Rejissorluğun üslub problemləri
35
sarsılan Raskolnikov isə səhv yol seçdiyinə görə əzab çə-
kir”
28
qeydi dəqiq müşahidənin nəticəsidir. Unutmaq ol-
maz ki, tamaşada üzə çıxan bu səhv əslində quruluşçu re-
jissorun üslubunun sosrealizmin total təsirindən çıxa bil-
məməsinin göstəricisi idi.
Tamaşada məmur Semyon Marmeladov rolundakı
Konstantin Adamov həyatın dibinə gedərək məhv olması-
nın tarixçəsini bədii qiraət hesabına olsa da bacarıqla gös-
tərə bilir. Onun mənfur gerçəkliyə dözməyib xoşbəxt gə-
ləcək arzusu ilə məhv olan arvadı Katerina İvanovna ro-
lundakı qəddi - qamətli, gözəl Y. Ustinoviç personajının
qətiyyətini və məğrurluğunu uğurla təqdim edir. L.S.Du-
xovnayanın oynadığı Dunya zahiri əlamətləri ilə yadda qa-
lır. Dunyaya vurulsa da mənəviyyatsızlıqdan xilas ola bil-
məyən Svidriqaylov rolundakı Lujin personajını parlaq
ştrixlərlə yarada bilir. Və nəticədə əsərin xeyirin şər üzə-
rində qələbəsi kimi əsas qayəsi səhnə həllini tapır. Cina-
yətkar Raskolnikova rəğbətini də gizlətməyən Lev Qrube-
rin məharətlə oynadığı müstəntiq Porfiri Petroviç kimiləri-
nin yaratdığı cəhənnəm mühiti aktyor oyunundan başqa
səhnə tərtibatı və xüsusən P.İ.Çaykovskinin “Manfred”
əsərinin səslənməsi ilə də reallaşır. Quruluşçu rejissorun
əsas diqqəti fabulaya yönəltmək naminə kütləvi səhnələr-
dən imtina etməsi özünü doğruldur. “Cinayət və cəza” ta-
maşasının Leninqradda BDT – də maraqla qarşılanması
mətbuatda da əksini tapdı.
Əslində bədii dəyəri yüksək olsa belə, bu tamaşanı
Leninqrada aparmaq böyük risk idi. Bu öz samovarınla
Tulaya getməyə bənzəyirdi... Məhz həmin tamaşadan son-
ra Roskolnikovu oynayan Lev Viqdorovu oradakı “Lenin
28
М.И. Пейзель. Преступление и наказание г. Баку. 12-04-1972.
Aydın Dadaşov
36
komsomolu” teatrına işə dəvət etdilər. Bu tamaşanın məh-
vi olsa da, bütövlükdə teatrımızın qələbəsi idi. Savadı yük-
sək olmasa da, Cənnət xanım “Cinayət və cəza”nı ona
güclə oxutdursa da, hədsiz dərəcədə yaraşıqlı tamaşaçını
həmən ələ ala bilən Lev Viqdordan sonra o tamaşa maraq-
sız göründü.
Yeri gəlmişkən: “Mən müharibədən sonrakı Almani-
yanın tamaşaları barədə artıq danışmışam. Bir dəfə Ham-
burqdakı bir çardaqda baxdığım “Cinayət və cəza” tama-
şası mənim həyatımın ən güclü teatr təəssüratına çevrildi.
Zərurətin gücü ilə teatrın üslub problemi öz-özünə aradan
qalxdı; onların işinin mahiyyəti də bundan ibarət oldu, bə-
dii fikir auditoriyanı nəzərdən keçirib danışmağa başlayan
təhkiyyəçinin üzərində cəmləndi. Hamburqdakı bütün
teatrlar dağılsa da, buradakı çardaqda, kresloda otursa da,
az qala bizim dizlərimizə toxunan aktyor qəflətən sakit və
aramla: “bu min səkkiz yüz...baş verdi”, “gənc tələbə Ra-
dion Raskolnikov...” canlı teatr bizi ovsunladı”
29
yazan in-
gilis rejissoru Piter Bruk da, müəllif təhkiyyəsinin təqdimatı-
nda canlı ünsiyyət yarada bilən sənətkarı dəyərləndirir.
***
Yevgeni Şvartsın dramaturji baxımdan yenidən işlə-
məklə səhnələşdirmədən qabağa getdiyi, Hans Kristian
Andersenin “Qar şahzadəsi” nağılına Cənnət Səlimovanın
1972-ci ildə verdiyi quruluş özünün təhlil prinsipi, obrazlı
həlli ilə yadda qalmaqla nəinki uşaqların hətta böyüklərin
belə marağına səbəb oldu. İlkin ədəbi mənbədə olduğu ki-
mi “ürəyinə və gözlərinə şeytan güzgüsünün qırıntısı düş-
məklə dünyəvi dəyərləri tərsinə görüb duyan” Kayın
29
Питер Брук. Пустое пространство. М., 1976. с. 136.
Rejissorluğun üslub problemləri
37
(B.D.Lukinski) qohum olmasalar da, ona qardaş kimi
baxan yaxın qonşuları Gerda (İ.A.Perlova) tərəfindən xilas
edilməsi fabula mexanizmini yaradır.
Tamaşanın əvvəlində səhnəyə çıxaraq sona qədər
aparıcı missiyasını yerinə yetirən Nağılçı (Ə.Ə.Rəhimov)
“Qəlbimiz qaynardırsa, düşmən zəifdir” ideyasını “İçiniz-
dəki hərarəti “Qaranquşun” xilasına yönəldin” nəğməsilə
yaranan ali məqsəd hesabına həyata keçirir. Və Qar şah-
zadənin (V.K.Şirye) eqoizminə, Məsləhətçinin donuqluğu-
na (L.L.Qruber), balaca quldurların amansızlığına qarşı,
qarğaları, maralları səfərbər etməklə Gerdanın, ürəyi buz
bağlamış qaranquş timsallı Kayın xilası kimi əsas drama-
turji hadisə gözönü fəaliyyətdə çözülür. Tamaşanın sonun-
da Nağılçının “Qəlbimiz qaynardırsa, düşmən zəifdir”
ideyalı nəğməsinin bütün personajlar tərəfindən oxunması
xeyrin şər üzərində qələbəsini bədii çərçivədə bir daha bə-
yan edir.
9 yanvar 1973-cü ildə çıxan “Baku” qəzetindəki “Xe-
yirxah nağılçının düzlüyü” məqaləsində: ““Qar şahzadə-
si”nin quruluşçusu Cənnət Səlimova bütün mövcudiyyətdə
ümumi əhvali-ruhiyyə yaradan, xüsusən “mənfi” personaj-
ların (Kral, onun Məsləhətçiləri, Quldurlar və s.) iştirak
etdiyi səhnələrdə komediyanın “sinirini” dəqiq hiss etmiş-
dir. Nəticədə pyesdə qoyulan xeyir, sədaqət, dostluq haq-
qındakı vacib, ciddi fikirlər tamaşaçıya təzyiq göstərilmə-
dən şən və kəskin süjetli hadisədə çatdırılır”
30
yazan
V.İsazadə bu səhnə nağılına rejissor yozumunu da layiqin-
cə dəyələndirir
Şər qüvvələrin başında duran əzazil Kral rolundakı
M.E.Lezgişvili personajının naturalizmi səciyyələndirəcək
30
В.Исазаде. Правота доброго сказочника. г. Баку 09-01-1973.
Dostları ilə paylaş: |