyə. 
Aqillər fələyin felinə uymaz, 
Etibar eləməz, məhəl də qoymaz! 
Çiynini dik tutmaz səadətindən, 
Canını əritməz fəlakətindən. 
Dilbərə verilsə bir könül əgər, 
Nə şadlıq axtarar, nə də qəm çəkər. 
Tutmaz ətəyini dünyanın qəmi, 
Nə də şadlıq ilə keçər bir dəmi. 
Qəm-qüssə dünyada qalxsa ayağa, 
Hər yerdə qəm vursa dağ kimi dalğa
İslanmaz ətəyi o dalğalardan. 
Ayrılmaz dilbərin qəmindən bir an. 
Əgər şadlıq seli tutsa dünyanı, 
Sevincə qərq etsə hər bir insanı, 
Aşiq o şadlıqdan tez üz döndərər, 
İstəməz əksilsin qəmi tük qədər. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə